“BƏYƏNİLMİŞDİR” “TƏSDİq ediRƏM”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix18.05.2018
ölçüsü0,65 Mb.
#44903
1   2   3   4   5   6   7   8   9   ...   25

 

tətbiqi. 



Ekstraksiya və kimyəvi analizdə tatbiqi 

Ekstraksiya  nəzəriyyəsi.  Ekstraksiyanın  növləri.  Paylanma  əmsalı,  paylanma 

sabiti  və  onların  arasında  qarşılıqlı  əlaqə.  Müxtəlif  mühitlərdə  ekstraksiya. 

Ekstraksiya ədədi, ekstraksiya sayı. 

Ayrılma  faktoru.  Qarışığın  ekstraksiya  üsulu  ilə  ayrılması.  Ekstraksiya 

üsulunun  növləri.  Həlləedicilər,  reaktivlər  və  pH-ın  təsiri.  Ekstraksiyanın  kimyəvi 

analizdə tətbiqi. 

 

Vəsfi xromatoqrafiya üsulları 

Əsas  prinsipləri.  Fazasına,  ayrılma  mexanizminə,  aparılma  texnikasına  görə 

təsnifı.  Əsas  nəzəri  müddəaları.  Hərakətli  və  hərəkətsiz  fazaların  növləri.  Kağız 

üzərində xromatoqrafıya üsulu, mahiyyəti, növləri, aparılma texnikası. 

R

f

  haqqında  anlayış.  Sorbentin  nazik  təbəqəsində  xromatoqrafıya  üsulu, 



növləri,  aparılma  texnikası.  Hərəkətli  fazanın  seçilməsi.  Aşkarlayıcı  reaktivlər. 

Çökdürücü  xromatoqrafiya  üsulu,  mahiyyəti,  növləri,  aparılma  texnikası, 

xromatoqrafiya üsullarının tətbiqi. 

 

III. Analiz üsulları 



 (vəsfi və miqdari analiz) 

Kimyəvi  laboratoriyada  iş  qaydası.  İş  yerinin  tərtibi,  texniki  təhlükəsizlik 

tədbirləri.  Bədbəxt    hadisə  zamanı    ilk    yardım.    Zəhərli  və  şiddətli  təsiredici  mad-

dələrlə iş qaydası. 

Kimyəvi reaktivlər və onların təmizlik dərəcəsindən asılı olaraq təsnifi. 

 

Vəsfi analiz 

Maddənin  aşkar  olunma  prinsipləri.  Maddənin  analitik  xassəsi.  Analitik  səmərə 

(effekt).  Atom,  ion  və  molekulun  eyniliyi.  Kimyəvi,  fıziki  və  fiziki-kimyəvi  vəsfi 

analiz üsulları. 

Vəsfi  analizin  əsas  anlayışları.  Analitik  reaksiyalar  və  reaktivlər.  Analitik 

reaksiyaların  təsnifi.  Analitik  reaksiyaların  xarakteristikası.  Həssaslıq  və  spesifiklik. 



 

Həssaslıq parametrləri. Həssaslığın artırılma üsulları. İonlarm kənar mane edici təsiri. 



İonların  uzaqlaşdırılması,  pərdələnməsi  və  gizlədilməsi.  Mikrokristalloskopik  analiz. 

Damcı  analizi.  Quru  maddə  ilə  reaksiyalar.  Pirokimyəvi  reaksiyalar.  Вəгк  maddələr 

arasında reaksiyalar. 

 

Kation və anionların vəsfi analizi 

Kationların analitik qruplar üzrə təsnifı. Turşu-əsasi təsnif. Sulfid və ammonyak-

fosfat  təsnif  haqqında  anlayış.  Kationların  analizində  istifadə  edilən  qrup  reaktivləri. 

Turşular, əsaslar və s. 

I  qrup  kationlarının  (litium,  natrium,  kalium,  ammonium)  fərdi  reaksiyaları.        

I qrup kationlar qarışığının analizi. 

II qrup kationlarının (civə-l, gümüş, qurğuşun) fərdi reaksiyaları. II qrup kationlar 

qarışığının analizi. 

III  qrup  kationlarının  (kalsium,  barium,  stronsium)  fərdi  reaksiyaları.  III  qrup    

kationlar qarışığının analizi. 

       IV qrup kationlarının (alüminium, xrom-III, sink, arsen-III, V, qalay-II, IV) 

fərdi reaksiyaları. IV qrup kationlar qarışığının analizi. 

V qrup kationlarının (maqnezium,  manqan-II, bismut, dəmir-II, III,  stibium-III, 

V)  fərdi reaksiyaları. V qrup kationlar qarışığının analizi. 

VI  qrup  kationlarının  (civə-  II,  mis-II,  kadmium-II,  kobalt-II,  nikel-II)  fərdi 

reaksiyaları. VI qrup kationlar qarışığının analizi. 

Anionlar,  onların  çətin  həll  olan  birləşmə  əmələ  gətirmə  və  oksidləşmə-

reduksiya xassələrinə görə təsnifi. Anionların qrup reaktivləri: barium və gümüş 

duzları.  Analitik  qruplar  üzrə  anionların  (sulfat,  sulfit,  sulfid,  tiosulfat,  fosfat, 

tetraborat,  karbonat,  arsenit,  arsenat,  xlorid,  bromid,  yodid,  bromat,  sianid, 

tiosianid, nitrat, asetat, oksalat) fərdi reaksiyaları. 

Kation  və  anion  qarışığının  analizi.  Kationlar  qarışığının  ardıcıl  və  fərdi 

analiz üsulları. Kation və anion qarışığının xromatoqrafik analiz üsulu. Kation-

ların ekstraksiya üsulu ilə ayrılması. 

 

Miqdari analiz 



10 

 

Miqdari analizin vəzifəsi və prinsipləri. Üsulların təsnifatı. Tətbiq sahələri. 



Miqdari  analiz  üsullarına  əsas  tələbatlar.  Miqdari  təyinat  zamanı  müşahidə 

olunan səhvlər. 

 

Analizin nəticəsinin dəqiqliyi və təkrar olunmasının riyazi 

qiymətləndirilməsi 

Analizin  nəticəsinin  dəqiqliyi  və  təkrar  olunması.  Analizin  səhvi. 

Sistematik  və  təsadüfi  səhvlər.  Səhvin  əmələ  gəlmə  səbəbləri.  Mütləq və  nisbi 

xəta.  Analizin  düzgünlüyünün  riyazi  qiymətləndirilməsi.  Müvafiq  riyazi 

düsturlar  və  tətbiqi.  İki  analiz  üsulunun  adekvatlığının  qiymətləndirilməsi. 

Analizin  nəticəsinin  maddənin  keyfiyyətinə  olan  təlabata  müvafiq  gəlməsinin 

müəyyən edilməsi. 

 

Qravimetriya analiz üsulu 

Qravimetriya analizin mahiyyəti. Təsnifatı. Qravimetriya analizdə əməliyyat 

və  iş  qaydasının  əsas  mərhələləri.  Çöküntü  və  qravimetrik  formalar.  Analiz 

edilən  maddə  və  çökdürücü  reaktivin  miqdarının  hesablanması.  Çökdürücü 

reaktivə,  çöküntü  və  qravimetrik  formalara  tələbat.  Çöküntünün  süzülməsi, 

yuyulması, qurudulması, közərdilməsi. Analizin nəticəsinin hesablanması. Əsas 

qeyri-üzvi və üzvi çökdürücülər. 

Qravimetriya  analizin  əczaçılıq  və  kimyəvi  analizdə  tətbiqi  və  əhəmiyyəti. 

Dəmir,  kalsium,  barium,  sulfat,  maqnezium,  xlorid  və  s.  ionların  qravimetriya 

üsulla təyini. Dəmirin kütlə payının təyini. Məhlulda sulfat turşusunun kütləsinin 

təyini. Nəmlik və külün təyini, əczaçılıq üçün tətbiqi və əhəmiyyəti. 

 

Titrimetriya analiz üsulları 

Titrimetriya  analizin  əsas  anlayışları.  Titrimetriya  analizdə  istifadə 

olunan  reaksiyalara  tələbat.  Titrləmə  üsulları:  düz,  əks,  əvəzedici.  Standart 

maddələr,  onlara  tələbat.  Standartlaşdırılmış  (titrli)  məhlullar,  hazırlanma 

üsulları  və  saxlanılması.  Fiksanallar.  Titrli  məhlulların  standartlaşdırılması. 

Ekvivalent  nöqtə  və  titrləmənin  son  nöqtəsi.  İndikatorlar  və  onlara  tələbat. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə