5
7.2. Beynəlxalq elmi texniki mübadilə - BİM-in bir formasıdır.
Texnoloji tədiyyə balansı .............................................................. 139
7.3. Beynəlxalq elmi-texniki əməkdaşlığın dünya texnologiyalar
bazarının inkişafında rolu ............................................................. 142
7.4. Beynəlxalq elmi-texniki əməkdaşlığın inkişafında beynəlxalq
təşkilatların rolu ............................................................................ 145
7.5. Azərbaycan –beynəlxalq elmi texniki əməkdaşlıq sistemində147
Fəsil 8. Dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın yeni neft
strategiyası .................................................................................... 150
8.1 Azərbaycanın dünnyanın aparıcı ölkələri ilə iqtisadi əlaqələrində
Xəzər neftinin rolu. ....................................................................... 150
8.2 Xəzər nefti geosyasət və region maraqları çərçivəsində: Xəzərin
hüquqi statusu ............................................................................... 155
8.3. Azərbaycanın xarici ölkələri Xəzərdə neft-qaz layihələrinin
işlənilməsinə cəlb etməsi .............................................................. 160
8.4. Azərbaycanın neft sənayesində yeni eranın başlanması ........ 162
8.5. Azərbaycanın qlobal dünya siyasətinə qatılması: BMT əlaqələri və
Azərbaycanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq sisteminə
inteqrasiyası .................................................................................. 166
İSTİFАDƏ ОLUNMUŞ ƏDƏBİYYАT SİYАHISI .................... 169
6
Giriş
Bеynəlхаlq iqtisаdi siyasət аyrı-аyrı ölкələrin sərhədlərini аşаn
ictimаi-istеhsаl əlаqələrinin хüsusi sаhəsidir. Bu fənnə tələbаt хüsusilə
SSRI dаğıldıqdаn və müstəqil dövlətlər yаrаndıqdаn sоnrа dünyаdа yеni
rеаllıqlаrı nəzərə аlаn, bеynəlхаlq iqtisаdi əlaqələrin və dünyа iqtisаdiy-
yаtının inкişаfının yаrаdıcı təhlil еtməк və prоqnоzlаşdırmаq bаcаrığınа
mаliк оlаn yüкsəк iхtisаslı каdrlаrınhаzırlаnmаsı zəruriliyindən irəli
gəlir.
Dünyа ölкələri аrаsındа intеqrаsiyа prоsеsinin güclənməsi dərs-
liкlərə, dərs və mеtоdiк vəsаitlərin də, dаim dəyişiкliкlər еdilməsini zə-
ruri еdir. Bаş vеrən dəyişiкliкləri nəzərə аlаrаq metodik vəsaitdə Beynəl-
xalq Иqtиsadи Sиyasяtин мязмуну, консепсийасы вя ясaс принсипляри,
Beynəlxalq iqtisadi siyasətin obyektiv zəruriliyi və nəzəri əsasları,
Bey-nəlxalq тиcarяt sиyasяtи, Аzərbаycаn Rеspubliкаsında maliyyə
sabitliyi-nin fоrmalaşması prоsesi adlı vаcib mövzulаr dахil
еdilmişdir. Metodik vəsaitdə irəli sürülən məsələlər daha yüksək
səviyyəli kadr hazırlığına imkan verə bilər.
Bu dа imкаn vеrir кi, magistr коntingеntinin diqqəti bu sаhədə
dаhа zəruri оlаn məsələlərə yönəldilsin və təhsil müəssisəsindən bu
sаhəyə dаhа yаrаrlı mütəхəssislər burахılsın.
7
Fəsil 1. Beynəlxalq İqtisadi Siyasətin məzmunu,
konseosiyası və əsas prinsipləri
1.1.
Beynəlxalq iqtisadi siyasət haqqında anlayış.
XX əsrin sonu XXI əsrin əvvəllərində qloballaşmanın nəticəsi kimi
insanlar müxtəlif ölkələrdəki siyasi, iqtisadi və sosial fərqlilikləri mü-
qayisə edərək, öz cəmiyyətlərində tətbiq etməyə çalışmışdılar. Xarici
iqtisadi əlaqələrin geniş vüsət alması, münasibətlərin milli çərçivədən
beynəlxalq miqyasa yuksəlməsi dünya iqtisadiyyatının əsas ilkin şərti,
tərkib hissəsi və nəticəsidir.
Müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir
ki, milli təsərrüfatların qarşılıqlı əlaqədə olması faktının və dünyanın
tamlığının getdikcə daha çox mütəxəssis və ekspertlər tərəfindən dərk
edilməsi prosesi güclənmişdir. Buna görə də müasir sivilizasiyanın
demoqrafik, ərzaq, təbii resurslar, ekoloji, beynəlxalq təhlükəsizlik,
dünya okeanı və s. bu kimi problemlərinin mahiyyətini hər kəs
bilməlidir. Onu da yaddan çıxarmaq olmaz ki, ölkə iqtisadiyyatını
inkişaf etdirmək üçün ilk növbədə beynəlxalq iqtisadi əlaqələrin mühüm
formaları olan beynəlxalq ticarəti, kapitalın vəəməyin beynəlxalq
miqrasiyası proseslərini dərindən dərk etmək, onların sirlərini ortaya
çıxartmaq lazımdır. "Beynəlxalq iqtisadi siyasət" fənninin inkişaf
etməsinin əsas səbəbi dövlətin oz sərhədləri daxilində lazımi səviyyədə
inkişaf etməsi və milli iqtisadiyyat sistemlərinin dunya təsərrüfatı
sisteminə qovuşması tələbatının meydana çıxmasıdır. Belə bir tələbat
əslində həmişə olmuşdur, lakin keçən əsrin ortalarında bu daha aydın
görünməyə başlamışdır. XX əsrin sonu XXI əsrin əvvəlində isə bu
problem qlobal qanunauyğunluq şəklini almışdır.
8
"Beynəlxalq iqtisadi siyasət" fənni inteqral xarakterə malikdir.
Burada iqtisadi inkişafa təsir gostərən bütün amil araşdırılır, öyrənilir və
təcrubə üçün lazımi nəticələr çıxarılır. Məhz buna görə də "Beynəlxalq
iqtisadi siyasət" fənninin öyrəndiyi məsələlər dairəsinə dünya ticarəti,
kapitalın və işçi qüvvəsinin miqrasiyası kimi ən mühüm beynəlxalq
iqtisadi əməkdaşlıq formaları və sazişləri, müqavilələri də daxildir.
"Beynəlxalq iqtisadi siyasət" fənni eyni zamanda beynəlxalq təsərrufat
sistemi mexanizmini, onun problemlərini, ümumdünya iqtisadiyyatının
potensial imkanlarını, bəşəriyyətdə baş verən qloballaşma proseslərini,
sövdələşmələri dərindən araşdırır, təhlil edir, inkişaf səviyyəsini təyin
edir, proqnozlaşdırır və qabaqcıl təcrübəni yaymaq, mənfi meylləri
aradan qaldırmaq sahəsində əməli təkliflər irəli sürür. Dünya iqti-
sadiyyatı siyasi-iqtisadi kateqoriya olduğu kimi həm də tarixi kate-
qoriyadır. Bu ona görə belədir ki, hər hansı bir tarixi dövrün öz
xüsusiyyətləri olub və dünya iqtisadiyyatı da həmin dövrlərdə müxtəlif
miqyasda, həcmdə, səviyyədə fəaliyyət göstərib. Müxtəliflik isə təkcə
iqtisadiyyatın səviyyəsində öz əksini tapmayıb. O həm də insanların
dünya iqtisadiyyatına olan münasibətində və “Dünya iqtisadiyyatının”
və siyasətinin dünyəvilik səviyyəsində öz əksini tapmışdır. Əgər dünya
iqtisadiyyatına bir sıra dərslik və dərs vəsaitlərində göstərildiyi kimi,
milli iqtisadiyyatların məcmusu kimi baxsaq, onda cürətlə deyə bilərik
ki, dünya iqtisadiyyatı həmişə mövcud olmuşdur. Lakin bu əsas məsələ
deyil. Əsas məsələ müasir dünya iqtisadiyyatını fərqləndirən cəhətləri
ortaya çıxartmaq və təcrübədə onlardan məqsədyönlü istifadə etməkdir.
Keçmiş dünya iqtisadiyyatı (dünya təsərrüfatı) uzun illərboyu ayrı-ayrı
ölkə və regionların qeyri-bərabər inkişafı, rəqabət mübarizəsinin daim
kəskinləşməsi, kapitalın və elmi-texniki potensialın rəqabət mərkəzində
cəmlənməsi, əsasən əmtəələrin ixrac edilməsi kimi xarakterik cəhətləri
ilə fərqlənmişdir. Müasir dünya iqtisadiyyatında (təsərrüfatında)
xarakterik cəhətlər daha güclü və daha qlobaldır. İctimai istehsalın və
Dostları ilə paylaş: |