Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə11/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   85

Hüquqları Məhkəməsi» adlanır və bu bölmədə Məhkəmənin təşkili və fəaliyyətini
müəyyənləşdirən normalar və əsas prosedur qaydalar əks olunmuşdur. Üçüncü
bölmə 52-59-cu maddələri əhatə etməklə «Sair müddəalar» adlanır və burada
əsasən Konvensiyanın beynəlxalq-hüquqi statusu məsələləri əks olunmuşdur.
Konvensiyaya əlavə Protokollardan danışarkən qeyd etmək lazımdır ki, 2, 3, 5, 8,
10, 11 saylı Protokollar prosedur məsələlərə həsr olunmuş və Konvensiyanın
mətninə daxil edilmişdir. 1, 4, 6, 7, 12, 13 saylı Protokollar isə əlavə hüquq və
azad lıqlar nəzərdə tutur. Konvensiyaya əlavə olaraq, mülkiyyətin müdafiəsi, təh-
sil hüququ, azad seçki hüququ kimi hüquqları əks etdirən 1 saylı Protokol (və ya
Əlavə Protokol) 18 may 1954-cü ildə, borca görə azadlıqdan məhrum etmənin
qadağan edilməsi, hərəkət etmək azadlığı, vətəndaşların məcburi çıxarılmasının
qadağan edilməsi, əcnəbilərin kollektiv çıxarılmasının qadağan edilməsini nəzərdə
tutan, Konvensiyada və ona dair 1 saylı Protokolda təsbit edilənlərdən başqa, bəzi
hüquq və azadlıqların təmin olunması haqqında 4 saylı Protokol 2 may 1968-ci
ildə, ölüm cəzasının ləğvinə dair 6 saylı Protokol 1 mart 1985-ci ildə, əcnəbilərin
çıxarılmasına dair prosedur təminatlar, cinayət işlərinə dair hökmlərdən ikinci
instansiyaya şikayət vermə hüququ, məhkəmə səhvinə görə kompensasiya hüqu-
qu, iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ, ər-arvadın
hüquq bərabərliyi kimi Konvensiyaya əlavə hüquq və azadlıqlar nəzərdə tutan 7
saylı Protokol 1 noyabr 1988-ci ildə, ayrı-seçkiliyin ümumi qadağan olunmasına
dair 12 saylı Protokol 1 aprel 2005-ci ildə, istənilən halda ölüm cəzasının ləğvinə
dair 13 saylı Protokol isə 1 iyul 2003-cü ildə qüvvəyə minmişdir.
13 may 2004-cü il tarixdə Konvensiyaya yeni bir Protokol – Konvensiyanın
nəzarət sisteminə dəyişikliklər edilməsini nəzərdə tutan 14 saylı Protokol qəbul
edilmişdir. Protokolda qeyd olunur ki, bu Protokolu imzalayan Avropa Şurası üzv-
dövlətləri Avropa Məhkəməsinin və Nazirlər Komitəsinin iş yükünün artmaqda
davam etməsi ilə əlaqədar nəzarət sisteminin uzun müddətə səmərəliliyini sax-
lamaq və daha da artırmaq məqsədilə Konvensiyanın müəyyən müddəalarında
təxirəsalınmaz  dəyişikliklər  etmək  ehtiyacını  diqqətə  alaraq  və  xüsusilə  də,
Məhkəmənin Avropada insan hüquqlarının qorunmasında mühüm rol oynamaqda
davam etməsini təmin etməyə ehtiyacın olduğunu diqqətə alaraq bu barədə razılığa
gəlmişlər. Protokola əsasən, Konvensiyanın 22-ci maddəsinin 2-ci bəndi və 24-cü
maddəsi ləğv edilməli, 23, 25, 26, 27, 28, 29, 31, 32, 35-ci maddənin 3-cü bəndi,
38, 39, 46 və 59-cu maddələrinə isə müvafiq dəyişikliklər edilməlidir. Həmçinin,
Konvensiyaya yeni 27-ci maddə və 36-cı maddənin sonuna yeni 3-cü bənd əlavə
edilir. Protokola əsasən, hakimlər, Konvensiyanın 11 saylı Protoko lunun qüvvəyə
minməsinə qədərki redaksiyasında olduğu kimi 9 il müddətinə seçilirlər. Lakin
əhəmiyyətli fərq ondan ibarətdir ki, yeni Protokola əsasən onlar təkrarən seçilə
Zaur  Əliyev
34


bilməzlər. Protokolun gətirdiyi ən mühüm yenilik tək hakimli tərkibdir. Bu da
Protokolun Preambulasında qeyd olunduğu kimi, Məhkəmənin iş yükünün artması
ilə əlaqədardır. Protokola əsasən, Məhkəmə, ona verilmiş işlərə baxmaq üçün tək
hakimli tərkib, üç hakimdən ibarət komitələr, yeddi hakimdən ibarət palatalar və
on yeddi hakimdən ibarət Böyük Palata yaradır. Protokol Konvensiyanın bütün
iştirakçı-dövlətləri tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minmişdir.
Uzun müddət Konvensiyanın iştirakçı-dövlətlərindən yalnız Rusiya Federasiya -
sının bu Protokolu ratifikasiya etməməsi səbəbindən 2009-cu ilin 12 may tari-
xində Madriddə 14 saylı Protokolun qüvvəyə minməsinə qədər onu müvəqqəti
əvəzləyəcək 14-bis saylı Protokol qəbul edilmişdir. Qeyd olunan Protokol həmin
ilin 1 oktyabr tarixindən qüvvəyə minmişdir. 14-bis saylı Protokol əsas etibarilə
özündə 14 saylı Protokolda öz əksini tapmış iki mühüm müddəanı ehtiva edirdi:
- Məhkəmənin səlahiyyəti xaricində olan şikayətlərdən imtina edilməsi ilə
bağlı qərar tək hakim tərəfindən qəbul oluna bilər;
- üç hakimdən ibarət komitə həm şikayətin qəbul edilənliyi ilə bağlı, həm də
mahiyyət üzrə qərarlar qəbul edə bilər.
Artıq qeyd olunduğu kimi, uzun müddət Rusiya Federasiyasının 14 saylı
Protokolu ratifikasiya etməməsi səbəbindən Protokol qüvvəyə minmirdi. Artıq,
adı çəkilən Protokol Rusiya tərəfindən ratifikasiya olunmuşdur. 2010-cu il fevralın
18-də ratifikasiya haqqında sənəd Rusiyanın ədliyyə naziri tərəfindən saxlanmaq
üçün Avropa Şurasının Baş Katibinə təqdim olunmuşdur. 14 saylı Protokol 1 iyun
2010-cu il tarixdən qüvvəyə minmişdir. Bu Protokol qüvvəyə minəndən sonra 14-
bis saylı Protokol öz qüvvəsini itirmişdir. 14 saylı Protokolun qüvvəyə minməsi
ilə isə Məhkəmənin inkişaf dövrünün yeni-V mərhələsi başlamış oldu. 14 saylı
Protokol Konvensiyanın mətninə daxil edilmiş və artıq Konvensiya 14 saylı Pro-
tokola uyğunlaşdırılmış redaksiyada qüvvədədir.
13 saylı Protokol Azərbaycan Respublikası tərəfindən imzalanmamışdır. 12
və 14 saylı Protokollar isə Azərbaycan Respublikası tərəfindən imzalanmış, 12
saylı Protokol hələ ratifikasiya edilməmiş, 14 saylı Protokol isə 4 aprel 2006-cı il
tarixli qanunla ratifikasiya olunmuşdur.
Konvensiyanın  hüquq  müdafiə  mexanizmindəki  islahatları  tam  aydın
şəkildə görmək üçün bu mexanizmin, 11 saylı Protokolun qüvvəyə minməsinə
qədər olan təşkilati strukturuna diqqət yetirmək lazımdır. Konvensiyanın (11 saylı
Protokolun qüvvəyə minməsinə qədər olan redaktəsində) 19-cu maddəsinə əsasən,
Razılığa gələn Yüksək Tərəflərin bu Konvensiya ilə öz üzərlərinə götürdükləri
öhdəliklərə riayəti təmin etmək məqsədilə Avropa İnsan Hüquqları Komissiyası
və Avropa İnsan Hüquqları Məhkəməsi təsis edilmişdir.
Avropa İnsan Hüquqları Məhkəməsi
35


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə