Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə19/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   85

Assambleyasının 61/106 saylı 13 dekabr 2006-cı il tarixli qətnaməsi ilə qəbul
edilən  Fakültativ  Protokola  əsasən  fərdi  şikayətlərə  baxmaqdan  ibarətdir.
Protokolun iştirakçısı olan dövlət avtomatik olaraq Komitənin fərdi şikayətlərə
baxmaq səlahiyyətini tanıyır. Komitənin daha bir mühüm səlahiyyəti ondan iba-
rətdir ki, əgər o, Konvensiyada təsbit olunmuş hüquqların hər hansı iştirakçı-
dövlət tərəfindən sistematik pozulduğuna dair məlumat alarsa, bu halda həmin
məlumatın  araşdırılması  və  ona  dair  qeydlərin  təqdim  olunması  üçün  həmin
iştirakçı-dövlətə əməkdaşlıq təklif edir. Komitə həmçinin özünün bir və ya bir
neçə üzvünü hüquq pozuntusu ilə bağlı təhqiqat aparmaq (müvafiq iştirakçı-
dövlətin razılığı olduğu təqdirdə təhqiqat onun ərazisində aparıla bilər) və bununla
bağlı Komitəyə təcili surətdə hesabat təqdim etməyi həvalə edə bilər. Lakin bu
səlahiyyət məcburi xarakter daşımır. Protokolun iştirakçısı olan dövlət onu təsdiq
edərkən Komitənin bu səlahiyyətini tanımadığını bəyan edə bilər.
Azərbaycan  Respublikası  2008-ci  ildən  həm  Konvensiyanın,  həm  də
Fakültativ  Protokolun  iştirakçısıdır.  Əlillərin  hüquqları  üzrə  Komitəyə  isə
Azərbaycan tərəfindən ilk dövri məruzə 2011-ci ildə təqdim edilmişdir.
9. Zorakı itkin düşmələrə qarşı Komitə
Bu Komitə BMT-nin müqavilə qurumları sırasında ən son yaradılanıdır. Ko -
mi tənin yaradılması BMT Baş Assambleyasının 61/177 saylı 20 dekabr 2006-cı
il tarixli qətnaməsi ilə qəbul edilən Bütün şəxslərin zorakı itkin düşmələrdən
müdafiəsi  üzrə  Beynəlxalq  Kon v ensiya  ilə  nəzərdə  tutulmuşdur.  Konvensiya
2010-cu il dekabrın 23-də qüvvəyə minmişdir. Komitə 2011-ci ilin noyabrından
fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası 6 fevral 2007-ci ildə Konvensiyanı imzalamışdır.
Komitə 4 il müddətinə seçilən, insan hüquqları sahəsində tanınmış mütəxəs -
sislər olan 10 müstəqil ekspertdən ibarətdir.
Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı iştirakçı-dövlət -
lərin dövri məruzələrinə, fərdi və dövlətlərarası şikayətlərə baxmaq Komitənin
əsas səlahiyyətləridir. Bundan əlavə Konvensiyanın 30-cu maddəsinə əsasən, zo -
ra kı itkin düşən şəxsin qohumları, qanuni nümayəndələri və ya onun vəkilləri tə -
cili  qaydada  Komitəyə  itkin  düşən  şəxsin  axtarışı  və  onun  yerinin  müəyyən
edil məsi xahişi ilə müraciət edə bilər. Fərdi və dövlətlərarası prosedur fakültativ
xarakter daşıyır və iştirakçı-dövlətlərin Komitənin belə səlahiyyətinin tanınması
ilə bağlı xüsusi bəyanatından asılıdır.
Azərbaycan  Respublikası  BMT-nin  müqavilə  qurumlarının  fəaliyyətini
tənzimləyən bütün konvensiyaların iştirakçısıdır. Bütün şəxslərin zorakı itkin
Zaur  Əliyev
56


düşmələrdən müdafiəsi üzrə Beynəlxalq Kon ven siya isə Azərbaycan Respublikası
tərəfindən imzalanmış, lakin hələ ratifikasiya edilməmişdir. Həmin beynəlxalq
müqavilələrə uyğun olaraq Azərbaycan Hökuməti müvafiq komitələrə dövri məru-
zələr təqdim edir, həmçinin Azərbaycan dövlətinin yurisdiksiyası altında olan hər
bir şəxs müvafiq beynəlxalq müqavilədə təsbit olunmuş hüquqlarının pozulduğu
halda və pozulmuş hüququn (hüquqların) bərpasına dövlətdaxili səviyyədə nail
ola bilmədiyi halda BMT-nin müvafiq müqavilə qurumuna müraciət edə bilər.
Yaxud insan hüquqlarının kollektiv təmini prinsipinə uyğun olaraq Azərbaycan
dövləti özü də müvafiq konvensiyada nəzərdə tutulmuş şərtlər daxilində həmin
konvensiyanın digər iştirakçı dövlətinə qarşı müvafiq komitəyə müraciət edə bilər.
Azərbaycan Respublikası dövlətlərarası şikayətlə BMT-nin hər hansı müqa -
vilə qurumuna müraciət etməmişdir və Azərbaycana qarşı da belə şikayət olma -
mış dır. Azərbaycan Respublikasının yurisdiksiyası altında olan şəxslərdən mü -
qavilə qurumlarına ünvanlanan müraciətlərin sayı da olduqca azdır. Fikrimizcə,
buna səbəb həmin qurumların kifayət qədər səmərəli olmaması, həmçinin onların
heç birinin hüquqi cəhətdən məcburi xarakterli qərarlar qəbul etmək səlahiyyətinin
olmamasıdır. Ümumiyyətlə, BMT-nin hüquq müdafiə mexanizminin təkmilləşmə -
yə ehtiyacı vardır. Demək olar ki, bir-birinin funksiyalarını təkrarlayan, dövlətlərə
müvafiq hüquq pozuntusunun aradan qaldırılması üçün real təsir göstərmək im-
kanına malik olmayan yeni-yeni mexanizmlərin yaradılması, yeni konvensiyaların
qəbulu vəziyyətdən çıxış yolu deyildir. Zənnimizcə, bir-birini təkrarlayan yeni
konvensiyaların qəbul olunmağındansa mövcud mexanizmləri təkmilləşdirmək
daha səmərəli olardı. Məlumdur ki, universal beynəlxalq müqavilələrdə, məsələn,
Vətəndaş və siyasi hüquqlar haqqında və ya İqtisadi, sosial və mədəni hüquqlar
haqqında Beynəlxalq Paktlarda təsbit olunmuş hüquqları iştirakçı dövlətlər onların
yurisdiksiyası altında olan hər kəsə heç bir ayrı-seçkiliyə yol vermədən təmin
etməlidirlər. Bu baxımdan əlillərin hüquqları haqqında xüsusi bir konvensiyanın
qəbul olunması fikrimizcə zəruri deyildi. Konvensiyanın müddəaları demək olar
ki, ondan əvvəl qəbul olunmuş beynəlxalq-hüquqi aktların, xüsusilə də yuxarıda
adını çəkdiyimiz Beynəlxalq Paktların müddəalarını təkrarlayır. Məsələn, Kon -
ven siyanın 10-cu maddəsinə əsasən, iştirakçı-dövlətlər hər kəsin, o cümlədən əlil -
lərin yaşamaq hüququnu təsdiq edirlər. 1966-cı ildə qəbul olunmuş Vətəndaş və
siyasi hüquqlar haqqında Beynəlxalq Pakt bu hüququ özündə ehtiva edir. Paktın
6-cı maddəsinə əsasən, yaşamaq hüququ hər bir şəxsin ayrılmaz hüququdur. Yəni
bununla da iştirakçı-dövlətlər hər kəsin (o cümlədən də əlillərin) yaşamaq hüqu -
qu nu təsdiq etmiş və bu hüququ təmin etmək öhdəliyini götürmüşlər. 40 ildən
son ra bu müddəanın əlillərə münasibətdə təkrarlanması heç də BMT-nin insan
hüquqlarının  müdafiəsi  mexanizmi  sisteminin  təkmilləşməsinə  xidmət  etmir.
Avropa İnsan Hüquqları Məhkəməsi
57


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə