Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə16/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   85

pozuntusunun qurbanı olduğunu iddia edən məlumat ala bilər. Şikayət, yalnız 14-
cü maddəyə müvafiq olaraq Komitənin müvafiq yurisdiksiyasını tanımaq barədə
xüsusi bəyanat verən dövlətə qarşı verilə bilər. 
Komitənin fəaliyyəti subsidiar xarakter daşıyır. Belə ki, 14-cü maddənin
2-ci bəndinə əsasən, Komitənin fərdi şikayətlərə baxmaq səlahiyyətini tanıyan
hər  bir  dövlət  öz  yurisdiksiyası  hüdudlarında  Konvensiyada  təsbit  olunmuş
hüquqla rından hər hansının pozulmasının qurbanı olduğunu və mümkün yerli
hüquq müdafiə vasitələrinin tükəndiyini iddia edən ayrı-ayrı şəxslərdən, yaxud
şəxslər qrupundan şikayət qəbul etmək və baxılmaq üçün səlahiyyətli orqan təsis
edə və ya belə bir orqanın milli hüquq sistemi çərçivəsində mövcudluğunu göstərə
bilər. Bu Konvensiya üzrə hüququ pozulmuş şəxs 14-cü maddənin 2-ci bəndinə
müvafiq olaraq təsis edilmiş yaxud göstərilmiş orqanın fəaliyyətindən narazı qa -
lar sa altı ay ərzində həmin məsələ ilə əlaqədar Komitəyə müraciət edə bilər.
Şikayətçi yalnız bütün mümkün dövlətdaxili hüquq müdafiə vasitələrini keçdik-
dən sonra Komitəyə müraciət edə bilər. Əgər bu vasitələrin tətbiqi həddindən artıq
yubanırsa  bu  halda  şikayətçi  belə  dövlətdaxili  vasitələri  tükəndirmədən  də
Komitəyə müraciət edə bilər.
Azərbaycan Respublikası 1996-cı ildən haqqında bəhs olunan Konven si ya -
nın iştirakçısıdır. Eyni zamanda Azərbaycan 2001-ci ildən Konvensiyanın 14-cü
maddəsinə uyğun olaraq Komitənin fərdi şikayətlərə baxmaq səlahiyyətini tanı -
mışdır.
Azərbaycan Hökuməti tərəfindən İrqi ayrı-seçkiliyin ləğvi üzrə komitəyə
birinci və ikinci dövri məruzələr 1998-ci ildə, üçüncü və dördüncü məruzələr
2004-cü ildə, beşinci və altıncı məruzələr isə 2008-ci ildə təqdim edilmişdir.
2. İnsan hüquqları Komitəsi
Bu Komitə Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 28-ci
maddəsi əsasında 1976-cı ildə, yəni Pakt qüvvəyə mindiyi ildə təsis olunmuşdur.
Komitə  onun  işində  müstəqil  surətdə  iştirak  edən,  insan  hüquqları  sahəsində
tanınmış mütəxəssislər olan və 4 il müddətinə seçilən (yenidən seçilə bilmək
hüququ ilə) 18 ekspertdən ibarətdir. Komitə hər il ozünün üç həftə davam edən
sessiyalarını keçirir. Dövlətlər Paktdan irəli gələn öhdəliklərin icrasına dair hər 5
ildən bir Baş Katib vasitəsilə Komitəyə dövri hesabat təqdim edirlər. Komitənin
mühüm səlahiyyətlərindən biri dövlətlərarası işlərə baxmaqdan ibarətdir. Lakin
bu prosedur könüllü xarakter daşıyır. Yəni Komitənin dövlətlərarası işlərə baxa
bilməsi üçün iştirakçı dövlətlərin Paktın 41-ci maddəsinə əsasən xüsusi bəyanatı
tələb olunur. Dövlətlərarası işlərə münasibətdə Komitənin rolu subsidiardır. Belə
Zaur  Əliyev
48


ki, əgər 41-ci maddəyə uyğun olaraq Komitənin müvafiq səlahiyyətini tanımaq
barədə bəyanatla çıxış edən hər hansı bir iştirakçı dövlət (və ya dövlətlər) belə
bəyanat verən digər iştirakçı dövlətin Pakt üzrə öz üzərinə götürdüyü öhdəlikləri
icra etməməsi qənaətinə gələrsə, bununla bağlı həmin dövlətə yazılı müraciət olu-
nur. Əgər məsələ öz həllini tapmazsa yalnız bundan sonra iş Komitəyə təqdim
oluna bilər. Əgər məsələnin Komitə tərəfindən həlli tərəfləri qane etməzsə bu
halda onların razılığı ilə xüsusi razılaşdırıcı komissiya təyin edilə bilər. Qeyd
etmək lazımdır ki, təcrübədə müəyyən siyasi maraqlar səbəbindən dövlətlərarası
şikayət proseduru öz təsdiqini tapmamışdır.
Komitənin daha bir mühüm səlahiyyəti fərdi şikayətlərə baxmaqla bağlıdır.
Dövlətlərarası şikayət prosedurundan fərqli olaraq fərdi şikayət proseduru kifayət
qədər işlək və bir sıra hallarda səmərəli mexanizmdir. Pakta dair 16 dekabr 1966-
cı il tarixli Fakültativ Protokola uyğun olaraq Protokolun iştirakçısı olan dövlətin
yurisdiksiyası altında olan hər bir şəxs Paktda təsbit olunmuş hər hansı bir hüqu -
qu nun (hüquqlarının) pozulduğu və pozulmuş hüququnun (hüquqlarının) bərpa -
sına milli səviyyədə nail ola bilmədiyi halda Komitəyə müraciət edə bilər. Komitə
yalnız Protokolun iştirakçısı olan dövlətə münasibətdə verilən şikayətlərə baxa
bilər.
Komitə EKOSOK vasitəsilə Baş Assambleyaya özünün işi ilə bağlı illik
hesabat təqdim edir.
Azərbaycan Respublikası 1992-ci ildən Paktın iştirakçısıdır. Azərbaycan
Respublikası Komitənin dövlətlərarası şikayətlərlə bağlı səlahiyyətini tanıma -
mışdır.
Azərbaycan Hökuməti tərəfindən İnsan Hüquqları Komitəsinə birinci dövri
məruzə 1994-cü ildə, ikinci məruzə 1999-cu ildə, üçüncü isə 2007-ci ildə təqdim
edilmişdir.
3. Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitə
Bu Komitə Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi
haqqında 18 dekabr 1979-cu il Konvensiyası əsasında 1982-ci ildə təsis edilmişdir.
Komitə 4 il müddətinə seçilən, öz dövlətlərini təmsil etməyən, yüksək mənəvi
keyfiyyətlərə  malik  və  qadın  hüquqları  sahəsində  ixtisaslaşan  23  ekspertdən
ibarətdir. Komitə hər 4 ildən bir iştirakçı dövlətlərin dövri hesabatlarına baxır.
Hesabatda Konvensiyanın müddəalarının həyata keçirilməsi üzrə qanunvericilik,
məhkəmə, inzibati və digər tədbirlər barədə dolğun məlumat verilməlidir. Komitə
Baş Assambleyanın 1996-cı ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq 1997-ci
ildən etibarən ildə hər biri 3 həftə davam etməklə 2 sessiya keçirir. Komitənin
Avropa İnsan Hüquqları Məhkəməsi
49


mühüm səlahiyyəti ondan ibarətdir ki, o, 10 dekabr 1999-cu il tarixli Fakültativ
Protokola əsasən fərdi şikayətlərə baxa bilər. Protokolun iştirakçısı olan dövlətin
yurisdiksiyası altında olan istənilən fərd, fərdlər qrupu tərəfindən və ya onların
adından Konvensiyanın müddəalarının pozulması ilə bağlı Komitəyə müraciət
edilə bilər.
Komitə eyni zamanda qadın hüquqlarının səmərəli şəkildə təmini ilə bağlı
ümumi tövsiyələr qəbul edir (məsələn, əlil qadınların hüquqları haqqında 18 saylı
tövsiyə, nikahda qadınların bərabər hüquqları haqqında 21 saylı tövsiyə və s.) (95,
472-473).
Azərbaycan Respublikası 1995-ci ildən Konvensiyanın, 2001-ci ildən isə
Fakültativ Protokolun iştirakçısıdır.
Azərbaycan Hökuməti tərəfindən Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə
Komitəyə  ilk  məruzə  1996-cı  ildə,  ikinci  və  üçüncü  məruzələr  2005-ci  ildə,
dördüncü məruzə isə 2008-ci ildə təqdim edilmişdir.
4. İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitə
Bu Komitə 1985-ci ildə EKOSOK-un Qətnaməsi əsasında onun köməkçi
orqanı kimi təsis edilmiş və 1987-ci ildən fəaliyyətə başlamışdır.
İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda Komitənin
yaradılması  nəzərdə  tutulmamışdır. Paktda  nəzərdə  tutulurdu  ki,  iştirakçı  -
dövlətlər Paktın implementasiyası ilə bağlı dövri məruzələri Baş Katibə təqdim
edir, o isə öz növbəsində baxılmaq üçün EKOSOK-a göndərir. Komitə Paktın
iştirakçı-dövlətlərinin təqdimatı ilə EKOSOK tərəfindən seçilən 18 müstəqil eks-
pertdən ibarətdir.
10 dekabr 2008-ci ildə BMT Baş Assambleyasının 63/117 saylı qətnaməsi
ilə İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta Fakültativ
Protokol qəbul olunmuşdur. Protokol Komitəyə fərdi və dövlətlərarası şikayətlərə
baxmaq səlahiyyəti verir. Fərdi və dövlətlərarası şikayət proseduru yalnız Paktın
və Fakültativ Protokolun iştirakçısı olan dövlətlərə münasibətdə tətbiq oluna bi-
lər. İştirakçı dövlətin yurisdiksiyası altında olan ayrı-ayrı şəxslər, şəxslər qrupu
və ya onların adından digər tərəf Paktda təsbit olunmuş iqtisadi, sosial və ya
mədəni hüquqların pozulması ilə bağlı Komitəyə müraciət edə bilər. Fərdi şikayət
prosedurundan fərqli olaraq dövlətlərarası şikayət proseduru məcburi xarakter
daşımır. Yəni, dövlətlərarası şikayət prosedurunun tanınması üçün dövlət xüsusi
bəyanat verməlidir. Yalnız belə bəyanatla çıxış edən iştirakçı-dövlətə münasibətdə
bu prosedur həyata keçirilə bilər. İştirakçı-dövlət istənilən vaxt bəyan edə bilər
ki, o, Komitənin digər iştirakçı-dövlətlərdən Paktdan irəli gələn öhdəliklərə əməl
Zaur  Əliyev
50


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə