ÖZ İSTƏYİ İLƏ
H
ərbi Aviasiya Tibb İnstitutunda mənim kimi təəccüblənən
onlarla (72 nəfər) səsdən sürətli təyyarə pilotu ilə qarşılaş-
dım. Hara gəlmişik? Onlara neçə nəfər lazımdır? Hansı maşınla tanış
olacağıq? Cavab yox idi. Artıq birinci gündən yalnız “tədqiqat materi-
alı” olduğumuzu başa düşdüm. İnstitutun rəhbəri polkovnik professor
Stanislav Baranski tədqiqat proqramı haqqında danışdı. Bu gündən
xüsusi qaydalara əməl etməliyik. Heç kəslə əlaqə saxlaya bilmərik. Bir
neçə həftə ərzində evdə olmayacağımıza hazır olmalıyıq. Bu müddətdə
hərbi formalarımızı xəstəxana geyimi ilə əvəz etməliyik. Bu məlumat-
lar bizə çox təsir etdi. Bir-birimizə baxdıq, hamının çöhrəsində təəccüb
hissi vardı. Yanımdakıların üzündən gərginlik, fikirlərini cəmləşdirmə
cəhdi, tərəddüd etdikləri oxunurdu. Vəziyyəti birmənalı qiymətlən-
dirdim – Miruş dabanına tüpür, nəyə isə ilişəcəklər və heç uça bilməyə-
cəksən. Geriyə yol yox idi. Hərbi bürokratiya mövcudluğumu müvafiq
sənədlərlə təsdiq etdi. Geriyə aparan qapı artıq bağlanıb. İstəmədiyim
vəziyyətə düşdüm. Prosedurlara əməl etmək çıxış yolu idi. Bizi yerli
mehmanxanada yerləşdirmişdilər. Gecənin yarısına qədər “basqın“ın
səbəbini araşdırmağa cəhd edirdik. Hamımız “səsdən sürətli” pilot-
lar idik, hamımızın böyük uçuş təcrübəsi var idi, hər birimiz birinci
dərəcəli pilot idik. Gecə ərzində polkovnik Baranskinin sözlərini təhlil
edirdik: “Biz, həkimlər – professor deyirdi – aranızdan ən yaxşılarını,
xüsusi psixofiziki meyl, stres, hava çatışmazlığı və sürətləndirməyə
istisna dözümü olanı seçməliyik”. Üçhəftəlik tibbi müayinə başladı.
Həm faktiki, həm də məcazi mənada. Laboratoriya analizləri, yükləmə
sentrifuqası, aşağı təzyiqli kameralar, fırlanan oturacaqlar, mayallaq
vurma, reyn çarxı
44
, bitməyən testlər və psixoloqlarla söhbətlər bütün
günümüzü alırdı. Bəzi prosedurlara yəqin ki, həkimlərin gecə ağılları-
na gələn yeniliklər əlavə olunurdu. Bizi dəfələrlə sentrifuqada huşumu-
44
Reyn çarxı – 1925-ci ildə Otto Fayk tərəfindən patentləşdirilmiş və Reyn dağ massivi
ilə eyni ad daşıyan
idman aləti