58
ÜÇÜNCÜ HISSƏ
ların dağda özlərini necə aparmalı olduqlarına dair nəsihət verirdilər.
Bu sözləri eşitmək heç xoş deyildi, lakin işin məxfiliyi bəraət qazanma-
ğımıza imkan vermirdi. Növbəti sürətə peşələri dağ bələdçisi olan üç
dağlı dözə bilmədi və onlar bizimlə işləməkdən imtina etdilər. Hətta
illər sonra, dağ şəklini görən zaman məşhur Morske Okodan
47
(Dəniz
Gözündən) Beş Nohur Dərəsinə
48
(Dolina Pięciu Stawów) qədər cığır
yadıma düşür. Şpiqlas Aşırımında (Przełęcz Szpiglasowa) canımın
çıxacağını fikirləşirdim. Son on beş metri dizlərimin üstündə, əllərim-
lə donmuş torpağı qazırdım, dişlərimlə isə şam ağacından yapışırdım
– elə can atırdım. Bu rəqabətdə məndən çox gənc oğlan məni uddu.
Lakin vaxtımı pis keçirməmişdim. Aşırımdan turist bazasına qədər qa-
yaların üstü ilə çevik keçiddən tez keçmişdik. Ailələrimiz də bizi qına-
mağa başlayırdılar. Oktyabr ayının əvvəlində bizi bir-iki günlük evə
göndərmişdilər. Həyat yoldaşım vəziyyətim və yaşamaq tərzimdən bir
az narahat idi. Hər gün parkda qaçmaq üçün tez oyanırdım, başımın
üstündə qaldırdığım barmağımın ətrafında dolanırdım. Bu məşğələ-
dən sonra gözlərimi döndərirdim və bundan sonra tarazlığı qoruya
bilmirdim. Öz istəyimlə əziyyət çəkirdim. Mən olmadığım vaxtda po-
liqonda raketlərdən atış zamanı pilotlarımdan biri, hədəfi vurma nəti-
cəsini öyrənmək üçün batmadan çıxmasını gecikdirdi. Yerin hava ilə
birləşən yerdən 20 sm məsafəsində çatdırdı. Bu məsələ haqqında da-
nışmağı, qoruyucu fəaliyyəti təhlil etməyi və konyakla onun yenidən
“doğulma“sını qeyd etməyə çatdırdım.
HATİ-da bizi bir sıra sənəd, analiz nəticələri, təlimat və yeni təklif-
lərlə gözləyirdilər. Gözlənilmədən həkimlərdən biri mənə “qida boru-
su yırtığına şübhəni istisna etmək üçün” əlavə analiz keçməyimi təyin
etdi. Səhər ac qarnına mənə maye gipsə oxşar nəsə yedirdilər. Rentgen
aparatı altında bir sıra şəkil çəkildi, onlar üçün poza alırdım, ayaq üstə,
bel üstündə, uzanaraq, sonda isə yarasa mövqeyində və yenə də ayaq
üstə. Nəticə yaxşı idi. Göndəriş verən həkim nəzakətli idi, başa salırdı
ki, bunların hamısı mənim yaxşılığım üçündür.
Yoxlamalar davam edirdi, əlavə EKQ və yeni psixoloji testlər keçi-
rilirdi. Fırlanan oturacaqlar və yelləncəklərdə məşğələlərin sayı artırıl-
mışdı. Həkimləri nistaqm
49
və dözüm həddi maraqlandırırdı. Axşam-
lar taqətdən düşmüş vəziyyətdə, çox vaxt mürgüləyərək, kosmik tibbi
məsələləri və raket texnikası sahəsinə aid mühazirələri dinləyirdik.
Həmin mühazirələrdən asılı olmayaraq, hazırlığın son mərhələsində
47
Morskie Oko – Tatra dağlarında
ən böyük göl
48
Beş Nohur Dərəsi – Tatra dağlarında dərə
49
Nistaqm - göz almasının
qeyri-iradi, ardıcıl,
ritmik hərəkəti