“Salyut” orbital stansiyasında “mühüm” nəzarət. Müəllifin arxivindən.
Atanın və oğulun fəxri – “Soyuz” stimulyatorunun pillələrində. Müəllifin arxivindən.
Məşqlərdə qonaqlıq. Mütləq atalarımıza oxşamalıyıq. Soldan: sifəti böyük Mişa –
Pyotrun oğlu, sağdan, daha hündür mənim oğlum Mirek. Kosmonavtların Təlim
Mərkəzinin arxivindən.
Qubarev və Remek uçuşa hazırdırlar, 1978-ci il, fevral. Kosmonavtların Təlim Mərkə-
zinin arxivindən.
Bağların ən vacib bağlama mərasimi... hava limanı, oradan isə Kosmodrom yoluna.
Məni yola salan kosmonavtlar: polkovnik Volınov, general Popoviç və Mərkəzin rəisi
general Bereqovoy qayğı ilə Emilkanın ayaqqabısının bağı ilə necə bacaracağıma ta-
maşa edirlər. Kosmonavtların Təlim Mərkəzinin arxivindən.
105
62
Gevont – Qərbi Tatralarda dağ massivi (Polşa)
altından qırmızı zolaqlı yaşıl şalvar görünən yeddi nəfər tanımadığım
həkim də iştirak edirdilər. Şəhərcikdən olan həkimlər divar boyunca
durub diqqətlə izləyirdilər. Tamaşaçım çoxdur – düşündüm. Var-gü-
cümlə pedalları fırladırdım, nəbz və ürək döyüntüm norma daxilində
olduğundan yükləməni artırırdılar. Əsl velosipeddə, yəqin ki, Gevon-
ta
62
qədər çatardım. Beşinci dəfə dağ mərhələsini təyin etdilər. Tərdən
gözlərim heç nə görmürdü. Müşahidəçilər arasında canlanma və se-
vinc hiss etdim. EKG-nin nəticələri olan kağız lentinə yaxınlaşdılar.
Döşəmədə artıq onlarla metr kağız var idi. “Alındı”, – eşitdim. Digəri
əlavə etdi: “Azdır”. İki tək-tək əlavə ürək spazması oldu. Təyin olunan
yüklənmədə 12 tək-tək əlavə və üç seriyalı spazma ola bilər. Qüsursuz
professor “xvatit” dedi, yəni kifayətdir. Qərar verildi. Həmin gün “mə-
nim yaxşılığım üçün” yenidən xəstəxanaya göndərilmişdim, bu dəfə
Sokoliniki rayonunda yerləşən aviasiya xəstəxanasına getdim. Səhər
çexlər – Remek və Pelçakın son imtahanlara başladıqlarını öyrəndim.
Müalicəm gündəlik müayinə və həblərin içilməsindən ibarət idi. Hər
iki gündən bir qan analizi verirdim. Nəzəriyyə üzərində bir daha çalış-
mağa qərar verdim. Növbə ilə bir gündən bir təlimatçılar avtomobillə,
həyat yoldaşım isə uşaqlarla qatarla gəlirdi. Yaxşı fiziki formada qal-
maq istəyirdim. Çöl çox soyuq olduğundan, zalda saat yarım ərzində
“qaçırdım”. Bu da həkimlərin gözündən yayınmadı. Yanıma iti baxışı,
dağınıq saçları və dəri çantası olan olduqca qəribə bir şəxs gəldi. Özü-
nü elə təqdim etdi ki, heç nə başa düşmədim. Otağa, vanna otağına,
pəncərələrə baxdı, qeydlərini oxuyandan sonra burada nə etdiyimi
soruşdu. “Oxuyuram”, – dedim. “Bəs nəyə görə burada?” – soruşdu.
“Bilmirəm”, – yenə sakit cavab verdim. Sərt baxdı və yuxularımın necə
olmasını, ilanlar və ya hoppanan meymunları görüb-görmədiyimi
soruşdu. Təəccüblə görmədiyimi dedim. Yarasa gördüyümü dedim.
“Harada?” - soruşdu. “Sizin pırtlaşıq başınızda”, – dedim. Barmağımla
qapıya göstərdim ki, buradan çıxıb getsin, daha doğrusu, rədd olsun.
Leonova zəng etdim. Həyat yoldaşım və uşaqlarla gəldi. Xəstəxana
rəhbərliyi tərəfindən heç kimin gəlməsinə tapşırıq verilmədiyini dedi.
“Sabahdan başqa cür oxuyacaqsan”, – dedi. Səhəri gün pijamada iki
təlimatçını gördüm. “Nə olub?” – soruşdum. “Zalda səninlə birgə xəstə
olacağıq”, – gülərək dedilər. Hər gün səhər həkim müayinəsindən son-
ra axşam saatlarına qədər sxem, kitablarla kosmik nəzəriyyəni oxuyur-
duq. Axşam oxumağa davam edirdim, müəllimlərimsə dincəlməyə ge-
dirdilər. Səhər nəticələri hiss edirdim. Soğan, sarımsaq və yenə nəyinsə
qoxusu hiss edilirdi. Klimuk tez-tez gəlirdi və bizimlə birgə oxuyur-
SƏMAYA APARAN PİLLƏKƏNLƏR
106
DÖRDÜNCÜ HISSƏ
du. Bilikləri uğurla qəbul edirdim, lakin qanım çoxalmırdı. İki gündən
bir analiz verirdim. Tanış laborant xanım sirr olaraq telefon vasitəsilə
mənə cavabları dedi. Qanımın daha da azalmasını gördük. Müayinə
zamanı həkim ikiqat arzu olunmayan doza verdi. Səhv etdiyini fikirlə-
şirdim. Növbəti üç müayinə zamanı eyni şey təkrarlandı. Ürəyimə pis
fikirlər gəldi. Əsəblərim sakit olmalı idi, ya da ümumiyyətlə, olmamalı
idi. Bunlara dözdüyümə özüm də təəccüblənirdim.
13 fevralda xəbər aldım – Klimuk UİM-da idi (Uçuşu İdarəetmə
Mərkəzi) və “Salyut”un ekipajı ilə danışmışdı. Qreçko taleyimdən çox
narahat idi, salamlar göndərirdi. Əhvalım günü-gündən yaxşılaşırdı,
nikbinliyim geri qayıdırdı, həkimlər isə hər şeyin yaxşı getdiyini deyir-
dilər. Sakit halda xüsusi həkim komissiyasının qarşısına çıxdım. Otaq
həkimlərlə dolu idi. Mərkəzi yerdə “qüsursuz” professor M. əyləş-
mişdi. Məni zalın mərkəzində kətildə əyləşdirdilər. Özümü istintaqda
hiss etdim. Girişsiz professor mənə müraciət etdi: “Nəhayət ki, sona
gəlib çatdıq”. Nəhayət ki, sevindim. “Sizin üçün pis xəbərim var”, – bir
dəqiqədən sonra eşitdim. Professor davam edirdi: “Siz kosmonavt, təy-
yarəçi kimi deyil, insan kimi xəstəsiniz”. Dondum. Elə bildim ki, yuxu-
dayam. “Başa düşmədim, nəyə görə?” – dedim. Cavab olaraq eşitdim:
“Anadangəlmə ürək qüsurunuz var, klapanlar axıra kimi bağlanmır”.
“Ürəklə heç bir problemim olmayıb”, – özümü müdafiə etməyə çalışır-
dım. “Səsdən sürətli təyyarə pilotuyam”, - əlavə etdim və hansı müa-
yinənin bu fikri təsdiqləyə biləcəyini soruşdum. Professor imtina etdi:
“Bu xəstəlik sizdə çoxdan var, EKG etmək kifayətdir ki, sizi inandıraq”.
“Axı bir neçə gün bundan öncə bu müayinədən keçmişdim, nəticə yaxşı
idi, hətta surəti də məndə qalıb”, – dedim. “Qüsursuz” qızardı və az
qala qışqırdı: “Kim etmişdi?” Həmin an yaxınlıqda əyləşən həkim-po-
ruçik səs-küylə sənədlərim olan qovluğa baxmağa başladı, sonra isə se-
vinərək dedi: “Yoldaş professor, buradadır, nəticələr yaxşıdır”. “Sizdən
kim soruşurdu?” – professor çığırdı. Fasilə elan olundu. Həkimlərdən
biri yanımdan keçərək çiynimdən çimdiklədi və dedi: “Afərin!” Fasilə-
dən sonra professor səs tonunu dəyişdirdi.
Həkim-poruçik də yox idi. Ürək haqqında deyil, artıq orqanizm
barədə danışırdılar. Bir az gözləməlisən. Şans var. Təskinlik üçün mənə
yeni vitaminlər yazdılar – onları gündə üç dəfə qəbul etməli idim. Ko-
missiyanın iclasından sonra general Bereqovoy və Klimuk gəldilər, bir
neçə quru balıq və bir şüşə konyak gətirmişdilər. “Sənin sağlığına Mi-
roslav, – Bereqovoy təklif etdi, – iç, sabah müayinən olmayacaq, kitab-
lardan da dincəl. Bilirəm ki, biliklərin çoxdur, lakin çox arıqlamısan”.
İçdik. Çexlərin kosmodroma yola düşdükləri haqqında məlumat alan-
dan sonra təkrarən içdik. Onlar gedəsi oldular!
Dostları ilə paylaş: |