175
içdi. Dərindən nəfəs aldı və masanın üstündə asılıb qaldı. Bizsə onu
diqqətlə izləyirdik, sanki zəhəri yemək üçün seçilmiş qardaş siçovulun
reaksiyasını gözləyərək donmuşduq. Testin əlamətsiz keçməsi eksperi-
mentin qısaldılması haqqında müzakirələrə səbəb oldu. İyirmi dəqiqə-
dən sonra Saşa yenə içmək üçün əlini uzatdı və bununla eksperiment
bitmiş
hesab olundu, sağlıq demək olardı və dördü deyildi:
–
bizim, yəni mənim və Pyotrun, missiyamızın uğurlu keçməsi-
nin sağlığına;
–
planetin ilk kosmonavtı Yuri Qaqarinin qəhrəmanlığının şərə-
finə:
–
Polşa və SSRİ xalqlarının və başçılarının sağlığına:
–
ailələrimiz: həyat yoldaşlarımız, uşaqlar və valideynlərimizin
sağlığına.
Sonuncu sağlıq mənim idi. Bütün tostlar ciddi və əzəmətli idi və
adambaşına 20 qramla möhürlənmişdi. Deməli, 29 iyun 1978-ci ildə
heyət tərəfindən yaxşı qəbul edilmiş dostluq və gələcəyə ümid verən
jesti etdim. Bəzi növbəti heyətlər fikrimi icra edirdilər, lakin xəbər veril-
diyinə görə, kimsə hardasa bir az “canfəşanlıq” edənədək. Əvəzindəsə
Pyotr mənə çox xoş sürpriz etdi – həyat yoldaşımdan məktub. Ünvan
belə idi: “Miroslav Hermaşevski, “Salyut” orbital stansiyası, hardasa
Kosmosda”. Ən uzaq küncə çəkilib məktubla, ən yaxınlarım haqqında
düşüncələrimlə təkbətək qaldım. Oxuyub təsirləndim və həyəcanlan-
dım. Məni heç kəs narahat etmir. Fikir verirəm ki, göz yaşlarım axmır,
lakin gözüm dolub. Məktubu bir neçə dəfə təkrar oxuyuram. Minlərlə
kilometr
burdan uzaqda olsalar da, ailəmin yaxınlığını hiss edirəm.
İkinci gün sona çatır. Yataq torbamın yerini dəyişdirməyi qərara
aldım. Tavanda, rentgen teleskopunun üstündə Kovalyonokun razı-
lığı ilə iki metrlik yer tapdım. Dünənki təcrübələri xatırlayaraq, özü-
mü daha çox rezin lentlə təmin edirəm. Hazırda yer kürəsinin rabitə
nöqtələrindən kənar bir məkanda yerləşirik. Bu orbit Sibirin, Kamçat-
kanın, Sakit okeanın sərhədsiz sularından, Şərqi Amerika və Okeani-
yanın sərhədlərindən keçir. Asiya və Avropada gecə düşüb. Qaranlıq
və tutqundur. Yorğunluğa baxmayaraq, vaxtımı yuxuya sərf etmək
istəmirəm. İllüminatorun önündən ayrılmıram, lakin yalnız okean və
buludları görürəm, okean və buludları... Yatmağa gedirəm. Yatmaq
üçün yerim rahatdır. Üzə-üzə yataq torbasına daxil oluram və rezin
lentlərlə möhkəm bağlanıram. Burdan daxili əla görmək olur. Yarasa
vəziyyətində yatmış həmkarlarımı görürəm. Döşəmədə olan balaca il-
lüminator mənə mane olur, çünki arada düşən günəş işığı məni oyadır.
KOSMİK SİRR