178
BEŞINCI HISSƏ
başımla şıddətli hərəkətlər etmirdim, yalnız bütün korpusumla fırla-
nırdım. Nahardan sonra bir az boş vaxt tapıram və Pyotrun təklifinə
uyğun olaraq, tavanın altında rezinlərlə bağlanaraq dərhal yuxuya ge-
dirəm. Düz iyirmi dəqiqə möhkəm yatmışdım. Oyanandan sonra özü-
mü güclü hiss edirdim. Yaxşıdır, çünki axşam rabitə vaxtı yaxınlaşır.
Jurnalistlər vəd etdiyimiz mətbuat konfransını gözləyir.
Bizi sual atəşinə tuturlar. Özümü ən yaxşı tərəfdən göstərmək
istəyirəm. Həmkarlarımın yanında “otururam” və arada bir yüngül-
cə yuxarı qalxıram – çəkisizliyi nümayış etdirmək üçün, lakin Pyotr
qətiyyətlə məni aşağı dartır. Bir neçə dəfədən sonra jurnalistlər buna
fikir verirlər. Bu anda növbətçi operator qoşulur və özümü belə şən
aparmağıma bəzi səbəblərin olduğunu deyir. “Miroslav, Mərkəzdən
hamımız sənə təbriklərimizi göndəririk. Sənin doğma Vrotslav şəhə-
rində 35 milyonuncu vətəndaş dünyaya gəldi – gözəl qızdır” – deyir. O
dəqiqə cavablandırıram: “Təbriklərə görə təşəkkür edirəm, amma mə-
nim bununla heç bir əlaqəm yoxdur, çünki il yarımdan çoxdur ki, Ul-
duz şəhərciyindəyəm”. Orada olanların gurultulu qəhqəhəsi eşidilirdi.
Uçuşdan sonra bildim ki, növbətçi psixoloq özünü hiss etmə bəndində
o dəqiqə 5 qiymətini qoyub.
Axşam Pyotrla təmir işinə başladıq. Çex aləti Oksimetri təkmil-
ləşdirməliydik. Həmin alət zədələnmişdi, lakin tibbi eksperimentləri
aparmaq üçün gərəkli idi. Pyotr qırılmış telləri lehimləyirdi. İş gecəyə-
dək uzandı. Alətlə güləşərək, müxtəlif qəribə vəziyyətlərə düşürdük,
stansiyanın daxilində uçuşurduq. Bu iş bizi taqətdən saldı və vestibül-
yar aparatı pozdu. Yorğunluqdan yuxulaya bilmirdim. Qəribə və anla-
şılmaz bir şey görürdüm. Gözlərimi yumanda qığılcım, sanki miniatür
işartı və hər iki gözümü kəsən parlaq zolaqlar görürdüm. Qorxdum.
Mənə elə gəlirdi ki, ağrı hiss edirəm. Pyotrdan yatıb-yatmamasını so-
ruşdum. Cavab verdi ki, o da həmin şeyləri görür. “Narahat olma, bu,
stansiyanın örtüyündə olan böyük enerjinin balaca hissəcikləridir, gö-
zün sarı yerinə düşən kimi işıq yaradırlar. Əvvəlki missiya zamanı da
bununla qarşılaşdım. Alimlər bunun səbəbini bilmirlər. Zərərli deyil,
indi keçəcək. Yat” – deyərək məni sakitləşdirdi. Həqiqətən də, növbə-
ti günlərdə də gözlərimdə parıltıları görürdüm, amma artıq həminki
qorxudan əsər-əlamət yox idi.
SİRLƏR VƏ RƏNGLƏR DİYARI
İ
lk günlərdə rəngli olanlar mənim diqqətimi çəkirdi. Növbəti
günlər daha maraqlı və vizual cəhətdən zəngin idi. Həmkar-
larımın köməyi sayəsində yeni xüsusiyyətləri və qeyri-adi obyektləri,
gölləri, böyük çayları, meşə zolaqlarını, su obyektlərinin və atmosfe-
rin çirklənməsini görüb seçməyi öyrəndim. Coğrafi dərketmə və səmti
müəyyənləşdirmə təcrübəsi qitələr, okeanlar və Yer kürəsinin atmosfe-
rində baş verən fenomenləri planlaşdırdığım və mütəmadi olaraq mü-
şahidə etdiyim günlərdə yardımçım olur. Bu müşahidələri maraqlandı-
ğıma görə deyil, elmi proqramın bir hissəsi olduğuna görə aparırdım.
Göyərtənin gündəliyində öz müşahidələrimi qeyd edirdim, gördüyüm
təzahürün qısa təsvirini, vaxtı və orbitin ballistik məlumatlarını da ya-
zırdım. Müşahidələrimə əla əl aparatı olan Hasselbladla çəkilmiş fo-
toşəkilləri əlavə edirdim. Bu, maraqlı məşğuliyyət idi, çünki Kosmosda
çox vaxtımı aparırdı. Özüm də bu işə hər boş anımı sərf edirdim. Apa-
ratdan ayrılmırdım.
Volodya Kovalyonok okean cərəyanlarını və gəmilərin keçdikləri
yerdə dalğaların dağılmasını göstərdi. Özüm onları yəqin ki, seçə bil-
məzdim, çünki adi gözlə bütün bunları ancaq uzun məşqlərdən sonra
və Günəşin xüsusi işığında görmək olar.
Müşahidələrin aparılması həmişə mümkün olmur, çünki Yer kürəsi
tez-tez buludlarla örtülür. Onlar müxtəlif formalarda düzülür və yad-
daqalan cizgilər yaradır. Bir baxışla bir neçə barik sistemi əhatə edirəm.
Buludlar layı səylə işlənmiş sinoptik xəritə kimi görünür, burada bu-
ludların yolunu, onların piral sistemini görmək olur. Tez-tez əsasən
tropiklər qurşağında fenomenlərdən ən qorxulusunu – bulud topasının
ortasında mavi sonsuz çala olan nəhəng burulğanı – tornadonu mü-
şahidə edirdim. Baxana elə gəlir ki, onun gözü ilə sorulub aparılacaq.
Yer kürəsini növbəti dəfə fırlanaraq dəyişiklikləri və artıq müşahidə
edilmiş fenomenlərin hərəkət istiqamətini təqib edirik. Gecə həmin ra-
yonlar minlərlə ildırımlarla işıqlanırdı, gündüzsə gecə olmuş fırtınala-
rın nəticələrini göstərirdi - saysız-hesabsız yanğınlar, yüz kilometrlərlə
qalxan tüstülər. Gecə fırtınaları fenomenini dəfələrlə müşahidə edir-
180
BEŞINCI HISSƏ
dim və özümə sual verirdim ki, görəsən, insan tərəfindən yaradılmış
atom kataklizmi necə olardı?
Yer kürəsinin müxtəlif rayonlarındakı geoloji strukturlar sakit və
mənzərəli görünürdü. Onun zənginliyi tükənməzdir, buzun və əbədi
qarın bəyazlığı ilə örtülmüş boz dağ massivlərindən başlayaraq, qəh-
vəyi rəngin bütün çalarlarında olan xətti əsərlərdən keçərək, sirli, lakin
dənizin və okeanın səthində, və yaxud səhranın qumları altında sis-
temlər görünür. Sonsuz Tibet öz sirlərinin çoxunu gözlərimin qarşısın-
da açdı. Kamçatka artıq uzaqdan özünün müxtəlif, bəzi hallarda canlı
ləl-cəvahiratını – vulkanları təqdim etdi.
Bir neçə gün xəritəsiz və göyərtə yönəldicisi olmadan müşahidələr
apardıqdan sonra uçduğumuz sahəni tanıya və müəyyən edə bilirdim.
Orbitdəki gecənin öz gözəlliyi və sirləri var. Bir gecə ekvatorial Afri-
kadan şimal-şərq istiqamətində uçaraq, özümdən çox uzaqda yüzlər-
lə sarı alov nöqtələrini gördüm. Bu, fantastik mənzərə idi, lakin mən-
də narahatçılıq yaradırdı. Pyotrdan baxmasını xahiş etdim. O, həmin
dəqiqə narahatlığıma son qoydu, çünki bundan əvvəlki missiyalardan
zəngin təcrübəyə malik idi. Məni sakitləşdirdi – bu, Dəclə əraziləri idi,
burda qara qızılı, nefti əldə edirlər, gördüyüm alov isə yanan qazdır.
Həmin andan bu səciyyəvi mənzərə dəfələrlə oriyentir kimi mənə xid-
mət etmişdi.
Bir neçə il sonra “Mir“ stansiyasından həmkarlarım Musa Manarov,
Viktor Afanasyev və Yaponiyanın ilk astronavtı Toyohiro Akijama mü-
haribənin məşum tüstüsünü müşahidə edirdilər – yanan neft quyuları
və yüzlərlə kilometrə yayılan his. Həmin zaman Uçuşun İdarəedilməsi
Mərkəzində idim və bu dəhşətli görüntüləri böyük ekranda görürdüm.
Bir neçə gün gördükləri haqqında narahatlıqla danışdıqlarını eşidir-
dim. Mikrofonu əlimə götürəndə, Musa söhbətin mövzusunu dəyişdi,
səsimi tanıdı, sevindi. Mənimlə adi məsələlər haqqında elə sakit danı-
şırdı ki, sanki onun evinə ən yaxın taksofondan zəng etmişdim.
Stansiya fasiləsiz olaraq öz vəziyyətini dəyişirdi, ehmalca fırlanırdı,
üfüqi vəziyyət alandan sonra isə ay işığında özümlə paralel buludları
gördüm. Bir anlıq elə bildim ki, təyyarədə uçuram və özüm-özümə sual
verirdim ki, niyə buludlar parlayan açıq yaşıl çalara malikdir. Həm-
karlarımdan kimsə qışqırdı: “Gümüşü buludlar altımızdadır”. Bu qey-
ri-adi fenomeni Y.Romanenko və Q.Qreçko 1977-ci ildə kəşf ediblər.
Hamımız eyni anda fotoaparatları götürdük. Pyotr öz fotoaparatına
gecə görünüşü taxdı. Həmin gecə görünüşü kosmik gəmisində məkan
yönəlməsinin gecə müşahidəsi və nəzarəti üçün xidmət edir, çünki o,
işığın gücünü 40 min dəfə artırır. Böyük həvəslə şəkillər çəkdik, bulud-
lar fərqli formalar alırdı – üfüqi böyük toplulardan dolaşıq topalar və
Dostları ilə paylaş: |