31
PLANERDƏN
REAKTIV TƏYYARƏYƏ QƏDƏR
sözləri yadda saxladım. 1961-ci ildə Aviasiya Zabitləri Məktəbinin
praporşiki olduğum zaman bu qaydaya əməl edirdim. Nəticəsini
gördüm.
1954-cü ildə ilk dəfə anamla Varşavaya Vladekin dəvəti ilə gəlmişdik.
O, Bemovoda iyirmi nömrəli tramvayın terminalı, yəni hava limanının
yaxınlığında yerləşən gözəl ikiotaqlı mənzildə yaşayırdı. Günün
vaxtından asılı olmayaraq, reaktiv təyyarənin mühərrikinin səsini
eşidən kimi hava limanına tərəf qaçırdım, orada, hasarın yanında,
kolda uzanıb enmə meydançasının havasını ciyərlərimə çəkirdim.
Təyyarələr 20-30 metrlik məsafədə idi. Bir neçə saatdan sonra anam
məni varenik və ya hər hansı şorba qazanı ilə tapırdı. Elə olurdu ki,
şam yeməyinə gəlmirdim, çünki gecə uçuşları daha heyranedici idilər.
Əsgərlərlə tanış olduqdan sonra onlardan bir qazança sıyıq və indiyə
qədər dadını unutmadığlm kotleti alırdım, sonra isə məni hasardan
keçirirdilər. Təyyarələrin yanında kiçik işləri yerinə yetirməyimə icazə
verirdilər.
İllər sonra Babitse hava limanında hərbi təyyarə ilə dəfələrlə enib
və postumun yanında hərəkət edərkən bir dəqiqəlik təyyarəni saxlayıb
salamlaşırdım.
Ümumi təhsil liseyində oxuyarkən model düzəltməklə məşğul
olmağa başladım. Çardaqdakı otaqda kiçik model sexi quraşdırıb, boş
vaxtlarımı orada keçirirdim. Hər ideal model onun haqqında texniki-
tarixi bilikləri aldıqdan sonra bir neçə həftə ərzində yaxın parkda
kəsilmiş cökədən arzular obyektinə dönürdü. Modellərin kolleksiyası
böyüyürdü, bununla birgə zəif qiymətlərin kolleksiyası da durmadan
zənginləşirdi. Fikirlərim planerin kabinəsində idi, çünki tətillərdən
və onuncu sinfi bitirəndən sonra planer pilotu nişanı ilə qayıtmışdım.
Mən planerlən ilk dəfə “səyahət”ə çıxanda, Vladek Qrünvaldda məşhur
qalibiyyətin 550-ci ildönümündə 64 qırıcıdan ibarət şahmat qaydasında
uçan birgə qrupa rəhbərlik edirdi. Mən ona heyran qalmışdım, bütün
Polşa və dünya təyyarəçiləri kimi.
Liseydə gözəl müəllimlərim var idi: polyak dilindən xanım prof.
Mitskeviç, fizika fənnindən prof. Zebrovski, tarixdən prof. Haydo,
riyaziyyatdan prof. Peşlak. Fəlsəfəyə giriş fənnindən dərs deyən
Ksöndz Bosakın həyata dair məsləhətləri çox dəyərli idi. Tərbiyəçilərim
həvəsimi başa düşürdülər, lakin məni təyyarəçi rolunda heç təsəvvür
edə bilmirdilər. Qamış özü uça bilməz – müəllimlərim deyərdi. Önündə
durduğum seçki komissiyası da eyni fikirdə idi. Məni ələ salırdılar,
lakin bu ən qorxulusu deyildi. Onlar mənim orduya yaramadığım
qənaətində idilər – C kateqoriyasını aldım, bu isə orduda xidmətə tam
yararlı olmadığımdan xəbər veriridi. Planerdə uçmaq arzumu eşidəndə