18
BIRINCI HISSƏ
dərin hörmət və sevgi hissi duyurdular. Əcdadlarım kimi, onlar da
yeddi övlad sahibi oldular. İlk dünyaya göz açan Alina idi, sonra
ardıcıl olaraq Vladıslav, Sabina, Anna, Teresa, Boqdan və mən.
Çox təəssüf ki, Hermaşevski nəsli ata-babaların ənənəsini davam
etdirmədi. Alinanın Rışard, Kşıştof və Violetta; Vladıslavın Qrajına
adlı qızı; Sabinanın – Alinka və Boqdana, Annanın –Yaroslav, Tere-
sanın-Andjey, Boqdanın – Bojenka adlı övladları, mənim isə Emiliya
ilə (Lazar) oğlum Miroslav və qızım Emiliya var. Hələlik üç nəvəmiz
var: Yulia, Amelia və Emiliya.
Voluva
5
1945-ci ilin iyun ayında gəldik. Böyüklərin dediyi kimi,
buradan barıt, dəmir və ölüm qoxusu gəlirdi. Volından gəlmişdik –
orada ölüm qoxusu hər yerdən gəlirdi. Bu əziyyət çəkən torpaqda
atam, babam, xalam, bibilərim və əmim, dayılarım, həmçinin yüz
minlərlə qohumumun cənazələri var. Toydan sonra valideynlərim
Kostopol Povyatında, Ruvnedan
6
şimalda yerləşən Polika adlı kiçik
kənddə yaşayırdılar. 25 hektarlıq fermanı idarə edirdilər. Torpaq
məhsuldar idi, atamla anamın da təsərrüfat bacarıqları yüksək. Ailə
böyüməyə başlayan zaman valideynlərim yaxında Lipnikada
7
yaşa-
yan əmilərimin köməyi ilə yalnız yeni ev deyil, həmçinin təsərrüfat
binaları inşa etmişdilər. Atam zirək sahibkar idi və babam Sılvester
kimi yalnız ən yaxın sahə ilə maraqlanmırdı. O, daha uzaq, namə-
lum dünyanı tanımağı arzulayırdı. Bu dünya haqqında bilikləri na-
dir hallarda mövcud olan qəzet və abunə olduğu təsərrüfat haqqın-
da jurnallar, həmçinin qraf Malınskinin mülkündə işlər müdiri olan
və onunla dünyanı gəzən (həmçinin ova çıxdıqları Amerika və Afri-
kanı) babamın hekayələri vasitəsi ilə öyrənirdi.
Qraf Malınskinin mülkü yalnız torpaq sahəsi və meşələr deyil,
həmçinin gözəl saray, şəxsi elektrik stansiyası, Mokvin stansiyasına
qədər işıqlandırılan yol və etajeri xatırladan təyyarə - taxta Farman
biplanıydı
8
. Onun yaxın sahədə təsadüfi uçuşları böyüklərdə qorxu,
uşaqlarda isə sevinc hissi oyadırdı. O zaman uçuşun gözəlliyini ilk
dəfə qardaşım Vladıslav gördü, özü də təyyarənin “qəzaya uğradı-
ğı”, qrafın isə ciddi zədə aldığı zaman.
Babam uzaq səyahətdən kristal radio gətirmişdi və vilayətdə
onun ilk istifadəçisi idi. Çox vaxt ona nənəm Mariadan gizlin qulaq
5
Voluv - Polşanın
cənub-qərbində yerləşən şəhər
6
Ruvne - Ukraynada şəhər.
7
Lipniki – Ukraynanın Jitomir vilayətinin Luqin rayonunda yerləşən kənd.
8
Biplan – üst-üstə qoşaqanadlı təyyarə
19
QİSMƏT VƏ VƏZİFƏ
asırdı, çünki nənəmin bu icaddan xoşu gəlmirdi və o “orada şeyta-
nın danışdığını” deyirdi. Babam axşamlar işdən sonra çardağa çıxır-
dı və orada qulaqcıqlarla xəbərləri dinləyirdi. Eşitdiyi xəbərləri ən
yaxınları və qonşularla bölüşürdü. Uşaqlara o özgə, sirli və maraqlı
aləm haqqında danışmağı xoşlayırdı. Bunlar mənim uşaq yaddaşım-
da qalmayıb.
Ailə hekayələrindən bilirəm ki, atamın xarratlıqda tayı-bərabəri
yox imiş. O, mebel və lazım olan avadanlığı özü düzəldirmiş. İlk
övladının dünyaya gəlişindən öncə gözəl çarpayı və ustalıqla oyma
beşik düzəltmişdi. Uşaq mebelləri evimizin daimi elementinə dön-
müşdü, çünki hər iki və ya üç ildən bir yeni istifadəçisini əldə edir-
dilər. Böyük bacım Alinanın doğumundan iki il sonra anam Vladeki,
daha sonra Sabinanı, üç növbəti ildən sonra isə Annanı yelləyirdi.
Ən böyüyümüz Alina növbəti bacıları Teresa və Boquşya ilə oyna-
maq şərəfinə nail oldu. Ən kiçiyi – yəni məni – yırğalamaq və əziz-
ləməyi isə,
etiraf etdiklərinə görə, ailəmin bütün üzvləri istəyirmiş.
Orada, Kresıda
9
sakit və firavan yaşayırdıq. Zamanla
valideynlərim təsərrüfatı böyütdülər, daha çox torpaq aldılar, məhsul
isə atamın onun mövcudluğundan çox fəxr etdiyi otçalan maşınla
yığılırdı. Həmin maşını atam anamın məsləhəti ilə almışdı. Anam
hələ subay olarkən Koloda
10
ticarət məktəbində təsərrüfat bilikləri
əldə etmişdi. Anam Varşava, Qdınyada olub, mən bir az böyüyəndə,
o illər, Kral Sarayındakı bal, dəniz və gəmilər haqqında danışırdı.
Lakin hər şeydən yaxşı Lipniki ətrafının, meşələrin gözəlliyi, yaz
sevinci, yayda güllər və otun qoxusu, bayram ənənələri və kirşə ilə
gəzintilərimiz yadımda qalıb. Babamın təkrar etdiyi kəlamları və
atamın uşaqlara qarşı sevgisi mənim üçün unudulmazdı. Kəndin içi
ilə gedəndə, hər zaman uşaqlar yanınca gedərdilər. Qəmli, həzin və
gözəl melodiyası olan Ukrayna dumkalarını xatırlayıram. Onlar indi
də məni həyəcanlandırır.
İdilliyanı 1943-cü ilin mart ayının 25-dən 26-na keçən gecə Lipni-
kidə baş verən faciə məhv etdi. Onda aralarında lipnikililərin tanış
və qonşuları olan balta, yaba, kərənti, zəncir, odlu silahla və yalnız
öldürmək üçün deyil, həmçinin mümkün qədər çox əzab verməyə ya-
rarlı olan alətlərlə silahlanmış vəhşi ukraynalı quldur qoşunu dinc
yatan kəndi mühasirəyə aldı. Onlar evləri yandırıb, qırğına başladı-
9
Kresı – nə vaxtsa Polşa Respublikasının tərkibində olan hazırkı qərbi Ukrayna, Bela-
rus və Litva ərazisinin adı
10
Kolo
- Polşada şəhər