Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

81 
 
Tədqiqatın nəticələri qayaüstü təsvirlərin xronologiyasına bir qədər başqa 
tərzdə yanaşmağa imkan verir: 
I. Ən qədim, erkən mərhələ - son pleystosen və erkən holosen dövrü- öküz-
tur dövrü. Bu dövr öz növbəsində dörd üslub qrupuna bölünür: 
 
I üslub - orinyak - ən erkən hüdudu e.ə 34000-ci ilə aiddir. 
II üslub - solütre-madlen-e.ə l9000-15000-ci illər. 
III üslub - madlen - e.ə XV-XIII minilliklər. 
IV üslub   -   madlen-mezolit   -   e.ə   XIII-VIII minilliklər. 
 
II. Neolit dövrü - vəhşi at və öküzlər dövrü -e.ə VII-VI minilliklər. 
III. Eneolit dövrü - maral və keçilər dövrü - e.ə VI-IV minilliklər. 
IV. Tunc  dövrü  -  keçilər  dövrü  -  e.ə  IV-III minilliklər. 
V və VI mərhələ - dəvə dövrüdür. 
V. Dəmir dövrü - e.ə II-I minilliklər. 
VI. Orta əsrlər dövrü - I-XVIII əsrlər. 
 
Kitabda ilk dəfə olaraq arxeoloji materiallar əsasında bəzi petroqliflərin yaşı 
haqqında məlumatlar verilir. Bu tapıntılar Qobustanda paleolit dövrünün 
mərhələlərini səciyyələndirir. Onlar bir neçə minilliklər  ərzində  qədim daş dövrü 
mədəniyyətinin inkişafı haqqında təsəvvür yaradır. Nəşr olunan materiallar 
Mərkəzi Avropa və Asiya tarixi kontekstində paleolit incəsənətinin mövqeyini 
yenidən qiymətləndirməyə  və  qonşu ərazilərin mədəniyyətlərinin inkişafı üçün 
əhəmiyyətini açıqlamağa kömək edir. Bu işdə müəllif tərəfindən paleolit dövrünün 
bəzi mübahisəli,  problemlərinə    toxunulmuşdur.  Tədqiqatın çətinliyinə  və  əldə 
olunmuş materialların kifayət qədər tam tədqiq edilmədiyinə baxmayaraq, 
Qobustan paleolit incəsənətinin ən qədim mərkəzi və eyni zamanda Azərbaycanda 
bu cür abidələrin bütövlüyü cəhətdən yeganəsidir. Bununla yanaşı, bəzi 
petroqliflərin yaşının dəqiqləşdirilməsinə ehtiyac vardır. 
Digər tərəfdən, Azərbaycanın qayaüstü incəsənətinin üslub təhlili metodları 
təkmilləşdirilmişdir. Belə ki, üslub xüsusiyyətləri bu və ya digər vaxt dövrünü 
təyin edə bilər. Azərbaycan petroqlifləri üzrə  əldə  olan materialların 
ümumiləşdirilməsi təkcə qayaüstü incəsənət sahəsində  ayrı-ayrı məsələlərin 
müsbət həllini deyil, həm də bundan əvvəlki işlərdə olan zəif yerləri göstərir. 
Qayaüstü incəsənət problemlərinin öyrənilməsində yeni metodların tətbiq edilməsi 
qarşıya qoyulmuş vəzifələrin uğurla həll edilməsinə kömək edə bilər. 
Qeyd etmək lazımdır ki, tədqiqat prosesində  ən kiçik faktlar belə qeydə 
alınmışdır. Bu cür detallar üzrə aparılmış müşahidələr yeni faktların üzə çıxmasına 
səbəb olmuşdur. Məsələn, Böyükdaş dağının Anazağa, Kənizə, Öküzlər-2 və 
Kiçikdaş dağının Qayaarası, Ceyranlar düşərgələrindəki arxeoloji materiallarla 


82 
 
əlaqəsi olan bəzi qayaüstü təsvirlərin paleolit mənşəyi müəyyən olunmuşdur. 
Qədim qayaüstü təsvirlərin şərh edilməsi məsələləri yeni tərzdə qoyulmuşdur. 
Azərbaycan xalqının qədim incəsənətində rəsmlərin işlənilmə üslubuna görə 
2 rayonu xüsusi qeyd etmək olar. Bunlar petroqliflərin süjetləri ilə seçilən (insan, 
məişət və ayin səhnələri təsvirləri) Abşeron və Qobustan ərazisi və qayaüstü 
incəsənət üçün yarımköçəri maldarlıq, ayin-ovsun mövzusu xas olan Kiçik Qafqaz 
rayonudur (Naxçıvan, Kəlbəcər, Sünik və Göyəm  ərazisi). Gəmiqaya  ərazisində 
aşkar olunmuş yasayış məskənləri, qəbirlər, saxsı qab qırıqları tədqiqatçılara bəzi 
petroqlifləri e.ə. IV-III minilliklərin sonuna aid etməyə  əsas vermişdir. Qayaüstü 
təsvirlər zonasında aşkar olunmuş və e.ə. III minilliyə aid edilən açıq yaşayış 
məskəni və dairəvi tikili qalıqları tədqiqatçılara Kəlbəcər petroqliflərini tunc 
dövrünə aid etməyə  imkan yaratmışdır. Meqalit daşlar və qayalar üzərində rast 
gəlinən Abşeron petroqlifləri isə təxminən tunc dövrünün sonuna aid edilir. 
Ümumi şəkildə Azərbaycan qayaüstü incəsənətinin tədqiqinin bəzi 
yekunları belədir. Deyilənlərin  əsas nəticəsi ondan ibarətdir ki, petroqliflərdə  əks 
olunmuş Azərbaycan mədəni-tarixi prosesləri çox zəngin və mürəkkəbdir. Burada 
öncədən mürəkkəb və müxtəlif  əlaqələrdə, digər yaxın və uzaq mədəniyyətlərlə 
qarşılıqlı əlaqədə olan yerli tayfaların zəngin və özünəməxsus mədəniyyəti inkişaf 
etmişdir. 
Alimlərin tədqiqat işlərinə baxmayaraq, Azərbaycan qayaüstü incəsənətinin 
öyrənilməsində bir çox məsələlər hələ  də  aydınlıq tələb edir. Məsələn, Qafqaz və 
Avropa mədəniyyətinin inkişafında Qobustan hansı rolu oynamışdır? Bu cür 
mürəkkəb problemlərin uğurlu həlli üçün Qobustanda, Gəmiqayada, Kəlbəcərdə və 
Abşeronda genişmiqyaslı kompleks tədqiqatlar aparılmalıdır. Bu ərazidə 
arxeoloqların, antropoloqların, geoloqların, etnoqrafların birgə  fəaliyyəti 
Azərbaycanın yerli əhalisinin qədim tarixinin və digər bölgələrlə  qarşılıqlı 
əlaqələrinin yenidən yazılması üçün ən qiymətli materiallar verə bilər. 
 
 
 
 
 


83 
 
COĞRAFİ MÜHİT, AZƏRBAYCANIN REGİONLARININ (RAYONLARININ) 
TARİXİ DÖVRLƏŞMƏSİ İLƏ QAYAÜSTÜ RƏSMLƏR VƏ XƏZƏRİN 
SƏVİYYƏSİNİN DƏYİŞMƏSİ ARASINDA XRONOLOJİ ƏLAQƏLƏR 
 
 
G
eol
o
ji m
ərh
əl
əl
əşm
ə 
 
 
 
 
Xa
ra
kt
er
ik 
X
əz
əri
n
 Tran
sq
res
si
y
as
ı v
ə 
re
qr
es
si
ya

 
Ə
m
ək A

tl
əri
 
T
əs
ərrü
fa

T
əxm
in
i d
övr
ləşm
ə 
T
ar
ixi d
övr
ləşm
ə 
A
rxeo
loji
 m
ərh
əl
əl
ər
 
İq
li
m
 
Fl
o
ra 
Fa
un

I-IX 
əsr

r.
 
 
Ort

əsr

r dö
vr
ü
 
D
ö
rd
ün

 d
ö
v

Ort
a Qolo
se

A
b
şero
n
su
b
tro
p
ik
  
İq
lim
, gü
n
əş
li pa

z, 
isti
 q
ış Ş
ima
l, ş
im
al
-şə
rq
 kür
əl
əri
 
A
b
şero
n
: (3
0
0
-40
0
m
) hün

rlük


m
ö
v
cud
 o
la
n
 yar
ım
ada,
 q
u
m
 t
əp
əl
əri


r v
ə 
Araz
 b
oyu
nc
a dü
z
ənl
ik
 re
ly
ef
i-
tu
qa
y ti
pi
n
d
ə 
meşə


Ə
vv
əlk
i m
ərh
əl
əl
ərd
ə o
lan
 h
əm
in nö
v


e.
ə.I
 mi
n.
il
 X
əz
ər
in
 so
n
 t
ran
sq
re
ss
iy
ası
 
 
 
e.
ə. I
I-
I m
in

il

 
D
əm
ir
 dö
vr
ü
 
A
b
şero
n
 y
arıma
d
as
ın
d

ta
ri
x


vr
 ə
rz
ind
ə 
nis
b
i sa
b
it 
iq
li

re
jim

 
At
la
r, uz
un
 

as
ir
 q
alı
q
 
T
u
nc d
övr
ün
ə ai
d ol
an
 ə
m
ək 
al
ətl
ər
i,
 T
u
n


vr
ü
n
ə 
ai
d ol
an
 
A
b
şero
n
 x
ənc
ər
i, Q
o
b
u
st
an
 
ni

 uc
lu
q
lar
ı,
 T
u
nc 
d
övr
ün
ə 
ai
d ola
n
 ba
lt

 
K
əlb
əc
ər v
ə Ordub
add

(G
əmiq
ay
a) A
b
şero
n
 
meş
əl
ər
ini
n ya
n
d
ır
ıl
m
as
ı v
ə 
qır
ılmas
ı.
 M
al
d
ar

q, 
əkin
çi
-
mal
d
ar q
əbi


r y
üks
ək dağ
 
zo
na
lar
ını
 i
n
te
n
si
v
 
m
əni
m

m
əy
ə 
baş
la
d
ıl
ar

e.
ə.
IV-III mi
n
.i
l. 
 
T
u
nc d
övr
ü
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə