45
BİOLOGİYA
8
1
Alt standart
1.1.2. İnsan orqanizminin təşkil səviyyələrini təsvir edir.
Təlim nəticəsi
İnsan orqanizminin təşkil səviyyələrini təsvir edir.
Tədris ilinin ilk mövzusuna başlamazdan öncə şagirdləri dərsliyin strukturu, on
dan istifadə qaydaları ilə tanış etmək zəruridir. Şagirdlərin diqqətinə il ərzində
eks kursiya dərslərin, praktik işlərin, layihələrin hazırlanması ilə bağlı da məlumat
ver məyiniz məqsədəuyğun hesab olunur.
Dərsə A blokundakı şəkillərlə başlamaq olar. Bu zaman şəkillər müzakirə olun
malı və şagirdlər Biologiya və Həyat bilgisi fənlərindən əldə etdikləri əv vəlki bi
liklərdən faydalanaraq sualları cavablandırmalıdırlar. Suallar cavab lan dı rıl dıqdan
sonra verilmiş sxem şagirdlər tərəfindən müzakirə olunmalıdır. Şagirdlərin fikir
lə rini lövhədə və yaxud da flipçartda qeyd etmək zəruridir.
Motivasiya mərhələsində BİBÖ cədvəlindən də istifadə oluna bilər. Bunun üçün
şagirdlərin canlı orqanizmlərin quruluş səviyyələri haqqında aşağı siniflərdən
öyrəndikləri cədvəlin I sütununda, öyrənmək istədikləri cədvəlin II sütununda
qeyd olunmalıdır. Cədvəlin III sütunu dərsin ümumiləşdirmə və nəticə mərhələ
sində dol durulmalıdır.
Bu mərhələdə aşağıdakı sxem də təqdim oluna bilər. Bu zaman “Bu sxem nəyi
gös tərir? Bəs insan orqanizmi hansı hüceyrə, toxuma, orqan, orqanlar sis tem lə
rin dən təşkil olunmuşdur?” sualları ilə şagirdlərə müraciət oluna bilər.
Sonuncu sual şagirdləri tədqiqata yönləndirir.