Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə59/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   55   56   57   58   59   60   61   62   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

BİOLOGİYA 
8
Motivasiyanı A blokunda verilmiş mətnlə tanışlıqla başlaya bilərsiniz. Şa gird lər 
əvvəlki  biliklərindən  də  faydalanıb,  verilmiş  sualları  müzakirə  edərək  müx tə lif 
fikirlər irəli sürə bilərlər. 
Motivasiyanı şagirdlərin aşağı siniflərdən Həyat bilgisi və Biologiya fən lə rin dən 
öyrəndiklərini yada salmaqla da yarada bilərsiniz. Bu məqsədlə “İnsanın sosial 
var lıq kimi formalaşmasında nələr başlıca rol oynayır?” sualı ilə şagirdlərə mü­
raciət oluna və yaxud da elektron təqdimatda aşağıdakı tapşırıq verilə bilər:
Yalnız insana xas xüsusiyyətləri seçin: 
Tənəffüs, qidalanma, nitq, çoxalma, hərəkət, əmək, təfəkkür, ifrazat
Şagirdlər qruplaşdırmanı apardıqdan sonra “İnstinkt, düşüncəli fəaliyyət və tə­
fəkkür  bir­birindən  nə  ilə  fərqlənir?”  sualı  verilə  bilər.  Şagirdlərin  cavablarının 
löv hə də  və  yaxud  flipçartda  qeyd  olunması  məqsədəuyğundur.  Bu  cavabların 
səhv və ya düzgünlüyünü dərsin sonunda bir daha yoxlamaq zəruridir.
B  blokundakı  tapşırıq  verilmiş  şəkillərə  əsasən  icra  edilməlidir.  Elektron  təq di­
matdan istifadə etdiyiniz halda başqa bu tip şəkillərə də istinad edə bilərsiniz.
Şagirdlərin fikirləri dinlənildikdən sonra C blokundakı mətnin fasiləli oxu, yaxud 
da  İNSERT  üsullarından  birindən  istifadə  olunmaqla  oxunması  və  mü za kirəsi 
təşkil  olunmalıdır.  Müzakirə  zamanı  əyani  vəsaitlərə,  şəkillərə,  elektron  təq­
dimatlara istinad oluna bilər. Bu zaman “Nəsil qayğısına qalan hansı sürünənləri, 
balıqları,  hö rüm çəkkimiləri,  quşları  qeyd  edə  bilərsiniz?”  sualları  ilə  şagirdlərə 
müraciət  olu na  bilər.  Dərsin  bu  mərhələsində  şagirdlər  6­cı  və  7­ci  sinif 
Biologiya kur sundan öy rəndiklərini, həyatdakı müşahidələrini yada sal malıdırlar. 
Verilmiş şəkillər şa gird lərə istiqamət verə bilər. 
Düşüncəli fəaliyyət anlayışına keçməzdən öncə şagirdlərə insanın təsnifat siste­
mində yerini xatırlatmaq məqsədəuyğundur. İnsanın nə üçün Homo sapiens nö­
vünə aid edildiyini şagirdlərlə müzakirə etmək olar. Müzakirələrdə bütün sinfin 
4

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə