Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə13/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   9   10   11   12   13   14   15   16   ...   128

50 

 

Pemberlinin  yaxınlığında,  onu  örnək  götürərək  mülk 



alasan.  Bütün  İngiltərədə  mən  Derbişirdən  yaxşı  qraflıq 

tanımıram. 

— Səninlə ürəkdən razıyam. Əgər Darsi satsaydı, mən 

hətta Pemberlini alardım. 

— 

Mən mümkün olandan danışıram, Çarlz. 



— Doğru  sözümdür,  Kerolayn,  belə  bir  mülkə 

Pemberlini  alaraq  sahiblənmək  olar,  nəinki  onu 

tikdirməyə cəhd etməklə. 

Bu  söhbət  Elizabeti  elə  maraqlandırdı  ki,  o,  kitab 

oxumağı saxladı və onu bir kənara qoyaraq kart oynanılan 

masaya  yaxınlaşdı;  mister  Binqli  və  missis  Hörstün 

arasında yerləşərək oyunu müşahidə etməyə başladı. 

— Düşünürəm ki, miss Darsi keçən yazdan bəri xeyli 

böyüyüb, — miss Binqli dedi. — Yəqin ki, o, mənim kimi 

hündürboy olacaq. 

— Tamamilə  mümkündür.  Bu  saat  o,  bəlkə  də  miss 

Elizabet Bennet boydadır və ya bir az hündürdür. 

— Onu  bir  daha  görməyi  elə  istərdim  ki!  Mən  onun 

kimi xoşuma gələn heç kəslə ömrümdə qarşılaşmamışam. 

Onun görünüşü və maneralan füsunkardır. Hələ bu yaşda 

o cür savadlı olmaq! O, fortepianoda  əsl musiqiçilərdən 

pis çalmır. 

— Məni təəccübləndirir, — Binqli dedi, — bütün gənc 

ledilərin savadlı olmaqdan ötrü səbirləri necə çatır. 

— Bütün  gənc ledilər savadlıdır?! Çarlz,  əzizim, sən 

bununla nə demək istəyirsən? 

— Məncə, hamısı. Onlann hamısı, peyzaj çəkir, haşiyə 

downloaded from KitabYurdu.org



51 

 

bəzəyir, cüzdan toxuyurlar. Mən bunu etməyi bacarmayan 



bir qız belə, yəqin ki, tanımıram. Mən hələ eşitməmişəm 

ki,  bir  gənc  ledi  haqqında  onun  necə  savadlı  olduğunu 

deməyələr. 

— Gənc  qadınların  saydığınız  kamillikləri,  —  Darsi 

dedi,  —  təəssüf  ki,  doğrudur.  Cüzdan  toxumağı,  haşiyə 

bəzəməyi 

bacaran  hər  bir  qadını  savadlı  adlandırırlar.  Ancaq  mən 

sizin qadın təhsili haqqında fikrinizlə razılaşmaqdan çox 

uzağam.  Mən,  məsələn,  öyünə  bilmərəm  ki,  tanıdığım 

qadınların içində beş-altı savadlı qadın tapa bilərəm. 

— 

Mən  sizinlə  tamamilə  razıyam,  —  missis  Binqli 



dedi. 

— Bu halda, — Elizabet qeyd etdi, — siz, ehtimal ki, 

“savadlı qadın” anlayışının dəqiq tərifini verə bilərsiniz. 

— 

Bəli, o mənə kifayət qədər aydın görünür. 



— Ooo, gerçəkdən! — onun sadiq müttəfiqi səsləndi. 

— O qadın əsl savadlı sayıla bilər ki, o, ətrafmdakılarm 

hamısından  bir  baş  boyu  yuxarıda  dursun.  Qadın 

adlanmağa  layiq  olan  kəs  musiqini,  mahnı  oxumağı, 

rəssamlığı,  rəqsləri  və  xarici  dilləri  yaxşı  öyrənməlidir. 

Bütün bunlardan başqa, onun, necəsə xüsusi özünəməxsus 

zahiri  görünüşü,  maneralan,  yerişi,  tələffüzü  və  dili 

olmalıdır  —  əks  təqdirdə  o,  qadın  adlanmağa  yalnız 

yarıya qədər layiq olacaq. 

— Bütün bunlara o, doğrudan da, sahib olmalıdır, — 

Darsi  dedi.  —  Ancaq  mən  bunlara  daha  əhəmiyyətli  bir 

şey əlavə etmək istərdim — geniş mütaliə ilə inkişaf etmiş 

downloaded from KitabYurdu.org



52 

 

ağıl. 



— Bu  təqdirdə  sizin  yalnız  beş-altı  savadlı  qadın 

tanımağınız  məni  əsla  təəccübləndirmir.  Mənə  qəribə 

gələn  daha  çox  odur  ki,  onları  axtarıb  tapmaq  sizə 

müyəssər olmayıb. 

— Yəni siz öz cinsinizə qarşı bu qədər tələbkarsınız və 

şübhə edirsiniz ki, belə qadınlar həyatda var? 

— Onlar  mənə  rast  olmayıblar.  Mən  heç  vaxt 

görməmişəm ki, bir insanda, sizin bayaq saydığınız bütün 

bu qabiliyyətlər, maneralar, zövqlər birləşsin. 

Missis Hörst və miss Binqli onlann cinsinə qarşı belə 

bir qınağın  ədalətsizliyindən hiddətləndilər və bir-birinə 

macal  vermədən  inandırmağa  çalışdılar  ki,  onlar  təklif 

olunan keyfiyyətlərə tamamilə cavab verən xeyli qadınla 

qarşılaşıblar.  Ancaq  nəhayət  ki,  mister  Hörst  onlann 

oyuna  diqqət  yetirmədiklərindən  gileylənərək,  onları 

sakitliyə  dəvət  etdi.  Söhbət  kəsildi  və  Elizabet  az  sonra 

otaqdan çıxdı. 

Qapı örtüldükdən sonra miss Binqli dedi: 

— Eliza  Bennet  öz  cinsini  alçaldaraq  qarşı  cinsin 

nümayəndələrinin  xoşuna  gəlməyə  çalışan  qızlardandır. 

Etiraf 

edim  ki,  bir  çox  kişilərə  bu  xoş  təsir  göstərir.  Ancaq 



məncə, bu, pis anlamlı alçaq hiylədir. 

— Şübhəsiz, — bu iradın ünvanladığı Darsi dilləndi. 

— Kişiləri tovlamaq üçün qadınların istifadə etdiyi bütün 

üsullar  alçaqdır.  Hiyləgərliklə  əmələ  gələn  hər  şey 

ikrahdoğurucudur. 

downloaded from KitabYurdu.org




53 

 

Miss  Binqli  aldığı  cavabdan  o  qədər  də  məmnun 



qalmadığı üçün bu mövzuda söhbəti davam etdirmədi. 

Elizabet yenidən onların yanma qayıdaraq xəbər verdi 

ki,  bacısının  halı  daha  da  pisləşib,  ona  görə  də  o,  daha 

bacısından  ayrıla  bilməyəcək.  Binqli  mister  Consun 

arxasınca ləngitmədən adam göndərməyi israr etdi. Onun 

bacıları inandırmağa çalışdılar ki, belə ucqar yerdə lazımi 

yardımı almaq olmaz. Onlar paytaxtdan tanınmış həkimin 

gətirilməsi  üçün  ekipaj  göndərməyi  tövsiyə  etdilər. 

Elizabet  bu  barədə  eşitmək  belə  istəmədi  və  mister 

Binqlinin  təklifi  ilə  razılaşdı.  Qərara  alındı  ki,  Ceyn 

sabaha qədər xeyli dərəcədə yaxşılaşmasa, mister Consun 

arxasınca  sübh  tezdən  adam  göndərilsin.  Binqli  çox 

narahat idi, onun bacılan isə özlərini olduqca bədbəxt hiss 

etdiklərini deyirdilər. Fəqət onlar şam yeməyindən sonra 

duetlər  oxumaqla  rahatlıq  tapa  bildilər.  Həmin  vaxt 

Binqlinin  yeganə  təsəllisi  eşikağasına  xəstə  qonağa  və 

onun bacısına yüksək diqqətlə yanaşmağı tapşırması oldu. 

IX 


FƏSİL 

Elizabet,  demək  olar,  bütün  gecəni  xəstənin  yatağının 

yanında  keçirdi  və  səhər  tezdən  məmnuniyyətlə  onun 

sağlıq  durumu  barədə  mister  Binqlinin  sübhdən 

göndərdiyi  qulluqçunun,  daha  sonra  onun  bacılarına 

xidmət edən iki zərif xanımın vasitəsilə kifayət qədər şad 

xəbər göndərdi. Ancaq xəstəliyin sınma anının müşahidə 

olunmasına baxmayaraq, o, hər halda Lonqborna məktub 

göndərməkdə  ona  yardımçı  olmağı  xahiş  etdi.  O, 

məktubda  anasının  gəlməsini  və  durumu  onun  özünün 

downloaded from KitabYurdu.org



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə