1
Ceyn Ostin
Qürur və Qərəz
downloaded from KitabYurdu.org
2
BIRINCI KITAB
I FƏSİL
Hamı bilir ki, maddi imkanı olan gənc özünə arvad
axtarmalıdır.
Beləsinin niyyəti və baxışları nə qədər az məlum olsa
da, yeni bir məkanda yerləşməsindən sonra bu həqiqət
ətrafda yaşayan ailələrin beynini o dərəcədə möhkəm
məşğul edir ki, dərhal ona bu və ya başqa qonşu qızının
halal şikan kimi baxmağa başlayırlar.
— Əziz mister Bennet, — bir dəfə missis Bennet ərinə
dedi, — eşitmisinizmi, Nezerfild parkı, nəhayət, daha boş
qalmayacaq?
Mister Bennet cavab verdi ki, o bunu eşitməyib.
— Bununla belə, bu elədir, — o davam etdi. — İndicə
missis Lonq gəlmişdi, bu xəbəri mənə o verdi!
Mister Bennet susdu.
— Bəs bilmək istərdinizmi ki, bizim yeni qonşumuz
kim olacaq? — arvadı səbirsizliklə soruşdu.
downloaded from KitabYurdu.org
3
— Bu barədə danışmaq istəyirsinizsə, sizi dinləməyə
hazıram.
Ondan bundan artıq şey tələb olunmurdu.
— Hə, qulaq asm, mənim əzizim, — missis Bennet
davam etdi, — missis Lonqun dediyinə görə, Nezerfildi
Şimali İngiltərədən gəlmiş çox varlı bir gənc kirayələyib.
Bazar ertəsi günü o, dörd at qoşulmuş kareta ilə bura
gəlib. Əraziyə baxıb və elə riqqətə gəlib ki, dərhal mister
Morrislə hər şey barədə danışıb və razılaşıb. O, Mixaylov
gününədək köçəcək və artıq gələn həftənin axırında onun
xidmətçilərindən bəziləri bura gələcək.
—
Bəs onun adı nədir?
—
Binqli.
—
O ailəlidi, yoxsa subaydı?
— Subaydır, əzizim, iş ondadır ki, subaydır! İldə dörd
və ya beş min gəliri olan gənc subay! Bizim qızlarımız
üçün uğurlu təsadüfdür, düzdürmü?
—
Necə yəni? Məgər bunun ona bir dəxli var?
— Əziz mister Bennet, — arvadı cavab verdi, — bu
gün siz, sadəcə olaraq, dözülməzsiniz. Əlbəttə, siz başa
düşürsünüz ki, mən onun qızlardan biri ilə evliliyini
nəzərdə tuturam.
—
Hm, onun planları belədir?
— Planlar! İlahi, eyni şeyləri söyləyir! Ancaq
tamamən ola bilər axı, o onlardan birinə aşiq olsun. Ona
görə də o bura gələn kimi sizin ona baş çəkməyiniz
gərəkdir.
— Etiraf edirəm ki, bunun üçün kifayət qədər əsaslar
downloaded from KitabYurdu.org
4
görmürəm. Siz özünüz qızlarla birlikdə gedərsiniz. Ya da
birini göndərərsiniz — bu bəlkə daha yaxşı olar. Yalnız o,
birdən sizə vurulmağı düşünməsin — axı siz bizim
qızların hər birindən heç də az cəlbedici deyilsiniz.
— Siz mənə qılıqlamrsmız, əzizim. Bir vaxtlar
doğrudan da cazibədarlıqdan məhrum deyildim. Ancaq
indi, təəssüf ki, artıq gözəl sanılmağa iddia etmirəm. Beş
ərgən qızı olan qadın öz gözəlliyi barədə düşünməli deyil.
— Bu durumlarda qadınlarda nadir hallarda bu qədər
gözəllik qalır ki, onun haqqında xüsusilə çox düşünmək
lazım gəlsin.
— Ancaq mənim dostum mister Binqli peyda olan
kimi onu mütləq ziyarət etməlisiniz.
— Çətin ki, mən bunu edim.
— Amma qızlarımız barədə düşünün. Siz yalnız
təsəvvür edin, onlardan birinin həyatı necə yaxşı
qurulacaq. Bax, görərsiniz, ser Vilyam və ledi Lukas
dərhal Nezerfildə tələsəcəklər. Sizcə, nəyin xətrinə?
Əlbəttə ki, öz Şarlottalanna görə — siz ki bilirsiniz, onlar
kənar adamlara baş çəkməyi o qədər də sevmirlər. Siz
mütləq getməlisiniz — axı biz sizsiz heç cür onu ziyarət
edə bilmərik.
— Siz hədsiz vasvasısınız. Güman edirəm ki, mister
Binqli sizi görməyə şad olacaq. İstəyirsiniz, mən sizə
qızlarımdan istənilənini, ən çox xoşuna gələn birini ona
ərə vermək vədi yazılmış kağız verim. Ehtimal ki, Lizzi
balamın lehinə yalnız bir kəlmə söz kəsmək lazım
gələcək.
downloaded from KitabYurdu.org
5
— Ümid edirəm ki, siz bunu etməyəcəksiniz. Lizzi o
biri qızlarınızdan az da olsa yaxşı deyil. Mən əminəm ki,
o, Ceynin yansı qədər də gözəl deyil və Lidiyadan qat-qat
az xoşməcazdır. Ancaq siz nəyə görəsə həmişə onu üstün
tutursunuz.
— Mənim qızlarımdan heç biri xüsusi olaraq
diqqətəlayiq deyil, — o cavab verdi. — Onlar bu yaşda
olan başqa qızlar
qədər küt və cahildirlər. Sadəcə, bacıları ilə müqayisədə
Lizzinin qanacağı bir az çoxdur.
— Mister Bennet, doğma övladlarınızı təhqir etməyə
necə cəsarət edirsiniz? Məni bezdirmək sizə zövq verir.
Əlbəttə, mənim korlanmış əsəblərim sizin vecinizə də
deyil.
— Yanılırsınız, mənim əzizim. Mən onları düşünməyə
çoxdan vərdiş etmişəm. Axı onlar mənim köhnə
dostlarımdır. Ən azı iyirmi ildir ki, onların barəsində
mənə danışmağınız hədər yerə deyil.
— Ah, siz hətta təsəvvür etmirsiniz ki, mən necə
iztirab çəkirəm.
— Ümidvaram ki, siz hamınız ətraf ərazilərdə ildə ən
azı dörd min gəliri olan xeyli gəncin peyda olduğu günlərə
qədər yaşayacaqsınız.
— Hətta onlar iyirmi olsalar belə, siz onsuz da hey ora
getməkdən imtina edirsinizsə, onlara faydası nədir.
— Yaxşı, onlar iyirmi olsalar, mənim əzizim, o zaman
mən, əlbəttə, tezliklə yığışıb onların hamısını dalbadal
ziyarət edərəm.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |