Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə3/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   2   3   4   5   6   7   8   9   ...   128

10 

 

ziyarətinin neçə günə olacağı və ondan sonra onu nahara 



dəvət  etməyin  mümkünlüyü  haqqında  müzakirələrlə 

keçdi. 


III 

FƏSİL 


Missis Bennet və onun beş qızı nə qədər çalışsalar da, heç 

cür  ailə  başçısından  mister  Bennetin  necə  biri  olduğu 

barədə  elə  bir  təsvir  ala  bilmədilər  ki,  bu  onların 

maraqlarını  qarşılaya  biləydi.  Onlar  mister  Bennetə 

müxtəlif üsullarla hücum etdilər: birbaşa suallar, hiyləgər 

gümanlar,  dolayı  eyhamlar  səsləndirdilər.  Ancaq  o,  heç 

bir  tələyə  düşmədi.  Axırda  onlar  ikinci  əldən,  qonşulan 

ledi Lukasdan aldıqları məlumatla kifayətlənməli oldular. 

Ledinin məlumatlan tamamilə ümidverici idi. O, hələ çox 

cavandır,  gözəgəlimlidir,  olduqca  lütfkardır;  üstəlik, 

yaxınlarda olan balda mütləq iştirak etmək niyyətini, ora 

dostlanndan  ibarət  bütöv  bir  kampaniya  ilə  gəlməyə 

hazırlaşdığını bildirir. 

Bundan  daha  yaxşısını  arzulamaq  belə  olmazdı. 

Rəqslərə  maraq  edənin  aşiq  olması  çətin  deyil.  Hamı 

mister  Binqlinin  ürəyini  tezliklə  çalmağa  ən  nikbin 

ümidlər bəsləyirdi. 

—  Ah,  əgər  qızlarımdan  birini  Nezerfildin  xoşbəxt 

sahibəsi kimi görə bilsəydim, — missis Bennet ərinə dedi, 

—  eləcə  də  o  birilərini  uğurla  ərə  versəydim,  o  zaman 

daha heç nə arzulamazdım. 

Bir neçə gündən sonra mister Binqli mister Bennetin 

ziyarətinə gəldi və onun kitabxanasında on dəqiqə oturdu. 

Mister  Binqli  gənc  ledilərə  göz  qoymağa  ümid  edirdi, 

downloaded from KitabYurdu.org



11 

 

onların gözəlliyi barədə çox eşitmişdi, ancaq ona yalnız 



onların  atasını  görmək  müyəssər  oldu.  Xanımlar  ondan 

daha  şanslı  idilər:  onlar  yuxarı  pəncərədən  görmək 

xoşbəxtliyinə  nail  oldular  ki,  onun  əynində  göy  pencək 

var və o, qara atla gəlib. 

Bundan  az  sonra  mister  Binqliyə  nahara  dəvət 

göndərildi.  Missis  Bennet  artıq  təsərrüfat  aparmaq 

bacarığını  şərəfləndirən  tərzdə  menyu  tərtib  etmişdi, 

birdən  Nezerfilddən  onun  bütün  planlarını  pozan  cavab 

gəldi.  Mister  Binqlinin  növbəti  gün  Londona  getməsi 

lazım  olub  və  bu,  çox  təəssüf  ki,  onu,  ona  göstərilən 

diqqətdən istifadə etmək imkanından məhrum edir və sair 

və  ilaxır.  Missis  Bennet  çox  məyus  oldu.  O  heç  cür 

təsəvvür etmirdi ki, Hartfordşipə köçdükdən bir az sonra 

onun 


şəhərdə nə işi çıxa bilər və qorxmağa başladı ki, o, daima 

bu yerdən başqa yerə daşınacaq, Nezerfild heç vaxt mister 

Binqlinin daimi sığınacağı olmayacaq. 

Ledi  Lukas  onun  həyəcanını  müəyyən  dərəcədə  öz 

gümanları ilə dağıtdı, dedi ki, o, Londona bala gəlməyə 

hazırlaşan dostlarının arxasınca getmiş ola bilər. Tezliklə 

danışmağa başladılar ki, mister Binqli bala on iki xanım 

və  yeddi  centlmenlə  birlikdə  gələcək.  Xanımların  sayı 

qadınların  qanmı  qaraltdı,  ancaq  onlar  on  iki  qadın 

müşayiətçi əvəzinə onunla Londondan yalnız altı qadının 

- beş bacısının və bir dayısı qızının gəldiyini eşidərək bir 

qədər şənləndilər. Nezerfild qonaqlan bal salonuna daxil 

olanda,  aşkarlandı  ki,  onlar  cəmi  beş  nəfərdən,  mister 

downloaded from KitabYurdu.org




12 

 

Binqlidən,  onun  iki  bacısından,  böyük  bacısının  ərindən 



və bir gənc cənabdan ibarətdir. 

Mister Binqlinin nəcib  və  xoş  görünüşlü,  rahat  ədalı 

gənc adam olduğu göründü. Onun hər iki bacısı zərif və 

tam  kübar  xanımlar  idi.  Onun  yeznəsi  mister  Hörstü 

çətinliklə  zadəgan  saymaq  olardı.  Əvəzində  mister 

Binqlinin  dostu  Darsi  qədd-  qaməti,  üzünün  düzgün 

cizgiləri və kübar görkəmi ilə bütün 

zalın diqqətini dərhal özünə cəlb etdi. Onların gəlişindən 

beş dəqiqə sonra hamıya məlum oldu ki, o, ildəio min funt 

gəlir gətirən malikanənin sahibidir. Centlmenlər onu kişi 

cinsinin ləyaqətli nümayəndəsi hesab etdilər, qadınlar isə 

Darsinin mister Binqlidən daha cazibədar olduğunu elan 

elədilər  və  axşamın  birinci  yansında  o,  hamını  özünə 

heyran etdi. Fəqət sonradan öz davranışı üzündən mister 

Darsinin  populyarlığı  sürətlə  aşağı  düşdü.  Söz-söhbət 

başladı  ki,  o,  həddən  artıq  təkəbbürlüdür,  hamının 

qarşısında burnudik gəzir və onu məmnun etmək çətindir. 

Artıq Derbişirdəki böyük malikanəsi onun xoşagəlməz və 

diksindirici görünüşünü yox edə bilməzdi. Əlbəttə ki, o, 

dostu ilə heç bir müqayisəyə tab gətirə bilməzdi. 

Mister  Binqli  tezliklə,  demək  olar,  bütün  məclis 

iştirakçıları ilə birbir tanış oldu. O, hərəkətli və lütfkar idi, 

hər rəqsdə  iştirak edirdi, sonda balın tez başa çatmasına 

təəssüfünü  bildirdi,  hətta  ayaqüstü  qeyd  etdi  ki, 

Nezerfilddə  bal  təşkil  etmək  pis  olmazdı.  Bu  qədər  xoş 

təbiət  özlüyündə hər şeyi  deyirdi. O, dostundan  necə  də 

açıq-aşkar fərqlənirdi! Mister Darsi yalnız missis Hörst ilə 

downloaded from KitabYurdu.org




13 

 

rəqs etdi, başqa xanımlara təqdim 



olunmağı istəmədi və bütün gecəni zal boyunca ora-bura 

gəzməklə  və  hərdən  müşayiətçilərindən  biriylə  kəlmə 

kəsməklə keçirdi. Onun xasiyyətini hamı mühakimə etdi. 

Darsi  dünyanın  ən  təkəbbürlü  və  xoşagəlməz 

insanlarından biri sayıldı və hamı xorla onun bir daha yerli 

cəmiyyətdə görünməyəcəyinə ümidvar olduğunu bildirdi. 

Missis Bennet də onun qatı düşmənləri sırasında idi. Bu 

qadının mister Darsinin  davranışından ümumi narazılığı 

bölüşməsi,  onun,  xanımın  qızlarından  birinə  etinasız 

yanaşmasından sonra şəxsi nifrətə çevrildi. 

Kavalerlərin çatışmazlığı üzündən Elizabet Bennet iki 

rəqs  ərzində  divarın  dibində  oturmağa məcbur olmuşdu. 

Bu  zaman  o,  istər-istəməz  yaxınlıqda  dayanan  mister 

Darsi  ilə  dostunu  onun  kimi  hərəkət  etmək  üçün  dilə 

tutmaqdan  ötrü  rəqs  edənləri  tərk  edən  mister  Binqlinin 

söhbətinə qulaq müsafiri oldu. 

—  Gedək,  Darsi.  Mən  səni  rəqs  etməyə  məcbur 

etməliyəm,  —  o,  dostuna  yaxınlaşaraq  dedi.  —  Sizin 

bütün  gecəni  burada  axmaq-axmaq  tənha  durmağınıza 

tamaşa edə bilmərəm. Gerçəkdən, kimisə dəvət edin. 

— Heç  bir  halda!  Bilirsiniz,  tərəf-müqabilim  olan 

qadınla  tanış  deyiləmsə,  rəqslər  mənə  zövq  vermir. 

Buradala  cəmiyyətdə  isə  bu  mənim  üçün,  sadəcə, 

dözülməz olardı. Sizin bacılarınız dəvət olunub, onlardan 

başqa isə zalda elə bir qadın yoxdur ki, onunla rəqs etmək 

mənim üçün sırf cəza olmasın. 

— 

Ey,  mən  sizin  kimi  mızmızı  deyiləm!  —  Binqli 



downloaded from KitabYurdu.org


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə