Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə8/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   4   5   6   7   8   9   10   11   ...   128

30 

 

Darsini  ələ  alırdı.  Elizabet  bu  barədə  heç  nə  bilmirdi. 



Elizabet  üçün  mister  Darsi  əvvəlki  kimi  heç  kəsin 

ürəyincə  olmayan  və  onunla  rəqs  edə  bilməsi  üçün  onu 

kifayət qədər gözəl saymayan insan olaraq qalırdı. 

Darsidə onunla  yaxından tanış olmaq arzusu  yarandı 

və Elizabetlə söhbət etmək üçün bəhanə axtarmaqdan ötrü 

o, başqa adamlarla onun söhbətinə qulaq verməyə başladı. 

Bu manevrlə qızın diqqətini ona cəlb etdi. Bu, ser Vilyam 

Lukasın evində qonaq olarkən baş verdi. Həmin gün onun 

evində böyük cəmiyyət toplaşmışdı. 

— Mənim polkovnik Forsterlə söhbətimə qulaq asmaq 

mister  Darsinin  nəyinə  lazımdır?  —  O,  Şarlottadan 

soruşdu. 

— 

Bu suala yalnız mister Darsi özü cavab verə bilər. 



— O bunu etməyi özünə rəva görsə, mən mütləq ona 

başa salacağam ki, bu hiylələrinin fərqinə varıram. Onun 

çox rişxənd saçan gözləri var və əgər mən özüm onunla 

kifayət  qədər  cəsarətli  olmasam,  ondan  qorxmağa 

başlayacağam. 

Məhz  bu  əsnada  mister  Darsi  onlara  yaxınlaşdı  və 

onlarda  söhbətə  girişmək  həvəsi  görmədi.  Miss  Lukas 

rəfiqəsini öz niyyətini həyata keçirməyə həvəsləndirməyə 

çalışdı.  Çağırış  təsirini  göstərdi  və  Elizabet  ona  tərəf 

dönərək soruşdu: 

— Sizə  elə  görünmədi  ki,  mister  Darsi,  bayaq 

polkovnik  Forsteri  Meritonda  bal  verməyə  inandırarkən 

mən kifayət qədər 

əsaslı dəlillər gətirdim. 

downloaded from KitabYurdu.org



31 

 

— Siz böyük qızğınlıqla danışırdınız. Yeri gəlmişkən



bu kimi mövzularda hansı ledi alovlu danışmır! 

— 

Ey, siz bizə qarşı çox sərtsiniz. 



— Yaxşı, indi səni də inandırmağı smayaqmı, — miss 

Lukas  dedi.  —  Mən  çalğı  alətini  açıram,  Eliza,  sən  isə 

bilirsən ki, bunun ardınca nə gəlməlidir. 

— Sən  qəribə  rəfiqəsən,  Şarlotta,  həmişə  məni  hər 

kəsin və istənilən adamın qarşısında çalmağa və oxumağa 

vadar  edirsən.  Birdən  beynimə  görkəmli  artist  olmaq 

düşsə, sən əvəzedilməz olardın. Ancaq mən axı buna can 

atmıram.  Doğrusu,  ən  yaxşısı  odur  ki,  mən  gerçəkdən 

yaxşı  ifaçılar  tanıyan  adamların  qulağını  narahat 

etməyim. 

Fəqət miss Lukas israr edincə, o: 

— Yaxşı,  olacağa  çarə  yoxdur,  —  dedi  və  mister 

Darsiyə qaşqabaqlı baxaraq əlavə etdi: — Bizim diyarda 

köhnə  bir  qaydanı  hələ  də  xatırlayırlar:  danışmaqdansa, 

susmaq yaxşıdır. Görünür, mənim razılaşmağım və bu işi 

bitirməyim lazımdır. 

O,  o  qədər  ustalıqla  olmasa  da,  xoşagələn  tərzdə 

oxudu. 


Bir, ya iki mahnıdan sonra, o, təkrar oxumasına dair xahiş 

edən dinləyicilərə nəsə bir cavab verənə qədər bacısı Meri 

onu  fortepianonun  arxasından  sıxışdırdı.  Meri  ailədə 

yeganə fəna xasiyyətli qız idi, səylə özünü təkmilləşdirirdi 

və özünü göstərməyə həmişə şad idi. 

Merinin  nə  istedadı,  nə  də  zövqü  vardı.  Təşəxxüs 

satmaq azarı onu bu ağır, zəhmətli işə qatlandırmışdı, eyni 

downloaded from KitabYurdu.org




32 

 

zamanda ona elə cılız, özündənrazı ədalar təlqin etmişdi 



ki, onun ustalıqla ifa etməsini zədələyə bilərdi. Elizabetin 

sadə  və  hünərsiz  ifası  daha  az  mükəmməl  olsa  da, 

toplaşanların  çox  xoşuna  gəldi.  Ona  görə  də  Lukas 

bacıları ilə birgə iki, ya üç zabitlə otağın o biri küncündə 

rəqs  büsatı  quran  kiçik  bacılarının  xahişi  ilə  şotland  və 

irland  mahnıları  çalan  Meri  uzanmış  konsertdən  sonra 

alqışlar qazanmağa şad idi. 

Mister Darsi onların yaxmlığındaydı, onu ağıllı söhbət 

imkanından  məhrum  etmiş  belə  vaxt  keçirmə  üzündən 

acıqlıydı.  O,  çox  möhkəm  düşüncələrə  daldığından  ser 

Vilyams 

Lukasm ona yaxınlaşmasını sezmədi. Ser ona bu sözlərlə 

xitab etdi: 

— Bu,  gənclər  üçün  necə  də  əla  əyləncədir, 

doğrudurmu, mister Darsi! Gerçəkdən də rəqslərdən xoş 

nə ola bilər? Hesab edirəm ki, rəqslər mədəni cəmiyyətin 

ən yüksək nailiyyətlərindən biridir. 

— Tamamilə  doğrudur,  ser.  Eyni  zamanda  o, 

mədəniyyətin  toxunmadığı  cəmiyyətdə  də  çox  geniş 

yayılıb. Hər bir vəhşi dingildəməyi bacarır. 

Ser Vilyam gülümsədi. 

— Sənin dostun, sadəcə, əla rəqs edir, — o, müəyyən 

pauzadan  sonra,  mister  Binqlinin  rəqs  edənlərə 

qoşulduğunu görərək davam etdi. — Şübhə etmirəm ki, 

siz  də,  mister  Darsi,  bizi  öz  bacarığınızla  heyrətləndirə 

bilərsiniz. 

— Siz,  ehtimal  ki,  ser,  mənim  Meritonda  necə  rəqs 

downloaded from KitabYurdu.org




33 

 

etdiyimi görmüsünüz. 



— Tapdınız, o vaxt mən bundan xeyli zövq almışdım! 

Siz SentCeymsdə tez-tez rəqs etməli olursunuz? 

— 

Heç vaxt, ser. 



— Məgər siz bunu kral  ailəsinə öz hörmətinizi  ifadə 

etmək üçün münasib üsul saymırsınız? 

— Əgər yayma bilirəmsə, heç bir ailəyə öz hörmətimi 

bu üsulla ifadə etmirəm. 

— 

Sizin paytaxtda öz eviniz var? 



Mister Darsi başı ilə təsdiqlədi. 

— Bir  ara  mən  də  Londonda  yerləşməyi  düşündüm, 

yaxşı  cəmiyyəti  çox  sevirəm!  Ancaq  etiraf  edim  ki, 

Londonun  havasının  ledi  Lukas  üçün  zərər  olacağından 

qorxuram. 

O,  cavab  gözləyərək  susdu.  Fəqət  onun  həmsöhbəti 

danışığı  davam  etdirmək  fikrində  deyildi.  Bu  məqamda 

Elizabet  onlara  yaxınlaşdı  və  ser  Vilyamsm  beyninə 

zarafat nümayiş etdirmək fikri gəldi. 

— Əziz miss Eliza, necə olub ki, siz rəqs etmirsiniz? 

Mister  Darsi,  mənim  tövsiyəmə  uyğun  olaraq  bu 

cazibədar  ledini  rəqsə  dəvət  etsəniz,  mən  çox  məmnun 

olaram.  Qarşınızda  gözəllik  təcəssümü  durarkən  siz 

rəqsdən imtina edə bilməzsiniz, elə deyilmi, mister Darsi. 

— O, Elizabetin əlindən yapışaraq onu gözlənilməz halda 

özünü bir qədər itirmiş, ancaq bu fürsətdən 

istifadə  etmək  fikrində  olan  mister  Darsinin  əli  ilə 

birləşdirmək  istədi.  Gözlənilmədən  Elizabet  büzüldü  və 

üzünü ser Vilyamsa tutaraq narazı halda səsləndi: 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə