Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə13/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

 
38 
götürmək, bəşəriyyəti vahid bir bayraq altında toplamaq üçün ümumi 
hazırlıq  zəruridir.  Son  əsrdə  baş  vermiş  sürətli  dəyişikliklər  belə  bir 
hazırlığın  hələ  ki  əlçatmaz  olduğunu  göstərmir.  Hər  halda  dünyanın 
belə bir hökuməti qəbul etməsi üçün aşağıdakı hazırlıqlara ehtiyac var:  
1.  Düşüncə  və  mədəniyyət  hazırlığı:  Yəni  dünya  əhalisinin 
düşüncəsi  elə  inkişaf  etmişdir  ki,  məsələn  kimsə  üçün  irqi,  milli, 
coğrafi fərqlər mühüm olmasın.  
2.  İctimai  hazırlıq:  Bəşəriyyət  zülmdən  yorulmalı  və  can-dildən 
ədalət istəməlidir.  
3.  Texnoloji  hazırlıq  və  rabitə  hazırlığı:  İnkişaf  etmiş  sənaye 
olmadan uyğun məqsədə çatmaq mümkünsüzdür.  
Bəli,  əgər  möcüzə  ilə  gerçəkləşirsə  də,  nəzərdə  tutulan  quruluş 
inkişaf  etmiş  texniki  vasitələrsiz  təsəvvür  olunmur.  Unutmayaq  ki, 
möcüzə ictimai nizamın daimi idarəsi üçün, səmavi bir göstərişin haqq 
olmasını sübuta yetirmək üçündür.  
Fərəc (həzrət Mehdinin (ə) zühuru ilə qurtuluş) intizarı 
Sual: 43. İntizar nə deməkdir?  
Cavab:  İntizar  insanda  hazırlıq  yaradan  ruhi  bir  keyfiyyətdir. 
İntizarın  ziddi  ümidsizlikdir.  İnsanda  intizar  hissi  gücləndikcə  onun 
hazırlığı da artır. Әgər insan kiminsə yolunu gözləyirsə, vəd olunmuş 
vaxt  yaxınlaşdıqca  görüşə  hazırlıq  da  yüksəlir.  Bəzən  intizar  halı  elə 
bir həddə çatır ki, insanın gözündən yuxusunu alır. Demək, gözlənilən 
işə  və  ya  kəsə  məhəbbət  artdıqca  intizar  dərəcəsi  də  artır.  İntizarı 
çəkilən  şəxsə  eşq  çox  olduqca  görüşə  hazırlıq  səviyyəsi  də  yüksəlir. 
İntizarı  çəkilən  şəxsin  (müntəzirin)  yubanması  ağır  bir  dərdə  dönür. 
Belə  ki,  gözü  yola  dikilmiş  insan  bütün  dərdlərini,  problemlərini 
yaddan çıxarır.  
 
Sual: 44. İntizarın hansı xüsusiyyətləri var?  
Cavab:  İntizar  ilkin  olaraq  həyat  xüsusiyyətidir.  İnsan  həyatının 
mahiyyəti  gələcəyə  intizar  və  ümidlə  çox  bağlıdır.  Belə  ki,  intizarsız 
həyatın mənası yoxdur. İntizar olmadıqda həyatın davamı üçün həvəs 
olmur.  Hazırkı  həyat  sabah  və  sabahlara  doğru  təlaşdan  ibarətdir. 
Hərəkət  isə  intizarsız  mümkünsüzdür.  İntizar  həyatın  davamına 
ümiddir  və  hazırkı  həyatı  mənalandırır.  Həyatın  davamı  üçün  enerji 
verən intizardır. Elə bu səbəbdən həyatın mahiyyəti intizarla qırılmaz 
şəkildə bağlıdır.  


 
39 
Həyatın  davamı  haqqında  düşünən  hər  bir  insan  bütün 
hərəkətlərini uyğun intizar yoluna istiqamətləndirir.  
İslami  rəvayətlərdə  oxuyuruq  ki,  peyğəmbər  ümməti  üçün  ən 
fəzilətli  əməl  (həzrət  Mehdinin  (ə)  zühuru)  intizarıdır.  Yəni  intizarın 
əməli xüsusiyyəti həyata yol tapmaqdır. Uyğun səbəblərindən biri bu 
ola  bilər  ki,  həzrət  Mehdinin  (ə)  davamçıları  özlərini  imama 
çatdırmağa səy göstərsinlər. İmam öz zühuru intizarında olduğu kimi, 
ümmət də öz imamının intizarını çəksin.  
İntizar  halında  ən  yaxşı  yol  qeybdə  olan  imamla  bağlılıq, 
həmdərdlikdir.  İntizar  və  onun  həqiqi  mənasından  xəbərsizlik 
düşüncəsizliyə və imamın qəm-kədərinə biganəliyə səbəb olur. Olsun 
ki, qeyb dövründə həqiqətən intizarda olmaq, yəni imamın cəmiyyətdə 
hüzurunu  gözləmək  ona  beyətin  ilkin  yoludur.  Çünki  hüzurun 
intizarında  olmaq  vəd  olunmuş  imamın  məqsədlərini  yada  salır, 
agahlıq  üçün  zəminə  yaradır.  İntizar  çəkməmək  zühurdan  öncə  və 
zühur vaxtı qəflət, düşüncəsizlik, biganəlik mənasındadır.  
İntizarda olan cəmiyyəti ən sarsıdıcı hadisə belə məyus edə bilmir. 
Belə bir cəmiyyət daim öz imamına iqtida edib məqsəddən  yayınmır. 
O  elə  bir  imamdır  ki,  əsrlər  boyu  davam  edən  üzücü  hadisələrdən 
sarsılmamış, öz yolundan dönməmişdir.  
Həzrət  Mehdi  (ə)  buyurmuşdur:  “Allah  bizimlə  olduğundan  bir 
başqasına  ehtiyac  yoxdur.  Haqq  bizimlədir  və  kimlərinsə  bizdən 
kənarlaşması heç vaxt bizi qorxutmayacaq.”   
Bəli!  İmam  Mehdi  (ə)  belə  bir  intizardadır.  O,  sarsılmaz  imanla 
həyatın  bir  çirkin  qaranlığında  möhkəm  dayanmışdır.  İntizarda  olan 
cəmiyyət  gözünü  yola  tikərək  imamın  uyğun  xüsusiyyətini  yaxşı 
tanımalı və imkan həddində onun kimi intizar çəkməlidir.  
 
Sual: 45. İntizar hansı səciyyələrdən təşkil olunmuşdur? 
Cavab:  Xilaskarın  zühuru  intizarı  üç  xüsusiyyətə  malik  olmasa, 
zühur gerçəkləşməz: 
1.  Әqidə  səciyyəsi:  İntizarda  olan  şəxs  xilaskarın  zühuruna  və 
onun yardımına əmin olmalıdır.  
2.  Nəfs  səciyyəsi:  İntizarda  olan  şəxs  daim  hazırlıq  halında 
olmalıdır.  
3.  Әməli  səciyyə:  İntizarda  olan  şəxs  daim  əməl  və  rəftarı  ilə 
xilaskarın zühuru üçün ictimai və fərdi zəmin yaratmalıdır.  
Bu üç səciyyədən biri yoxdursa, intizar məna kəsb etmir.  
 


 
40 
Sual: 46. İntizarın neçə növü var? 
Cavab: Fərəc (həzrət Mehdinin (ə) zühur) intizarı iki növdür: 
1.  Qurucu,  təşviqedici,  məsuliyyət  yaradan  intizar:  bu,  bəlkə  də 
ən fəzilətli ibadətdir.  
Ayə və rəvayətlərdən məlum olur ki, həzrət Mehdinin (ə) zühuru 
haqqın 
batil 
üzərində 
qələbəsi 
ilə 
başa 
çatan 
mübarizə 
halqalarındandır. İnsan əməldə haqq əhlindən olarsa, bu səadətə şərik 
olar. Məsum imamlar və rəhbərlər intizarın  yetərincə dolğun təsvirini 
verərək  onu  bir  əməl  saymışlar.  Həzrət  Peyğəmbər  (s)  buyurur: 
“Mənim ümmətimin ən fəzilətli əməli fərəc intizarıdır.”
1
  
İmam  Sadiqdən  (ə)  nəql  olunmuş  digər  bir  rəvayətdə  oxuyuruq: 
“Әn böyük əməl fərəc intizarıdır.”
2
  
Hazırlığın  və  zəmin  yaratmağın  əhəmiyyətini  imam  Sadiqin  (ə) 
bir  buyuruğundan  öyrənmək  olar:  “Sizin  hər  biriniz  bir  oxla  da  olsa, 
qeybdə olan imamın zühuru üçün hazırlıq görməlisiniz.”
3
  
2.  Dağıdıcı,  iflicedici  intizar:  Bəziləri  Məhdəviyyət,  həzrət 
Mehdinin (ə) qiyamı dedikdə elə başa düşürlər ki, zühur sırf partlayış 
mahiyyətli bir hadisədir. Onların nəzərincə, bu zühur yalnız və yalnız 
zülm  bütün  yer  üzünü  bürüyəndə  və  bir  nəfər  olsun  haqq  tərəfdarı 
tapılmayanda baş verəcək.  
Belə  bir  düşüncə  islahatlarla  zidd  olduğundan,  fitnə-fəsadı 
müqəddəs  hərəkat  üçün  başlanğıc  saydığından  dialektikanın  oxşarı 
adlandırılmalıdır.  Dialektikada  islahatlarla  müxalifətçiliyin  səbəbi 
mübarizənin  daha  da  alovlu  olmasıdır.  Uyğun  təfəkkür  bir  növ  arzu 
olunan məqsədə çatmaq üçün fitnə-fəsada rəvac verməyə çağırır.  
Bu  baxış  dini  fəaliyyətləri  süstləşdirdiyindən  heç  bir  İslam 
ölçüsünə sığmır.  
 
Sual: 47. İntizarın hansı ictimai təsirləri var?  
Cavab:  İntizarın  insan  həyatının  müxtəlif  sahələrinə  geniş  təsiri 
var.  Әn  böyük  təsir  ictimai  məsuliyyət  və  xeyirxahlıq  yönümlərində 
özünü  göstərir.  Çünki  intizar  halında  insanpərvərlik  səciyyəsi  var. 
İntizarda  olan  insanın  imamın  məqsəd  və  amalları  ilə  qırılmaz 
bağlılığı mövcuddur. Zühur intizarında olan şəxs bu yolda addım atır. 
Uyğun hədəflərə doğru hərəkət edir. Onun bütün meylləri və seçimləri 
                                                 
1
 “Kəmaluddin”, s. 644. 
2
 “Bihar”, c. 75, s. 208. 
3
 “Bihar”, c. 52, s. 366. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə