Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə15/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

 
44 
bu  qövmün  arzusu  yerinə  yetmiş  oldu.  Davud  yəhudi  padşah 
nümunəsi  olaraq  əbədi  xilaskarlıq  simvoluna  çevrildi.  Әslində  bəzi 
peyğəmbərlər və hikmət sahibləri də onu məsih kimi tanıyırlar.
1
  
Davud  və  Süleyman  əsrini  yəhud  qövmünün  düşüncəsində 
Məsiha  amanlarının  çiçəklənməsi  dövrü  saymaq  olar.  Məsiha  ümidi 
Bəni-İsrail  hökumətinin  ikiyə  bölünməsi  ilə  (həzrət  Süleymandan 
sonra) daha da ciddiləşdi.  
Peyğəmbərlər  nəinki  şövq  atəşini  diri  saxlayır,  hətta  Məsiha 
məfhumunu  daha  da  genişləndirirdilər.  Onlar  inanırdılar  ki,  Allah 
tərəfindən  xilaskar  göndəriləcək  şəxs  əksər  peyğəmbərlər  tərəfindən 
qəbul olunmuşdur.  
“İşəya”nın verdiyi xəbərlərdə xilaskar haqqında aşkar məlumatlar 
var.  Yəhud  qövmünə  təsəlli  verən  xilaskarlıq  ideyası  həmin  şəxsin 
öncəgörmələrində təsvir  olunmuşdur. Xilaskar ideal ədalətli hökumət 
qurası, həmin dövrdə bütün yer üzü ilahi mərifətə bürünəsidir. Necə ki, 
sular  dənizi  örtür.  Bu  hadisə  Bəni-İsrail  dininin  bütün  yer  üzünə 
yayılmasından  sonra  baş  verəsidir.  Möminlərin  bayrağı  ucalası, 
ümmətlər xilaskarı tələb edəsidir.
2
  
Həmin  xəbərlərdə  oxuyuruq:  “Axır  əyyamda  Allah  evinin  damı 
dağların  qülləsində  qərar  tutacaq.  Bütün  ümmətlər  ona  doğru  yola 
düşəcək...”
3
  
Səfənyanın bəzi xəbərləri İşəyanın xəbərlərindən əhatəlidir. Onun 
nəzərincə, məsiha əsri bütün yer üzünün islah dövrüdür. Çünki həmin 
dövrdə  bütün  ümmətlərə  pak  din veriləcək və  onlar birlikdə  “Yəhvə” 
deyə çağıracaqlar. Hamı birlikdə ona ibadət edəcək. Məsihanın ardıcılı 
olan  Təlmud  belə  təsvir  olunur:  O,  Davud  səltənətindən  olan  bir 
şəxsdir.  Onun  müqəddəsliyi  yalnız  təbii  bəxşişləri  səbəbindəndir. 
Müşrik  ümmətlər  onun  əli  ilə  məhv  ediləcək,  Bəni-İsrail  qüdrətə 
çatacaq. (“Yəhud ayinində Məsiha intizarı”, s.65)  
 
Sual:  54.  Fərəc  intizarı  ilə  bağlı  mütləq  rəvayətlər  dedikdə  nə 
başa düşülür?  
Cavab:  Bəzi  şiə  və  sünni  rəvayətlərində  fərəc  intizarı  məsələsi 
ümumi şəkildə qeyd olunur. Bu qəbil rəvayətlərdə həzrət Mehdinin (ə) 
                                                 
1
 “Huşə”, 3:5; “Әrəmya”, 30:9; “Hizqiyal”, 37:24, 25. 
2
 “İşəya”, 11:10; “Səfənya”, 3:9. 
3
 “Səfənya”, 2: 2-4. 


 
45 
zühuru  qeyd  olunmur.  Həzrət  peyğəmbərdən  nəql  olunmuş  hədisdə 
oxuyuruq: “İbadətlərin ən üstünü fərəc intizarıdır.”
1
  
Başqa  bir  rəvayətdə  həzrətin  dilindən  belə  nəql  olunur:  “Fərəc 
intizarı ibadətdir.”
2
  
Başqa  bir  rəvayətdə  isə  belə  buyurulur:  “Mənim  ümmətim  üçün 
ən fəzilətli əməl Allah-təalanın fərəc intizarıdır.”
3
  
Şeyx  Səduq  nəql  edir  ki,  imam  Riza  (ə)  buyurmuşdur:  “Fərəc 
üçün  səbir  və  intizar  necə  də  gözəldir!  Məgər  Allahın  “siz  intizar 
çəkin,  Mən  də  intizardayam”  buyurduğunu  eşitməmisinizmi?  Səbiri 
yaddan çıxarmayın! Çünki fərəc ümidsizlikdən sonra gəlir. Doğrudan 
da, sizdən əvvəlkilər sizdən daha səbirli idi.”
4
  
Mərhum  Məclisi  imam  Sadiqin  (ə)  dilindən  belə  nəql  edir: 
“Pəhrizkarlıq,  iffət,  qurtuluş  və  səbrlə  fərəc  intizarı  imamların 
dinindəndir.”
5
 
Termizi  həzrət  Peyğəmbərin  (s)  dilindən  belə  nəql  edir: 
“İbadətlərin ən üstünü fərəc intizarıdır.”
6
  
Fərəc  intizarı  dedikdə  zahirən  həzrət  Mehdinin  (ə)  zühuru 
nəzərdə  tutulur.  Müxtəlif  firqələrdə  məxsus  hədislərdə  həzrət  xalqı 
zülm-sitəmdən xilas edən şəxs kimi tanıtdırılır.  
Şeyx  Səduq  imam  Sadiqdən  (ə)  belə  nəql  edir:  “Bizim  Qaimin 
(həzrət  Mehdinin  (ə))  şiələrinin  xoş  halına!  O  kəslər  ki,  qeyb 
dövründə onun intizarındadırlar.”
7
  
Belə bir məna sünni əhlinin rəvayətləri ilə də uyğun gəlir. Onlar 
həzrət  Mehdinin  (ə)  dünyaya  gəlişinə  inanmasalar  da,  onu 
bəşəriyyətin xilaskarı kimi qəbul edirlər.  
Dəlillər  əsasında  ümumi  hədisləri  müəyyənləşdirib  onları  həzrət 
Mehdinin  (ə)  qiyamına  tətbiq  etmək  olar.  Әsas  məsələ  hökm  və 
mövzu  arasındakı  tənasübdür.  Bir  bu  qədər  mühüm  sayılan  fərəc 
intizarı, şübhəsiz ki, vəd olunmuş günün intizarıdır.  
 
 
 
                                                 
1
 “Bihar”, c. 52, s. 125; “Kəmaluddin”, s. 267. 
2
 “Bihar”, c. 52, s. 122; “Cameus-Səğir”, c. 1, s. 416. 
3
 “Bihar”, c. 5, s. 122. 
4
 “Kəmaluddin”, s. 645. 
5
 “Bihar”, c. 52, s. 122. 
6
 “Sünəne-Termizi”, c. 5, s. 225. 
7
 “Kəmalud-Din”. 


 
46 
 
Sual: 55. Xilaskarın intizarının hansı imtiyazları var? 
Cavab: Sünnə əhli həzrət Mehdinin (ə) fərəc intizarını qəbul etsə 
də,  onun  dünyaya  gəlişinə  inanmır.  İmamiyyə  şiə  məzhəbi  və  bəzi 
digər  İslam  məzhəblər  bu  əqidədədirlər  ki,  xilaskar  hal-hazırda 
mövcuddur,  əməl  və  rəftarlarımızı,  eləcə  də,  müsəlmanların 
problemlərini  görür.  Bu  sayaq  intizar  daha  böyük  təsirə  malikdir  və 
cəmiyyətdə  ümid  ruhunu  gücləndirir.  Fərəc  həqiqətinə  inanan,  amma 
xilaskarın  həyatda  olduğunu  və  əməlləri  müşahidə  etdiyini  qəbul 
etməyən  kəs  intizardan  bir  o  qədər  də  faydalanmır.  İmamın  (ə) 
dünyada olduğuna inanan kəs isə əmindir ki, çətinliyə düşdükdə imam 
onun yardımına yetişəcək. Bu sayaq etiqadın insan ruhiyyəsinə böyük 
təsiri  var.  Belə  bir  təsir  sadəcə  fərəcə  etiqadın  təsiri  ilə  müqayisəyə 
gəlməz.  
Şiələr  imamın  dünyada  olması  ilə  müşayiət  olunan  intizara 
inandıqlarından  tarix  boyu  məyus  olmamış,  problemlərə  boyun 
əyməmişlər.  
Şiə  insan  həmişə  özünü  xilaskarla  yanaşı  hiss  edir  və  bu  hiss 
onun tərbiyə və imanına böyük təsir göstərir.  
 
Sual: 56. Fərəcin (zühurun) təxirə düşməsi qəlbi daşlaşdırmırmı? 
Cavab:  Hər  bir  möminə,  bəlkə  də  hər  bir  insana  vacibdir  ki, 
fərəcin  təxirə  düşməsindən  məyus  olmasın.  İnsan  mənzil  başına 
çatmaq  üçün  səbir  ipinə  sarılmalıdır.  Qəlb  imanı  üçün  yeganə  çıxış 
yolu  budur.  Allah  heç  vaxt  vədinə  xilaf  çıxmır.  İnsan  keçmiş 
ümmətlərin  böyük  çətinliklərindən  sonra  Allah-təalanın  yardımı  ilə 
xilas  olduğunu  yada  saldıqda  arxayınlaşır.  Eləcə  də,  fitrət  və  daxili 
meylə  müraciət  etdikdə  xilaskarın  zühuruna  batini  meyl  insana  ümid 
verir.  
İmam  Sadiq  (ə)  “Hədid”  surəsinin  16-cı  ayəsi  ilə  bağlı 
buyurmuşdur:  “Bu  ayə  qeyb  dövrünün  insanlarına  ünvanlanmışdır. 
Qeyb  dövrü  digər  dövrlərdən  fərqlənir.  Allah-təala  öz  höccətinə 
(xilaskara)  şəkki  şiələrə  qadağan  etmişdir.  İnsan  düşünməməlidir  ki, 
Allah yer üzünü hətta bir göz qırpımı höccətsiz qoya bilər.”
1
  
 
 
 
                                                 
1
 “Әl-Ğeybət”, Nemani, s. 24; Әl-Mühəccət”, s. 219, 220. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə