77
deyir: “Həzrət Mehdi (ə) haqqında mütəvatir həddə çatmış hədislər
nəql olunmuşdur.”
1
Sual:
102.
Məhdəviyyətə
etiqad xalqı
xeyir
əməldən
çəkindirmirmi?
Cavab: Öncə Məhdəviyyətə etiqad və imamın intizarı
mövzularını açıqlamaq lazımdır.
Məhdəviyyət o vaxt zərərli ola bilər ki, insan intizar adı altında
bir bucağa çəkilib cəmiyyətdən ayrılsın; elə düşünsün ki, yer üzündə
zülmün genişlənməsi imamın zühurunu tezləşdirəcək və imam
tənhalıqda yer üzünü islah edəcək.
Başqa cür də düşünmək olar. Әslində bilməliyik ki, bizim əlimizi
yanımıza salıb boş dayanmağımız bu zühuru yubandırır. Belə bir
yanaşma insanı təşviq edir. Xilaskarı gözləyənlər özləri saleh
fərdlərdir. Bu səbəbdən də İslam rəvayətlərində fərəc intizarı ən
fəzilətli əməl sayılmışdır.
Məhdəviyyətlə bağlı yekdil fikirlər
Sual: 103. İslam məzhəbləri imamın (ə) zühurunu prinsipcə
yekdil qəbul edirlərmi?
Cavab: Prinsipcə bütün İslam məzhəbləri peyğəmbər nəslindən
olan həzrət Mehdinin (ə) zühur məsələsini qəbul edirlər. Hamı inanır
ki, dünyanın axırlarında yer üzünü zülm-sitəm bürüdükdən sonra
Mehdi (ə) adlı bir şəxs zühur edib ədaləti bərpa edəcək.
a) Şiə alimlərindən - Şəhid Sədr deyir: “Həqiqətən, dünyanın
ümumdünyəviləşdirilməsi istiqamətində həzrət Mehdinin (ə) zühuruna
etiqad peyğəmbər hədislərində ümumi, əhli-beyt (ə) rəvayətlərində
xüsusi şəkildə bəyan olunmuşdur. Bu məsələyə o qədər böyük diqqət
ayrılır ki, heç bir şəkk-şübhəyə yer qalmır...”
2
Şeyx Məhəmməd Riza Müzəffər deyir: “Dünyanın axırlarında
Fatimə (s) övladlarından olan Mehdinin (ə) zühur məsələsi və yer üzü
zülmə büründükdən sonra onda ədalətin hakim olması peyğəmbərdən
mütəvatir (yetərli) şəkildə nəql olunmuşdur və rəvayət kitablarında yer
tutmuş məsələlərdəndir.”
3
1
“Mutməhul-amal”, s. 185.
2
“Bəhsun hоvləl-Məhdi (ə)”, s. 103, 104.
3
“Әqaidul-imamiyyə”, s. 77.
78
b) Sünni alimlərindən – Nasirəddin Әlbani deyir: “Bilmək
lazımdır ki, Mehdi (ə) və onun zühur məsələsi haqqında bir çox
etibarlı hədislər nəql olunmuşdur.”
1
Şeyx Әbdül-Möhsin ibn Həmdül-İbad deyir: “Həqiqətən, həzrət
Mehdi (ə) haqqında hədislər sünnə əhli kitablarında o qədərdir ki, bu
məsələyə şübhə etmək çətin olur. Mənbələrdən xəbərsiz, elm əhlinin
dedikləri ilə tanış olmayan cahil və höcətkeş insanlar bu məsələyə
şübhə edə bilər...”
2
Şeyx Әbdül-Әziz ibn Әbdüllah ibn Baz deyir: “Mehdi (ə)
mövzusu aşkar bir mövzudur və bu mövzudakı hədislər bəlkə də
mütəvatir həddədir. Elm əhli bu hədislərin təvatir həddə çatdığını
bildirir...”
3
Sual: 104. Bütün İslam məzhəbləri həzrət Mehdinin (ə) zühuruna
etiqadı vacib sayırmı?
Cavab: Bütün məzhəblərdə belə bir etiqad var ki, dünyanın
axırlarında həzrət Mehdinin (ə) zühuru qeybi məsələlərdəndir və bu
məsələyə etiqad etmək lazımdır.
a) Şiə alimlərindən – Şeyx Səduq deyir: “Həzrətin halından
xəbərsiz ona iman gətirmək düzgün deyil. Yalnız həzrətin qeyb
dövründə şənindən xəbərdar olmaqla belə bir etiqaddan faydalanmaq
olar.”
4
b) Sünni alimlərindən – Nasirəddin Әlbani yazır: “Həqiqətən,
həzrət Mehdinin (ə) zühuruna əqidə sabit bir əqidədir və
peyğəmbərdən etibarlı vasitələrlə nəql olunmuşdur. Ona görə də bu
həqiqətə iman vacibdir. Quranda qeybə iman pəhrizkarların
xüsusiyyəti kimi tanıtdırılır. Mehdinin (ə) zühuruna inam da qeybi
işlərdəndir...”
5
Әbdül Möhsün ibn Həmdül-İbad yazır: “Məhdəviyyətin təsdiqi
və ona iman İslam Peyğəmbərinin (s) risalətinə imandandır. Çünki
peyğəmbərin təsdiq etdiyi mövzulara iman da peyğəmbərə iman
sayılır. Bu əslində qeybə imandır və Allah-təala möminləri qeybə
inandıqlarına görə mədh etmişdir...”
6
1
“Әt-təməddunul-islami”, hicri 1371-ci il.
2
“Camətu-İslamiyyə”, 3-cü say.
3
Həmin mənbə.
4
“Kəmalud-din”, c.1, s. 19.
5
“Təməddune-İslami”, Dəməşq çapı.
6
“Әl-cəmaətul-İslamiyyə”, Hicaz çapı.
79
Sual: 105. Həzrət Mehdinin (ə) hökumətinin əhatəsi ilə bağlı
məzhəblərin mövqeyi necədir?
Cavab:Həzrət Mehdinin (ə) hökumətinin əhatəli olmasına etiqad
Məhdəviyyətə etiqaddandır.
Allah-təala buyurur: “Allah sizlərdən iman gətirib saleh iş
görənlərə yer üzündə xilafət vəd etmişdir.
1
Әhməd ibn Hənbəl həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir:
“Yer üzü zülm-sitəmlə dolar. Həmin vaxt nəslimdən olan bir şəxs
zühur edər, 7-9 gün ərzində bütün yer üzünə sahib olar. Həmin vaxt
bütün yer üzündə ədalət bərpa edilər.”
İmam Baqir (ə) buyurmuşdur: “İmam Qaim (ə) Mehdi (ə) 309 il
yer üzündə hakim olar. Kəhf əhli də mağarada bu qədər qalmışdı.
Həzrət yer üzü zülmə büründükdən sonra ədaləti bərpa edər. Allah
onun üçün dünyanın şərqini və qərbini fəth edəcək...”
2
Sual: 106. Xilaskarın ləqəbi haqqında məzhəblər nə deyir?
Cavab: Şiə və sünnilər tərəfindən nəql olunmuş rəvayətləri
nəzərdən keçirdikdə məlum olur ki, xilaskarın ləqəbinin Mehdi (ə)
olduğunu hamı yekdil şəkildə qəbul edir.
Hakim Nişapuri ibn Səid Xidriyə istinad edərək həzrət
Peyğəmbərin (s) dilindən deyir: “Mehdi biz əhli-beytdəndir”.
3
Həzrət peyğəmbər buyurmuşdur: “Həzrət Mehdi (ə) başının
üzərində bulud dayanmış halda zühur edər. Bulud arasında bir kəs
nida edər: “Bu Allahın xəlifəsi Mehdidir (ə), ona itaət edin.”
4
Sual: 107. Həzrət Mehdi (ə) kimin nəslindəndir?
Cavab: Bütün müsəlmanlar yekdil olaraq qəbul edirlər ki, həzrət
Mehdi (ə) Peyğəmbər (s) ailəsindəndir. Səd ibn Müsəyyib deyir:
“Ümmü-Sələmənin yanında idim. Həzrət Mehdidən (ə) söhbət düşdü.
Ümmü-Sələmə dedi: “Həzrət Peyğəmbərdən (s) belə eşitdim: “Mehdi
(ə) Fatimə (s) övladlarındandır.”
5
1
“Nur” 55.
2
“Bihar”, c. 52, s. 390.
3
“Müstədrək”, c. 4, s. 557.
4
“Bihar”, c. 51, s. 81.
5
“Sünəni ibn Macə”, c. 2, s. 1364.
Dostları ilə paylaş: |