Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə34/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   30   31   32   33   34   35   36   37   ...   93

 
101 
adamları  bu  məsələdən  xəbər  tutdu  və  onlar  vasitəsi  ilə  hamıya 
məlumat çatdırıldı.  
İkincisi, uyğun mövzu ilə bağlı  yaranmış ixtilaflar bu mövludun 
həqiqət  olması  dəlilidir.  Yəni  mövlud  olmuşdur,  sadəcə,  bu  iş  məxfi 
baş verdiyindən bəziləri şübhəyə düşmüşlər.  
Üçüncüsü, 
dəfələrlə 
qeyd 
olunduğu 
kimi, 
qeybin 
ilk 
dönəmlərində  avam  xalq  tərəddüdə  düşsə  də,  qısa  bir  müddət  sonra 
məzhəb  başçıları  xalqı  bu  mövludun    gerçəkliyinə  inandırdılar. 
Beləliklə,  şiə  cəmiyyəti  tam  şəkildə  şəkk-şübhədən  çıxmış,  hamı 
həzrət Mehdinin (ə) mövluduna inanmışdır. 
 
Sual:  144.  Şəkk-şübhəni  aradan  qaldırmaq  üçün  alimlər  və 
səhabələr hansı işləri görmüşlər? 
Cavab:  Şübhəsiz  ki,  həzrət  Mehdinin  (ə)  qeybindən  sonra  kütlə 
arasında  şəkk-şübhə  rəvac  tapmışdır.  Çünki  xalq  öz  imamını 
görmürdü.  Amma  alimlərin  və  səhabələrin  fədakarlığı  sayəsində  bu 
şübhə  aradan  qaldırıldı.  Uyğun  istiqamətdə  görülən  işlərdən  biri 
münasib  kitabların  tərtibi  idi.  Bu  kitablar  arasında  Məhəmməd  ibn 
İbrahim  Nemaninin  “Әl-ğeybət”,  Әli  ibn  Babəvеyh  Qumminin  “Әl-
imamət vəl-təbsirə minəl-heyrət”, Məhəmməd ibn Әli ibn Babəvеyhin 
“İkmalud-din və itmamun-nemət”, Şeyx Tusinin “Әl-ğeybət” kitabları 
diqqəti cəlb edir. Әli ibn Babəvеyh öz kitabı haqqında deyir: “Mən bu 
kitabda şəkk-şübhəni aradan qaldıra biləcək xəbərlər topladım...”
1
  
 
Sual: 145. Digər dövrlərdə həzrət Mehdinin (ə) mövludu ilə bağlı 
şübhələri aradan qaldırmaq üçün kitablar yazıldımı? 
Cavab:  Hər  dövrün  şiə  alimləri  özlərindən  əvvəlki  alimlərin 
yolunu  davam  etdirərək  mövludla  bağlı  şübhələri  aradan  qaldıracaq 
kitablar  tərtib  etmişlər.  Onlardan  bəzilərini  yada  salaq:  Әbu  İshaq 
İbrahim ibn İshaq Әhməri Nəhavəndinin “Kitabul-ğeybət”, Әbu-İshaq 
İbrahim  ibn  Әl-Әnmati  Kufi  Әsədinin  “Kitabul-ğeybət”,  Әhməd  ibn 
Hüseyn  Әbdüllah  Mehrani  Abinin  “Tərtibul-ədillə...”,  Әbül-Әbbas 
Әhməd  ibn  Әli  Razinin  “Әşşəfa  vəl-cəla  ənil-ğeybət”,  Әbül-Həsən 
Әhməd  ibn  Məhəmməd  ibn  İmran  ibn  Musanın  “Әl-Ğeybət”,  Әşrəf 
ibn  Azın  “Әl-Ğeybət”,  Әbu  Məhəmməd  Həsən  ibn  Həmzənin  “Әl-
Ğeybət”,  Әbu-Məhəmməd  Həsən  ibn  Məhəmməd  ibn  Yəhyanın 
“Kitabul-ğeybət və zikrul-qaim”, Әbül-Həsən Hənzələ ibn Zəkəriyya 
                                                 
1
 “Әl-imamət vət-təbsirə”, s. 9. 


 
102 
Təmimi  Qəzvininin  “Kitabul-ğeybət”,  Әbül-Həsən  Səlamət  ibn 
Məhəmməd  ibn  İsmailin  “Kitabul-ğeybət  və  kəşful-heyrət”,  Әbülfəzl 
Abbas  ibn  Hişam  Naşiri  Әsədinin  “Kitabul-ğeybət”,  Әbül-Abbas 
Әbdüllah ibn Cəfər ibn Hüseyn Həmiri Qumminin “Kitabul-ğeybət”, 
Әbu-Məhəmməd  Әbdül  Vəhhab  Madərainin  “Kitabul-ğeybət”,  Şeyx 
Müfidin  “Kitabul-ğeybət”(Müəllifin  başqa  kitabları  da  var),  Әbül-
Qasim  Әli  ibn  Hüseynin  “Әl-məqnə  fil-ğeybə”,  Әli  ibn  Məhəmməd 
ibn  Әli  ibn  Ömər  ibn  Riyahın  “Kitabul-ğeybət”,  Әbu  Әli  Katibin 
“Әzalətur-Ran 
ən 
qulubul-ixvan 
fil-ğeybət”, 
Әbu-Әbdullah 
Məhəmməd ibn Әhməd Səfvaninin “Kitabul-ğeybət və Kəşful-heyrət”, 
Məhəmməd  ibn  Zeyd  ibn  Әli  Farsinin  “Kitabul-ğeybət”,  Әbül-Fəth 
Məhəmməd ibn Әli ibn Osman Kəracəkinin “Әl-bürhan...” Әbu-Bəkr 
Məhəmməd  ibn  Qasim  Bəğdadinin  “Kitabul-ğeybət”,  Әbül-Nəzr 
Məhəmməd  ibn  Mənsur  Әyyaşinin  “Kitabul-Ğeybət”,  Әbül-Fərəc 
Müzəffər ibn Әli ibn Hüseyn Həmədaninin “Kitabul-ğeybət” əsərləri.  
Yuxarıda  sadalanan  kitablar  hicri  üçüncü  əsrin  sonunadək  tərtib 
olan kitablardır.  
 
Sual:  146.  Həzrət  Mehdinin  (ə)  mövludu  ilə  bağlı  xəbərlərin 
kimlərinsə tərəfindən uydurulması mümkündürmü? 
Cavab:  Bəziləri  iddia  edə  bilər  ki,  şiələr  aldanaraq  kimlərinsə 
uydurduğu rəvayətləri nəql edirlər.  
Hansı ki, şiələr hər hansı bir məlumatı əsassız qəbul etmirlər:  
1.  Әgər  hər  hansı  mütəvatir  hədisin  kimlərinsə  tərəfindən 
uydurulduğunu  ehtimal  versək,  bütün  şəriətə  şübhə  ilə  yanaşmalıyıq. 
Mütəvatirlik isə özü bir sübutdur.  
2. Әgər bu məlumatlar uydurulmuş olsaydı, ən azı şiə düşmənləri 
bu məsələni qabardardı.  Hansı ki, əsrlərcə ötməsinə baxmayaraq belə 
bir ittiham irəli sürülməmişdir.  
 
Sual: 147. Şiələrin qəbul etmədiyi icma prinsipinə əsasən həzrət 
Mehdinin (ə) mövludunu qəbul etmək olarmı? 
Cavab:  Әvvələn,  şiə  əqidəsi  mötəbər  dəlilə  əsaslanan  icmanı 
qəbul  edir  və  belə  bir  icmanı  sübut  yolu  sayır.  Şiə  cəmiyyətində 
mövcud olan icma da məhz belə icmadır.  
İkincisi,  şiələr  həzrət  Mehdinin  (ə)  mövludunu  təkcə  icma  ilə 
sübuta  yetirmir.  İcmadan  əlavə  əql,  Quran  və  səhih  rəvayətlər  kimi 
başqa dəlillər var.  
 


 
103 
Sual: 148. Mehdi (ə) haqqındakı xəbərlər dolaşıq deyilmi? 
Cavab: Әhli-beytdən (ə) həzrət Mehdi (ə) ilə bağlı nəql olunmuş 
rəvayətlərdə  konkret  bir  şəxsin  dünyaya  gəlişindən  xəbər  verilir. 
Bildirilir  ki,  bu  şəxs  uzun  müddət  qeybdə  qaldıqdan  sonra  zühur 
edəcək.  Diqqət  yetirsək,  görərik  ki,  imamların  hər  biri  zühur  edəcək 
şəxsin  neçənci  övlad  olmasını  konkret  qeyd  edir.  Rəvayətlərdə  onun 
qeybə  çəkiləcəyi,  qeybin  növləri,  dünyaya  gəlişinin  məxfi  olacağı, 
xalqın  şəkk-şübhəyə  düşəcəyi  açıqlanır.  Әlbəttə  ki,  bəzi  qaranlıq 
məsələlər  də  var.  Bu  isə  siyasi  sıxıntılar  olan  bir  cəmiyyət  üçün  tam 
təbiidir.  Bütün  bunlardan  sonra  həzrət  Mehdi  (ə)  mövzusunu  dolaşıq 
saymaq düzgün olmaz.  
 
Sual:  149.  Әgər  həzrət  Mehdinin  (ə)  şəxsiyyəti  aşkar  idisə,  nə 
üçün bir çoxları yalançı mehdilərə inanırdı? 
Cavab:  Әhməd  Katib  deyir:  “Әgər  həzrət  Mehdinin  (ə)  xilaskar 
olması  aydın  idisə,  nə  üçün  bir  çoxları  həzrət  Әlinin  (ə),  onun  oğlu 
Hənəfiyyənin, imam Sadiqin (ə), imam Kazimin (ə), imam Hadinin (ə) 
oğlu Seyyid Məhəmmədin, hətta imam Әsgərinin (ə) Mehdi olmasını 
iddia edirdi?” 
Məsələni araşdıraq:  
1.  Әgər  həzrət  Peyğəmbərdən  (s)  və  Әhli-beytdən  (ə)  nəql 
olunmuş hədislərdə həzrət Mehdinin zühuru, onun imam Әsgərinin (ə) 
oğlu olması aşkar şəkildə bəyan olunmuşdusa, hansı əsasla başqalarını 
Mehdi (ə) saymaq olardı?! Amma bəziləri zülm-sitəmi şiddətli görüb, 
eyni  zamanda  bütün  Әhli-beyti  (ə)  saydığından  bəzən  Məhdəviyyət 
ümidi  ilə  imamların  sorağına  gedirdi.  Belələri,  adətən,  sadəlövh  və 
nadan  insanlar  olmuşdur. Әlbəttə  ki, uyğun  məsələyə siyasi  durumun 
da təsiri danılmazdır.  
2.  Başqalarını  Mehdi  (ə)  sayanlar  qısa  bir  müddət  sonra  şiələrə 
qoşularaq öz iddialarından əl çəkmişlər.  
3.  Bir  məzhəbin  əqidəsi  onun  alimləri  ilə  təsbit  olunur.  İmam 
Әsgərinin (ə) övladı Mehdinin (ə) zühuruna əqidə əksər şiə alimlərinin 
qəti fikridir.  
4.  Haqqında  danışılan  dövr  ziddiyyətli  olduğundan  bəziləri  bir 
müddət  başqalarını  Mehdi  (ə)  saymışlar.  Amma  qısa  bir  müddətdən 
sonra şəkk-şübhələr aradan qalxmışdır.  
 
 
 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə