Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə32/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   28   29   30   31   32   33   34   35   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
95 
Mötəzz,  Möhtədi,  Mötəməd.  Mötəməd  Әhli-beytə  (ə)  xüsusi  bir 
düşmənçiliklə  yanaşırdı.  O,  göstəriş  vermişdi  ki,  imam  Әsgərinin  (ə) 
şəhadətindən  sonra  onun  evində  axtarış  aparılsın  və  övladı  haqqında 
məlumat 
toplanılsın. 
Bu 
barədə 
hakimiyyəti 
Cəfər 
məlumatlandırmışdı.  
Davud  ibn  Әsvəd  deyir:  İmam  Әsgəri  (ə)  mənə  bir  əsa  verib 
buyurdu: “Bunu Әmriyə çatdır.” Yolda əsa sındı və gördüm ki, onun 
arasında  məktub  var.  İmamın  xidmətinə  qayıtdıqda  bu  məsələni 
danışdım.  Həzrət  buyurdu:  “Kimlərinsə  bizi  təhqir  etdiyini  görsən, 
tapşırılmış  işin  ardınca  get  və  məbada  cavab  vermək  fikrinə  düşəsən 
və onu tanıtdırasan. Çünki biz çətin şəraitdəyik. Sən yoluna davam et, 
bil ki, sənin halından xəbər tuturuq. Bunu yadında saxla.”
1
 
Tarixi  mənbələrdən  məlum  olur  ki,  imam  öz  səhabələrinə  ona 
salam  verməməyi  tapşırmışdı.  Әks-təqdirdə  onun  üçün  təhlükə 
yaranardı.
2
  
Həzrət  öz  şiələri  ilə  görüş  üçün  yer  müəyyənləşdirmişdi.  O 
buyurdu:  “Filan  yerdə,  filan  evdə  gecə  vaxtı  müraciət  edin.  Məni 
orada taparsınız.”
3
  
Məhəmməd  ibn  Әbdül-Әziz  Bəlxi  deyir:  “Sübh  vaxtı 
qoyunsatanların məhəlləsində oturmuşdum. Birdən imam Әsgərinin (ə) 
öz mənzilindən çıxdığını gördüm. Ürəyimdə dedim ki, bu şəxsin Allah 
höccəti olduğunu desəm, məni öldürərlərmi? Həzrət mənim yanımdan 
keçdiyi  vaxt  şəhadət  barmağını  ağızına  yaxınlaşdırıb  sakit  olmaq 
işarəsi  verdi.  Həmin  gecə  həzrətlə  görüşdüm.  O  buyurdu:  “Ya 
gizlətməlisən, ya da qətlə yetiriləcəksən. Özünə görə Allahdan qorx.”
4
 
Mərhum  Müqəddəs  Әrdəbili  buyurur:  “Әgər  hədisi,  «bir  kişi» 
ünvanı ilə nəql etsələr nəzərdə imam Həsən Әsgəri (ə) tutulmuşdur.”
5
  
Bütün bu məlumatlar imam Әsgərinin dövründə və həzrət Mehdi 
(ə) doğulan zaman vəziyyətin çətin olduğunu göstərir. Bu səbəbdən də 
həzrət Mehdinin (ə) mövludu gizlədilmişdir.  
Bu  arada  imam  Әsgərinin  (ə)  iki  vəzifəsi  vardı:  Həzrət  həm 
övladının dünyaya gəlişini sübuta yetirməli, həm də bu işi elə görməli 
idi ki, onun həyatı üçün təhlükə yaranmasın.  
 
                                                 
1
 “Bihar”, c. 50, s. 283. 
2
 Həmin mənbə, s. 304. 
3
 Həmin mənbə. 
4
 “Bihar”, c. 50, s. 289. 
5
 “Cameul-Ruvat”, c. 2, s. 462. 


 
96 
Sual:  132.  Abbasi  dövləti  zəif  olduğu  halda  həzrət  Mehdi  (ə) 
üçün hansı təhlükə yarada bilərdi?  
Cavab:  Bəziləri  deyirlər  ki,  Abbasilər  dövlətində  işləri  türklər 
əlinə  aldığından  xəlifələr  çox  zəif  mövqeyə  malik  idi.  Guya  həmin 
dövrün  siyasi  vəziyyəti  həzrət  Mehdinin  (ə)  dünyaya  gəlişinin  məxfi 
saxlanılması üçün əsas ola bilməz.  
Uyğun iradı cavablandıraq:  
1. Әgər Abbasi dövləti həmin dövrdə zəifləmişdirsə də, prinsipcə 
güclü dövlət sayılırdı.  
2.  Abbasilər  türklərin  hakimiyyətə  nüfuzunun  qarşısını  ala 
bilməsə də, Әhli-beytə (ə) qarşı yekdil rəydə idilər.  
3.  Abbasilər  daxili  müxaliflərlə  mübarizəyə  məşğul  olsalar  da, 
heç vaxt əhli-beytlə mübarizəni yaddan çıxarmamışlar.  
 
Sual: 133. İmam Әsgərinin (ə) şəhadətindən sonra siyasi vəziyyət 
necə idi? 
Cavab:  Zalım  hakimlər  imam  Әsgəri  (ə)  övladı  Mehdinin  (ə) 
zülmlə  aparacağı  mübarizədən  xəbərdar  olduqları  üçün  hər  yolla  onu 
qətlə  yetirməyə  çalışırdılar.  Həzrət  Mehdiyə  (ə)  qarşı  üç  dəfə  terror 
planı  cızıldı. Amma  düşmən  bu  planları  həyata  keçirə  bilmədi.  İmam 
Әsgərinin (ə) şəhadətindən bir neçə gün sonra Abbasi Mötəməd belə 
bir cəhd etdi. Mötəməddən sonra hakimiyyətə gəlmiş Mötəzid iki dəfə 
imam  Mehdini  (ə)  aradan  götürməyə  cəhd  göstərdi.  Ondan  sonrakı 
xəlifələr  isə  uyğun  cəhdlərin  nəticə  vermədiyini  görüb  bu  işdən 
ümidlərini üzdülər.  
Şeyx  Tusi  bu  iki  cəhddən  birini  “Әl-ğeybət”  kitabında  Rəşiqin 
dilindən nəql etmişdir: “Mötəzid Abbasi məni başqa iki nəfərlə imam 
Әsgərinin  (ə)  evinə  göndərdi  ki,  həzrət  Mehdini  (ə)  həbs  edək.  Biz 
imamın evində möcüzə ilə qarşılaşıb məqsədimizə çata bilmədik...”
1
  
 
Sual: 134. Nərcis Xatunun ilk maliki kim olub?  
Cavab: Bu məsələyə münasibətdə üç baxış mövcuddur: 
1.  Nərcis  Xatun  imam  Hadinin  (ə)  mülkünə  daxil  oldu,  sonra 
imam  oğlu Әsgərini  (ə)  onunla evləndirdi.  Rəvayətlərdə bu  məsələyə 
işarə olunmuşdur.
2
  
                                                 
1
 “Әl-ğeybət”, s. 248. 
2
 “Bihar”, c. 51. 


 
97 
2.  Nərcis  Xatunun  maliki  imam  Hadinin  (ə)  qızı  Həkimə 
olmuşdur. İmam Hadi (ə) bacısına demişdir: “Nərcisi oğluma ver...”
1
 
3.  İmam  Hadi  (ə)  Nərcis  Xatunu  bir  başqasından  almış  və 
bacısına bağışlamışdır. Bu ehtimal daha güclüdür.  
 
Sual:  135.  İmam  Mehdinin  (ə)  varlığına  və  dünyaya  gəlişinə 
iman fəlsəfi fərziyyədirmi? 
Cavab:  Həzrət  Mehdinin  (ə)  dünyaya  gəlişi  və  varlığı  əqli  və 
fəlsəfi dəlillərə malik olsa da, bu sahədə Quran və hədislərdə yetərincə 
dəlillər var.  
Həzrət 
Mehdinin 
(ə) 
mövludunu 
təsdiqləyən 
mütəvatir 
hədislərdən  əlavə,  səhih  sənədli  rəvayətlər  də  var.  Bir  çox  mütəvatir 
məlumatlarda həzrətin varlığı sübuta yetirilir. Bu barədə danışacağıq.  
 
Sual:  136.  İmam  Әsgərinin  (ə)  şəhadətindən  sonra  şiələrdən 
imamət silsiləsinin kəsildiyini düşünənlər oldumu?  
Cavab: Әhməd Katib deyir: “Bəzi tarixçilər nəql edirlər ki, şiələr 
arasında  imamətin  dayandığını  düşünənlər  vardı.  Bəzi  rəvayətlərdən 
də  belə  görünür  ki,  xalq  Allahın  qəzəbinə  gəldikdə  imamət  cərəyanı 
dayana bilər...” 
Deyilənlərə belə cavab vermək olar:  
1. Tarixi mənbələrə müraciət etdikdə aydın olur ki, şiə cəmiyyəti 
bir əksəriyyət olaraq imam Mehdinin (ə) mövluduna inanırdı.  
2. Şeyx Müfid və başqalarının bildirdiyi kimi, imam Әsgərinin (ə) 
vəfatından sonra şiələr 14 firqəyə bölündü. Amma qısa bir müddətdən 
sonra  alimlər  və  səhabələrin  çağırışları  sayəsində  hamı  imam 
Mehdinin (ə) varlığı ilə bağlı yekdil rəyə gəldi.
2
  
3.  İmamətin kəsilməsindən danışan rəvayətləri diqqətlə nəzərdən 
keçirdikdə ziddiyyətlə rastlaşırıq. Həmin rəvayətdə imam Baqirdən (ə) 
belə  nəql  olunur:  “Әgər  Allah-təala  xalqa  qəzəblənsə,  bizi  onlardan 
ayırar.” Әslində bu hədis həzrət Mehdinin (ə) qeybə çəkilməsini sübut 
edir.
3
 
4.  Әgər  ixtilaf  bir  şeyi  batil  saymaq  üçün  dəlil  olsaydı, 
peyğəmbərlik məsələsi də şübhə altına alınmalı idi. Hansı ki, heç kim 
                                                 
1
 “Kəmalud-din”, s. 426» 
2
 “Әl-füsulul-muxtarə”, s. 325. 
3
 “Kafi”, c. 1, s. 343. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə