Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə35/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   31   32   33   34   35   36   37   38   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
104 
 
Sual:  150.  İmam  Әsgəri  (ə)  öz  şəhadətindən  öncə  anasına 
vəsiyyət etmişdirmi? 
Cavab:  Şeyx  Müfid  deyir:  Bəziləri  imam  Әsgərinin  (ə)  vəqf  və 
sədəqə  işləri  barədə  öz  anasına  vəsiyyətini  dəlil  gətirərək  həzrət 
Mehdinin  (ə)  mövludunu  inkar  edirlər.  Hansı  ki,  bu  işdə  məqsəd 
Mehdinin  (ə)  mövludunu  hakim  rejimdən  məxfi  saxlamaq  olmuşdur. 
Әgər  bu  vəsiyyətnamədə  həzrət  Mehdinin  (ə)  adı  çəkilsəydi,  onu 
mövcud  rejimdən  qorumaq  mümkünsüz  olardı.  Bunu  da  qeyd 
etməliyik  ki,  uyğun  vəsiyyətnamədə  Bəni-Abbasi  nümayəndələrinin 
şəhadəti  qeyd  olunmalı  idi.  Məgər  imam  Sadiq  (ə)  öz 
vəsiyyətnaməsində 
eyni 
məqsədlə 
övladının 
imamətini 
gizlətməmişdimi?!  İmam  (ə)  bu  məqsədlə  vəsiyyətnamədə  öncə 
Mənsur  Abbasi,  Rəbi,  Qazi,  kənizi  Hümeydə  Bərbəriyyənin  adını 
çəkir, sonda övladı Musa ibn Cəfərin (ə) adını qeyd edir. Həzrət yaxın 
səhabələrinə  öz  övladının  imamətini  açıqlasa  da,  vəsiyyətnaməsində 
onu qorumağa çalışır.
1
  
 
Sual: 151.  İmam Әsgəridən (ə) nəql olunmuş mütəvatir mötəbər 
xəbərlər  arasında  həzrət  Mehdinin  (ə)  imaməti  haqqında  məlumat 
varmı? 
Cavab:  Həzrət  Mehdinin  (ə)  imamətini  müxtəlif  yollarla  sübut 
etmək olar. Uyğun yanaşma bütün məsumların imamətinə aiddir:  
1.  Öncə  qeyd  olunduğu  kimi,  imam  Әsgəridən  (ə)  öz  övladının 
imaməti haqqında mötəbər hədislər nəql olunmuşdur.  
2.  İmamət  və  yer  üzünün  höccətsiz  qalmaması  qəti  dəlillərlə 
sübuta  yetirilirsə,  növbəti  imamın  kim  olması  məsələsi  səhih  sənədli 
bir xəbərlə təsdiqlənir.  
3.  Öncə işarə  olunduğu  kimi  haqqında  danışılan  mövzu ilə  bağlı 
həzrət  Peyğəmbər  (s)  və  imamlardan  yetərincə  hədislər  nəql 
olunmuşdur.  
4.  Peyğəmbərliyin  sübutunda  ən  ümdə  yol  möcüzə  olduğu  kimi, 
imamətin  isbatında  da  bu  yoldan  faydalanmaq  olar.  Hər  bir  imamın 
özündən sonrakı imamı təsdiqləməsi də etibarlı sübut yoludur.  
5.  Bəzi  imamlar  haqqında  bir  mötəbər  sənəd  olsa  da,  mövcud 
xarici  dəlillər  insanda  əminlik  yaradır.  İmamlara  münasibətdə  Bəni-
                                                 
1
 “Әl-Məsailul-Әşərə”, s. 69-72. 


 
105 
Üməyyə  və  Bəni-Abbasi  hakimlərinin  təzyiqləri,  şübhəsiz  ki,  uyğun 
mövzunun aşkar şəkildə nəql olunmasına maneçilik törətmişdir.  
6. Həzrət Peyğəmbərdən, imamlardan, eləcə də, imam Әsgəridən 
(ə) nəql olunmuş rəvayətləri nəzərdən keçirdikdə, həzrət Mehdinin (ə) 
möcüzələri ilə tanış olduqda aydınlaşır ki, həzrət Mehdinin (ə) imamət 
məsələsi mütəvatir xəbərlər yolu ilə sübuta yetmişdir.  
 
Sual:  152.  İmamiyyə  böyükləri  imam  Әsgərinin  (ə)  vəfatından 
sonra həzrət Mehdinin (ə) mövludunu yekdilliklə qəbul etmişdirmi? 
Cavab:  Bəli,  imam  Həsən  Әsgərinin  (ə)  vəfatından  sonra 
səhabələr  və  imamiyyə  şiə  başçıları  imam  Mehdi  (ə)  mövluduna 
münasibətdə yekdil rəydə olmuşlar. İlkin vaxtlarda bu mövluda şəkk-
şübhə  ilə  yanaşanlar  vardısa,  qısa  bir  müddətdən  sonra  alimlərin 
səyləri  nəticəsində  əsrin  imamına  möhkəm  bir  etiqad  yarandı.  “Әl-
füzulul-muxtarə” kitabında Şeyx Müfid belə deyir: “Hicri 373-cü ildə 
yalnız  12  imamçı  şiə  firqəsi  qalmışdı.  Onlar  imam  Әsgərinin  (ə) 
həzrət Peyğəmbərin (s) adını daşıyan övladının imamətinə inanırdılar, 
onun  sağ  olmasını  qəbul  edirdilər.  Həzrət  Mehdinin  (ə)  bir  zaman 
qiyam edəcəyinə kimsə şübhə etmirdi...”
1
 
 
Sual: 153. Həzrət Mehdinin (ə) mövludu haqqında şiə tarixçiləri 
nə deyir? 
Cavab:  Şiə  tarixçiləri  yekdil  olaraq  hicri  255-ci  ili  həzrət 
Mehdinin  (ə)  doğum  tarixi  kimi  qəbul  edirlər.  Bu  alimlərdən 
bəzilərinin  adını  çəkək:  Kuleyni,  Şeyx  Müfid,  Әrbili,  Şeyx  Tusi, 
Kəfəmi, Təbərsi, Әllamə Məclisi, Şeyx Bəhai.  
 
Sual:  154.  İmam  Mehdinin  (ə)  mövluduna  inanmayan  şəxsin 
hökmü nədir? 
Cavab: Həzrət Mehdinin (ə) mövludu və onun varlığı tarix boyu 
şiə inancı olduğundan və dini zərurət sayıldığından şiə icmasının rəyi 
budur  ki,  bu  mövludu,  imamın  varlığını  inkar  edən  şəxs  şiəlikdən 
xaricdir.  Bir  inanc  məzhəbdə  zərurət  sayılırsa,  onun  inkarı  üçün 
gətirilən dəlillər qəbul deyil.  
Qədim və müasir imamiyyə alimlərinin rəyinə görə imamət dinin 
üsullarındandır  və  istənilən  bir  zamanda  məsum  imamı  insan  dindən 
                                                 
1
 “Әl-füzulul-muxtarə”, s. 321. 


 
106 
çıxmış  sayılır.  Belə  bir  şəxs  sünnə  əhli  kimi  zahirən  müsəlman 
hökmündədir.  
 
Sual: 155. Həzrət Mehdi (ə) anadan olan vaxt kimlər onu ziyarət 
etmişdir? 
Cavab: Həzrət Mehdi (ə) anadan olan vaxt beş şəxsin onu ziyarət 
etdiyi  bildirilir:  İmam  Cəvadın  (ə)  qızı  Həkimə,  doğuşu  qəbul  edən 
qadın, Nəsim və Mariyə, imam Әsgərinin (ə) kənizi.
1
 
 
Sual:  156.  İmam  Әsgərinin  (ə)  həyatının  son  beş  ilində  həzrət 
Mehdini (ə) kimlər görmüşdür? 
Cavab:  Həmin  beş  ildə  həzrət  Mehdini  (ə)  görənlər  arasında 
aşağıda  adı  çəkilənlər  olmuşdur:  Məhəmməd  ibn  Osman  Әmri  (40 
nəfərlə birlikdə), Әbu-Harun, Yəqub ibn Mənquş, Әmr Әhvazi, imam 
Cəvadın (ə) qızı Həkimə, Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər, 
Әbu-Nəsr  Zərif-Xadim,  Әbu  Әli  ibn  Mutəhhər,  Üqəyd-Xadim  və 
İsmail  ibn  Әli  Növbəxti,  Nəsim,  imam  Әsgərinin  (ə)  səhabələri,  fars 
bir kişi, Әbu-Әmr, İbrahim ibn Әbdə Nişapuri və onun xadimi, Rəşiq 
Sahibi Madəri, Kamil ibn İbrahim Mədəni, Әhməd ibn İshaq Qummi.
2
 
 
Sual:  157.  Kiçik  (“suğra”)  qeyb  dövründə  imamla  kimlər 
görüşmüşdür? 
Cavab:  Kiçik  qeyb  dövründə  imamla  görüşənlər  çoxdur.  O 
cümlədən:  Məhəmməd  ibn  Osman  Әmri,  Turəyf  və  Әbu-Nəsr,  Әzdi, 
İbrahim  ibn  İdris,  Әbi-Әbdillah  ibn  Saleh,  İbrahim  ibn  Məhzyar, 
Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər və başqaları.
3
  
 Mərhum  Məclisi  bir  rəvayətdə  kiçik  qeyb  dövründə  imamla 
görüşmüş 265 nəfərin adını çəkir.
4
 
 
Sual:  158.  İmam  Әsgərinin  (ə)  övladı  olmasını  irsiyyət  alimləri 
təsdiqləyirmi? 
Cavab: Bəli, bu alimlərdən bir qrupu imam Həsən Әsgərinin (ə) 
Məhəmməd  adlı,  “Höccət”,  “Mehdi”  (ə)  ləqəbli  övladı  olduğunu 
bildirirlər. Bu alimlərlə tanış olaq: Kiçik qeyb dövründə yaşamış Səhl 
ibn  Әbdillah  ibn  Davud  ibn  Süleyman  Buxari,  hicri  V  əsrin  məşhur 
                                                 
1
 “Kəmalud-din”, 430; “Әl-ğeybət”, Tusi, s. 240-242. 
2
 “Kəmalud-din”, “Bihar”, “Әl-irşad”, “Kafi”, “Әl-ğeybət”. 
3
 “Kəmalud-din”, “Әl-irşad”, “Yənabiul-Məvəddət”. 
4
 “Bihar”, c. 52, s. 1-77. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə