Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə37/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   33   34   35   36   37   38   39   40   ...   100

 
110 
danışmaq,  az  yemək  və  az  yatmaq.  Əqlin  də  zinəti  üç  şeydir;  səbir, 
şükür, sükut. 
 
◘Əgər Adəm övladından ötrü üç bəla və giriftarlıq olmasaydı, heç bir 
şey  onun  başını  əyməzdi;  xəstəlik,  fəqirlik  və  ölüm.  Təəccüblü 
burasıdır ki, bunların olmasına baxmayaraq yenə dikbaşlıq edib boyun 
qaçırır. 
 
◘Merac gecəsi Allah-təala Əli (ə)  barəsində mənə üç şey vəhy etdi: 
“Əli  pəhrizkarların  imamı,  möminlərin  başçısı,  namaz  qılanların  öndə 
gedənidir.” 
 
◘Ya  alim  ol,  ya  tələbə,  ya  da  alimləri  özünə  dost  tut.  Alimlərin 
düşməni olma ki, həlak olarsan. 
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri digər hədislər 
◘Həzrət Əliyə (ə) buyurub: “Ey Əli! Çox pis olan üç xüsusiyyətdən 
səni çəkindirirəm; həsəd, hərislik və yalan.” 
 
◘“Ey Əli! İşlərin ən üstünü üç şeydir; başqalarına qarşı insaflı olmaq, 
malını mömin qardaşlarla bölmək və həmişə Allahı yad etmək. 
 
◘Ey  Əli!  Mömin  dünyada  üç  şeylə  şad  olar;  qardaşların  görüşü  ilə, 
oruc tutanda iftar zamanı və gecənin axırında etdiyi ibadətlə. 
 
◘Ey  Əli!  Üç  xüsusiyyət  var  ki,  hər  kəsdə  olmasa  işləri  nizama 
düşməz: Günahdan çəkindirən təqva, camaatla keçindirən xoş xasiyyət 
və nadan insanları ağıllandıran hövsələ. 
 
◘Ey  Əli!  Üç  şey  həqiqi  imanın  əlamətlərindəndir:  Əl  aşağı  olan 
zaman  infaq  etmək,  başqalarına  qarşı  insaflı  olmaq  və  elm  öyrənmək 
istəyənlərə elm öyrətmək. 
 
◘Ey  Əli!  Üç  xüsusiyyət  şərəfli  və  üstün  əxlaqdan  irəli  gəlir;  səni 
naümid  edənə bəxşiş  vermək,  səndən əlaqə  kəsənlə  əlaqə  yaratmaq  və 
sənə zülm edəni əfv etmək. 
 
◘Ey  Əli!  Üç  xüsusiyyət  var  ki,  hər  kim  onlarla  dünyadan  getsə 
camaatın  hamısından  əfzəldir:  Bütün  vacibatlarını  yerinə  yetirən, 
insanların ən abidi olan (yəni, ən çox ibadət edən) və haram işləri tərk 


 
111 
edən. Belə şəxs insanların ən pəhrizkarıdır. Allahın ona nəsib etdiyinə 
razılaşan şəxs isə insanların ən varlısıdır. 
 
◘Ey  Əli!  Üç  iş  var  ki,  bu  ümmətin  ona  taqəti  çatmır;  əlində  olanı 
mömin  qardaşlarla  bölmək,  camaata  qarşı  insaflı  olmaq  və  həmişə 
Allahı yad etmək (yəni, günahla rastlaşdığı zaman Allahı yad etməklə 
həmin günahı tərk etmək.) 
 
◘Ey  Əli!  Üç  dəstə  insanla  oturub  durmaq  qəlbi  öldürər;  alçaqlarla, 
valılarla və qadınlarla. 
 
◘Ey Əli! İnsanların həlakətinə üç şey səbəb  olar; həsəd, hərislik və 
təkəbbür. 
 
◘Ey  Əli!  Üç  şey  qəlbi  daşa  döndərər:  Musiqiyə  qulaq  asmaq,  ov 
etmək, şahların və sultanların hüzuruna gedib-gəlmək. 
 
◘Ey Əli! Dünyanın ləzzəti üç şeydədir; gen-geniş ev, gözəl kəniz və 
yaxşı minik. 
 
◘Cəbrail mənim yanıma gəlib dedi: “Biz məlaikələr üç şey olan evə 
daxil olmarıq; it, heykəl və içinə sidik axıdılan qab.” 
 
◘Əmr be məruf və nəhy əz münkər edən, yaxud da xeyir dəllallığı ilə 
məşğul olan kəs əməl edənin savabı ilə şərikdir. 
 
◘Yer üzərində baş verən işlərin heç birindən üç işdən şikayət etdiyim 
kimi  Allaha  şikayət  etmirəm;  qərib  və  yad  adamın  qanının 
tökülməsindən, zinadan sonra edilən qüsuldan və günəşdən qabaq olan 
yuxudan (yəni, sübh namazını qəzaya verən yuxu). 
 
◘Mən bu kəslər üçün behiştin yuxarısında, ortasında və aşağısında üç 
evə zaminəm; müzakirə zamanı höcət etməyən, hətta zarafatla da olsa 
yalan danışmayan və xasiyyəti gözəl olan. 
 
◘Allah  üç  şeyi  möhtərəm  bilib  və  hər  kim  də  onların  hörmətini 
qorusa  Allah  da  onun  din  və  dünyasını  hifz  edər  və  hər  kim  onların 
haqqına  riayət  etməsə  Allahın  hifzindən  binəsib  olar.  Birincisi  İslam, 
ikincisi mən və üçüncüsü isə mənim əhli-beytimdir. 
 


 
112 
◘Peyğəmbər  (s)  səfərlərinin  birində  bir  karvana  rast  gəldi.  Salam 
verdi və buyurdu: “Sizin dininiz nədir?” Dedilər: “Möminik.” Buyurdu: 
“İmanınızın  əlaməti  nədir?”  Ərz  etdilər:  “Allahın  qəza  və  qədərinə 
razılıq,  Onun  qarşısında  təslim  olmaq  və  işlərimizi  Onun  öhdəsinə 
qoymağımız (yəni, Ona təvəkkül etməyimiz). Buyurdu: “Sizlər alim və 
hikmət  sahiblərisiniz.  Hikmətinizin  çoxluğundan  peyğəmbərlərə 
bənzəyirsiniz.  Elə  isə,  əgər  doğru  deyirsinizsə  həmişəlik 
qalmayacağınız  evə  bel  bağlamayın,  yeyə  bilməyəcəyiniz  şeyi  cəm 
etməyin və axır dönüşünüz Ona tərəf olacaq Allahdan qorxun!” 
 
◘Üç  dəstə  insan  şəfaət  edər  və  onların  şəfaəti  də  qəbul  olunar; 
peyğəmbərlər, şəhidlər və alimlər. 
 
◘Abdullah  Məsud  deyir  ki,  Peyğəmbərdən  (s)  soruşdum:  “Allah 
yanında  ən  sevimli  əməl  hansıdır?”  Buyurdu:  “Əvvəl  vaxtda  qılınan 
namaz.”  Dedim:  “Ondan  sonra?”  Buyurdu:  “Ata-anaya  yaxşılıq.” 
Dedim: “Ondan sonra?” Buyurdu: “Allah yolunda cihad. 
 
◘Mənim öz ümmətimdən ötrü ən çox qorxduğum üç şey var; alimin 
xatası,  münafiqin  (mübahisə  zamanı)  Qurandan  dəlil  gətirməsi  və 
boynunuzu  sındıracaq  dünyaya  meyl  etməyiniz.  Elə  isə,  dünyaya 
ittiham gözü ilə nəzər yetirin (və ona ürək bağlamayın). 
 
◘Allaha və axirət aləminə imanı olan şəxs üzərində şərab olan süfrə 
kənarında  oturmasın,  hər  kəsin  Allaha  və  cəza  gününə  imanı  varsa 
(çılpaq)  fitəsiz  hamama  getməsin  və  hər  kəsin  Allaha  və  Qiyamətə 
imanı  varsa  arvadını  hamama  getməyə  qoymasın  (əxlaqi  fəsadlara 
səbəb ola biləcək xüsusi hamamlara). 
 
◘Özümdən  sonra  ümmətim  üçün  üç  şey  barəsində  nigaranam; 
Quranın yanlış təvili (açıqlanması), alimin səhvinə itaət etmək, tüğyan 
və  əyyaşlığa  səbəb  olacaq  mal  çoxluğu.  Mən  bu  təhlükələrdən  nicat 
tapmağın  yolunu  göstərirəm. Quran barəsində; onun möhkəm (mənası 
açıq-aşkar) ayələrinə əməl edin, mütəşabih (məzmunu aydın olmayan) 
ayələrinə  iman  gətirin.  Alimlər  barəsində;  elmlərindən  bəhrələnin 
səhvlərini araşdırmaqla məşğul olmayın. Dünya malı barəsində; bunun 
çarəsi budur ki, Allaha nemətlərinə görə şükr edin və onun (yəni, mal-
dövlətin) vacib hüquqlarını (xums-zəkatını) yerinə yetirin. 
 
◘İman  ibarətdir:  qəlbən  etiqadlı  olmaqdan,  dillə təsdiq  etməkdən  və 
bədən üzvlərilə əməl etməkdən. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə