Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə35/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   31   32   33   34   35   36   37   38   ...   100

 
104 
◘Cəbrail (ə) buyurub: “Mən dünyada üç şeyi sevirəm; yolunu azmışa 
(itən  şəxsə)  yolu  göstərmək,  zərər  çəkmişə  kömək,  zavallı  insanlarla 
dostluq edib onlara məhəbbət göstərmək.” 
 
◘Başqa  bir  hədisdə  var  ki,  Cəbrail  (ə)  buyurub:  “Mən  sizin 
dünyanızdan üç şeyi sevirəm; yolunu azanları hidayət etmək, qəriblərlə 
ülfət yaratmaq və ailə sahibi olan kasıblara kömək göstərmək.” 
 
◘Peyğəmbər  (s)  buyurub:  “Mən  sizin  dünyanızdan  üç  şeyi  sevirəm; 
ətir,  qadın  və  gözümün  işığı  olan  namazı.”  (Dünya  dedikdə  məqsəd 
dünyada həyata keçən əməllərdir. Baxmayaraq ki, Allah və axirət qəsdi 
ilə yerinə yetirilir.) 
 
◘Mənim  dünyada  üç  işdən  xoşum  gəlir;  yayda  oruc  tutmaq,  (Allah 
yolunda) qılınc vurmaq və qonaq qəbul etmək. 
 
◘Mənim  üç  əməldən  xoşum  gəlir;  məscidə  getməkdən,  alimlərin 
məclisindən və meyyit namazından. 
 
◘Dindən  zülal  və  saf  olanları  götür  (yəni  dindən  olub-olmadığı 
məlum olmayan məsələləri dindən hesab etmə), həyat və yaşayışından 
kifayət qədərini götür, zülm və sitəmdən isə uzaq gəz. Çünki ömür qısa, 
əməllərin sərrafı isə görəndir. 
 
◘Allah üç şeyi sevir; az danışmaq, az yatmaq və az yemək. 
 
◘Allahın  üç  şeydən  acığı  gəlir;  çox  danışmaq,  çox  yatmaq  və  çox 
yemək. 
 
Allah-təalanın  üç  işdən  xoşu  gəlir;  dini  vəzifələri  yerinə  yetirmək, 
camaatla təvazökar olmaq və Allah bəndələrinə yaxşılıq etmək. 
 
◘Üç  şey  peyğəmbərlərin  sünnə  və  qanunlarındandır;  təharət  və 
paklıq, evlənmək və pəhrizkarlıq. 
 
◘Üç şey axmaqlıq əlamətidir; həddindən çox zarafat etmək, lazımsız 
şeylərə baş qarışdırmaq, tünd xasiyyətli və acıqlı olmaq. 
 
◘Üç  şey  cəhənnəm  əhlinin  xüsusiyyətlərindəndir;  təkəbbür, 
özünübəyənmə, bədəxasiyyətlik. 
 


 
105 
◘Üç  iş  dostluq  və  rəfaqəti  xalis  və  tərtəmiz  edər;  dostun  eyiblərini 
ona  bildirmək,  o,  olmayanda  onun  abır  və  heysiyyətini  qorumaq  və 
çətinlik zamanı ona yardım göstərmək. 
 
◘Üç kəs Qiyamətdə qorxmaz; xalis mömin, yaxşılığın əvəzini verən, 
ədalətli rəhbər. 
 
◘Üç kəslə  bədbəxt insanlardan  başqa heç kəs müxalifətçilik  etməz; 
biliyinə əməl edən alim, dərrakəli və düşüncəli aqil və ədalətli rəhbər. 
 
◘Üç  kəsdən  ötrü  qeybət  yoxdur  (yəni,  qeybət  üç  kəsə  aid  edilməz); 
zalım rəhbər, aşkar fasiq, şərab içən. 
 
◘Qiyamət  günü  Allah  üç  kəsə  nəzər  salmaz,  onlarla  danışmaz  və 
onları dərdli əzaba düçar edər. Biri elmindən mal-dövlət cəm etməkdən 
ötrü  istifadə  edən,  harama  şübhə  yaratmaqla  əməl  edən,  (məsələn, 
qeybət edir sonra öz qeybətinə bəraət qazandırır, yalan deyir sonra belə 
məsləhət olduğunu bildirir və s.) və qonşunun arvadı ilə zina edən. 
 
◘Üç kəs hamıdan birinci behiştə gedər; Allah yolunda şəhid olan kəs, 
qul olduğu dövrdə də öz dini vəzifələrini yerinə yetirən qul, ailə sahibi 
olan həyalı fəqir. 
 
◘Allah  üç  kəsi  özünə  düşmən  bilir;  biri  sədəqə  verərkən  minnət 
qoyan  şəxs,  ikincisi  rifah  halında  olmasına  baxmayaraq  simiclik 
göstərən şəxs, üçüncüsü isə israfçı fəqir. 
 
◘Üç  nəfər  hamıdan  öncə  oda  daxil  olar;  camaata  zülm  və  sitəm 
hesabına hakim olan hökmdar, zəkat verməyən varlı, günaha adət edən 
yoxsul. 
 
◘Üç vəzifə var ki, bir nəfər də olsun ondan azad deyil; istər kafirlə, 
istərsə  də  müsəlmanla  bağlanılan  əhd  və  peymana  vəfa  etmək,  istər 
kafir  olsun,  istərsə  də  müsəlman  ata-anasına  yaxşılıq  etmək,  istər 
müsəlman olsun, istərsə də kafir, əmanəti sahibinə qaytarmaq. 
 
◘Hər  kəsdə  bu  üç  xüsusiyyət  olsa  onun  imanı  kamildir;  ilahi 
vəzifələri  yerinə  yetirməkdə  camaatın  tənəsindən  qorxmasın,  heç  bir 
işdə riya və təzahürə yol verməsin, axirət işlərini dünya işlərindən üstün 
tutsun. 
 


 
106 
◘Üç iş bütün ibadətlərdən üstündür; nəfslə cihad, həva-həvəsə hakim 
olmaq və dünyaya qarşı etinasızlıq. 
 
◘Üç işi təxirə salmaq olmaz; namazın əvvəl vaxtını, meyitin dəfnini 
və münasib həyat yoldaşı tapıldıqda evlənməni. 
 
◘Üç  kəsin  haqqını  münafiqdən  başqa  heç  kəs  tapdalamaz.  Onlardan 
biri  tüklərini  müsəlmançılıqda  ağardan  qoca,  digəri  ədalətli  rəhbər  və 
üçüncüsü isə insanları xeyrə dəvət edən kəsdir. 
 
◘Allah-təala  üç  kəsi  hurul-eynlə  evləndirər.  Onlardan  biri  camaatın 
şahid olmadan ona verdikləri əmanətini qaytaran şəxs, digəri öz qatilini 
əfv  edən,  üçüncüsü  isə  hər  namazdan  sonra  on  dəfə  İxlas  surəsini 
oxuyan şəxsdir. 
 
◘Üç kəsin  qeybəti  günah sayılmır;  aşkar şəkildə günah  edən  şəxsin, 
zülmkar qazinin və dediyi ilə əməli uyğun gəlməyən münafiqin. 
 
◘Təkcə  o  alimlə  oturub-durun  ki,  sizi  üç  pis  xislətdən  üç  ali 
xüsusiyyətə  –  təkəbbürdən  təvazöyə,  etinasızlıqdan  xeyirxahlığa  və 
nadanlıqdan elm və biliyə dəvət etsin. 
 
◘İnsan  nəfsini  xarab  edən  üç  şeydir;  təkəbbür,  hərislik  və  həsəd. 
Təkəbbür  dini  xarab  edər,  necə  ki,  şeytanı  lənətə  düçar  etdi.  Hərislik 
canın düşmənidir və Adəmi behiştdən çıxartdı. Həsəd bədbəxtlik gətirər 
və məhz həsəd Qabili Habilin qatili etdi. 
 
◘“Həfat”  (تافه),  “həfat”    (تافح)  və  “nəfat”)  تافن)  kişidən  Allaha 
pənah! Birincisi  odur ki, dildə dostdur, qəlbdə düşmən. İkincisi yerli-
yersiz çox danışan adamdır. Üçüncüsü isə deyib əməl etməyəndir. 
 
◘Əvvəli 
“Bismillahir-rəhmanir-rəhim”lə 
başlayan 
dua 
geri 
qaytarılmaz  (əlbəttə  ki,  sair  şərtləri  ilə).  Mənim  ümmətim  Qiyamət 
günü  dillərində  “Bismillah”  olduğu  halda  daxil  olarlar.  Buna  görə  də 
yaxşı  əməl  tərəzilərinin  gözü  ağır  olar.  Deyərlər:  “Məhəmməd  (s) 
ümmətinin əməlləri nə ağır gəlir?!” Peyğəmbərlər cavab verib deyərlər: 
“Bu ümmətin hər sözünün əvvəli Allahın üç müqəddəs adı ilə başlanıb 
(yəni  Allah,  Rəhman  və  Rəhim).  Əgər  bu  adlar  tərəzinin  bir  gözünə, 
camaatın  günahları  isə  digər  gözünə  qoyulsa  bu  müqəddəs  adlar  daha 
ağır gələr. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə