Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə42/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   38   39   40   41   42   43   44   45   ...   100

 
125 
gözünü  onun-bunun  əlinə  dikmə  və  tamahı  kökündən  qır  at.  Özünü 
ölənlərin  sırasında  hesab  et  və  özünü  bir  nəfərdən  də  olsun  yuxarı 
sayma, malını hifz etdiyin kimi dilini də qoru!” 
 
◘Üç iş var ki, heç kəs bu barədə üzürlü hesab olunmur: Pis adamın da 
yaxşının da əmanətini qaytarmaq, ataya–pis əməl sahibi də olsa, yaxşı 
əməl  sahibi  də  olsa–  yaxşılıq  etmək,  pislə  də  olsa,  yaxşı  ilə  də  olsa 
bağladığın əhd-peymana riayət etmək. 
 
◘Hər  gecə  və  gündüz  Allahın  bir  məlaikəsi  fəryad  edib  deyir:  “Ey 
Allahın  bəndələri!  Günah  etməkdən  çəkinin!  Əgər  otlayan  heyvanlar, 
südəmər körpələr və beli bükülmüş qocalar olmasaydı başınız üzərinə 
elə  bir  bəla  nazil  olardı  ki,  sümükləriniz  bir-birinə  keçib  qırıq-qırıq 
olardı. 
 
◘Üç  vəzifə  insanlar  üçün  olduqca  ağırdır:  Başqalarına  güzəştə 
getmək, malı mömin qardaşlarla bölmək və Allahı çoxlu yad etmək. 
 
◘Əməllərin  ən  yaxşısı  üç  şeydir:  İnsanlara  qarşı  insaflı  olmaq;  bir 
həddə  ki,  özün  üçün  bəyəndiyin  şeyləri  onlar  üçün  də  bəyənəsən.  Öz 
malını  mömin  qardaşlarla  bölmək  və  hər  bir  halda  Allahı  yad  etmək. 
(Nəinki,  hər  bir  halda  “Subhanallahi  vəlhəmdu  lillahi  və  la  ilahə 
illəllahu  vallahu  əkbər”  demək,  əksinə,  zikrdə  məqsəd  vacibatı  yerinə 
yetirib haramlardan çəkinməkdir.) 
 
◘Üç  şey  olmazsa  ehsan  həqiqi  hesab  olunmaz;  onu  kiçik  hesab 
etmək, gizlətmək və təcili yerinə yetirmək. Nə qədər kiçik hesab etsən 
tərəf müqabilinin gözündə o qədər böyük görünəcək, onu izhar etməsən 
kamil  həddə  çatacaq  və  nə  qədər  də  tez  yerinə  yetirsən  daha  da 
gözəlləşər.  Bu  halların  heç  biri  olmasa  ehsan  öz  səfa  və  dəyərini 
itirəcək. 
 
◘Osman  Mədinə  məscidinin  qapısında  oturmuşdu.  Oradan  bir  fəqir 
keçirdi.  Göstəriş  verdi  ki,  ona  beş  dirhəm  pul  versinlər.  Fəqir  dedi: 
“Mənə  bir  yol  göstər.”  Dedi:  “Məscidin  küncündə  oturan  cavanların 
yanına  get.”  Orada  İmam  Həsən  (ə),  İmam  Hüseyn  (ə)  və  Abdullah 
Cəfər oturmuşdu. Fəqir onlara yaxınlaşıb köməklik istədi. İmam Həsən 
Müctəba (ə) buyurdu: “Dilənmək üç haldan başqa hallarda rəva deyil: 
Ağır qanbahası ödəməkdən ötrü, böyük borcdan ötrü və insanı taqətdən 
salan fəqirlik  səbəbi  ilə.  Sən bunların  hansına  düçar olmusan? “  Dedi: 
“Onlardan  birinə.”  İmam  Həsən  (ə)  göstəriş  verdi  ki,  ona  əlli  dinar 


 
126 
versinlər. İmam Hüseyn (ə) da ona qırx doqquz dinar, Abdullah Cəfər 
də  qırx  səkkiz  dinar  əlavə  etdi.  Fəqir  qayıtdı.  Osman  soruşdu:  “Nə 
etdin?”  Dedi:  “Mən  səndən  istədim,  sual-cavabsız  mənə  beş  dirhəm 
verdin.  Lakin  o  uzun  saçlı  cavandan  istədim  aramızda  belə  bir  söhbət 
oldu.”  Osman  dedi:  “Bunlar  kimi  cavan  haradan  tapa  bilərsən?! 
Bunların elmlə dolu sinələri, xeyir və hikmətlə dolu qəlbləri var.” 
 
◘Dilənməkdən  çəkinin,  çünki  o,  dünyada  xar  olmağa,  tez  gəlib 
yetişən  fəqirliyə  və  Qiyamət  günü  haqq-hesabın  uzun  çəkilməsinə 
səbəb olar. 
 
◘Üç şey möminin asayişinə səbəb olar: Eyib və sirləri örtən geniş ev, 
dünya  və  axirət  işlərində  ona  kömək  edəcək  qadın,  ölüm  və  ya 
evlənmək vasitəsi ilə evdən çıxıb gedən bacı və ya qız. (Çünki onların 
evdə qalmağı narahatçılığa səbəb olar.) 
 
◘Vəlid  ibn  Səbih  deyir:  İmam  Sadiqin  (ə)  xidmətində  idim.  Onun 
qabağında böyük bir qabda xurma var idi. Bir dilənçi gəldi. Xurmanın 
bir  miqdarını  ona  verdi.  Sonra  bir  dilənçi  də  gəldi.  Ona  da  bir  qədər 
xurma  verdi.  Üçüncüsü  də  gəldi.  Həzrət  (ə)  buyurdu:  “Allah  artıq 
etsin.” Sonra buyurdu: “Əgər bir nəfərin otuz-qırx mini (dirhəmi, yaxud 
dinarı) olsa və hamısını da düzgün və səhih yolda məsrəf etsə,  yoxsul 
həddinə çata bilər. Lakin o, üç nəfərdən biri olacaq ki, onların da heç 
birinin  duası  qəbul  olunmaz.”  Dedim:  “Sənə  qurban  olum,  onlar 
kimlərdir?” Buyurdu: “Biri odur ki, Allah ona kifayət qədər mal-dövlət 
verir  və  onu  xərcləyib  deyir:  “İlahi,  mənə  ruzi  ver!”  Cavab  gələr  ki, 
məgər  sənin  ruzini  vermədimmi?”  İkinsici  odur  ki,  öz  arvadına  nifrin 
edər.  (Yəni,  bir  yerdə  dolanmaq  heç  cür  mümkün  olmadığı  halda  ona 
talaq  verib  boşamaq  əvəzinə  nifrin  edir.)  Allah-təala  buyurar:  “Məgər 
onun  talağını  sənin  əlinə  verməmişəmmi?”  Üçüncüsü  odur  ki,  evdə 
oturub  Allahdan  ona ruzi  verməsini  diləyir. Xitab  olunar:  “Məgər  ruzi 
kəsb etmək yolunu sənin ixtiyarında qoymamışammı?!” 
 
◘Allahın bir bəndədən xoşu gəlsə ona nəzər edər və elə ki, nəzər etdi 
ona  üç  töhfədən  birini  hədiyyə  edər;  qızdırma,  göz  ağrısı,  baş  ağrısı. 
Peyğəmbər  (s)  buyurur:  “Allah  mənimlə  danışdı  və  buyurdu:  “Ey 
Məhəmməd!  Elə ki, mənim bir bəndədən xoşum gəldi ona qarşı üç iş 
görərəm; qəlbini qəmgin, bədənini xəstə, əlini isə dünya malından xali 
edərəm.” (Şübhəsiz, bu işlər bəndənin  günahlarının bağışlanmasına və 
beləliklə  də  onun  dərəcəsinin  qalxmasına  səbəb  olar  ki,  bu  da  ilahi 
lütfün bir əlaməti hesab olunur.) 


 
127 
 
◘Əbu Həmzə deyir: “İmam Sadiqdən (ə) soruşdum: “Oruc barəsində 
Peyğəmbərin (s) sünnəsi nədir?” Buyurdu: “Hər ay üç gün; ayın birinci 
cümə axşamı günü, ayın ortadakı çərşənbə günü və ayın axırıncı cümə 
axşamı günü. Bu üç gündə oruc tutmağın savabı bir ömür oruc tutmağın 
savabına  bərabərdir,  çünki  Allah-təala  buyurdu:  “Hər  kəs  bir  yaxşı  iş 
görsə, əvəzi on qatdır.” Əgər bir kəs zəiflik üzündən oruc tutmağa qadir 
olmasa sədəqə versin, çünki bir dirhəm sədəqə bir gün oruc tutmaqdan 
əfzəldir. 
DOQQUZUNCU FƏSİL 
Şiə və sünnilərin İmam Sadiqdən (ə) nəql etdikləri hədislər 
◘Mədinənin  fəqihi  olan  Malik  ibn  Ənəs  (Əhli-sünnənin  dörd 
məzhəbindən birinin imamı) deyir: “Mən  İmam Sadiqin (ə) xidmətinə 
gedirdim.  O,  mənim  üçün  mütəkkə  qoyur  və  ehtiram  edərək  deyirdi: 
“Mənim  səndən  xoşum  gəlir.”  Mən  bu  lütfdən  çox  xoşhal  olur  və 
Allaha  şükür  edirdim.  O  Həzrət  həmişə  üç  haldan  birində  olurdu;  ya 
oruc  tuturdu,  ya  namaz  qılırdı,  ya  da  zikr  edirdi.  Zahid  və  abidlərin 
böyüyü  idi  və  Allahdan  hamıdan  çox  qorxurdu.  Çoxlu  hədis  deyərdi. 
Çox  faydalanmalı  bir  şəxsiyyət  və  yaxşı  həmsöhbət  idi.  Hər  zaman 
Peyğəmbərin (s) adı çəkilən zaman halı tanınmayacaq qədər dəyişilərdi, 
rəngi  ya  sarı  olardı,  ya  da  yaşıl.  Bir  il  onunla  Həccə  getdim.  Elə  ki, 
Miqata  (Məkkədə  ehram  bağlanılan  yer)  çatdı,  nə  qədər  istədi 
“ləbbeyk”  desin,  mübarək  səsi  qəhər  içində  tutuldu  və  az  qaldı  ki, 
minikdən  yıxılsın.  Dedim:  “Ey  Allah  rəsulunun  övladı!  Çarə  yoxdur 
gərək  “Ləbbeyk”  deyilsin.”  Buyurdu:  “Ey  Əbu  Amirin  oğlu!  Hansı 
cürətlə  “Ləbbeyk,  Allahummə  Ləbbeyk”  (yəni,  “Pərvərdigara,  sənin 
dəvətinə  cavab  verirəm”)  deyim?!  Qorxuram  “la  ləbbeyk  və  la  sədik” 
cavabı gələr və Allah məni qəbul etməz.”  
 
◘Süfyan  Suri  deyir:  “Həzrət  İmam  Sadiqə  (ə)  ərz  etdim:  “Mənə 
nəsihət edin!” Buyurdu: “Süfyan! Kim qövm və qəbiləsi olmadan izzət 
sahibi, heç bir malı olmadan ehtiyacsız və heç bir qüdrəti olmadan cəlal 
sahibi  olmaq  istəyirsə,  gərək  günah  zillətindən  itaət  izzətinə  daxil 
olsun.”  Dedim:  “Ey  Allah  rəsulunun  övladı!  Daha  artıq  buyurun!” 
Buyurdu: “Atam məni üç şeydən çəkindirərək buyurdu: “Övladım! Hər 
kim pis dostla oturub-dursa salamat qalmaz, hər kim münasib olmayan 
yerlərə  getsə  müttəhim  olunar  və  hər  kim  dilini  saxlamasa  günaha 
düşər.” Sonra aşağıdakı məzmunda bir şer oxudu: 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə