131
olsa belə haqqı deyər, digəri odur ki, Allah xatirinə mömin qardaşını
görməyə gedər və üçüncüsü odur ki, bir mömini Allaha xatir özündən
qabağa salar. (Yəni, onun manafeyini öz mənafeyindən üstün tutar.)”
◘Həzrət Musa ibn Cəfər (ə) buyurdu: “Ey Hişam ibn Həkəm! Hər kəs
üç şeyi üç şeylə əvəz etsə, elə bil ki, öz əqlini əldən verməkdən xilas
olar. Fikirləşmə nurunu uzun-uzadı arzularla, hikmətli mətləbləri zay və
bihudə sözlərlə, ibrət və nəsihət nurunu şəhvətlərin ardınca düşməklə
aradan aparan kəs öz əqli vasitəsilə həvəslərini döyəcləməklə batil edər.
Hər kəsin əqli xarab olsa dini də xarab olar, dünyası da.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Üç şey uca məqamlılıq bəxş
edər, üç şey günahın kəffarəsidir, üç şey həlak edər, üç şey də nicat
verər. Uca məqam bəxş edən şeylər hamıya salam vermək, qonaqlıq
vermək və gecə namazı qılmaqdır. Günahın kəffarəsi qışdı fərəhlə və
həvəslə dəstəmaz almaq, gecə-gündüz məscidə getmək və camaata
qarşı diqqətli olmaqdır. (Yəni, onların haqqına riayət etmək). Həlak
edən şeylər simiclik, nəfsani arzu və istəklər və xudpəsəndlikdir. (Yəni,
özünübəyənmə). Nicat bəxş edən şeylər isə gizlində də, aşkarda da
Allahdan qorxmaq, istər varlı, istərsə də kasıblıq halında orta həddə
riayət etmək, həm qəzəb və həm də sevinc halında ədalətlə danışmaq.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Bəndə həmişə üç şeyin
arasındadır; bəla, qəza və qədər və nemətin. Allah tərəfindən gələn bəla
müqabilində səbr etmək, qəza və qədər müqabilində təslim olmaq və
nemət qarşısında isə şükr etmək vacibdir.”
◘Həzrət Musa ibn Cəfər (ə) buyurub: “Allah peyğəmbərlərə, onların
övladlarına və ardıcıllarına üç imtiyaz verib; xəstəlik,
1
(2) sultanlardan
qorxu və yoxsulluq. (Onlar haqq fərmanına itaət etməkdə heç bir qorxu
olmadan hamıdan qabağa düşdüklərinə görə bu işlərə düçar olurlar).”
◘Həzrət Riza (ə) buyurub: “İnsan üçün onun həyatının üç ən qorxulu
anı var. Biri doğulan vaxt gözünü dünyaya açdığı zaman, digəri ölən
vaxt o biri aləmin varlıqlarını görən zaman, üçüncüsü isə Qiyamət günü
qəbirdən qalxıb yeni səhnələr müşahidə etdiyi zaman. Allah-təala
Yəhya peyğəmbərə (ə) bu üç vaxtda salam göndərib buyurub: “Salam
olsun ona doğulduğu gün, ölüm zamanı və (Qiyamət günü yenidən)
diriləcəyi zaman.” Eyni zamanda bu üç mərhələdə İsa Məsih də (ə)
1
Bunun mənası səkkizinci fəslin axırıncı hədisində izah olundu.
132
özünə salam göndərərək həmin dəhşətli anlardan ötrü özünə təskinlik
vermişdir: “Salam olsun mənə doğulduğum gün və öləcəyim vaxtda və
bir də dirilib ayağa qalxacağım gün.”
◘Həzrət Riza (ə) buyurub: “Hər kim məni qürbətdə ziyarət etsə
Qiyamət günü üç anda onun köməyinə gələrəm və onu qorxudan xilas
edərəm; sağdan və soldan əməl dəftərlərinin verildiyi zaman, sirat
körpüsündən keçən zaman və əməllər haqq-hesab olunan zaman.”
◘Həzrət Səccad (ə) buyurub: “Zülmkar, ona kömək edən və onların
işinə razı olanın hər üçü edilən zülmdə şərikdirlər.”
◘Həzrət Səccad (ə) buyurub: “Xızr peyğəmbərin (ə) Musaya (ə)
verdiyi göstərişlərdən biri də bu idi: Heç kəsi günahda ittiham etmə.
Allah yanında ən sevimli əməl üçdür; varlı olduğun zamanda orta
həddə yaşamaq, qüdrətli olduğun zamanda əfv edib güzəştə getmək və
Allah bəndələri ilə dostcasına davranmaq. Elə bir kəs yoxdur ki,
Allahın bəndələri ilə dostcasına davransın, lakin Allah onunla axirətdə
dostcasına davranmasın. Bütün hikmətlərin başı Allahdan qorxmaqdır.”
◘Əbu Malik deyir: “Bir gün həzrət Səccada (ə) ərz edib dedim: “
Dinin bütün proqramlarını bəyan edin!” Buyurdu: “Haq söz danışmaq,
ədalətli hökm vermək, əhd-peymana vəfa etmək dinin bütün
proqramlarının əvvəlidir.”
◘Yenə də İmam Səccad (ə) buyurub: “Həyatın ən çətin vaxtları üç
andır; ölüm mələyi görünən zaman, qəbirdən hərəkətə gələn zaman və
Allahın hüzurunda dayanıb ya cənnət fərmanının sadir olmasını, ya da
cəhənnəm göstərişinin verilməsini gözləmək.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Bu ümmətdən bizim
haqqımızı tanıyıb qəbul edənlər üçün nicat yolu var. Yalnız üç kəsdən -
zülümkar padşahların qapısında işləyən, həva və həvəsə (nəfsani
istəklərə) tabe olan və açıq-aşkar günaha qurşananlardan başqa.”
◘Həzrət Baqir (ə) buyurub: “Nuh (ə) öz ümmətinə nifrin etdikdən
sonra şeytan onun yanına gəlib dedi: “Sən mənə yaxşılıq etmisən, mən
də gəlmişəm onun əvəzini verim.” Nuh (ə) buyurdu: “Sənə xidmət
etməkdən Allaha pənah! Mən sənə nə yaxşılıq etmişəm?!” Dedi: “Sən
nifrin etdin, Allah da sənin qövmünü qərq etdi və artıq mən çalışıb
onları yoldan azdırma əziyyətindən xilas oldum. Bir də növbəti qövm
133
gələnə qədər rahatam.” Həzrət Nuh (ə) buyurdu: “İndi mənə nə əvəz
verəcəkdin?” Dedi: “Məni üç yerdə yad et. Bu üç yerdə mən insana hər
zaman olduğundan daha yaxınam; qəzəblənən zaman, iki nəfər arasında
hökm verən zaman və naməhrəm bir qadınla heç kəsin olmadığı bir
yerdə oturduğun zaman.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Allah-təala buyurur: “Ey
Adəm oğlu! Mən sənin barəndə üç lütf həyata keçirmişəm; sənin
günahlarının üstünü örtmüşəm və əgər yaxınların bilsəydi səni dəfn
etməzdilər, ikincisi sənə imkan verib sonra borcumu istəmişəm, amma
sən axirət tədarükündən əsirgəyirsən, üçüncüsü də mal-dövlətinin üçdə
birini ölümündən sonra sənin ixtiyarında qərar vermişəm, amma sən
özündən qabağa göndərmirsən.”
◘Yenə də İmam Məhəmməd Baqir (ə) buyurub: “Allah möminə üç
imtiyaz verib; dünya izzəti, axirət səadəti, ürəklərdə əzəmət.” Sonra bu
ayələri oxudu: “İzzət Allaha, Onun peyğəmbərinə və möminlərə
məxsusdur”,
1
(1) “Həqiqətən möminlər nicat tapdılar...”
2
(2)
◘Həzrət Riza (ə) buyurub: “Allah üç şeyi üç şeylə birlikdə vacib
buyurub: “Namazı zəkatla və hər kim namaz qılıb zəkat verməsə
namazı qəbul deyil. İkincisi öz şükrünü ata-ananın şükrü ilə bərabər və
hər kim ki, öz ata-anasına minnətdarlıq və təşəkkür etməsə Allaha
etdiyi şükrü də qəbul olmaz. Üçüncüsü də təqvanı sileyi-rəhm ilə
birlikdə. Qohumlarına qarşı xoşrəftar olmayanın təqvası da yoxdur.
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Mömin üç vaxtda şad olar;
qadından kam alan zaman, mömin qardaşları ilə zarafatlaşan zaman və
gecə namazı vaxtı.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Zülm üç cürdür. Birincisi
özünə olunan zülm. Bu Allah ilə öz arasında etdiyi günahdır. İkincisi,
şirk vasitəsilə Allaha edilən zülm. Üçüncüsü isə camaatın haqlarını
tapdalamaqla onlara olunan zülm.
1
“Münafiqun”, ayə 8.
2
“Muminun”, ayə 1.
Dostları ilə paylaş: |