Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə46/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   42   43   44   45   46   47   48   49   ...   100

 
137 
◘İbn Abbasdan soruşdular: “Günlərin ən yaxşısı, ayların ən yaxşısı və 
əməllərin  ən  yaxşısı  hansıdır?”  Dedi:  “Günlərin  ən  yaxşısı  Cümə 
günüdür.  Ayların  ən  yaxşısı  Ramazan  ayıdır.  Əməllərin  ən  yaxşısı  isə 
beş  namazı  əvvəl  vaxtında  qılmaqdır.”  Bu  sualı  Həzrət  Əlidən  (ə)  də 
soruşdular, buyurdu: “Məğribdən məşriqəcən bütün alimlərdən bu sualı 
soruşsanız bu cavabı verəcəklər. Amma mən deyirəm ki, əməllərin ən 
yaxşısı Allah dərgahında qəbul olunanı, ayların ən yaxşısı tövbə etdiyin 
ay, günlərin ən yaxşısı isə imanla Allaha tərəf getdiyin aydır.” 
 
◘Yunan  filosoflarından  biri  deyib:  “Üç  şey  heç  kəsdən  ötrü 
biabırçılıq deyil; xəstəlik, fəqirlik və ölüm.” 
 
◘Vəhəb deyir: “Tövratda yazılıb: “Həris adam dünyaya da sahib olsa 
fəqirdir, Allaha müti olan qul da olsa (azad insan olmasa da) itaətkardır 
və qane insan isə ac olsa da ehtiyacsızdır.” 
 
◘Allah  peyğəmbərlərdən  birinə  vəhy  edib  buyurdu:  “Xaşe  (və 
kövrək)  qəlb,  təvazökar  ruh  və  ağlar  göz  gətir  və  dua  et  Mən  də 
müstəcab edim.” 
 
◘Deyirlər ki, bir kişi bir filosofun yanına gedib dedi: “Filan dostunuz 
sizin  barənizdə  xoşagəlməz  bir  söz  dedi.”  Filosof  dedi:  “Qardaş!  Sən 
mənim yanıma gələndən mənim haqqımı üç dəfə tapdalayıb mənə zülm 
etdin; dostumu mənim gözümdən saldın, pak qəlbimi bulaşdırdın, özün 
də sui-zənnə uğradın. (Yəni, bilmirəm düz deyirsən, ya yox və bu söz 
gəzdirməkdə məqsədin nədir?!)” 
 
◘Bir hikmət sahibi deyir: “Üç xüsusiyyət var ki, hər kəsdə olsa əqli 
kamildir;  dilinin  ixtiyarı  özündə  olsun,  zəmanənin  vəziyyətindən 
xəbərdar  olsun  və  öz  işi  ilə  məşğul  olsun  (ömrünü  boş-boşuna 
keçirməsin).” 
 
◘Başqa  birisi  Allahla  münacat  edən  zaman  deyib:  “(Pərvərdigara!) 
Mənim qəlbimin ən böyük itaəti ümidimi sənə qarşı yönəltməyimdir, ən 
şirin sözüm səni mədh edib şəninə tərif deməyimdir və nəzərimdən ən 
üstün vaxt səninlə görüşdüyüm vaxtdır.” 
 
◘Hədisdə  deyilir  ki,  bir  gün  Cəbrail  (ə)  Peyğəmbərə  (s)  ərz  etdi: 
“Əgər  bizim  ibadətimiz  yer  üzərində  olsaydı  üç  əməli  heç  vaxt  tərk 
etməzdim;  müsəlmanlara  su  verməyi,  (böyük  və  ehtiaclı)  ailə 
sahiblərinə kömək etməyi və camaatın günahlarının üstünü örtməyi.” 


 
138 
 
◘Bir  kişi  İmam  Həsən  Müctəbadan  (ə)  hacətini  istədi.  İmam  (ə) 
söykənib oturmuşdu. Düzəlib buyurdu: “Peyğəmbər (s) buyurub ki, hər 
kəsi  özünəməxsus  yerdə  oturdun  (yəni,  hər  kəslə  onun  səviyyəsinə 
uyğun rəftar edin.) 
Mən indi səndən üç sual soruşacağam. Əgər cavab verə bilsən sənə üç 
yüz  dinar  verəcəyəm.”  Dedi:  “Soruşun,  Allahın  qüdrətindən  başqa 
qüdrət yoxdur.” Buyurdu: “ 
–Kişinin bəzəyi nədir? 
–Helm ilə bir yerdə olan elm. 
–Əgər olmasa? 
–Təqva ilə bir yerdə olan kərəm. 
–Əgər o da olmasa? 
–Səbr ilə bir yerdə olan fəqirlik. 
 –Əgər o da olmasa? 
–Göydən bir atəş gəlib dəri və sümüklərini yandırıb kül etsin. 
Həzrət (s) təbəssüm etdi və dediyinin iki bərabərində ona pul verdi. 
 
◘Bir  hikmət  sahibi  deyib:  “Hər  kəs  üç  şeyə  sahib  olmamış  üç  şey 
iddiasında  olsa  bil  ki,  şeytan  ona  məsxərə  edir;  dünyanı  tərk  etməmiş 
zikrin  şirinliyini  dadmaq,  özünə  qəzəblənməmiş  Allah  razılığını  tələb 
etmək və camaata sitayiş etməyi tərk etməmiş ixlas sahibi olmaq.” 
 
◘İbrahim Ədhəmə dedilər: “Nəyə görə zöhdü bəyəndin? “Dedi: “Üç 
səbəbdən ötrü:  
1.Gördüm qəbir dəhşətlidir, heç bir dost da yoxdur. 
2. Gördüm yol uzundur, azuqə yoxumdur. 
3. Gördüm Qiyamət məhkəməsinin qazisi Cabbar Allahdır, mənim isə 
heç bir üzrüm yoxdur.” 
 
◘Həzrət İbrahim Xəlil peyğəmbərdən (ə) soruşdular: “Nə səbəb oldu 
ki,  Allah  səni  özünə  dost  seçdi?  “Buyurdu:  “Üç  səbəbə  görə;  Allahın 
göstərişini  başqalarının  istəklərindən  üstün  tutdum,  Allahın  öhdəsinə 
aldığı  işlərdən  ötrü  (ruzi  və  s.)  çox  da  təlaş  etmirdim  (yəni,  kafayət 
qədərindən  artığını  tələb  etmir,  haramlarının  dövrəsində  dolanmırdım) 
və heç vaxt qonaqsız yemək yemirdim. 
 
◘Bəziləri  deyib:  “İnsanların  ən  xoşbəxti  odur  ki,  bilikli  qəlb,  səbirli 
bədən və qane ruha malik olsun.” 
 


 
139 
◘Yenə də deyiblər: “Üç xüsusiyyət hər kimdə olmazsa fəzl və kamalı 
da  yoxdur.  Biri  cahil  və  ağılsızlara  dözəcək  helm,  digəri  günahdan 
çəkindirəcək təqva və camaatla keçinəcək xoş xasiyyət.” 
 
Və  yenə  də  deyiblər:  “Üç  kəs  var  ki,  onları  üç  yerdən  başqa  yerdə 
tanımaq olmaz; səxavətli insanı qıtlıq zamanı, şücaətlini döyüş zamanı 
və səbirli insanı qəzəb vaxtı.” 
 
◘Bəziləri deyib: “Əqlin üç əlaməti var; pəhrizkarlıq, doğrudanışmaq 
və bihudə işləri tərk etmək.” 
 
◘Həzrət Rəsuldan (s) soruşdular:  “Mömini necə  tanıyaq?”  Buyurdu: 
“Vüqarı, mülayim xasiyyəti və düz danışığı ilə.” 
 
◘Bir ədib sultanın yanına getdi. Danışmaq icazəsi istədi. Sultan dedi: 
“Bir  şərtlə.”  Dedi:  “Nə  şərt?”  Dedi:  “Mənim  üzümə  məni  tərifləmə, 
çünki mən özümü səndən yaxşı tanıyıram, ürəyində olanların əksinə söz 
demə və heç kəsin qeybətini etmə.” 
 
◘Bəziləri  deyib:  “Üç  şeydən  kənar  gəzmək  hikmət  və  ağılın 
əlamətidir;  cahilin  nadanlığından,  aqilin  yanılmasından  və  qafilin 
səhvindən.” 
 
◘Yenə  də  deyiblər:  “Üç  kəsi  üç  yerdə  tanımaq  olar;  səbirlini  qəzəb 
vaxtı, şücaətlini qorxu vaxtı və qardaşı ehtiyac vaxtı.” 
 
◘Həzrət İsa (ə) buyurub: “Hər kəsin elmi olsa, ona əməl etsə və onu 
başqalarına öyrətsə asimanlarda hörmətli olar.” 
 
◘Bəziləri  deyib:  “Dindarlar  atəşdən,  böyüklər  biabırçılıqdan,  ağıllı 
insanlar  isə  şərdən  qorxurlar.  Hər  kimin  dini,  böyüklüyü  və  ağlı  varsa 
atəşdən, biabırçılıqdan və şərdən amandadır.” 
 
◘Bir  yunan  alimi  deyib:  “Əgər  bədən  yazmağa,  oxumağa  və 
öyrənməyə mane olan xüsusiyyətlərdən sağlam, ağıl eyibsiz və ruzi də 
kifayət qədər olarsa, başqa şeylərdən ötrü qüssələnmək yersizdir.” 
 
◘Əhməd  ibn  Məhəmməd  Zahiddən  nəql  edirlər  ki,  deyib:  “Ağıllı 
insanın əlamətləri saya gəlmir, amma axmaq insanın mənim nəzərimcə 
üç  əlaməti  var;  ömrünün  hədərə  getməsindən  qorxmur,  boş-boş 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə