Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə53/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   49   50   51   52   53   54   55   56   ...   100

 
158 
qəlblərdə özünə yer alar, qeybəti haram olar və onunla qardaşlıq vacib 
olar. 
 
◘Dörd  şey  behişt  xəzinələrindəndir:  Müsibəti  gizlətmək,  xəstəliyi 
gizlin saxlamaq (yəni, hamıya şikayət etməsin. Müalicə etməkdən ötrü 
heç bir eybi yoxdur.), gizli sədəqə və öz ehtiyacını gizlətmək. 
 
◘Behişt əhlinin dörd əlaməti var: Gülərüzlülük, şirindillilik, mehriban 
qəlblilik və əli açıqlıq. 
 
◘Özünün  barəsində  nə  desələr  və  özü  də  başqaları  barəsində  hər  nə 
desə  vecinə  gəlməyən,  camaatın  özünə  qarşı  pis  fikirdə  olmasından 
qorxmayan,  zinaya  meyli  olan  və  heç  bir  səbəb  olmadan  kin-küdurət 
səbəbilə qeybət edən kəsin nütfəsinə şeytan şərik olub. 
 
◘Zinadan  doğulan  uşağın  dörd  əlaməti  var:  Peyğəmbərin  (s)  Əhli-
beyti  (ə)  ilə  düşmənçilik,  zinaya  meyl,  dini  yüngül  tutmaq,  bədrəftar 
olmaq. 
 
◘Hər kəs mənə dörd şeyi öhdəsinə alacağı barədə söz versə, mən də 
behiştdə  dörd  ev  ona  zaminəm:  Fəqirlikdən  qorxmadan  infaq  edəcək, 
camaata  qarşı  insaflı  olacaq,  hamıya  salam  verəcək  və  haqq  onun 
tərəfində  olsa  da  höcət  etməyəcək  (yəni,  boş-boşuna  söz 
güləşdirməyəcək). 
 
◘Dörd  şey  dörd  şeydən  doymaz:  Yer  yağışdan,  göz  baxmaqdan, 
qadın kişidən və alim elmdən. 
 
◘“Ey  Səmaə!  Mömin  dörd  bəladan  asudə  olmaz:  Əziyyət  edən 
qonşudan,  azdıran  şeytandan,  eyibləri  axtaran  münafiqdən  və  paxıl 
mömindən. Ey Səmaə, bu axırıncı bəla hamısından daha pisdir.” Səmaə 
soruşdu: “Nəyə görə o, hamısından daha pisdir?” Buyurdu: “Çünki O, 
kimin barəsində bir söz desə camaat inanıb qəbul edər.” 
 
◘Peyğəmbər  (s)  buyurub:  “İstəyirsinizmi  sizə  cəhənnəm  odunun 
kimlərə haram olduğunu xəbər verim?” Dedilər: “Bəli, ey Rəsuləllah!” 
Buyurdu:  “Mülayim,  yumşaq  təbiətli  və  dostlarının  səhvlərinə  göz 
yuman kəslərə.” 
 


 
159 
◘İnsana  faydası  olan  elm  dörd  hissədən  ibarətdir:  Allahı  tanımaq, 
Onun  nemətlərini  tanımaq,  ilahi  vəzifələri  tanımaq  və  insanın  dindən 
xaric olmasına səbəb olan şeyləri tanımaq. 
 
◘Fəzl  ibn  Əyyaz  deyir  ki,  bir  gün  İmam  Sadiqdən  (ə)  soruşdum: 
“Cihad  vacib  əməldir,  yoxsa  müstəhəb?”  Buyurdu:  “Cihad  dörd 
növdür: ikisi vacib, üçüncüsü vacib vasitəsi ilə həyata keçən müstəhəb, 
dördüncüsü  isə  sırf  müstəhəbdir.  Vacib  cihadlar:  Birincisi  nəfsə  qarşı 
aparılan  cihaddır.  Bu  cihad  insanı  günahdan  saxlayır  və  cihadların  ən 
üstünüdür.  İkinci  vacib  cihad  isə  müsəlmanlarla  qonşu  olan  kafirlərə 
qarşı  aparılan  müharibədir.  Bu  cihad  o  halda  vacib  olur  ki,  onlar 
tərəfindən hər hansı bir təhlükə baş versin. Üçüncü növ cihad imamdan 
ötrü müstəhəbdir ki, düşmənin sorağını alıb onunla müharibəyə getsin. 
Elə ki, bu müstəhəb cihad haqqında onun hökmü elan olundu, bu cihad 
ümmətə  vacib  olur  və  əgər  bu  işdən  imtina  etsələr  ilahi  əzaba  düçar 
olarlar.  Buna  görə  də  bu  cihada  vacib  vasitəsi  ilə  həyata  keçən 
müstəhəb cihad deyilir. Sırf müstəhəb olan dördüncü növ cihad isə hər 
hansı  bir  şəsxin  gözəl  bir  sünnə  və  yaxud,  ənənəni  icra  etmək,  yaxud 
onu təsis edərək yaşatmaq məqsədi ilə göstərdiyi səydir. Onun bu yolda 
olan  zəhmət  və  çətinliklərə  səbr  etməsi  əməllərin  ən  əfzəlidir.” 
Peyğəmbər (s) buyurub: “Hər kəs özündən sonra gözəl bir ənənə qoyub 
getsə  Allah  ona  həm  bu  işin  savabını,  həm  də  buna  əməl  edən  bütün 
insanların  savabı  qədər  savab  əta  edər.  (Buna  əməl  edənlərin  öz 
savabları da özlərində qalmaqla.) 
 
◘Dörd  kəsin  namazı  Allah  dərgahında  qəbul  deyil:  Zülümkar 
rəhbərin,  camaatın  istəmədiyi  imam-camaatın,  heç  bir  ehtiyac  və 
zərurət  olmadığı  halda  öz  sahibinin  yanından  qaçan  qulun  və  ərinin 
icazəsi olmadan evdən çıxan qadının. 
 
◘Dörd günah artıb hər yeri bürüyən zaman dörd bəla meydana gələr; 
zina  artan  zaman  zəlzələ  çoxalar,  zəkat  verilməsə  dördayaqlı  ev 
heyvanları  qırılar,  qazılar  (şəri  hakimlər)  haqqa  zidd  olan  hökm 
çıxarsalar  yağış  kəsilər  və  əhd-peyman  sındırılan  zaman  kafirlər 
müsəlmanlara qalib gələr. 
 
◘Qazi  dörd  növdür.  Biri  odur  ki,  heç  bir  elmi  olmadan  haqlı  hökm 
çıxarır.  Bu  od  əhlindəndir.  (Çünki,  haqlı  hökm  çıxarmasına 
baxmayaraq, elmi olmadığına və haqla batili ayırma qüdrəti olmadığına 
görə  hökm  çıxarmaq  haqqına  malik  deyildi,)  ikincisi  odur  ki,  emli 
olmadan  batil  hökm  verən.  Bu  da  cəhənnəm  əhlidir.  Üçüncüsü  elmi 


 
160 
olduğu  halda  batil  hökm  verən.  Bu  da  cəhənnəm  əhlidir.  Dördüncüsü 
isə  haqq  söz  deyən  alim  qazidir.  Qazilər  arasında  yeganə  cənnət  əhli 
olan da məhz odur. 
 
◘Səbr,  yaxşılıq,  xoş  rəftar  və  xoş  xasiyyət  peyğəmbərlərin 
xüsusiyyətlərindəndir. 
 
◘Bir  kəs  müsafir  olsa  da  dörd  müqəddəs  məkanda  namazını  bütöv 
qıla  bilər:  Məkkədə,  Mədinədə,  Həzrət  Əlinin  (ə)  hərəmində  (Məqsəd 
Kufə məscididir) və İmam Hüseynin (ə) hərəmində. 
 
◘Quranın  vacibi  səcdə  ayəsi  olan  surələri  dörddür:  Ələq,  Nəcm, 
Fussilət və Səcdə. 
 
◘Şeytan dörd dəfə nalə və fəryad edib: Lənət olunduğu gün, Adəmin 
(ə)  yerə  gəldiyi  gün,  Məhəmmədin  (s)  besət  günü  (Peyğəmbərliyə 
seçildiyi  gün)  və  “Həmd”  surəsi  nazil  olan  vaxt.  İki  dəfə  də 
lovğalanmışdır:  Adəm  ağacdan  meyvə  yeyən  və  behiştdən  qovulan 
zaman. 
 
◘Dörd  şey  hədər  yerə  gedər:  Şoranlığa  əkilmiş  toxum,  gündüz 
yandırılan çıraq, tox olan vaxt yeyilən yemək və başa düşməyən kəslərə 
yaxşılıq. 
 
◘Müfəzzəl  ibn  Ömər  deyir  ki,  İmam  Sadiqdən  (ə)  müsəlmanların 
neçə bayramı olduğunu soruşdum. Buyurdu: “Dörd.” Dedim: “Qurban, 
Fitr  və  Cüməni  bilirəm,  bəs  dördüncüsü  hansıdır?”  Buyurdu: 
“Hamısından  daha  böyük  və  daha  şərəflisi  zil-hiccə  ayının  on 
yeddisidir. Bu gündə Peyğəmbər (s) Əlini (ə) insanlara imam və rəhbər 
olaraq  tanıtdırıb.”  Dedim:  “Həmin  gündə  biz  nə  etməliyik?”  Buyurdu: 
“Gərək  bu  günün  şükrünü  yerinə  yetirməkdən  ötrü  oruc  tutasınız,  hər 
bir  saat  gərək  şükr  edəsiniz.  Hər  bir  peyğəmbər  öz  vəsisini  camaata 
rəhbər təyin etdiyi gün ona oruc tutmaq və həmin günü bayram etmək 
göstərişi  verib.  Qədir-xum  bayramı  günü  tutulan  oruc  altmış  aylıq 
ibadətdən əfzəldir.” 
 
◘İbrahim peyğəmbərə (ə) vəhy olunan və Quranda gələn “Dörd quşu 
öz  yanında  tikə-tikə  doğra,  daha  sonra  onu  dörd  hissəyə  bölüb  hər 
hissəni  bir  dağın  üstünə  qoy”  ayəsi  barəsində  belə  buyurub:  “Həzrət 
İbrahim (ə) şanapipik, sərçə, tovuzquşu və qarğanın başını kəsib ayırdı. 
Bədəninin qol-qanadını, ətini, sümüyünü doğrayıb bir-birinə qatdı. Bu 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə