164
◘Təqvadan da gözəl azuqə yoxdur. Sükutdan da gözəl şey yoxdur.
(Yəni, bihudə və qeyri-şəri sözlərdən edilən sükut). Nadanlıqdan da
ziyan verən düşmənçilik olmaz və yalandan da böyük dərd mövcud
deyil.
◘Süfyan Suri deyir: “İmam Sadiqdən (ə) mənə nəsihət etməsini xahiş
etdim. Həzrət (ə) buyurdu: “Yalandan heç vaxt comərdlik gözləmək
olmaz, başqalarına əziyyət edənin dostu olmaz, paxıl rahatlıq tapmaz,
bədxasiyyət adam da böyüklük əldə etməz.” Dedim: “Bir az da
buyurun.“ Buyurdu: “Allaha etimad et. Çünki, iman məhz elə budur.
Onun verdiklərinə razı ol. Çünki, ehtiyacsızlıq da elə budur. Qonşunla
xoş davran ki, müsəlman hesab olunasan. Dinsiz insanla da dostluq
etmə. Çünki, fasiqliyini sənə keçirdər və Allahdan qorxan kəslə
məşvərət et.
BEŞİNCİ FƏSİL
Şiələrin sair imamlardan (ə) nəql etdikləri hədislər
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Hər kəsdə dörd xüsusiyyət
olsa dini kamil, günahları bağışlanmış və ölüm zamanı da Allah ondan
razı olar. Biri odur ki, camaatla əhd-peyman bağladığı zaman Allaha
xatir ona riayət etsin. İkincisi, dili həmişə doğru söz danışsın.
Üçüncüsü, Allah yanında və camaat nəzərində pis hesab olunan işdən
çəkinsin. Dördüncüsü, ailəsi və övladlarına qarşı xoş xasiyyət olsun.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Hər kəsdə dörd xüsusiyyət
olsa Allah behiştdə ona bir ev əta edər: Yetimə qarşı nəvaziş
göstərmək, zəiflərə qarşı mərhəmətli olmaq, ata-ana ilə mehriban
davranmaq və qul ilə dostcasına rəftar etmək.
◘İmam Məhəmməd Təqi (ə) buyurub: “İşlərini yerinə yetirməkdə
dörd şey insana kömək edər: Sağlam bədən, sərvət, elm və tövfiq.”
◘Həzrət Baqir (ə) uşaqların divar altında qalmış xəzinələri barəsində
buyurub: And olsun Allaha! Orada qızıl-gümüş yox idi. Sadəcə olaraq,
bir lövhə var idi ki, orada dörd cümlə yazılmışdı:
1. Mənəm Allah! Məndən başqa məbud yoxdur və Məhəmməd (s)
mənim elçimdir.
2. Əcəba, qəza və qədərə inanan şəxs ruzi tələb etməkdə nəyə görə
tələsir?
165
3. Təəccüblüdür ki, bir kəs dünyanın vəziyyətini görür, lakin axirəti
inkar edir.
4. Ölümə yəqini olan şəxs necə fərəhlənir?
◘Dörd namazı istənilən vaxtda qılmaq olar: Qəza namazını, vacibi
təvaf namazını, günəş tutulan zaman qılınan namazı və meyyit
namazını. (Yəni, bunlar müəyyən səbəblərə bağlıdır, nəinki, məhdud
saatlara).
◘Allah dörd peyğəmbərdən başqa heç kəsə padşahlıq verməyib: Nuh
peyğəmbərdən (ə) sonra gəlmiş Zülqərneyn (ə), Davud (ə), Süleymana
(ə) və Yusifə (ə). Zülqərneyn (ə) şərqdən qərbə qədər olan əraziyə
padşahlıq edib. Davud (ə) və Süleyman (ə) keçmiş Şam və Fars
körfəzinə qədər olan ərazidə padşahlıq etmişlər. Yusif (ə) isə Misirin
hakimi olmuşdur.
◘Günəş doğan zaman dörd mələk onunla birlikdə olar. Onlardan biri
fəryad edib deyər: “Ey xeyirxahlar, öz işlərinizi sona çatdırın və sevinc
içində olun.” Digəri səslənər: “Ey şər insanlar, əl çəkin və tərk edin.”
Üçüncüsü deyər: “İlahi, infaq edənlərin savabını ver, simiclik edənləri
isə tələf et.” Dördüncü mələk isə günəşin istiliyindən azaldar. Çünki,
əgər azaltmasa günəş yeri yandırar.
◘Dörd peyğəmbərdən (ə) dörd söz qalıb: Həzrət Musadan (ə) “Hər
kim pis dostdan qırılsa, sanki Tövrata əməl edib”, həzrət Davuddan (ə)
“Hər kəs nəfsani istəklərdən uzaq olsa sanki Zəbura əməl edib”, həzrət
İsadan (ə) “Hər kəs Allahın qismətinə razı olsa sanki İncilə əməl edib”,
həzrət Məhəmməddən (s) isə “Hər kəs dilinə hakim olsa sanki bütün
Qurana əməl edib.”
ALTINCI FƏSİL
Alim və hikmət sahiblərinin dediklərindən
◘Hamid deyir: “Dörd şeyi dörd yerdə axtardıq tapmadıq, sonradan
başqa dörd yerdə tapdıq: Ehtiyacsızlığı sərvətdə axtardıq, qənaətdə
tapdıq, izzəti əsil-nəcabətdə axtardıq, təqvada tapdıq, rahatlığı var-
dövlətdə axtardıq, az malda tapdıq, neməti paltar, yemək və s.
istəklərdə axtardıq, bədənin sağlamlığında tapdıq.”
166
◘Alimlərdən biri deyib: “Dörd şeyi gizli saxlamaq yaxşılıq
xəzinələrindəndir: Ehtiyacı, sədəqəni, ağrını və bəlanı” (yəni, onlardan
şikayət edilməsin, nəinki çarə dalınca gedilməsin.)
◘Başqa birisi də deyib: “Dörd şey bədbəxtlik əlamətidir: Qəlbin
bərkliyi, gözün quruluğu, simiclik və uzun-uzadı arzular.”
◘Başqa birisi deyib: “Dörd şey kərəm və böyüklük əlamətidir; bəxşiş,
kimsəyə əziyyət etməmək, yaxşılığın əvəzini verməkdən ötrü tələsmək
və cəza verməyi təxirə salmaq. Dörd şey dörd məqama çatmaq
vasitəsidir; əql rəyasətə çatmaq, tədbir siyasətə çatmaq, elm üstünlük
qazanmaq və helm isə vüqarlı olmaq vasitəsidir. Dörd kəsi dörd şey
vasitəsi ilə tanıyarlar: Yazıçını yazısı vasitəsi ilə, alimi cavabı vasitəsi
ilə, hikmət sahibini əməli vasitəsi ilə və hövsələli adamı səbr və
dözümü vasitəsi ilə.”
◘Dörd şey xoşbəxtliyə dəlalət edir; elmi sevmək, həlim olmaq,
düzgün cavab vermək və işlərində səhvə yol verməmək.”
◘Dörd şey zirəklik əlamətidir; qüssəni udmaq (yəni, qəm-qüssə
zamanı dözümsüzlük göstərməmək), fürsətdən istifadə, camaatın
tərəfdarlığından istifadə etmək və düşmənə qarşı mehriban və nəzakətli
olmaq.
◘Dörd şey insanı dörd şeyə çatdırar; səbr arzu olunana, çalışmaq
hədəfə, zahidlik təqvaya və qənaət var-dövlətə.
◘Əgər dörd xüsusiyyətə sahib olsan bir çox qəm-qüssə və danlaqları
özündən uzaqlaşdırmış olarsan; xoş xasiyyət, qənaət, doğru danışmaq
və əmanətdarlıq.
◘Bir arif deyib: “Dörd şeyi dörd şey vasitəsi ilə yuyun; üzü göz yaşı
ilə (yəni, Allah xofu və günah qorxusundan), dili zikr vasitəsilə, qəlbi
Allah qorxusu ilə və günahı da tövbə vasitəsi ilə.”
◘Bir alim deyib: “Elm ağacının meyvəsi dörd şeydir: 1. Allahdan
qorxu. Bu alim və Pərvərdigar arasındadır. 2. Mehribanlıq. Bu alimlə
camaat arasındadır. 3. Səbr. Bu alimlə özü arasındadır. 4. Zöhd. Bu isə
alimlə dünya arasındadır.”
Dostları ilə paylaş: |