Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə58/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   54   55   56   57   58   59   60   61   ...   100

 
174 
 
◘Alış-verişlə  məşğul  olan  kəs  gərək  beş  şeydən  uzaq  olsun.  Əks 
təqdirdə,  alveri  tərk  etsin;  riba  almaq,  and  içmək,  malın  nöqsanını 
örtmək, satış zamanı malı tərifləmək, alış zamanı malı pisləmək. 
 
◘Beş nəfərdən hər bir halda uzaq  gəzmək lazımdır; xora xəstəliyinə 
tutulandan,  natəmiz  və  çirkin  adamdan,  dəlidən,  haramzadədən  və 
ərəblərdən.  (yəni,  biyabanda  həyat  sürüb  ictimai  və  dini  ədəblərdən 
xəbəri olmayan bədəvilərdən). 
 
◘Bir  kişi  Peyğəmbərə  (s)  ərz  etdi:  “Ya  Rəsuləllah,  mən  bu  oğluma 
yazı  yazmaq  öyrətmişəm,  indi  onu  hansı  peşəyə  qoyum?”  Həzrət 
buyurdu: “Allah sənin atana xeyir versin! Hansı işə istəyirsən qoy, beş 
işdən başqa; kəfən satan, zərgərlik, qəssablıq, buğda satan və qul satan. 
Çünki,  kəfən  satan  həmişə  camaatın  ölməyini  arzulayar,  halbuki, 
mənim  ümmətimdə  yeni  doğulan  körpə  günəşdən  və  onun  saçdığı 
bütün  şeylərdən  üstündür.  Zərgər  müamilə  zamanı  hiylə  və  fırıldaq 
işlədər, qəssab daşqəlbli olar, buğda satan möhtəkir
1
(1) olar. Qul alveri 
ilə  məşğul  olan  adama  gəldikdə  isə,  Cəbrail  (ə)  mənə  xəbər  verdi  ki, 
insanların ən pisi Allahın qullarını satanlardır.” 
 
◘Allah mənə üç üstün xüsusiyyət vermişdir ki, məndən öncə bunları 
heç  kəsə  verməmişdir;  yer  üzərini  (torpağı)  mənim  üçün  səcdəgah  və 
paklayıcı  qərar  vermişdir,  mənə  düşmənlərimin  qəlbində  dəhşət  və 
qorxu  yaratmaqla  daim  kömək  etmişdir,  döyüş  qənimətlərini  mədən 
ötrü  halal  etdi,  mənə  mükəmməl,  hərtərəfli  nitq  və  bəlağət  verdi  və 
mənə şəfaət məqamı nəsib etdi. 
 
◘Allah-təala  beş  xüsusiyyət  mənə  və  beş  xüsusiyyət  də  Əliyə  (ə) 
verib; mənə mükəmməl sözlər, Əliyə isə mükəmməl elm əta edib, mənə 
peyğəmbərlik,  Əliyə  (ə)  isə  imamlıq  verib,  mənə  Kövsər  hovuzunu, 
Əliyə  (ə)  isə  Səlsəbili  bəxş  edib,  mənə  vəhy  göndərib,  Əliyə  (ə)  isə 
ilham,  məni  göyə  apardı,  Əlidən  (ə)  ötrü  isə  göyün  qapılarını  açıb 
gözləri önündən pərdələri götürdü. 
 
◘Allahdan necə lazımdır utanın; 
1.Əgər əməl etmək qərarınız varsa yatmayın. 
                                                 
1
 Möhtəkir–baha satmaqdan ötrü mal alıb yığan adam. 


 
175 
2-3.  Beyinə  və  onun  fikirlərinə  və  qarına  və  onun  möhtəvasına 
düzgün riayət edin. 4. Qəbiri və bədəninizi örtməyi yaddan çıxarmayın. 
5. Axirəti istəyəndə dünya bər-bəzəyindən əl çəkin. 
 
◘Hər  kəs  beş  şeyi  öz  öhdəçiliyinə  alsa,  mən  də  behiştdən  ötrü  ona 
zamin  olaram;  Allaha,  Peyğəmbərə  (s),  Qurana,  Allahın  dininə,  İslam 
cəmiyyətinə qarşı xeyirxah və ürəyiyanan olsun. 
 
◘Peyğəmbər  (s)  əmr  verib  ki,  beş  heyvanı  öldürsünlər;  qarğa, 
sağsağan, ilan, əqrəb və quduz it. 
 
◘Beş  şey  fitri  dindən  irəli  gəlir;  dırnaq  tutmaq,  bığları  azaltmaq, 
qoltuğun  tüklərini  və  qarının  aşağı  hissəsindəki  tükləri  azaltmaq  və 
sünnət etmək. 
 
◘Həzrət Əliyə (ə) etdiyi nəsihətlərində belə buyurur: “Əbdül-Müttəlib 
cahiliyyət dövründə beş qanunu adət halına saldı ki, Allah-təala onları 
İslamda da saxladı:  
1) Atanın arvadını oğula haram bildi. Bu barədə Allah-təala buyurub: 
“Atalarınızın evləndiyi qadınlarla evlənməyin.”  
2)  Xəzinə  tapan  şəxs  beşdə  birini  sədəqə  verməli  idi.  Allah  da  belə 
buyurub:  “Bilin  ki,  döyüşdə  ələ  keçirdiyiniz  qənimətlərin  beşdə  bir 
hissəsi Allahındır.”  
3)  Zəmzəm  suyunun  adına  “Siqayətül-Həcc”  yəni,  “Hacılara  verilən 
su” adını qoymuşdur.  
4) Qan bahasını yüz dəvə qərar verdi.  
5.  Qüreyş  nəzərində  təvafın  xüsusi  miqdarı  yox  idi.  Əbdülmüttəlib 
onun sayını yeddi qərar verdi. Bu hökm də İslamda olduğu kimi qaldı.” 
 
◘Ey Əli! Əbdülmüttəlib nə qumar oynadı, nə bütə sitayiş etdi, nə də 
ki,  bütlərdən  ötrü  kəsilən  qurbanlıq  heyvanların  ətindən  yedi.  O,  belə 
deyirdi: “Mən İbrahimin (ə) dinindəyəm.” 
 
◘Beş münasibətdən başqa ziyafət verməyə lüzum yoxdur; toy, övlad 
dünyaya  gələrkən,  uşağı  sünnət  edərkən,  Məkkədən  qayıdarkən  və  ev 
alarkən. 
 
◘Ey  Əli!  Mən  sənin  barəndə  Allahdan  beş  şey  istədim,  hamısını  da 
verdi:  
1. Mən qəbirdən qalxacaq əvvəlinci kəs olum, Əli də mənimlə olsun.  
2. İcazə versin əməllərin haqq-hesabı çəkilən yerdə ikimiz də olaq.  


 
176 
3. Qiyamət günü səni mənim bayraqdarım etsin.  
4. Mənim ümmətimə sənin vasitənlə Kövsər hovuzundan su içirsin. 
 5.  Behiştə  gedən  zaman  səni  ümmətin  rəhbəri  qərar  versin.  Allaha 
şükürlər olsun ki, bütün bunları qəbul etməklə mənim boynuma minnət 
qoydu. 
 
◘Cümə  günü  günlərin  ən  üstünüdür  və  Allah  yanında  fitr  və  Quban 
bayramlarından da üstündür. Cümə gününün beş üstün xüsusiyyəti var: 
1) Adəm bu gündə yaranıb.  
2) Bu gündə də yerə enib.  
3) Vəfatı da bu gündə olub.  
4) Cümə günündə bir saat var ki, hər kəs Allahdan öz hacətini həmin 
saatda istəsə qəbul olunar. Bu şərtlə ki, haram bir şey istəməsin.  
5)  Müqərrəb  mələklər,  yer,  göy,  küləklər,  dağlar,  su,  quru  hamısı 
nigarandırlar  ki,  olmaya  qiyamət  günü  də  bu  gündə  olsun.  (Yəni,  çox 
ehtimal var ki, Qiyamət günü də bu gündə olsun.) 
 
◘Yəzid  ibni  Sabitə  buyurdu:  “Evlənmisən?”  Dedi:  “Xeyr.”Buyurdu: 
“Evlən  ki,  pakdamən  qalasan  və  heç  vaxt  “şəhirə”,  “ləhirə”,  “nəhirə”, 
“hidərə”  və  “ləfut”la  evlənmə!  Yəzid  dedi:  “Ya  Rəsuləllah,  mən 
bilmirəm  sənin  bu  buyurduqların  nə  deməkdir.”  Buyurdu:  “Ərəb 
deyilsənmi?  Şəhirə  göy  rəngli,  acıdil  və  həyasızdır,  “ləhirə”  hündür 
boylu  və  arıqdır,  “nəhirə”  balaca  boylu  və  pis  görkəmlidir,  “hidərə” 
yaşı keçmiş qocadır, “ləfut” isə başqa ərdən uşağı olan qadındır.” 
 
◘İnsanların ən yaxşısı o kəslərdir ki, yaxşı iş görən zaman sevinər, pis 
iş görən zaman peşman olar və istiğfar edər, nemət zamanı şükür, bəla 
və müsibət zamanı isə səbir olar və bir də acığı tutanda güzəştə gedir. 
 
◘Ramazan  ayında  mənim  ümmətimə  beş  imtiyaz  verilib  ki, məndən 
öncə heç bir ümmətə verilməyib: 
1. Birinci gecədə Allah hamıya rəhmət nəzərilə baxar və hər kəsə ki, 
Allah rəhmət nəzəri ilə baxsa heç vaxt ona əzab verməz. 
2. Ağızlarından gələn iy Allah yanında müşkdən də ətirlidir. 
3. Mələklər gecə-gündüz onlardan ötrü istiğfar edər. 
4.  Allah  behiştə  əmr  edər  ki,  özünü  bəzəyib  bəndələrimdən  ötrü 
rəhmət  diləsin.  Çünki, tezliklə  onlar  dünyanın  əzab-əziyyətindən  xilas 
olub behiştə, mənim onları şərəfləndirəcəyim yerə daxil olacaqlar. 
5. Ayın axırıncı gecəsi hamını bağışlayar. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə