Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə85/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   81   82   83   84   85   86   87   88   ...   100

 
261 
və Münkərin cavabıdır, məhşərdə bəndənin başının tacı, üzünün nuru, 
bədəninin libası, atəşlə onun arasında həm pərdə, həm hüccətdir, onun 
Cəhənnəmdən  nicat  tapmasına  və  Sirat  görpüsündən  asan  keçməsinə 
səbəb  olar,  Behiştin  açarı,  onun  qiymətidir,  Hurul-eynin  mehr  və 
məhəbbətinə  səbəb  olar,  bəndələri  ən  uca  məqamlara  çatdırar.  Çünki, 
namaz  ibadətin  bir  çox  növlərini,  o  cümlədən,  təsbih,  təhlil,  təkbir, 
təmcid  və  təqdis  kimi  zikrləri,  Allahla  münacat  dua  və  s.ni  özündə 
birləşdirir. 
 
◘Həzrət  Əlidən  (ə)  Peyğəmbərin  (s)  belə  buyurduğunu  nəql  edirlər: 
“Elm  öyrənin  (Məqsəd  üsuli-əqaid,  əxlaq  və  əhkam  kimi  dini  elmləri 
öyrənib onlara əməl etməkdir.) çünki, onu öyrənmək həsənə, mütaliəsi 
təsbih, bəhsi cihad, öyrədilməsi sədəqə, onu əhlinə əta etmək ibadətdir. 
Çünki,  elm  halalı  haramdan  ayırma  vasitəsidir;  onu  öyrənəni  Behiştə 
aparar,  tənhalıqda  insanın  dostu,  qorxu  zamanı  həmdəmi,  çətinliklər 
zamanı  yol  göstərəni,  düşmən  müqabilində  silahı,  dostlar  arasında 
ziynətidir.  Allah  elm  vasitəsi  ilə  bəzi  insanları  yüksəldib  xeyir  işlərdə 
insanların  rəhbəri  və  müqtədası  qərar  verər.  Gözlər  həmin  insanların 
əməllərinə dikilər, onların getdiyi yol hamı üçün nümunə olar, mələklər 
onlarla  dostluq  etməyə  rəğbət  bəsləyər,  namaz  qılarkən  qanadlarını 
onlara  sürtər;  elm  qəlblərin  həyatı,  gözlərin  nuru  və  bədənlərin 
qüvvətidir.  Allah  alimləri  dünyada  da,  axirətdə  də  yaxşı  insanların 
cəmiyyətində  qərar  verər  və  onları  yaxşı  əməl  sahibləri  ilə  dost  edər; 
elm Allaha ibadət və itaət etməyə, Onun yeganəliyini iqrar etməyə, Ona 
doğru  mərifətə,  sileyi-rəhmə  səbəb  olar,  elm  əməlin  rəhbəri,  əməl  isə 
onun  ardıcılıdır,  Allah  elmi  xoşbəxtlərə  nəsib  edər,  bədbəxtləri  isə 
ondan məhrum edər. 
 
◘Əbuzər  deyir:  “Bir  gün  Peyğəmbər  (s)  məsciddə  oturmuşdu. 
Məscidə  daxil  oldum.  Fürsəti  qənimət  bilib  həzrətə  (s)  yaxınlaşdım. 
Üzünü mənə tutub buyurdu:  
–Əbuzər, məscidin təhiyyəti var. 
Ərz etdim: 
–Məscidin təhiyyəti nədir, ya Rəsuləllah? 
Buyurdu:  
–İki rəkət namaz. 
Ərz etdim: 
–Ya  Rəsuləllah,  siz  bizə  namazı  tövsiyə  edirsiniz.  Bilmək  istəyirəm 
ki, namaz nədir? 
Həzrət buyurdu: 


 
262 
–Namaz əməllərin ən üstünüdür. Hər kəs istəyir az yerinə yetirsin, hər 
kəs də istəyir çox yerinə yetirsin. 
–Ya Rəsuləllah, Allah yanında ən sevimli əməl hansıdır? 
–Allaha iman və Onun yolunda cihad. 
–Gecənin hansı vaxtı daha fəzilətlidir. 
–Namazın ən fəzilətli hissəsi hansıdır? 
–Gecə yarısıö 
–Uzun qunutu. 
–Hansı sədəqə daha üstündür? 
–Yoxsul olan vaxtında ehtiyaclı olan qocaya verilmiş sədəqə. 
–Ya Rəsuləllah, oruc nədir? 
–Allahın  qat-qat  artıq  əvəzini  verəcəyi  və  dinin  yerinə  yetirilməsi 
vacib olan əməllərindən biri. 
–Bəs, hansı bəndənin azad edilməsi daha artıq savaba malikdir? 
–Qiyməti ən baha olub, sahibi yanında ən nəfis hesab edilən qulun. 
–Ən əfzəl cihad hansıdır? 
–Atından salınaraq qanı tökülən cihad. 
–Quranın ən üstün ayəsi hansıdır? 
–Ayətəl-kürsi. 
–Ya Rəsuləllah, peyğəmbərlərin sayı neçədir? 
–Yüz iyirmi dörd min. 
–Mürsəl peyğəmbərlərin sayı neçədir? 
–Üç yüz on üç nəfər. 
–Birinci peyğəmbər kim olub? 
–Həzrət Adəm (ə) 
–Ya Rəsuləllah, həzrət Adəm (ə) də mürsəl peyğəmbər  olub? 
–Bəli, Allah-təala onu Öz qüdrət əli ilə yaradıb Öz ruhundan ona ruh 
verdi. Əbuzər,  peyğəmbərlərdən  dörd  nəfəri–Adəm,  Şiys,  Əxnux,  yəni 
İdris  (birinci  dəfə  yazı  yazan  şəxs)  suriyalı  olmuşdur.  Dörd  nəfəri  də 
ərəb olmuşdur; Hud, Saleh, Şüeyb və sənin peyğəmbərin Məhəmməd. 
İsrailli  peyğəmbərlərin  birincisi  Musa  (ə),  axırıncısı  da,  İsa  (ə) 
olmuşdur.  Bu  iki  peyğəmbər  arasında  da  Bəni-İsrailə  altı  yüz 
peyğəmbər göndərilmişdir. 
–Ya Rəsuləllah, Allah tərəfindən neçə kitab nazil olmuşdur? 
–Dörd  kitab.  Əlli  səhifə  Şeys  peyğəmbərə,  otuz  səhifə  İdris 
peyğəmbərə, iyirmi səhifə İbrahimə, Tövrat, İncil, Zəbur və Quran. 
–Ya Rəsuləllah, İbrahimin səhifəsi nə idi? 
–Orada  olanların  hamısı  məsəl  və  öyüd-nəsihətlərdən  ibarət  idi.  O 
cümlədən orada belə  yazılmışdı: “Ey məğrur padşah! Mən səni dünya 
malı  cəm  etməkdən  ötrü  göndərməmişəm,  Mən  səni  bu  vəzifəyə 
qoymuşam ki, qoymayasan məzlumların ahı Mənim dərgahıma ucalsın. 


 
263 
Mən məzlumun duasını kafir də olsa geri qaytarmaram. Ağıllı insan heç 
bir üzrü olmadığı halda gərək öz vaxtının bir hissəsini öz Pərvərdigarı 
ilə  münacata,  özündən  haqq-hesab  çəkməyə,  yaradılış  aləmi  barədə 
təfəkkür  və  düşüncəyə,  halal  ləzzətlərdən  istifadə  etməyə  sərf  etsin. 
Eləcə də, ağıllı şəxs gərək öz zəmanəsinin vəziyyətindən agah olsun, öz 
işləri  ilə  məşğul  olsun,  dilini  artıq  danışıqdan  və  faydasız  sözlərdən 
qorusun.  Ağıllı  insan  gərək  daim  üç  şeyin  ardınca  olsun;  yaşayışının 
rifahı və islahı, axirət tədarükü və halal ləzzətlər ardınca.” 
–Musanın kitabı hansı dildə idi. 
–İbrani  dilində.  Orada  belə  yazılmışdı:  “Təəccüb  olunmalı  şəxs  o 
kəsdir  ki,  öləcəyini  yəqin  bilir,  lakin  şadlıq  edir  və  o  kəs  ki,  atəşin 
mövcudluğuna  yəqini  var,  lakin  gülür  və  o  kəs  ki,  dünyanın  insanları 
tar-mar etdiyini görür, lakin ona bel bağlayır və etibar edir və o kəs ki, 
qəza-qədərə  imanı  var,  lakin  yersiz  təlaş  edib  çalışır  və  o  kəs  ki, 
sabahın haqq-hesabına yəqini var, lakin əməl etmir.” 
–Ya  Rəsuləllah,  sizə  nazil  olan  Quranda  elə  bir  şey  varmı  ki, 
İbrahimin və Musanın da səhifələrində olmuş olsun? 
Həzrət (s) bu ayələri oxudu:  

Öz nəfsini paklayan, Rəbbinin adını zikr edib namaz qılan nicat 
tapdı.  Siz  dünya  həyatını  seçirsiniz,  axirət  isə  daha  xeyirli  və 
əbədidir.  Həqiqətən  bunlar  əvvəlki  səhifələrdə  də  var  idi. 
İbrahimin və Musanın səhifələrində.

 
–Ya Rəsuləllah, mənə bir nəsihət ver. 
–Sənə təqvalı olmağı tapşırıram. Bu bütün işlərin başıdır. 
–Bir az da artırın. 
–Quran oxumağı əldən vermə və Allahı çox  yad  et. Belə etsən, səni 
də asimanda yad edərlər və nurani olarsan. 
–Bir az da əlavə edin. 
–Cihadı  unutma,  çünki  o,  mənim  ümmətimin  dünyaya  arxa 
çevirməsidir. 
– Bir az da əlavə edin. 
–Sənə  uzun-uzadı  sükutu  tövsiyə  edirəm.  Çünki,  bu  əməl  şeytanı 
uzaqlaşdırar, sənə din işlərində kömək edər. 
–Bir az da artırın. 
–Çox gülməkdən çəkin. Bu iş qəlbi öldürər və üzün təravətini aparar. 
–Bir az da əlavə edin. 
–Həmişə  özündən  aşağıdakılara  nəzər  sal,  özündən  yuxarıdakılara 
yox.  Əgər  belə  etsən  Allahın  sənə  verdiyi  nemətləri  dəyərsiz  hesab 
etməzsən. 
–Bir az da əlavə edin. 
–Öz qohumlarınla sənə qarşı bədrəftar olsalar da, xoş rəftar et. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə