Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə81/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   77   78   79   80   81   82   83   84   ...   100

 
245 
tündxasiyyətlik, 
döyüşçüdə 
qorxu, 
zahiddə 
xudpəsəndlik 
(özünübəyənmə) və abiddə riyakarlıq. 
 
◘Loğman  öz  oğluna  deyib:  “Oğlum!  Hikmətin  on  hünəri  var; 
insanların qəlbini dirildər, dərvişi sultanların məclisində oturdar, qədri 
bilinməyəni  şərəfləndirər,  qulu  azad  edər,  qəribə  yer  verər,  möhtacı 
ehtiyacsız  edər,  şəriflərin  şərəfini,  böyüklərin  böyüklüyünü  və 
əzəmətini artırar, qorxunu cürətə çevirər, döyüş meydanının zirehi, sülh 
zamanı mənfəətlə dolu sərmayədir, yəqin yolunu qət etməkdən ötrü bir 
çıraqdır, eyibləri örtən bir libasdır.” 
 
◘Bir hikmət sahibi deyib: “Dünyanın sonu zaval, həyatın sonu ölüm 
yeməyin  sonu  zibillik,  mal  toplamağın  aqibəti  haqq-hesab,  abadlığın 
sonu  viranlıq,  zalımın  aqibəti  əzab,  ictimanın  axırı  pərakəndəlik, 
tövbənin  nəticəsi  bağışlanmaq,  günahın  sonu  biabırçılıq,  zöhdün  sonu 
Allahın  razılığı,  hər  bir  mövcudun  sonu  ölümdür.  Yalnız  Allahın 
müqəddəs vücudundan başqa.” 
 
◘Əflatun deyir: “On şəxs həmişə xardır: borclu, sözgəzdirən, yalançı, 
paxıl, aşiq, möhtac, tamahkar, əsir, müttəhim və nadan. 
YEDDİNCİ FƏSİL 
Zahidlərin dediklərindən 
◘Bir  zahid  deyir:  “Ən  faydasız  şey  ondur;  istifadəsiz  alim,  əməl 
olunmayan  elm,  qəbul  edilməyən  səhih  rəy,  işlədilməyən  silah, 
istifadəsiz  məscid,  oxunulmayan  Quran,  infaq  olunmayan  mal, 
minilməyən  at,  dünyapərəstin  qəlbində  olan  elm,  axirət  tədarükü 
görülməyən uzun ömür.” 
 
◘Hər  kəs  on  şeydən  sağlam  olsa,  hər  şeydən  sağlam  olar;  xəsislik, 
təkəbbür,  özünübəyənmə,  riya,  həsəd,  şiddətli  əsəbilik,  yeməyə  qarşı 
həris olmaq,  cinsi  yaxınlığa qarşı  hərislik, var-dövlət hərisliyi və  cah-
cəlal və şöhrət hərisliyi. 
 
◘Hər  kəs  insana  nicat  verən  on  xüsusiyyətə  yiyələnsə  onun  üçün 
kafidir;  günahdan  peşimanlıq,  bəlalara  səbr,  təqdirə  razılıq,  nemətin 
şükrü, ümid və qorxu arasında etidal, dünyada zahidlik, ibadətdə ixlas, 
camaata  qarşı  xoşxasiyyət  olmaq,  Allaha  məhəbbət,  Onun  qarşısında 
müti olmaq. 


 
246 
Bu  iyirmi  xüsusiyyət  bütün  yaxşı  və  pis  xüsusiyyətlərin  kökü  və 
əsasıdır. 
 
◘Mövlana Cəlaləddin Rumi öz yaxınlarından birinə belə deyib: “Sənə 
tapşırıram; gizlində də, aşkarda da Allahdan qorx, az ye və az yat, artıq 
danışıqdan  çəkin,  günahdan  uzaq  ol,  şəhvətlərə  qurşanma,  oruca 
mühüm  yer  ver,  heç  vaxt  namazı  əlindən  vermə,  camaatın  əziyyətinə 
səbr  et,  adi  camaatdan  olan  ağılsızlardan  uzaq  gəz,  saleh  və  kərim 
insanlarla dostluq et.” 
 
◘Bəni-İsraildən olan bir abid deyib: “Allahı tanı, başqalarını tanıma, 
Onun  dostlarını  dost,  düşmənlərini  də  düşmən  bil,  dünyaya  qarşı 
etinasız,  axirətə  qarşı  meyilli  ol,  dünya  malında  səxavətli  ol,  axirət 
işlərində isə  xəsis (yəni, heç bir savabdan imtina etmə), haqqa  itaətdə 
şücaətli ol, günah etməkdə isə çox zəif.” 


 
247 
 
ON BİRİNCİ BÖLMƏ 
On bir tərkibli nəsihətlər 
◘Peyğəmbərdən (s) bir hədis: “Bilin! Hər kəs Məhəmməd (s) və Ali-
Məhəmməd  (ə)  məhəbbəti  ilə  ölsə  şəhiddir.  (Məqsəd  budur  ki,  bu 
məhəbbət  özünü  əməldə  və  haqqa  itaətdə  də  göstərsin),  hər  kəs  Ali-
Məhəmməd (ə) məhəbbəti ilə ölsə bağışlanmış halda dünyadan  gedər, 
hər kəs Ali-Məhəmmədi (ə) sevdiyi halda ölsə tövbəkar kimi dünyadan 
gedər,  hər  kəs  Ali-  Məhəmməd  (ə)  məhəbbəti  ilə  ölsə  kamil  imanlı 
mömin kimi dünyadan gedər, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə 
ölsə ölüm mələyi, Nəkir-Münkər ona cənnət müjdəsi verər, hər kəs Ali-
Məhəmməd  məhəbbəti  ilə  dünyadan  getsə  Allah  onun  qəbrinə 
behiştdən  bir  qapı  açar,  hər  kəs  Ali-Məhəmməd  (ə)  məhəbbəti  ilə 
dünyadan  getsə  qəbri  rəhmət  mələklərinin  ziyarətgahına  çevrilər,  hər 
kəs  Ali-Məhəmməd  (ə)  məhəbbəti  ilə  ölsə  sünnədən  və  cəmaətdən 
(yəni,  İslam  ümmətindən)  ayrılmamış  halda  dünyadan  getmiş  hesab 
olunar,  hər  kəs  Ali-Məhəmmədlə  (ə)  düşmən  olduğu  halda  dünyadan 
getsə  Qiyamət  günü  alnına  belə  yazılar:  “Allahın  rəhmətindən 
naümiddir”,  hər  kəs  Ali-Məhəmmədlə  (ə)  düşmən  olduğu  halda  ölsə 
kafir  olaraq  dünyadan  gedib,  hər  kəs  Ali-Məhəmmədlə  (ə)  düşmən 
olduğu halda dünyadan getsə behiştin iyini hiss etməz. 
Alimlərin dediklərindən 
◘On bir yerdə salam vermək məkruhdur; yəhudi və nəsraniyə, cümə 
namazında  imam  cümə  xütbə  söylədiyi  və  camaatın  da  qulaq  asdığı 
vaxt,  hamamda  və  başqa  halda  çılpaq  vəziyyətdə  olana,  azan  və  ya 
iqamə  deməklə  məşğul  olana,  Quran  oxuyana,  hədis,  yaxud  elmi 
məsələ  barəsində  danışmaqla  məşğul  olana,  qumarbaza,  mahnı 
oxuyana,  günah  halında  olan  hər  bir  kəsə,  ayaqyolunda  olana  və 
naməhrəm qadına. 
 
◘On bir şey hafizəni qüvvətləndirər; halal yemək, şirniyyat, ət, mərci, 
Ayətəl-Kürsi oxumaq, həmişə dəstəmazlı olmaq, üzü qibləyə oturmaq, 
ata-anaya  itaət  etmək,  əməl  sahibi  olan  alimin  üzünə  baxmaq,  alimin 
sözünə qulaq asıb ona əməl etmək və gecə namazı. 
 
◘On  bir  şey  ölümü  gecikdirər;  çoxlu  sədəqə,  çoxlu  dua,  ata-anaya 
itaət,  gecə  namazı,  dan  yeri  açılmamışdan  (yəni,  fəcrdən,  sübh 
azanından qabaq) istiğfar etmək, gecə-gündüz nafilələrinə riayət etmək, 


 
248 
camaat  namazı,  möminlərdən  ötrü  dua,  çoxlu  Quran  oxumaq,  gizlində 
də, aşkarda da Allahı yad etmək və salavat göndərmək. 
 
◘Xoşagəlməz  xüsusiyyətlərin  kökü  on  bir  şeydir;  çox  yemək,  çox 
danışmaq,  qəzəb,  paxıllıq,  mal-dövlət  məhəbbəti,  şöhrətpərəstlik, 
təkəbbür,  özünəpərəstiş,  riya,  lovğalıq,  özünübəyənmə  və  bir  də 
xəsislik. 
 
◘Bəyənilmiş  əxlaqın  da  on  bir  kökü  var;  tövbə,  Allahdan  qorxmaq, 
ümid,  zahidlik,  səbr,  şükür,  ixlas,  doğru  danışmaq,  təqdirə  razılıq, 
camaatı sevmək, ölümü yad etmək. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə