236
olduğu imam camaat, sahibindən qaçmış qulun namazı, şərab içənin
namazı, ərini qəzəbləndirib gecəni səhər edən qadının namazı, başını
örtməmiş namaz qılan qadının namazı, zülmkar rəhbərin namazı,
ribaxorun namazı, pis və çirkin işlərin qarşısını almayan kişinin
namazı.
◘Nazam dinin sütunudur. Namaz on məziyyətə sahibdir: üzün
gözəlliyini artırar, qəlbin nurani olmasına, bədənin rahatlığına səbəb
olar, qəbrdə insanın həmdəmidir, rəhmət nazil olma məhəllidir, göydən
baxan mələklərə işıqlı çıraq kimi görünər, mizanın ağırlığını artırar,
Allaha xoş gedər, Behiştə səbəb olar, Cəhənnəmlə bəndə arasında
səddə çevrilər. Hər kəs namazı dirçəltsə, dini dirçəldər. Hər kəs də
namazı tərk etsə, dini tərk edər.
◘Allah behişt əhlini behiştə daxil etmək istəyərkən bir mələyi bir
töhfə və bir behişt libası ilə onlara göndərər. Behişt əhli behiştə daxil
olmaq istəyərkən mələk onlara deyər: “Dayanın, mən Aləmlərin
Pərvərdigarı tərəfindən sizin üçün töhfə gətirmişəm.” Soruşarlar: “O nə
töhfədir?” Mələk deyər: “On üzükdür. Birincisinə “Siz artıq paksınız,
həmişəlik olaraq ora daxil olun!”, ikincisinə
Həmişəlik olaraq
salamat
və əmniyyətlə
ora daxil olun
”, üçüncüsünə “sizin qəm-qüssəniz, artıq
bitdi”, dördüncüsünə, “sizi bər-bəzəyə bürüyəcəyik”, beşincisinə,
“Sizdən ötrü pak-pakizə qadınlar–Hurilər hazır etmişik”, altıncısına,
“Etdikləriniz səbrə görə bu gün Mən onların mükafatlarını verəcəyəm”,
yeddincisinə, “Elə bir cavanlığa qovuşdunuz ki,
həmin cavanlığın
qocalığı
yoxdur
(yəni
əbədi
cavanlıqdır)”,
səkkizincisinə,
“Peyğəmbərlər, şəhidlər və salehlərlə yoldaşsınız”, doqquzuncusuna,
“Elə bir əmin-amanlığa qovuşdunuz ki, heç bir qorxu və narahatlıq
görməyəcəksiniz”, onuncusuna isə “Siz əzəmətli ərşin sahibi olan
mehriban və bağışlayan Allahın yanındasınız” yazılıb.” Mələk daha
sonra deyər: “Buyurun, daxil olun!” Onlar behiştə daxil olub deyərlər:
“Şükr olsun Allaha ki, qəm-qüssəni qəlbimizdən çıxartdı. Bizim
Allahımız bağışlayan və mehribandır. Şükr olsun Allaha öz vədəsinə
əməl etdi və bizi buranın varisləri etdi ki, ürəyimiz istədiyi yerə gedib
orada məskən salaq. Əməl sahibi olanların nə gözəl mükafatı var!!!”
◘Elə ki, Cəhənnəm əhlinin cəhənnəmə salınma vaxtı yetişdi, yenə də,
Allah-təala bir mələyii on üzüklə onlara göndərər. Həmin üzüklərə belə
yazılıb: Birincisinə «Cəhənnəmə daxil olun. Orada nə ölmək var, nə də
oradan çıxmaq imkanı», ikincisinə «Əzaba qərq olun. Sizin üçün heç
bir asayiş yoxdur», üçüncüsünə «Mənim rəhmətimdən naümid olun»,
237
dördüncüsünə «Qəm-qüssəyə batın», beşincisinə «Geyiminiz,
yeməyiniz, suyunuz, yatağınız hamısı atəşdən hazırlanmışdır»,
altıncısına «Siz atəş içində olduğunuz müddətdə daim Mənim qəzəbimə
uğrayacaqsınız», yeddincisinə «Bütün bunlar etdiyiniz günahların
cəzasıdır, səkkizincisinə «Etdiyiniz böyük günahlara görə nə tövbə
edirdiniz, nə də etdiklərinizə görə peşman olurdunuz, Mənim lənətim
olsun sizə!», doqquzuncusuna «Şeytanın ardınca getdiniz, dünya
həyatını daha üstün saydınız, axirətinizə əhəmiyyət vermədiniz. Buna
görə də dadın əzabı!», onuncusuna isə «Yalnız özünüzü danlayın.
Çünki sizə deyilənləri qəbul etmədiniz, günahlara davam etdiniz, bütün
bu üzdöndərmələrinizə görə əzaba düçar olun!»
◘Bir gün Peyğəmbər (s) İblisdən soruşdu: “Mənim ümmətimdən olan
dostların nə qədərdir?” İblis cavab verdi: “On dəstə: zalım rəhbərlər,
lovğa dövlətlilər, hardan gəlib, hara sərf olunmasının ondan ötrü heç bir
fərqi olmayan haramyeyən, rəhbərin zülmü ilə müvafiqət edən alim,
xain (camaatı aldadan) tacir, möhtəkir (yəni, bir şeydən çox miqdarda
alıb qıtlıq zamanında da onu baha satmaqdan ötrü saxlayan kəs),
zinakar, ribaxor (sələmçi), simic və bir də hardan gəldi mal toplamağa
çalışan kəs.” Sonra Həzrət (s) soruşdu: “Bəs mənim ümmətimdən olan
düşmənlərin kimlərdir?” İblis cavab verdi: “On beş dəstə insan.
Birincisi, sən özün, ikincisi, əməl sahibi olan alim, üçüncüsü, Quran
qiraət edib ona əməl edənlər və beş dəfə azan deyənlər, dördüncüsü,
yoxsulları, kimsəsizləri və yetimləri sevənlər, beşincisi insanları sevib
onlara qarşı mehriban olanlar, altıncısı, haqq qarşısında təvazökar
olanlar, yeddincisi, ömrünün baharını Allaha itaətdə keçirərək gecənin
bir aləmi bütün gözlər yuxuda olarkən namazla məşğul olan cavanlar,
səkkizincisi, haramdan qorunan kəslər, doqquzuncusu, Allah yolunda
xeyirxahlıq edənlər, (başqa bir hədisdə “qəlbində heç bir kin
qoymayaraq mömin qardaşından ötrü dua edənlər”), onuncu, daim
dəstəmazlı olanlar, on birincisi səxavətlilər, on ikinci xoş xasiyyət
olanlar, on üçüncüsü, Allahın vədələrini təsdiqləyənlər, on dördüncü,
pakdamən və örtülmüş qadınlar, on beşincisi də, ölümə hazır olan
kəslər.”
ÜÇÜNCÜ FƏSİL
Şiələrin Peyğəmbərdən (s) və Həzrət Əlidən (ə) nəql
etdikləri hədislər
◘Peyğəmbər (s) buyurub: ”Allaha ağıldan da artıq heç bir şeylə ibadət
etmək olmaz. Mömin də nə qədər ki, on xüsusiyyətə yiyələnməyib onu
238
ağıllı hesab etmək olmaz. Həmin xüsusiyyətlər bunlardır: camaat onun
xeyrinə ümidvar olsun, şərindən amanda olsun, başqalarının xeyir işini
az olsa da, çox hesab etsin, öz yaxşı işlərini isə çox olsa da az hesab
etsin, ömrü boyu elm öyrənməkdən yorulmasın, ona ehtiyaclarını
bildirənlərin işlərini yoluna qoymaqdan usanmasın, tanınmamağı şöhrət
və ehtiramdan daha artıq sevsin, yoxsulluğu varlılıqdan daha artıq
xoşlasın, dünyadan yalnız zəruri ehtiyaclarını ödədiyi qədər istifadə
etsin və nəhayət, onuncu və eyni zamanda ən mühümü budur ki, hər kəs
barədə onun özündən üstün olduğu fikrində olsun. Çünki camaat ona
nisbətən iki dəstədir: ya ondan üstündür, ya da üstün deyil. Üstün olan
barədə təvazökar olsun ki, ona çata bilsin. Xoşu gəlmədiyi şəxs
barəsində də belə fikirləşsin: “Ola bilsin ki, batini məndən daha
yaxşıdır”, yaxud “ola bilsin ki, inhirafdan qayıdar və aqibəti xeyirlə
tamamlanar.” Hər kəs bu on xüsusiyyətə riayət etsə əzəmətə və
insaniyyətin yüksək dərəcəsinə yiyələnmiş olar və bu şəxs öz dövrünün
bütün insanlarından üstündür.
◘Məaz deyir ki, bir gün Peyğəmbərdən (s) Qiyamətin dəhşətli
qorxuları barədə soruşdum. Həzrət (s) buyurdu: “Böyük bir şey barədə
soruşdun: “Sonra mübarək gözlərindən yaş axmağa başladı və buyurdu:
“Mənim ümmətimdən on tayfa məhşərə müxtəlif sifətlərdə daxil olar.
Bəziləri meymun, bəziləri isə donuz sifətində həşr olunar. Bəziləri
ayaqları yuxarı, başı aşağı, üzləri də yerlə sürünə-sürünə məhşərə gələr,
bəziləri kor, kar və lal halda həşr olar. Bəziləri dilləri ağızlarından çıxıb
sinələrinə qədər sallanar dilindən üfunətli çirk axaraq hamıya əziyyət
verər. Bəzilərini qolları və ayaqları kəsilmiş halda, bəziləri isə atəşdən
olan dar ağacından asılmış halda həşr olunar. Bəziləri əyinlərində
dərilərinə yapışmış qır köynəklər olduğu halda pis iy verə-verə məhşərə
gələrlər. Meymun sifətində olanlar sözgəzdirənlərdir. Donuz sifətində
olanlar haram yeyənlərdir. Başayaqlar riba yeyənlərdir. Korlar zülmkar
qazilər, korlar və lallar isə özlərini bəyənənlərdir. Dilləri sallanaraq
ondan üfunətli çirk axanlar qeybət edənlərdir. Qolları və ayaqları
kəsilmiş halda həşr olunanlar qonşularına əziyyət edənlərdir. Odlu dar
ağaclarından asılmış vəziyyətində olanlar camaatı qaniçən zalımların
çənginə verməyə səy göstərənlərdir. Dərilərinə pis iyli qır köynəklər
yapışmışlar isə şəhvətbazlar, əyyaşlar və ilahi hüquqları ödəməkdən
çəkinən şəxslərdir. Axırıncı dəstədən olanlar isə Allah bəndələrinə
böyüklük edən lovğalar və mütəkəbbirlərdir.”
◘Əliyə (ə) verdiyi göstərişlərində belə buyurur: “Ey Əli! Sən öz xalis
şiələrini on imtiyazla müjdələ:
Dostları ilə paylaş: |