227
DOQQUZUNCU BÖLMƏ
Doqquz tərkibli nəsihətlər
BİRİNCİ FƏSİL
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
◘Doqquz şeyin doqquz afəti var: danışığın afəti yalan, elmin afəti
unutmaq, helmin afəti ağılsızlıq, ibadətin afəti süstlük, xoş təbiətli
olmağın afəti boşboğazlıq, şücaətin afəti zülm, səxavətin afəti minnət,
gözəlliyin afəti lovğalıq, əsil-nəcabətin afəti iftixardır.
◘Peyğəmbər (s) Xeybərin fəthindən sonra üzünü müsəlmanlara tutub
onları doqquz şeydən çəkindirdi: zina müqabilində muzd ödəmək,
heyvanları pul müqabilində cütləşdirmək, qızıl üzük taxmaq, itə qiymət
qoymaq (ov iti, çoban iti, evi və bağ-bostanı qoruyan itlər istisnadır.),
ipək paltar geymək, yırtıcı heyvanların ətindən istifadə etmək, qızılı
qızıla, gümüşü gümüşə satarkən artıq-əskikliyə yol vermək, uğur və
nəhs işləri və s. məsələləri təhqiq etməkdən ötrü astronomik
araşdırmalar aparmaq.
◘Mənim ümmətimə doqquz şeydən günah yazılmaz: Səhv,
unutqanlıq, zorla məcburiyyət, qüdrəti çatmadığı şeydən ötrü, zərurət,
ürəyə pis şey gəlmək (məqsəd budur ki, bu cür şeylərin, məsələn, səfərə
çıxarkən qarşısında qara pişik keçməyin və s. bu kimi işlərin günahı
bağışlanmışdır, lakin, bunlara etina etmək olmaz.) və qəlbə gələn
vəsvəsələr, məsələn, hər hansı bir şəxs barədə pis fikirləşmək, bu da nə
qədər ki dilə gəlməyib, günah hesab olunmaz.
◘Allah-təala İslamı mənim əlimlə rövnəqləndirdi, Quranı mənə nazil
etdi. Kəbəni mənim əlimlə açdı, məni bütün insanlardan üstün etdi,
dünyada məni bəşərin sevinc və şadlıq vasitəsi, Qiyamət günündə isə
məhşərdə toplaşan insanların ziynəti qərar verdi, məndən qabaq behiştə
daxil olmağı bütün peyğəmbərlərə, eləcə də, bütün ümmətlərə mənim
ümmətimdən qabaq haram etdi. Məndən sonra canişinliyi Qiyamətə
qədər əhli-beytimə həvalə etdi və mənim dediyim hər bir şeyə qarşı
çıxan şəxs Allaha qarşı kafir olmuşdur.
◘Cabir deyir: “Bir gün Həzrət Peyğəmbərin (s) hüzurunda idim.
Üzünü Əliyə (ə) tutub buyurdu: “Ey Əbəlhəsən! İstəyirsənmi ki, sənə
228
bir müjdə verim?” Əli (ə) ərz etdi: “Bəli, əlbəttə, ya Rəsuləllah!”
Peyğəmbər (s) buyurdu: “Elə indicə Cəbrail nazil olub Allah tərəfindən
xəbər gətirdi ki, sənin şiələrinə doqquz imtiyaz verilib: ölüm zamanı
rahatlıq və xoş münasibət, vəhşət zamanı qəlbi aramlıq, (axirət və
qəbir) qaranlığından nur, (Qiyamət) qorxusundan amanda olmaq,
əməllər haqq-hesab olunarkən fəzl və kərəm, Sirat körpüsündən
asanlıqla keçmək, behiştə digər insanlardan qabaq daxil olmaq və
nəhayət, nurları öndən və sağdan onlara doğru tələsər.”
◘Allah-təala mənə doqquz şey tapşırıb, mən də onları sizə tövsiyə
edirəm: gizlində də, aşkarda da ixlaslı olmaq, qəzəbli olanda da, halın
xoş olduğu vaxtda da ədalətli olmaq, yoxsul olanda da, varlı olanda da
iqtisada riayət etmək, zalımı bağışlamaq, məni məhrum edənə əta
etmək, məndən əlaqəni kəsənlə əlaqə yaratmağa çalışmaq, sükutumun
təfəkkür, danışığımın zikr və baxışımın ibrət olmasını.
◘Bir gün bir yəhudi öz dostuna dedi: “Gedək bu peyğəmbəri görək.”
Dostu dedi: “Peyğəmbər demə. Çünki eşitsə öz-özünə fəxr edər.” Onlar
Peyğəmbərin (s) hüzuruna gəlib soruşdular: “Doqquz açıq-aşkar hökmü
olan ayə hansılardır? “Peyğəmbər (s) buyurdu: “Allaha şərik qoşmayın,
israf etməyin, zina etməyin, Allahın möhtərəm bildiyini nahaqdan
öldürməyin, günahsızı öldürmək üçün qoluzorluların çənginə verməyin,
cadu ilə məşğul olmayın, pakdamən qadınlara böhtan atmayın,
döyüşdən qaçmayın və xüsusən, siz israillilər, şənbə günü həddi
aşmayın.” Yəhudilər Peyğəmbərin (s) əlindən öpüb onun
peyğəmbərliyinə şəhadət verdilər.
İKİNCİ FƏSİL
Əmirəl-möminindən (ə) hədislər
◘And olsun Allaha! Allah mənə doqquz imtiyaz vermişdir ki, bu
imtiyazları məndən və İslam Peyğəmbərindən (s) başqa heç bir kəsə
verməmişdir: Səbəblərin yollarını üzümə açıb (yəni, bütün işlərin
səbəblərindən xəbərdaram), bulud məndən ötrü hərəkət etmişdir,
ölümlərdən və giriftarçılıqlardan xəbərdaram, haqq və batili tanıyıram,
Allahın izni ilə mələkut aləminə baxıb keçmişdən və gələcəkdən
229
xəbərdar oldum və heç bir şey məndən örtülü deyil, Allah mənim
vilayətimlə bu ümmətin dinini kamil etdi və onlara öz nemətini
tamamladı və dinlərini qəbul etdi. Bunu Allah Qədir-Xum günündə
Peyğəmbərə (s) vəhy olaraq bu ayədə göndərdi: “Bu gün sizin dininizi
kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq
İslamı bəyəndim.” Bütün bunlar Allahın mənə əta etdiyi nemətlərdir.
Əlhəmdulillah.
◘Şəbi deyir: “Əli (ə) doqquz misli görünməmiş fəsahət və bəlağətli
cümlə işlətmişdir ki, bütün insanlar bir yerə cəm olsalar da bunların bir
cümləsi kimi cümlə işlədə bilməzlər. Bu cümlələrin üçü o həzrətin (ə)
münacatlarından, üçü hikmətli sözlərindən, üçü də ədəb və əxlaq
mövzusunda olan kəlamlarındandır. Münacatlarından olan üç cümləsi
bunlardır:
“İlahi, mənim başucalığımdan ötrü Sənə bəndə olmağım və iftixar
etməyimdən ötrü, Sənin kimi bir Allahımın olmağı mənə bəsdir. İlahi,
Sən mənim sevdiyim kimisən və məni də elə et ki, sənin sevdiyin kimi
olum.”
◘Hikmətli sözlərindən olanlar bunlardır:
“Hər kəsin qədir-qiyməti onun elmi və (Allaha qarşı olan) mərifəti
qədərdir. Hər kəs öz qədrini bilsə həlak olmaz. Hər kəs dilinin
arxasında gizlənmişdir.”
◘Ədəb barəsində olan sözlərindən olanlar isə bunlardır:
“Hər kəsi yaxşılıqlara tutsan, onun əmiri olarsan. Hər kəsə tərəf
ehtiyac əlini uzatsan, onun əsiri olarsan. Hər kəs qarşısında öz
ehtiyaclılığını gizlətsən, onunla bərabər və həmtay olarsan.”
Həm şiələrin, həm də sünnilərin nəql etdikləri hədislərdən
◘Həzrət Sadiq (ə) buyurub: “İslam Peyğəmbəri (s) doqquz şeydən
ötrü zəkat qərar verib: buğda, arpa, xurma, kişmiş, qızıl, gümüş, inək,
qoyun və dəvə.”
◘Harun ibn Həmzə deyir ki, bir gün həzrət Sadiqdən (ə) soruşdum:
“Həzrət Musanın (ə) doqquz möcüzəsi hansılar idi?” Həzrət (ə)
buyurdu: “Çəyirtkə, gənə, qurbağa, qan, tufan, dərya, daşı çatlatmaq,
əsa və öz əli.”
◘Dünya bir surətə bənzəyir ki, başı təkəbür, gözü hərislik, qulağı
tamah, dili riya, əli şəhvət, ayağı xudpəsəndlik, qəlbi qəflət, varlığı fəna
Dostları ilə paylaş: |