224
Səkkizinci budur ki, gördüm insanların bəzisi bədənlərinin
sağlamlığına, bəzisi var-dövlətinə, bəzisi də özləri kimi insanlara
arxayın olur. Allah-təala isə Quranda belə buyurur: “Hər kəs Allah
qarşısında təqvalı olsa, Allah onun üçün düşdüyü çətin vəziyyətlərdən
çıxış yolu açar və güman etmədiyi yerdən onun ruzisini yetirər və hər
kəs Allaha təvəkkül etsə, Allah ona bəsdir.” Buna görə də mən Allaha
etimad göstərib Ona təvəkkül etdim və gözümü başqa şeylərə yumdum.
Həzrət (ə) buyurdu: And olsun Allaha! Tövrat, İncil, Zəbur, Quran və
bütün asimani kitablar məhz bu səkkiz məsələni ehtiva edir.
DÖRDÜNCÜ FƏSİL
Zahidlərin dediklərindən
◘Bir zahid bir qaziyə deyir: “Mən istərdim sən bu vəzifədən uzaq
olasan. Lakin indi ki, bunu öz öhdənə almısan, onda səkkiz şeyə riayət
et: Danlaqdan qorxma, tərifə ürək bağlama, işdən çıxarılmaqdan
qorxma, hökmü bilsən də məşvərət etməkdən imtina etmə, haqq sənə
məlum olsa, onu bəyan etməkdən ötrü bir an da yubanma, qəzəbli halda
qəzavət etmə, nəfsani istəklərə uyma və nə qədər ki münaqişə
tərəflərinin hər ikisi hazır olmayıb, bir tərəfə qulaq asma.”
◘Səkkiz şey səkkiz şeyin bəzəyidir: heysiyyət, izzəti-nəfs fəqirliyin,
şükr var-dövlətli olmağın. Səbr bəlanın, təvazö nəcabətin, helm alimin,
özünü kiçik tutmaq elm öyrənənin, ağlamaq qorxunun, xüşu da
namazın.
◘Hər kəs səkkiz şeyi tərk etsə, səkkiz şey əldə edər. Boş-boş və
faydası olmayan danışığı tərk edən hikmət əldə edər, yersiz baxışları
tərk edən qəlbin xüşusunu əldə edər, çox yeməkdən çəkinən şəxs
ibadətin ləzzətini dadar, dünya məhəbbətini qəlbindən çıxaran kəsə
axirət məhəbbəti nəsib olar, başqaların eyiblərini axtarmaqdan çəkinən
şəxsin diqəti öz eyiblərinə yönələr və onları islah etməklə məşğul olar,
Allahın zatı barədə düşünməkdən çəkinən kəs nifaqdan amanda olar,
camaatla düşmənçilik etməyən kəs onların məhəbbətinə nail olar və hər
kəs bədənini bəsləməkdən əl çəksə, asayiş əldə edər.
◘Səkkiz xüsusiyyətin ardınca gəzdim, bütün dünya və axirət xeyrini
həmin şeylərdə tapdım:
1. Qüdrət və məqam əldə etmək istədim, onu elmdən başqa bir şeydə
görmədim. Elm və bilik ardınca gedin ki, həm dünyada, həm də
axirətdə əzəmət sahibi olasınız.
225
2. Böyüklük axtardım, bunu təqvadan başqa bir şeydə görmədim.
Təqvalı olun ki, böyüklük əldə edəsiniz.
3. Var-dövlət əldə etmək istədim, bunu qənaətdən başqa bir şeydə
görmədim. Qənaət edin ki, ehtiyacsız olasınız.
4. Asayişi əldə etmək istədim. Bunu nalayiq və fərsiz insanlardan
uzaq olmaqda gördüm. Bu cür insanlarla yoldaşlıq etməkdən uzaq olun
ki, rahatlıq əldə edəsiniz və Allahın əzabından amanda qalasınız.
5. Salamatlıq ardınca gəzdim, bunu Allaha itaətdən başqa bir şeydə
görmədim. Allaha itaət edin ki, salamat qalasınız.
6. Xüzu və təvazö ardınca gəzdim, bunu haqqı qəbul etməkdən başqa
bir şeydə görmədim. Haqqı qəbul edin ki, təkəbbürdən uzaq olasınız.
7. Həyatın ləzzətini axtardım, bunu nəfsani istəkləri tərk etməkdə
gördüm. Nəfsin istəklərini tərk edin ki, həyatın ləzzətini da dadasınız.
8. Camaatın tərifinin ardınca getdim, bunu səxavətdən başqa bir
şeydə görmədim. Səxavətli olun ki, yaxşı ad qazanasınız.
◘Rum hakimi Qeysər bir keşişdən soruşdu:
–Ən böyük hikmət nədir?
–Keşiş cavab verdi:
–Öz qədir-qiymətini bilmək.
–Ən kamil əql hansıdır?
–Elmin hüdudlarını aşmamaq.
–Ən böyük helm nədir?
–Söyüş qarşısında səbr etmək.
–Heysiyyətin ən böyük qoruyucusu nədir?
–Abırı qorumaq.
–Ən kamil mal-dövlət hansıdır?
–Haqqı ödənilmiş mal (yəni, vacib vergiləri ödənilmiş mal)
–Ən yaxşı səxavət nədir?
–Təqva və ixlas.
–Ən yaxşı sultan kimdir?
–Qüdrətli olduğu halda helmi hər kəsdən artıq, qəzəb halında cəhli
hər kəsdən az və qüdrətin davamlı olmasını yalnız və yalnız ədalətli
olmaqda görən sultan.
NƏTİCƏ
Dili qorumaq barədə
◘Əziz qardaş! Dilinin bacardığın qədər qoru! Bu üzv Allahı zikr
etməkdən ötrü, Quran oxumaq, insanları irşad etmək, dini və dünyəvi
226
məsələlər barədə öz hacətlərini ödəmək üçün ötrü yaradılmışdır. Əgər
dildən yaradılış hədəflərindən başqa şeylərdən ötrü istifadə etsən,
böyük ziyana uğramış olarsan. Dilini səkkiz şeydən qoru:
1. Yalan söz danışmaqdan. İstər ciddi olsun istərsə də zarafatyana.
Əgər yalan zarafata adət etsən, tədricən yalan deməklə həddi aşacaqsan.
Bil ki, yalan kəbirə günahlardandır.
2. Verdiyin vədə xilaf çıxmaqdan. Məbada, yaxşılıq vədəsi verib,
sonra ona xilaf çıxasan! Gərək yaxşılığın əməldə olsun, dildə yox. Əgər
naçar qalıb vədə vermiş olsan, heç vaxt ona xilaf çıxma. Yalnız, zəruri
hallar istisnadır. Vədəyə xilaf çıxmaq münafiqlik əlamətidir. İkiüzlülük
də napak əxlaqdan irəli gəlir.
3. Qeybətdən. Bir çox hədislər əsasında məlum olmuşdur ki, qeybət
etməyin çox böyük günahları var.
4. Camaatın narahatlığına və incikliyinə səbəb olan höcət və mücadilə
etməkdən. Bil ki, bu, cəhl və nadanlıq əlamətidir.
5. Özünü tərifləməkdən. Bu çox pis xüsusiyyətdir. Allah-təala
buyurur: “Özünüzü tərifləməyin ki, Allah təqvalıları daha yaxşı
tanıyır.” Bir hikmət sahibindən soruşdular: “Xoşa gələn düz, lakin pis
söz nədir? “Cavab verir: “Özünü tərifləmək.”
6. Müsəlmana lənət etməkdən. Bu işdən var gücünlə çəkin!
7. Allahın yaratdıqlarına nifrin etməkdən. Hətta, əgər sənə zülm etmiş
olsa da. Çünki, hədislərdə gəlib: “Məzlum şəxsin intiqam üçün zalım
barəsində etdiyi duanı Allah qəbul edər. Lakin gördüyü zülmdən artıq
nifrin edərsə, həmin miqdarda zalımın onun boynunda haqqı var.”
8. Nalayiq zarafat və məsxərədən. Dilini bu cür narəva sözlərdən
qoru. Çünki bu, insanın abrını aparar, onun alçalmasına, düşmənçiliyə,
qəlblərdə kin və ədavətin cücərməsinə səbəb olar. Heç kəslə zarafat
etmə, əgər səninlə də zarafat etsələr cavab vermə ki, qoy söhbətin
mövzusu dəyişsin. O kəslərdən ol ki, özünü ağır apararaq ləğv və
bihudə işlərdən uzaq gəzir.
Bütün bunlar dilin afətləridir. Bunlardan xilas olmaqdan ötrü təklikdə
olmaq və zəruri hallardan başqa bir söz deməkdən çəkinmək üçün
ciddiyyət göstərmək lazımdır. Bu dildən özünü möhkəm qoru! Bu dil
vasitəsi ilə hər iki dünyanın həlakətinə məruz qalarsan.
Dostları ilə paylaş: |