Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə73/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   69   70   71   72   73   74   75   76   ...   100

 
221 
İKİNCİ FƏSİL 
Həzrət Əmirəl-möminindən (ə) hədislər 
◘Qəlbi  aramlıqlar  və  ruhi  hazırlıqla  qılınmayan  namazda  xeyir 
yoxdur.  Boş-boş  və  faydasız  şeylərdən  çəkindirməyən  orucun  da 
faydası  yoxdur.  Təfəkkür  və  düşüncəsiz  oxunan  Quranın  faydası 
yoxdur.  Təqvasız  elmin  heç  bir  xeyri  yoxur.  Eləcə  də,  səxavətsiz 
dövlət, günahdan çəkinilməyən xəlvət, davamsız nemət, ixlassız duanın 
heç bir faydası yoxdur. 
 
◘Əgər səkkiz kəs özünə hörmətsizlik və təhqir görsə, özündən başqa 
heç kəsi  qınamasın:  Dəvətsiz gəlib süfrə  arxasında  oturan,  ev  yiyəsinə 
ağalıq  edən,  düşmənlərdən  xeyir  gözləyən,  alçaqlardan  alicənablıq 
intizarında  olan,  camaatın  məhrəm  söhbətlərinə  soxulan,  sultanların 
ünvanına pis sözlər deyən, özünə uyğun olmayan məclisdə iştirak edən 
və qulaq asmayandan ötrü danışan. 
 
◘Bir gün Həzrət Əli (ə) Peyğəmbərin (s) hüzuruna getdi. Peyğəmbər 
(s) ondan soruşdu: “Ey Əbəlhəsən, vəziyyətin necədir? “Həzrət Əli (ə) 
cavab  verdi:  “Elə  bir  haldayam  ki,  səkkiz  tələbkar  məndən  öz 
tələblərini  gözləyir.  Allah  vacibatı  tələb  edir,  siz  müstəhəbat,  əməl 
yazan  mələklər  doğruçulluq,  ölüm  mələyi  ruh,  ailəm  yemək,  şeytan 
günah, nəfs ləzzət, dünya isə meyl və rəğbət.” 
 
◘Hər kəs daim məscidə get-gəl etsə, səkkiz şeydən faydalanar: Allah 
yolunda  olan  qardaşlarla  dostluq  edər,  yeni-yeni  biliklər  əldə  edər, 
Quran  ayələri  ilə  tanış  olar,  rəhmətə  qovuşar,  ona  nicat  verəcək 
nəsihətlər eşidər, hidayətinə səbəb olan söhbətlərə qulaq asar, ya qorxu, 
yaxud da həya üzündən günahı tərk edər. 
ÜÇÜNCÜ FƏSİL 
İmam Sadiqdən (ə) hədislər 
◘Bir  nəfər  Həzrət  Sadiqə  (ə)  ərz  etdi:  “Siz  bütün  insanları  adam 
surətində  görürsünüzmü?  “  Həzrət  cavab  verdi:  “Səkkiz  dəstə  insanı 
kənara at. Həmin kəslər bunlardır:  
1. Dişlərini yumayan.  
2. Dar yerdə bardaş qurub oturan.  
3. Lazımsız və heç bir faydası olmayan işlərə girişən.  
4. Heç bir məlumatı olmadan mübahisə edən.  
5. Heç bir ağrısı olmayıb nalə edən.  


 
222 
6. Heç bir bəla üz verməmiş pərişan olan.  
7.  Dostlarının  müttəfiq  olduqları  hər  hansı  bir  məsələdə  onlara 
müxalif olan.  
8. Ata-babaları heç bir iftixara layiq olmadığı halda onları öyən. 
Belə  kəslər  barədə  Allah-təala  buyurur:  “Onlar  heyvan  kimidirlər, 
bəlkə ondan da aşağıdırlar.” 
 
◘Məhəmməd ibn Müslim deyir: Bir gün İmam Sadiqə (ə) ərz etdim: 
“Sənə fəda olum, necə olur ki, biz, kafirlərin cəhənnəm əhli olduqlarını 
iddia  edirik,  lakin  özümüzün  cənnət  əhli  olduğumuzu  iddia  edə 
bilmirik.” O həzrət buyurdu: “Bu sizin özünüzün (dini məsələlərdə) zəif 
olduğunuzdan  irəli  gəlir.  Əgər  böyük  (kəbirə)  günahları  yerinə 
yetirmirsinizsə, siz də behişt əhli olmağınızı iddia edə bilərsiniz.” Mən 
soruşdum: “ Böyük günahlar hansılardır?” Həzrət (ə) buyurdu: “Allaha 
şərik qoşmaq, ata-anaya zülm etmək, İslam şəhərinə mühacirət etdikdən 
sonra  küfr  şəhərinə  qayıtmaq,  pakdamən  bir  qadına  böhtan  atmaq, 
döyüşdən  qaçmaq,  yetimin  malını  zorla  yemək,  İslamın  hökmündən 
xəbərdar  olduğu  halda  riba  (faizə  pul)  almaq  və  mömini  öldürmək.” 
(Böyük günahların sayı qırx və bir az da çoxdur. Lakin burada səkkizi 
göstərilib.) 
 
◘Məscidləri alqıdan, satqıdan, dəlidən, günahdan, itmiş bir şeyi elan 
etməkdən,  qəzavətdən  ,  hədd  icra  etməkdən  (yəni,  günahkarı 
cəzalandırmaqdan) və səs-küydən qoruyun. 
 
◘Çox  gözəl  olar  ki,  mömin  bu  səkkiz  xüsusiyyətə  malik  olsun; 
pərişanlıq zamanı soyuqqanlı, dəyişməz və mətanətli olsun, müsibətlər 
zamanı səbirli və dözümlü olsun, nemət zamanı şükürlü olsun, Allahın 
verdiyi  ruziyə  qane  olsun,  düşmənlərə  zülm  etməsin,  dostlarının 
boynuna  ağır  vəzifələr  qoymasın,  bədəni  onun  əlindən  əziyyətdə 
olmasın,  camaat  onun  tərəfindən  amanda  olsun.  Elm  möminin 
dostudur.  Helm  isə  silahdaşı  və  vəziri,  səbr  qoşununun  əmir  və 
sərkərdəsi, mehribanlıq və mərhəmət qardaşı, mülayimlik və yumşaqlıq 
isə atası. 
 
◘Bir  gün  İmam  Cəfər  Sadiq  (ə)  şagirdlərinin  birindən  soruşdu: 
Mənim məktəbimdə nə öyrənmisən? Şagird dedi: Səkkiz məsələ. İmam 
buyurdu: Bir-bir say görüm hansılardır. O dedi: Birincisi, başa düşdüm 
ki, ölüm zamanı hər kəs istədiyi və sevdiyi şeydən ayrılır. Ona görə də 
bütün  səy  və  himmətimi  ölüm  vasitəsilə  ayrılmayacağım  şeylərə  sərf 
etdim.  Yəni,  tənhalığın  həmdəmi  olan  xeyir  əməllər  qazanmağa 


 
223 
çalışdım.  Bu  barədə  Quran  buyurur:  Hər  kəs  etdiyi  yaxşı  işin 
mükafatını  alacaq.  Həzrət  buyurdu:  Əhsən  sənə,  vallah!  O  yenə  dedi: 
İkincisi, fikir verib gördüm ki, insanların bəzisi var-dövləti ilə fəxr edir, 
bəzisi  qohumları  ilə,  bəzisi  övladları  ilə.  Halbuki,  bunların  heç  biri 
iftixar  olunmağa  layiq  bir  şey  deyil.  Ən  böyük  iftixar  olunacaq  şey 
təqvadır.  Çünki  Allah-təala  Quranda  buyurur:  Sizin  Allah  yanında  ən 
üstününüz  ən  təqvalı  olanınızdır.  Buna  görə  də,  Allah  yanında  əziz 
olmaqdan  ötrü  çalışdım.  Həzrət  buyurdu:  Əhsən  sənə,  vallah!  Şagird 
davam elədi: Üçüncüsü budur ki, bir yandan insanların nəfsani istəklərə 
uymasını  müşahidə  edib,  digər  tərəfdən  də  Quranın  “Hər  kim  Allahın 
məqamından  qorxub  öz  nəfsinin  istəklərindən  çəkinsə,  behişt  onun 
yeridir” buyurduğunu görüb öz nəfsani istəklərimdən uzaq olmağa, ona 
uymamağa  çalışdım  ki,  Allahın  razılığı  yolunda  sabitqədəm  olum. 
İmam  buyurdu:  Əhsən  sənə,  vallah!  Şagird:  Dördüncüsü  budur  ki, 
gördüm  hər  kəs  malik  olduğu  dəyərli  şeylərin  əlindən  çıxmamasından 
ötrü  var-gücü  ilə  çalışır  və  Allah  buyurur:  Kimdir  o  şəxs  ki,  Allaha 
gözəl  bir  borc  versin,  Allah  da  həmin  borcu  ona  iki  qat  edib  daha  da 
dəyərlisini ona qaytarsın. Mən də iki bərabər əvəzi seçdim və Allahın 
sandığından  daha  etibarlı  sandıq  görmədim.  Buna  görə  də  nəzərimdə 
dəyərli  olan  hər  bir  şeyi  həmin  sandıqda  ehtiyat  saxlamağı  qərara 
aldım.  İmam  buyurdu:  Əhsən  sənə,  vallah!  Şagird  daha  sonra  dedi  : 
Beşincisi budur ki, camaat ruzi barədə bir-birinə paxıllıq edir, halbuki 
Allah  Quranda  buyurur:  Biz  dünya  həyatında  onların  ruzilərini  öz 
aralarında bölüşdürdük və bir iddə insanı başqalarından üstün etdik ki, 
bir-birilərinə  nisbətən  imtiyaz  sahibi  olsunlar  və  sənin  Pərvərdigarının 
rəhməti onların cəm etdiklərindən üstündür. Buna görə də heç vaxt heç 
kəsə  paxıllıq  etmədim  və  heç  vaxt  da  əlimdən  çıxan  bir  şeydən  ötrü 
təəssüflənmədim.  İmam  buyurdu:  Əhsən  sənə,  vallah!  Şagird:  Altıncı 
budur  ki  gördüm  camaat  bir-birinə  düşmənçilik  edir,  kin  bəsləyərək 
intiqam  almağa  çalışır,  Allah  isə  Quranda  buyurur:  Şeytan  sizin 
düşməninizdir,  elə  isə  siz  də  onu  düşmən  tutun.  Mən  də  şeytanla 
düşmən  olmağı  qərara  aldım.  Həzrət  buyurdu:  Əhsən  sənə,  vallah! 
Şagird  dava  elədi:  Yeddinci  budur  ki,  gördüm  camaat  halal-harama 
baxmadan  ruzi  əldə  etməkdən  ötrü  özünü  oda-közə  vurur,  halbuki, 
Allah-təala  buyurur:  «Mən  insanları  və  cinləri  yalnız  Mənə  ibadət 
etmələrindən  ötrü  yaratdım.  Onlardan  ruzi  tələb  etmirəm  və  onlardan 
yemək istəmirəm. Əksinə, ruzi verən də, əzəmətli qüdrət sahibi olan da 
Allahdır.» Başa düşdüm ki, Onun vədəsi haqq və dedikləri doğrudur və 
buna  görə  də  Onun  vədəsinə  və  sözünə  arxayın  olub  haram  dalınca 
getmədim. Bütün səy və himmətimi öz vəzifəmi icra etməyə sərf etdim. 
Həzrət  buyurdu:  Əhsən  sənə,  vallah!  Şagird  sözünün  sonunda  dedi: 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə