230
və hasilatı zavaldır. Onu sevən təkəbbürə düçar olar. Gözü önündə
dünya cilvələnən tamahkar olar. Arxasınca gedən hərisliyə düçar olar.
Ona pərəstiş edən riya donu geyər. Onu ələ keçirən xudpəsənd olar.
Ona arxayın olan qəflətə düçar olar. Dünyanın bər-bəzəyini gözü
önündə canlandıran ona aldanar. Dünya malı cəm edən kəs xəsisliyə
düçar olar və cəhənnəmə yuvarlanar.
◘Hədislərdə buyurulur ki, kamil bəndənin imanının doqquz
xüsusiyyəti var: şadlıq və fərəh onu batil yola çəkməz, qəzəb onu haqq
yoldan çıxarmaz, qüdrəti təcavüzə səbəb olmaz, artıq danışıqlardan
uzaq olar, malının artığını infaq edər, yaşayışında iqtisadçı olub orta
həddə yaşayar, düşmənlərinə qarşı mülayim, xoş xasiyyət və səxavətli
olar.
◘Sünnilər həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, buyurub: ”Həzrət
Musanın (ə) Tövratında gəlmişdir ki, bütün günahlar üç pis
xüsusiyyətdən qaynaqlanır: təkəbbür, hərislik və həsəd. Bu üç
xüsusiyyətdən də altı bəyənilməmiş xüsusiyyət meydana gəlir ki,
bunların da cəmi doqquz ədəddir: çox yemək, çox yatmaq, var-dövlət
hərisliyi, tərifdən və yaltaqlardan xoşu gəlmək və rəyasət (böyüklük)
eşqi.”
◘Əli (ə) buyurub: “Faydası olan ağlamaq üç cürdür: Allah
qorxusundan ağlamaq, günahdan utanmağa görə ağlamaq və Allahdan
ayrı düşmək qorxusu ilə ağlamaq. Bu ağlamaqların birincisi günahların
kəffarəsidir, ikincisi eyiblərdən paklanmağa səbəb olar, üçüncüsü isə
Allaha və onun razılığına qovuşmaq vasitəsidir. Günahın kəffarəsinin
verilməsi əzabdan xilas olmağa, eyiblərdən paklanma nemətlərin
davamlı olmasına, Allaha və Onun razılığına qovuşmaq isə onun
tərəfindən daha artıq mərhəmət və lütfə səbəb olar.”
Son
◘Peyğəmbərin (s) səhabələrindən biri deyib: “Beş vacib namazı əvvəl
vaxtında qılan kəsə Allah doqquz inayət göstərər: Allahın məhbubuna
çevrilər, bədəni sağlam olar, onu mələklər qoruyar, evi bərəkətlə dolar,
üzü saleh insanların surətini alar, ürəyi yumşalar, sirat körpüsündən
ildırım surəti ilə keçər, atəşdən xilas olar, Allah dərgahında heç bir
qorxusu və qəm-qüssəsi olmayanlarla bir yerdə olar.”
◘Başqa birisi deyib: “Ağlı olmayanın dini də yoxdur, dini olmayanın
əməli də yoxdur, əməli olmayanın səhih fikri olmaz, qane olmayanın
231
rahatlığı da olmaz, batini çirkin olanın tövfiqi də olmaz, ehtiyatla addım
atan salamat qalar, hər kəs tənbəlliyin əsiri olsa, ətrafını peşmançılıq
alar, günahdan çəkinməyən şəxsin Allahdan qorxusu yoxdur, nəfsinin
istəklərindən boyun qaçırmayan kəs əqlə itaət edə bilməz, əxlaqi
rəzilətlərdən acığı gəlməyən kəsin əxlaqi fəzilətlərdən də xoşu gəlməz.”
◘Bil ki, sözgəzdirən gərək həmişə qəzəb və kinə tuş gəlsin və belə
adamların dostluq və yoldaşlıqdan ötrü heç bir etibar və etimadı
yoxdur. Çünki, onun vücudundan doqquz çirkin xüsusiyyət var: yalan,
qeybət, peyman sındırmaq, xəyanət, hoqqa, paxıllıq, nifaq, fitnə
yaratmaq və məkr. Sözgəzdirən o kəsdir ki, Allahın göstərişi əsasında
insanlar arasında mövcud olan dostcasına ünsiyyət və rabitələri bir-
birinə vurur, insanlar arasındakı xoş münasibətləri korlayır.
◘Deyirlər Bozorgmehr öldükdən sonra onun kəmərində doqquz
cümlə yazıldığını görürlər:
1. Əgər Allah ruziyə zamindirsə, bəs qəm-qüssə nə üçün?
2. Əgər ruzi təqsim olunubsa, bəs hərislik nə üçün?
3. Əgər dünya aldadandırsa, bəs ona etimad nədir?
4. Əgər behişt haqdırsa, onda ibadətdən boyun qaçırmaq nədir?
5. Əgər qəbir haqdırsa, bəs möhkəm tikililər nə üçündür?
6. Əgər cəhənnəm haqdırsa, onda bütün bu gülüşlər nədir?
7. Əgər haqq-hesab haqdırsa, var-dövlət toplamaq nə üçündür?
8. Əgər Qiyamət günü varsa, bəs lərzəyə gəlməmək nə üçün?
9. Əgər şeytan insanın düşmənidirsə, onda ona itaət etmək nə
deməkdir?
232
ONUNCU BÖLMƏ
On tərkibli nəsihətlər
BİRİNCİ FƏSİL
Peyğəmbərdən (s) hədislər
◘Sədəqəni heç vaxt yaddan çıxarmayın. Çünki onun on xüsusiyyəti
var. Bunların beşi dünyaya, beşi isə axirətə aiddir. Dünyaya aid olanlar
bunlardır: malı və canı paklaşdırar, xəstələrə şəfa olar, qəlblərə şadlıq
bəxş edər, var-dövləti çoxaldar və ruzini artırar. Axirətə aid olan
xüsusiyyət isə bunlardır: Qiyamət günü baş üzərinə kölgə salar, haqq-
hesabın asan çəkilməsinə səbəb olar, savabları artırar, Sirat
körpüsündən asanlıqla keçməyə kömək edər və insanı ali dərəcələrə
çatdırar.
◘Elə ki, mənim ümmətim arasında on xüsusiyyət meydana gəldi,
onlar on əzaba düçar olarlar; elə ki, dua etmək azalar, bəla nazil olar,
elə ki, sədəqə vermədilər, xəstəliklər çoxalar, zəkat verməkdən boyun
qaçırsalar, heyvanlar qırılar, padşahlar zülm etsə, yağış yağmaz, zina
artsa, qəfil ölümlər çoxalar, riya və ikiüzlülük, özünügöstərmə artarsa,
zəlzələlər çoxalar. Allahın hökmü əsasında deyil, özlərindən hökm
versələr, düşmən onlara müsəllət olar, əhd-peyman sındırmaq artsa,
adam öldürmək rəvac tapar, satış zamanı çəkini azaltsalar, onlara qıtlıq
üz verər.
◘Allahdan qorxun, qohumlarınızla əlaqə yaradın. Bu iki xüsusiyyət
dünyada xeyir-bərəkət, axirətdə isə bağışlanmağa səbəb olar. Sileyi-
rəhmin isə (qohumlarla əlaqə saxlamağın) on özünəməxsus xüsusiyyəti
var: Allahın razılığı, qəlblərin şadlığı, mələklərin sevinci, camaatın
(bir-birinə) təşəkkür və razılığı, şeytanın xar olması, ömrün uzanması,
ruzinin genişlənməsi, ölülərin ruhunun şadlığı, alicənablığın artması və
savabın çoxluğu.
◘Bir gün bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: “Olarmı
mən ölümü arzulayım? “ Peyğəmbər (s) buyurdu: “Ölümə çarə yoxdur.
Lakin bu, uzun bir səfərdir. Bu səfəri arzulayan gərək öz yanında on
töhfə aparsın.” Kişi soruşdu: “Nə töhfə?” Peyğəmbər (s) buyurdu:
“Əzraildən ötrü, qəbirdən ötrü, Nəkir və Münkərdən ötrü, mizan
tərəzisindən ötrü, Sirat körpüsündən ötrü, Cəhənnəmin qapıçısından
Dostları ilə paylaş: |