239
1. Halalzadəlik.
2. Səhih iman.
3. Allahın onları sevməyini.
4. Qəbr genişliyini.
5. Sirat körpüsünün aydınlığını.
6. Fəqirlikdən qorxmamaq və qəlb ehtiyacsızlığı.
7. Onların düşmənləri ilə Allahın da düşmən olması.
8. Xora xəstəliyindən amanda olmaq.
9. Günahlarının bağışlanması.
10. Mənimlə behiştdə yanaşı olmaq.”
◘Həzrət Əli (ə) buyurur: “Peyğəmbərdən (s) mənə on iftixar ediləcək
şey qalıb ki, bütün dünyadan və günəşin saçdığı hər bir şeydən daha
dəyərlidir. O həzrət mənə buyurdu: “Ey Əli! Sən dünya və axirətdə
mənim qardaşımsan, məhşərdə mənə hamıdan yaxınsan, sən mənim
vəzirim və vəsimsən, ailə və malımda mənim canişinimsən, dünya və
axirətdə mənim bayraqdarımsan, sənin dostun mənim dostum,
düşmənin də mənim və Allahın düşmənidir.”
◘Bir gün Peyğəmbərdən (s) soruşdular: “Nə üçün bizim dualarımız
qəbul olunmur? Halbuki, Allah-təala buyurur: “Məni çağırın, Mən də
sizə cavab verim.” Həzrət (s) buyurdu: “On şey sizin qəlbinizi öldürüb:
1. Allahı tanıyıb öz bəndəlik vəzifələrinizi yerinə yetirməmisiniz.
2. Quranı oxuyub ona əməl etməmisiniz.
3. Peyğəmbərlə dost olduğunuzu iddia edirsiniz, lakin övladları ilə
düşmənçilik etdiniz.
4.
Şeytanla düşmən olduğunuzu deyirsiniz, lakin onun
ardıcıllarındansınız.
5. Dediniz ki, behişti istəyirik, lakin heç bir əməl yerinə yetirmədiniz.
6. Dediniz oddan qorxuruq, lakin bədənlərinizi ora atdınız.
7. Camaatın eyiblərini araşdırmaqla məşğul oldunuz, lakin öz
eyiblərinizdən xəbərsiz oldunuz.
8. Dünyaya düşmən olmağınızı dilə gətirdiniz, lakin var-dövlət
toplamaqla məşğul oldunuz.
9. Ölümü iqrar etdiniz, lakin ona hazırlaşmadınız.
10. Ölüləri torpağa tapşırdınız, lakin bundan ibrət almadınız. Bütün
bunlara görə də dualarınız qəbul edilmir.”
◘On şeydə möhtəkirlik etmək qadağandır: buğda, arpa, xurma,
kişmiş, qarğıdalı, yağ, bal, pendir, qoz, zeytun.
240
◘Mənim dediklərim şəriətdir, rəftarım təriqət, halətim həqiqətdir,
əqlimin üstünlüyü mərifət, ləyaqət və səlahətim elmdir, geyimim
təvəkküldür, xəzinəm qənaətdir, mənzilim doğruçulluq, məskənim
yəqin, iftixarım fəqirlikdir və elə məhz bu da mənim başqa
peyğəmbərlər yanında fəxrimdir.
◘Əli (ə) buyurub: ”Elm ən gözəl irsdir, əql ən gözəl (ilahi) bəxşişdir,
ədəbən gözəl məşğuliyyətdir, təqva ən gözəl ehtiyat azuqəsidir, ibadət
ən faydalı sərmayədir, saleh əməl ən gözəl rəhbərdir, xoş xasiyyət ən
gözəl dostdur, səbrli olmaq ən mənfəətli yoldaşdır, qənaət (qane olmaq)
ən böyük dövlətdir və tövfiq ən yaxşı köməkçidir.”
DÖRDÜNCÜ FƏSİL
İmam Məhəmməd Baqir (ə) və İmam Sadiqdən (ə) hədislər
◘Peyğəmbər (s) şərab barəsində on kəsə lənət edib: (şərab əldə etmək
məqsədi ilə) ağac əkənə, ona qulluq edənə, üzümünü sıxana, şərabı
içənə, paylayana, daşıyana, təhvil alana, satana, müştərisinə və pulunu
yeyənə.
◘İslamın on sütunu var: tövhidi iqrar etmək, gecə-gündüz vacibi
namazlar, cəhənnəm odu qarşısında sipər olan oruc, zəkat, həcc,
müsəlmanların izzəti olan cihad, imanı qoruyub saxlayan əmr be məruf,
günahkar əleyhinə höccət olan nəhy əz münkər, cəmiyyət və ismət
(yəni, nəfsi çirkinliklərdən qorumaq)
◘On şey var ki, hər kəs ölüm zamanı onlara malik olsa, behiştə gedər:
tövhid və nübüvvətin iqrarı, səmavi kitabları tanıyıb etiraf etmək,
namaz, zəkat, oruc, həcc, Allahın dostları ilə dostluq, düşmənləri ilə
düşmənçilik və hər cür günahdan uzaq olmaq.
◘On kəs on şeyin intizarında olmasın: lovğa yaxşı adın, hiyləgər
çoxlu dostun, ədəbsiz şərəfin, simic sileyi-rəhmin, məsxərəçi həqiqi
dostluğun, təhsili olmayan qəzavətin, qeybətcil xoşagəlməz hadisələrə
düçar olmaqdan salamat qalmağın, paxıl qəlb rahatlığının, xırdaçı
böyüklüyün, özünübəyənən təcrübəsiz isə hakimliyin.
◘Bir gün bir kişi İmam Sadiqin (ə) hüzuruna gəlib dedi: “Atam-anam
sənə fəda olsun, mənə mövizə et.” Həzrət (ə) buyurdu: “Əgər Allah-
təala ruziyə zamindirsə, qüssələnmək nə üçün? Əgər ruzi bölünübsə,
hərislik nə üçün? Əgər Qiyamət haqq-hesabı həqiqətdirsə (haram yolla)
241
dövlət toplamaq nə üçün? Əgər Allah infaqın əvəzini verəcəksə,
simiclik nə üçün? Əgər Allahın əzabı atəşdirsə, günah nə üçün? Əgər
ölüm haqdırsa, (günah və batil işdən ötrü) sevinmək, şadlanmaq nə
üçün? Əgər, əməllər barədə Allaha səhih hesabat veriləcəksə, özünü
aldatmaq nədir? Əgər Sirat körpüsündən keçmək haqdırsa xudpəsəndlik
nə üçün? Əgər hər şey müqəddər olunubsa, qəmlənmək nə üçün? Əgər
dünya fanidirsə, ona etimad nə üçün?
◘Ali insani keyfiyyətlər ondur. Bacarırsansa, bu keyfiyyətlərin
hamısını əldə et. Bu xüsusiyyətlər bəzən atada olur, lakin oğulda olmur,
bəzən də əksinə, oğulda olur, atada olmur, bəzən qulda olur, azad
insanda isə olmur. Həmin keyfiyyətlər bunlardır: camaatla rəftarda
doğrucul olmaq, düz danışmaq, əmanətdarlıq, sileyi-rəhm,
qonaqpərvərlik, dilənçiyə yemək vermək, yaxşılığın qədrini bilmək,
qonşuluq haqlarına riayət etmək, dostluq haqlarına riayət etmək və
nəhayət, bütün bu xüsusiyyətlərin başı olan həya.
◘Allah-təala öz Peyğəmbərini (s) ali əxlaqi keyfiyyətlər vasitəsi ilə
üstün etmişdir. Siz özünüzü yoxlayın. Görsəniz ki, bu xüsusiyyətləri
Allah sizə də verib, onların daha da kamala çatmasından ötrü çalışın:
yəqin, qənaət, səbr, şükr, razılıq, xoş xasiyyət, səxavət, qeyrət, şücaət
və alicənablıq.
◘“Qəsəsül-ənbiya” kitabında Peyğəmbərin (s) meracı barədə uzun və
müfəssəl bir hədis nəql olunub. Biz onun bir hissəsini nəql edirik:
–Ey Məhəmməd! İstə ki verim.
–Pərvərdigara! boynumuza ağır və bizi əldən salacaq yük qoyma.
Çünki mümkündür biz onları (ağırlığı səbəbindən) həll etməkdən boyun
qaçıraq və bu günahın nəticəsində Bəni-İsrailə etdiyin kimi öz
halallarını bizə haram edəsən.
Xitab oldu:
–Çətinlik və sıxıntını sənin ümmətinin üzərindən götürdüm. Allah
dininizi sizdən ötrü asanlaşdırmış, sizin üçün asayiş və rahatlıq
istəmişdir. Bəni-İsrailin boynunda on ağır vacibat var idi:
1. Günah etdikləri zaman halal yeməklər onlara haram olurdu. Bu
barədə Quranda belə buyurulur: “Yəhudilərin özlərinə etdikləri zülm
nəticəsində onlardan ötrü halal etdiyimiz pak-pakizə yeməkləri onlara
haram etdik.”
2. Əlli rəkət vacib namazları var idi.
3. Zəkatları mallarının dörddə-biri qədər idi.
Dostları ilə paylaş: |