242
4. Əgər cunub, ya heyz, yaxud da nifas halında olub su tapmasaydılar,
o halda da gərək su tapana qədər gözləməli idilər. Çünki onlardan ötrü
sudan başqa bir paklayıcı qərar verilməmişdi. (Lakin İslamda torpağa
təyəmmüm etmək də paklayıcı qismindədir)
5. Məsciddən başqa bir yerdə namaz qılmaq haqları yox idi.
6. Oruc tutan zaman əgər məğrib namazını qılsaydılar, yaxud onları
yuxu aparsaydı, növbəti gecəyə qədər bir şey yeməyə haqları yox idi.
(Yalnız, məğrib namazından qabaq, yaxud yatmamışdan qabaq yemək
yeyə bilərdilər).
7. Namazdan sonra və yatandan sonra Ramazan ayında cima onlara
haram idi.
8. Sədəqələri qəbul edilməsəydi, bu onların rüsvayçılığına səbəb
olardı. Çünki qəbul olunduğu halda atəş gəlib onun (yəni onların
sədəqələrinin) bir hissəsini yandırar, qalan hissəsi ilə yoxsullara
paylanılardı. Əgər, sədəqələri qəbul edilməsəydi, o zaman yanmırdı və
sahibi camaat arasında rüsvay olurdu. 9. Paltarları nəcis olsaydı, həmin
hissəni kəsib atmaqdan başqa çarəsi yox idi. 10. Günahları onların
biabırçılığına səbəb olurdu. Çünki gecə günah etsəydilər, səhər çağı
qapıları üzərinə yazılmış olurdu.
Bu on məsələ Musanın (ə) dininin ən çətin hökmlərindən idi. Bu
hökmlər İslam Peyğəmbərinin (s) duası ilə bu ümmət üzərindən
götürüldü. Bunun əvəzində on asan hökm müəyyən olundu. Xitab
olundu:
Ey Məhəmməd! Sənin dualarına görə günah səbəbinə halalları sənin
ümmətinə haram etmədim və Bəni-İsrailə haram etdiklərimi sənin
ümmətinə halal etdim.
Bu barədə Quranda belə buyurulur: “Adı və əlamətləri Tövratda və
İncildə göstərilmiş məkkəli Peyğəmbər onları yaxşı işlərə sövq edir və
pis işlərdən çəkindirir. Pak-pakizə şeyləri onlara halal, çirkinlikləri isə
haram edir.”
Ey Məhəmməd! Sənin etdiyin dualar səbəbinə ümmətindən ötrü əlli
rükət namazı vacib etmirəm və Öz fəzl və kərəmimə əsasən torpağı
sənin ümmətindən ötrü paklayıcı qərar verdim ki, qüsullu halda olub su
tapmadıqları təqdirdə pak torpaqla təyəmmüm etsinlər.
Bu barədə Quranda buyurulur: “Əgər xəstə, ya cunub, yaxud səfərdə
olsanız, yaxud hər hansı bir səbəb üzündən dəstəmaz, yaxud qüsul
almalı olsanız, su tapmadığınız halda torpağa təyəmmüm edin.
Ey Məhəmməd! Sənin duanın bərəkətinin səbəbinə sənin ümmətindən
ötrü onların məscidlərdən başqa yerdə qıldıqları namazlarını batil qərar
vermədim. Harda namaz qılırlarsa qılsınlar, Öz fəzl və kərəmimlə
onların bu namazlarını qəbul edərəm.
243
Ey Məhəmməd! Sənin duanın bərəkəti səbəbinə Ramazan ayında
namazdan və yatdıqdan sonra yeməyi sənin ümmətinə haram etmirəm
və Öz fəzl və kərəmimlə sübh azanına qədər yemək-içməyi onlara
mübah edirəm.
Ey Məhəmməd! Sənin duanın bərəkətli səbəbinə Ramazan ayının
gecələrində yaxınlıq etməyi sənin ümmətindən ötrü mübah edirəm.
Ey Məhəmməd! Sənin ümmətinin sədəqələrini onların rüsvayolma
səbəbi etmirəm.
Ey Məhəmməd! Suyu sənin ümmətindən ötrü paklayıcı qərar verdim.
Sənin ümmətinin Bəni-İsrail kimi paltarlarının nəcis olmuş yerlərini
kəsmələrinə ehtiyac yoxdur (həmin hissəni su vasitəsi ilə paklaya
bilərlər.)
Ey Məhəmməd! Sənin ümmətinin günahlarını qapıları üzərinə
yazmaram və onları biabır etmərəm. Öz fəzl və rəhmətimlə onların
günahlarını mələklərin və digər məxluqatın gözündən gizli
saxlayaram.”
BEŞİNCİ FƏSİL
Duanın ədəbləri barədə
◘Duanın on ədəbi vardır:
1. Şərəfli məqamları qənimət hesab etmək. Məsələn, ərəfə günü,
ramazan ayı, cümə günü, gecənin axırları (yəni, gecənin sübh
namazından qabaqkı hissəsi) və s. Peyğəmbər (s) buyurub: Gecənin
axırıncı üçdə bir hissəsində Allah-təala bir mələyi dünya səmasına
göndərər ki, uca səslə car çəkib deyər: Kimdir ki, dua etsin və duası
qəbul olunsun? Kimdir ki, xahiş etsin və ona əta olunsun? Kimdir ki,
bağışlanma diləyir və bağışlanır?
2. Münasib anlardan yararlanmaq. Məsələn, hədislərdə gəlmişdir ki,
göyün qapıları mücahidlərin Allah yolunda döyüşmək üçün sıraya
düzüldükləri vaxt, vacib namaz vaxtları açıq olur. Elə isə, bu vaxtları
dua etməkdən ötrü qənimət bilin. Bir hədisdə Peyğəmbər (s) buyurur:
“Oruc tutan şəxsin duası rədd olunmaz.” Eləcə də, buyurub: “Bəndə
səcdədə olarkən Allaha yaxın olduğu qədər heç bir anda Ona bu qədər
yaxın olmur. Elə isə, səcdədə olarkən çox dua edin.”
3. Dua edərkən üzü qibləyə oturulsun və əlləri o qədər göyə qaldırsın
ki, qoltuqları görünsün. Salman Farsi Peyğəmbərin (s) belə
buyurduğunu deyir: “Sizin Allahınız kərim və həyalıdır. Elə ki, bəndəsi
dua etməkdən ötrü əllərini qaldırar, həya edər ki, Öz bəndəsinin əllərini
boş qaytarsın.” Peyğəmbər (s) hər zaman dua etdikdən sonra əllərini
mübarək üzünə sürtərdi.
244
4. Dua gərək aram və gizli şəkildə edilsin. Quranda buyurulur: “Öz
Pərvərdigarınızı gizli şəkildə və ah-zar edərək yalvardığınız halda
çağırın.”
5. Hacətlər dilə gətirilsin. İmam Cəfər Sadiq (ə) buyurub: “Allah-
təala dua edən bəndələrinin hacətlərindən xəbərdardır, amma Allahın
xoşu gəlir ki, bəndəsi öz hacətlərini dilə gətirsin və eləcə də, duanı cəm
halda edin ki, qəbul olunmağa daha yaxındır.”
6. Dua gərək ümid və qorxu halında edilsin; dua edərkən ali istəklərdə
olsun. Çünki, heç bir şey Allahdan ötrü çətin deyil və duanın qəbul
ediləcəyinə yəqini olsun, çünki, qəflətdə olan qəlbdən dua qəbul
edilməz.
7. Dua edərkən gərək israr edilsin və öz istəyini üç dəfə dilə gətirsin.
Məsud deyir ki, Peyğəmbər (s) dua və istəklərini üç dəfə təkrar edərdi.
Dua edərkən gərək tələsmək lazım deyil. Peyğəmbər (s) bu barədə belə
buyurur: “Dua qəbul olunar, lakin, siz tələsməyin və deməyin ki, mən
dua etdim, lakin qəbul olmadı. Çox dua edin, çünki, siz Kərim olan
Allahı çağırırsınız.
9. Duadan qabaq Allaha zikr deyilsin. Bir hədisdə deyilir ki,
Peyğəmbəri-Əkrəm (s) buyurub: “Dua etmək istəyərkən əvvəl mənə
salavat göndərin. Allah böyük kərəm sahibidir. Allah belə deyil ki, iki
istəyin birini qəbul edib, digərini geri qaytarsın. Çünki, salavat qəti
olaraq qəbul edilən duadır.
10. Duanın batini qaydaları yerinə yetirilsin. Bu, yuxarıda qeyd
olunan bütün şərtlərin əsası və köküdür. Məsələn, günahlardan tövbə
etsin, camaatın haqqını ödəsin, Haqqın müqəddəs zatına kamil surətdə
diqqət yetirsin və s.
Duanın qəbul olunmasından ötrü ən mühüm şərtlər bunlardır.
ALTINCI FƏSİL
Hikmət sahiblərinin dediklərindən
◘Bir hikmət sahibi deyib: “Ağıllı insanın on xüsusiyyəti var.
Bunlardan beşi zahirdə, beşi isə batindədir. Zahirdə olanlar bunlardır:
sükut, xoş xasiyyət, təvazökarlıq, doğru danışmaq və yaxşı əməl.
Batində olan xüsusiyyət isə bunlardır: təfəkkür, ibrət almaq, xüzu,
özünü kiçik tutmaq və ölümü yad etmək.”
◘Başqa birisi isə deyib: “Allah on xüsusiyyətin on kəsdə olmasını
xoşlamır: Dövlətlidə xəsislik, fəqirdə təkəbbür, alimdə tamah, qadında
həyasızlıq, qocada dünyapərəstlik, cavanda tənbəllik, sultanda
Dostları ilə paylaş: |