Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə77/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   73   74   75   76   77   78   79   80   ...   100

 
233 
ötrü,  behiştin  qapıçısından  ötrü,  Peyğəmbərdən  (s)  ötrü  və  Mütəal 
Allahdan  ötrü.  Əzraildən  ötrü  dörd  töhfə  aparmalıdır:  boynunda  haqqı 
olanların  razılığı,  namazların  qəzası  (yəni,  yerinə  yetirilmiş  qəza 
namazları).  Allaha  qarşı  şövq  və  ölüm  arzusu.  Qəbirdən  ötrü  də  dörd 
töhfə  aparmalıdır:  söz  gəzdirməyi  tərk  etmək,  sidiyin  istibrası,  Quran 
oxumaq  və  gecə  namazı.  Nəkir  və  Münkərdən  ötrü  də  dörd  töhfə 
aparmalıdır:  doğru  danışmaq,  qeybəti  tərk  etmək,  hamı  barədə  haqq 
danışıq  və  təvazökarlıq.  Mizan  tərəzisindən  ötrü  də  dörd  töhfə 
aparmalıdır:  qəzəbi  udmaq,  həqiqi  təqva,  ictimai  məsələlərdə  (camaat 
namazı kimi) iştirak etmək, camaatın xeyir işlərdən ötrü dəvətini qəbul 
etmək.  Sirat  körpüsündən  ötrü  də  dörd  töhfə  aparmalıdır:  ixlas,  xoş 
xasiyyət,  çoxlu  zikr  və  başqalarının  əziyyətinə  dözmək.  Cəhənnəmin 
qapıçısından  örtü  də  gərək  dörd  töhfə  aparsın:  Allah  qorxusundan 
ağlamaq,  gizli  sədəqə,  günahı  tərk  etmək  və  ata-ana  ilə  xoş  rəftar 
etmək.  Cənnətin  qapıçısından  ötrü  də  dörd  töhfə  aparmalıdır: 
xoşagəlməz hadisələr müqabilində səbr, nemətlərin şükrü, malın-pulun 
Allah  yolunda  sərf  olunması,  vəqf  olunmuş  əmlakda  əmanətə  riayət 
etmək.  Peyğəmbər  (s)  üçün  də  dörd  töhfə  aparmalıdır:  o  Həzrəti  (s) 
sevmək,  onun  (s)  sünnəsinə  tabe  olmaq,  əhli-beytinə  (ə)  məhəbbət  və 
dilin iffəti. Cəbraildən ötrü də dörd töhfə aparmalıdır (Cəbrail əvvəldə 
gəlməyib);  az  yemək,  az  yatmaq,  nemətin  şükründə  davamlı  olmaq 
(dördüncüsü  hədisdə  gəlməyib).  Mütəal-Allahdan  ötrü  də  dörd  töhfə 
aparmalıdır:  əmr  be  məruf,  nəhy  əz  münkər,  camaata  qarşı  xeyirxah 
olmaq və hamıya mehribanlıq.” 
 
◘Qiyamət  günündə  mənim  ümmətimdən  olan  on  dəstə  Allahın 
qəzəbinə düçar olar və Cəhənnəmə vasil olar. Həmin insanlar bunlardır: 
zinakar  qoca,  yolunu  azmış  rəhbər,  şərabxor,  ata-anası  ilə  bədrəftar 
olan,  günahsız  qadına  haqsız  töhmət  vuran,  söz  gəzdirən,  yalançıya 
şahidlik  edən,  zəkata  mane  olan,  zalım  və  namazı  tərk  edən.  Bilin  ki, 
Qiyamət günü namazı tərk edənin əzabı ikiqatdır. Məhşərə gələn zaman 
əlləri boynuna qandallanmış halda olar və bu vəziyyətdə olduğu halda 
əzab  mələkləri  odlu  gürzlərlə  onun  alnına  və  yanaqlarına  vurarlar. 
Behişt ona deyər: “Nə sən məndənsən, nə də mən səndən.” Cəhənnnəm 
isə ona deyər: “Yaxın gəl, sənə dəhşətli işgəncə verəcəyəm!” Həmin an 
Cəhənnəm  fəryad  çəkib  həmin  bədbəxti  öz  içinə  alar  və  o,  Qarunun 
yanına gedər. (Bu məsələdə  yalnız o kəslər istisnadır ki, tövbə  edərək 
namaza  başlayıb  və  keçmişdə  əldən  verdiyi  vacib  namazlarının  da 
qəzasını yerinə yetirir.) 
 


 
234 
◘Allaha əqldən başqa bir şeylə ibadət etmək olmaz və nə qədər ki, bir 
adamda on xislət cəm olmayıb, heç vaxt əqli kamil olmaz: camaat onun 
xeyrinə  ümidvar  olsun,  şərindən  amanda  olsun,  özünün  çoxlu  xeyir 
işini  az  hesab  etsin,  başqalarının  az  xeyir  işini  çox  hesab  etsin,  öz 
ehtiyacları üçün çalışmaqdan yorulmasın, ömrü boyu elm öyrənməkdən 
bezməsin, yoxsulluğu varlılıqdan və zilləti izzətdən üstün tutsun (yəni, 
qəlbində batil böyüklük məhəbbəti olmasın), dünya malında əsla gözü 
olmasın  və  nəhayət,  onuncu  budur  ki,  hamını  özündən  üstün  tutsun 
(yaxşı bilsin). 
 
◘Abdullah  Abbas  deyir  ki,  bir  gün  Peyğəmbər  (s)  camaat  arasında 
dayanıb xütbə oxudu. Daha sonra buyurdu: “Allah-təala biz Əhli-beytin 
vücudunda  on  fəzilət  qərar  verib  ki,  bizdən  başqa  bu  fəzilətləri  heç 
kəsdə cəm etməyib. Həmin fəzilətlər bunlardır: Hökumət etmək haqqı, 
helm, elm, peyğəmbərlik, səxavət, şücaət, ədalət, paklıq, iffət və təqva. 
Bizik  təqva  kəlməsi  (təqva  mücəssiməsi),  hidayət  yolu,  ən  ali  bəşər 
nümunəsi, Allahın ən böyük   höccəti, möhkəm əltutan və qırılmaz ip! 
Bizik  ki,  Allah  məhəbbətimizi  vacib  edib!  Elə  isə  haqdan  başqa  yol 
zəlalət deyilmi?! Hara gedirsiniz?! 
İKİNCİ FƏSİL 
Əhli-sünnənin Peyğəmbərdən (s) nəql etdiyi hədislər 
◘Misvakı  (dişlərinizi  fırçalamağı)  unutmayın.  Çünki  misvak  on 
xüsusiyyətə malikdir: ağızı tər-təmiz və pakizə edər, Allahı razı salar, 
Şeytanı  qəzəbləndirər,  insana  təhkim  olunan  mələklərin  məhəbbətini 
cəlb edər, dişin ətini möhkəmləndirər, bəlğəmi dəf edər, ağızı xoş iyli 
edər,  üzün  sarılığını  aparar,  gözün  nurunu  artırar,  dişlərin  ağarmasına 
səbəb olar. Başqa bir hədisdə gəlmişdir ki, dişin çirkini aradan  aparar 
və bu iş, Peyğəmbərin (s) sünnəsindəndir. 
 
◘Bu  ümmətdən  on  tayfa  özünü  mömin  hesab  edir,  lakin  əslində  isə 
elə kafirdirlər. Onlar bunlardır: nahaqdan bir kəsi qətlə yetirən, dəyyus 
(qeyrətsiz),  zəkata  mane  olan,  şərabxor,  imkanı  ola-ola  Həcc  əməlini 
tərk edən, fitnə törədən, düşmənə silah satan, naməhrəm qadınla qeyri-
təbii yolla yaxınlıq edən heyvanla yaxınlıq edən və (ana, bacı, bibi, xala 
və bu kimi) öz məhrəmi ilə yaxınlıq edən. 
 
◘Bəndə  yerdə və göylərdə mömin adlanmaqdan ötrü fəzl və kərəmə 
sahib  olmalıdır,  fəzl  və  kərəm  sahibi  olmaqdan  ötrü  müsəlman 
olmalıdır,  müsəlman  olmaqdan  ötrü  gərək  camat  onun  əlindən  və 


 
235 
dilindən  rahat  olsun,  camaatın  ondan  asudə  olmasından  ötrü  alim 
olmalıdır, alim olmaqdan ötrü öz elminə əməl etməlidir, öz elminə əməl 
etməkdən  ötrü  zahid  olmalıdır.  Zahid  olmaqdan  ötrü  günahdan 
çəkinməlidir,  günahdan  çəkinməkdən  ötrü  təvazökar  olmalıdır, 
təvazökar  olmaqdan  ötrü  özünü  tanımalıdır,  özünü  tanımaqdan  ötrü 
ağıllı olmalıdır. 
 
◘Xoş  və  uğurlu  aqibət  on  şeydədir.  Onun  beşi  dünyaya,  beşi  isə 
axirətə  aiddir.  Dünyaya  aid  olanlar  bunlardır:  din  elmlərinin  təhsili 
ibadətləri  yerinə  yetirmək,  halal  ruzi,  çətinliklər  zamanı  səbr  və 
nemətlər  içində  olarkən  də  şükr  etmək.  Axirətə  aid  olanlar  isə 
bunlardır: ölüm mələyinin insana mərhəmət və nəzakətlə yaxınlaşması, 
qəbrdə  Nəkir  və  Münkərdən  amanda  olmaq,  Qiyamət  gününün 
vəhşətindən  amanda  olmaq,  günahların  aradan  getməsi  və  ibadətlərin 
qəbul  olması,  Sirat  körpüsündən  ildırım  sürəti  ilə  keçmək  və 
salamatlıqla behiştə daxil olmaq. 
 
◘On  sünnə  var  ki,  onlar  İbrahim  peyğəmbərdən  (ə)  yadigar  olaraq 
qalmışdır. Bunlardan beşi başa, beşi isə bədənə aiddir. Başa aid olanlar 
bunlardır:  misvak  (dişləri  fırçalamaq),  məzməzə  (ağıza  su  alıb 
qarışdırmaq),  burunu  yumaq,  bığların  üst  dodağın  üstünə  tökülən 
tüklərini kəsmək, saqqalı çox saxlamaq. Bədənə aid olanlarsa bunlardır: 
sünnət  etmək,  nurə  qoymaq,  bövl  və  qaitin  məxrəcini  paklamaq, 
qoltuğun altındakı tükləri qırxmaq və dırnaq tutmaq. 
 
◘Mənim  ümmətimdən  on  tayfa  nə  qədər  ki  tövbə  etməyib,  behiştə 
daxil olmaz: 
1.  (Zalım  dövlət  məmurları  və)  hökumət  başçılarına  cangüdənlik 
edənlər. 
2. Qəbir açan.  
3. Söz gəzdirən.  
4. Qeyrəti, namusu olmayan dəyyus.  
5. Təbil çalan.  
6. Saz çalan.  
7. Camaatın təqsirindən keçməyən və onlara zülm etməyi rəva görən.  
8. Həddi-büluğa çatdıqdan sonra yolunu azmış haramzada.  
9. Qeybət edən.  
10. Ata-anası ilə bədrəftar olan. 
 
◘On  kəsin  namazı  qəbul  olmaz:  furada  (tək  halda)  namaz  qılarkən 
qiraəti tərk  edənin namazı, zəkat verməyənin namazı, camaatın  narazı 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə