217
yerinə yetirsin. (Bunlar yalnız o haldadır ki, o eynilə mömin qardaşı
kimi həqiqi mömin olsun. Yoxsa, bunlar fəsadsız ötüşməz.)
◘Əmmar ibn Əbil-Əhvəs deyir ki, bir gün İmam Sadiqə (ə) ərz etdim:
Bizim aramızda elələri var ki, Əlini (ə) başqalarından üstün tutaraq onu
Əmirəl-möminin deyə çağırırlar, lakin, onlar bizim siz barədə malik
olduğumuz əqidədə deyillər. Biz bunlarla dost münasibətdə ola
bilərikmi? Həzrət (ə) buyurdu: Bəli, Allah İslamı yeddi hissəyə bölüb:
səbr, doğruçulluq, yəqin, ümid, vəfa, elm və helm. Bu yeddi hissəni
camaat arasında bölüb. Ən kamil iman bu yeddi hissənin hamısına
sahib olanlardadır. Bu kəslərdən başqaları isə ya bir, ya iki, ya üç, ya
dörd, ya beş, yaxud da altı paya sahibdirlər. Bir payı olanlara iki pay
yükləməyin və eyni zamanda iki paya sahib olmayanlara üç pay
yükləməyin və s. çünki, bu yükləmələr ağırlıq və nifrətə səbəb olar.
Camaatla dostcasına və mehribanlıqla rəftar edin. Yolu onlara asan
göstərin. Bundan ötrü bir məsəl çəkim ki, qoy güc və taqətdən artıq
yüklənmənin axırının nə olduğu sənin üçün aydın olsun. Bir
müsəlmanın mülayim və yumşaq təbiətli bir qonşusu var idi. Müsəlman
həmin kafir qonşusuna İslamı təbliğ etdi. Nəticədə həmin şəxs
müsəlman oldu və öz keçmiş əqidəsindən üz döndərdi. Sübh çağı
müsəlman həmin qonşusunu özü ilə birlikdə məscidə aparmaqdan ötrü
onun qapısına gəldi. Camaat namazı qurtardı, müsəlman üzünü
qonşusuna tutub dedi: Yaxşı olar ki, gün çıxanadək elə buradaca zikrlə
məşğul olaq. Elə ki, gün çıxdı yenə üzünü qonşusuna tutub dedi: Çox
yaxşı olar ki, bu günü oruc tutub, günorta azanına qədər oturub Quran
əzbərləyəsən. Beləliklə, onlar günorta azanına qədər məsciddə
orurdular. Zöhr və əsr namazlarını qıldıqdan sonra, yenə üzünü
qonşusuna tutub dedi: Yaxşı olar ki, elə birdəfəlik məğrib azanına
qədər də oturub gözləyək, sonra gedək. Yenicə müsəlman olmuş zavallı
kişi oturub gözlədi, məğrib və işa namazlarını da qıldı. Lakin artıq
taqəti kəsilmişdi və bütün bunlar onun qüdrətindən artıq idi. Sabahısı
gün həmin mömin yenidən onu özü ilə birlikdə məscidə aparmağa
gəldiyi zaman qonşusu üzünü ona tutub dedi: Get. Mən sənin dininə tab
gətirə bilmərəm.
Camaatı azdırmayın. Bizim imamətimiz dostluq, mehribanlıq, vüqar,
təqiyyə, xoş rəftar, təqva və çalışqanlıq kimi əsasların üzərində durur.
Camaatı öz din və əqidənizə qarşı meyilləndirin.
Xatimə
◘Həzrət Riza (ə) buyurur: “Yeddi nəfər özünü məsxərəyə qoyub:
Dildə istiğfar edib qəlbində peşman olmayan, Allahdan tövfiq istəyib
218
özü isə çalışmayan, behişt arzusunda olub çətinliklərə səbr etməyən,
cəhənnəm odundan Allaha pənah aparıb dünya ləzzətlərindən əl
çəkməyən, ölümü xatırlayıb özünü ona hazırlaşdırmayan, Allahı yad
edib Onunla görüşməyə müştaq olmayan və günahda davamlı olaraq
tövbə etmədən Allahdan onu əvf edib bağışlamasını diləyən kəs.”
◘Salman Farsi deyir: “Simic yeddi bədbəxtlikdən birinə düçar olar:
Ya ölər var-dövlətini isə vərəsələrindən ötrü qoyar və o da Allahdan
başqasından ötrü xərcləyər, ya hər hansı bir zalım zorla və biabırçılıqla
ondan alar, ya başına düşər və bütün varını daha artıq qazancdan ötrü
əlindən çıxarar, ya da evini yenidən təmir etmək fikrinə düşüb əlində
olanı da bada verər, ya hər hansı bir bədbəxt hadisə nəticəsində əlindən
verər, ya yanğın vasitəsilə əlindən çıxar, ya oğruya nəsib olar, ya
müalicəsiz bir xəstəliyə mübtəla olub bu yolda sərf etməklə əlindən
verər, yaxud da bir yerdə torpağa basdırar və sonradan isə yadından
çıxar.”
◘Bir hikmət sahibi deyib: “Təəccüb edirəm o kəslərə ki, Allahı
tanıyır, lakin, itaət etmir, savaba ümidi var, lakin iş görmür, Allahın
əzabından qorxur, amma günahdan çəkinmir. Elmin şərəfini bilir, lakin,
cahilliklə razılaşır, dünyaya bel bağlamamalı olduğunu bilir, lakin
bütün səy və himmətini dünyaya sərf edir, axirətə gedəcəyini bilir lakin
ondan qəflət edərək onu bərbad edir, ölüm ona doğru gəlməkdədir, o
isə uzun-uzadı arzulardadır.”
◘Başqa birisi deyib: “Yeddi şey sədəqəni zinətləndirir və onu yuxarı
aparır:
1. Halaldan olsun.
2. Kasıbçılıq zamanı olsun.
3. Ölüm gəlməmişdən qabaq olsun.
4. Gizlin olsun.
5. Yaxşı maldan olsun.
6. Minnətsiz olsun.
7. Həddi-hüdudu aşmasın.”
◘Həzrət Sadiqdən (ə) aşağıdakı məzmunda bir şer rəvayət olunub:
“Qəməri aylarının yeddi günü nəhsdir: üçüncü, beşinci, on üçüncü, on
altıncı, iyirmi birinci, iyirmi dördüncü, iyirmi beşinci günləri. (Bu
günlərin nəhsliyi sədəqə verməklə aradan qalxır.)
219
◘Bir hikmət sahibi deyib: “Özünü batil şeylərdən qorumaq oruc,
haqqı ödəmək namaz, başqalarına fayda vermək zəkat, haqq əhlinin
arxasınca düşmək həcc, camaata əziyyət verməkdən çəkinmək sədəqə,
bədən üzvlərini nalayiq işlərdən qorumaq ibadət, nəfsani istəkləri tərk
etmək isə cihaddır.
220
SƏKKİZİNCİ BÖLMƏ
Səkkiz tərkibli nəsihətlər
BİRİNCİ FƏSİL
Peyğəmbərdən (s) hədislər
◘Səkkiz iş var ki, mənim ümmətimdən hər kəs onları yerinə yetirsə,
peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birlikdə həşrdə olar: bir
kəsin həcc səfərindən ötrü lazım olan xərclərini ödəmək, bir cavana qız
vermək, fəryad çəkənin dadına yetişmək, yetim saxlamaq, yolunu
azmışı hidayət etmək, aca yemək vermək, susuza su vermək və yayın
isti günlərində oruc tutmaq.
◘Allahın bir kəsdən xoşu gəlsə, ona səkkiz xüsusiyyət ilham edər:
naməhrəmdən göz yummaq, Allahdan qorxmaq, həya, salehlərin əxlaqı,
səbr, əmanətdarlıq, doğruçulluq və səxavət.
◘İnsanların ən abidi odur ki, vacibatı yerinə yetirir, ən zahidi odur ki,
haramlardan çəkinir, ən təqvalısı odur ki zərərinə də olsa, xeyrinə də,
həmişə haqqı deyir. Ən pəhrizkarı odur ki, haqlı da olsa mücadilə
etməsin, hamıdan çalışqan odur ki, günahları tərk etsin, hamıdan daha
artıq əziz olanı ən təqvalı olanıdır, ən dəyərlisi odur ki, boş-boş sözlər
danışmasın və ən xoşbəxti odur ki, şərəfli insanlarla oturub-dursun.
◘Hər kəs səkkiz dəstə insanla oturub-dursa, Allah onun vücudunda
səkiz şeyi artırar: Dövlətli ilə yoldaşlıq etsə, Allah onun qəlbində dünya
məhəbbətini artırar, kimsəsiz salehlərlə yoldaşdlıq edənin Allah səbr və
rizayətini artırar, sultanlarla yoldaşlıq edənin Allah qəsavət və
təkəbbürünü artırar, qadınlarla oturub-duranın Allah nadanlıq və
şəhvətini artırar, uşaqlarla oturub-duran günah etməkdən ötrü cürəti
artar və tövbə etməyi təxirə salar, (çünki, uşaqlar şəri nöqteyi-nəzərdən
mükəlləf olmadıqları üçün onların ruhiyyəsinin onlarla oturub-duran
böyüklərə də keçməsi labüddür), salehlərlə yoldaşlıq edənin itaətə
rəğbəti artar, alimlərlə yoldaşdıq edənin elmi çoxalar və nəhayət,
zahidlərlə yoldaşlıq edənin axirətə meyl və rəğbəti artar.
◘Səkkiz şey səkkiz şeydən doymaz: Göz baxmaqdan, yer yağışdan,
qadın kişidən, alim elmdən, dilənçi dilənməkdən, həris mal
toplamaqdan, dərya sudan və atəş odundan.
Dostları ilə paylaş: |