204
◘Mömin dünyanın altı şeyindən öldükdən sonra da yararlanar; ondan
ötrü bağışlanma diləyən saleh övlad, ondan yadigar qalan və camaatın
oxuduğu Quran, əkdiyi ağac, davamlı sədəqə (Məs. kitabxana, məscid
və s.) və ondan yadigar qalan gözəl bir adət.
ALTINCI FƏSİL
Sair imamlardan (ə) nəql olunan hədislər
◘İmam Səccad (ə) buyurub: ”Bizim dövrün insanları altı təbəqəyə
bölünüb; şirlər, canavarlar, tülkülər, itlər, donuzlar və qoyunlar. Şirlər
sultanlardır ki, kimə istəsələr qalib gəlir və məğlub olmurlar.
Canavarlar tacirlərdir ki, alanda yalandan pisləyirlər, satanda isə
yalandan tərifləyirlər. Tülkülər riyakarlardır ki, camaatdan istifadə
etməkdən ötrü özlərini hiyləgərcəsinə müsəlman kimi göstərirlər,
əslində isə onların içində imandan əsər-əlamət yoxdur. Donuzlaar
arvadsifətlər və şəhvətpərəstlərdir ki, hər çirkin işə getməkdən
çəkinməzlər. İtlər acıdil insanlardır ki, camaat onlara dillərinin
qorxusundan hörmət edirlər. Qoyunlar möminlərdir ki, yununu
qırxırlar, ətini yeyirlər, sümüklərini də sındırırlar. Biçarə qoyun, bir
sürü şirin, canavarın, tülkünün, donuzun və itin arasında nə etsin?”
◘İmam Musa ibn Cəfər (ə) buyurub: “Elə ki, İbrahimi (ə) mancanağa
qoydular, Cəbrail qəzəbləndi. Allah tərəfindən vəhy nazil oldu: “Nə
üçün qəzəblisən?” Ərz etdi: “İlahi, sənin dostun – yer üzərində ondan
başqa bir kəsin Sənə ibadət etmədiyi bir dostun - indi Sənin və özünün
düşməninin əlindədir.” Cavab gəldi: “Sakit ol. Sənin kimi bəndələr
qorxar ki, birdən fürsət əlindən çıxar. Amma mən hər bir an istəsəm
ona nicat verə bilərəm.” Cəbrail sevindi. Üzünü İbrahimə (ə) tutub
dedi: “Köməyə ehtiyacın varmı?” Buyurdu: “Bəli, var, amma sənin
köməyinə yox.” Bu zaman Allah İbrahimdən (ə) ötrü bir üzük göndərdi
ki, onda altı kəlmə yazılmışdı: “La ilahə illəllah”, Məhəmmədən
rəsulullah”, “La hövlə və la qüvvətə illa billahil əliyyil-əzim”,
“Fəvvəztu əmri iləllah” (İşimi Allaha tapşırdım), “Əsnədtu zuhri
iləllah” (Allaha etimad etdim) “Həsbiyəllah” (Allah mənə bəsdir).
Bundan sonra vəhy nazil oldu: “Bu üzüyü barmağına tax. Mən odu
səndən ötrü sərin edəcəyəm.”
◘Məhəmməd Hənəfiyyə deyib: “Biz altı imtiyaza malikik. Bizdən
əvvəl heç kəs bu imtiyaza sahib olmayıb və bizdən sonra da belə bir şey
olmayacaq: Peyğəmbərlərin sərvəri olan Məhəmməd (s) bizim
205
nəsildəndir. Həmçinin övsiyaların sərvəri Əli (ə) də bizdəndir. Bundan
başqa şəhidlərin sərvəri Həmzə (ə), behişt cavanlarının ağası olan
Həsən (ə) və Hüseyn (ə), Allahın ona behiştin istədiyi yerinə
uçmasından ötrü iki qanad verdiyi Cəfəri-Təyyar (ə) və İsa ibn
Məryəmin (ə) onun arxasında namaz qılacağı Məhdi (ə) də bizim
nəsildəndir.
◘Həzrət Musaya (ə) vəhy oldu: “Altı şey altı yerdədir, lakin camaat
onu başqa yerdə axtarır və (belə etsələr) heç vaxt tapmayacaqlar; Mən
asayişi və rahatlığı behiştdə qərar vermişəm, lakin camaat onu dünyada
axtarır. Elmi aclıqda qərar vermişəm, camaatsa onu toxluqda axtarır.
İzzəti gecə oyaq qalmaqda qərar vermişəm, camaatsa onu padşahların
qapısında axtarır. Ucalığı təvazödə qərar vermişəm, camaatsa
təkəbbürdə axtarır. Duanın müstəcab olmasını yeməyin halal olmasında
qərar vermişəm, camaat onu səs-sədada axtarır. Ehtiyacsızlığı da
qənaətdə (qane olmaqda) qərar vermişəm, lakin camaat onu mal-
dövlətin çoxluğunda axtarır.”
◘Həzrət Davuda (ə) vəhy oldu: “Ey Davud! Hər kəs Məni tanısa
Məni yad edər, hər kəs Məni yad etsə Mənə diqqət yetirər, hər kəs
Mənə diqqət yetirsə Məni axtarar, hər kəs Məni axtarsa tapar, hər kəs
Məni tapsa qoruyub saxlayar və hər kəs də Məni qoruyub saxlasa
həmişə başqalarından üstün tutar.”
◘Əmirəl-möminin (ə) buyurub: «Mən altı nəfərin behiştə getməsinə
zaminəm; sədəqə verən yerdə ölən, xəstəni yoluxmağa gedən yerdə
ölən, Allah yolunda cihada gedən yolda ölən, Həcc səfərində ölən,
Cümə namazına gedərkən yolda ölən və hər hansı bir müsəlmanın dəfn
mərasimində onun cənazəsini müşayiət edərkən ölən kəsin.»
◘Bir nəfər Həzrət Əlinin (ə) yanında “Əstəğfirullah” yəni, “Allahdan
bağışlanma istəyirəm” dedi. Həzrət ona belə buyurdu: “Anan sənə
ağlasın! Heç bilirsənmi ki, “istiğfar” nədir? İstiğfar ali-məqam kişilərin
dərəcəsidir. Bu sözün altı şərti var:
1. Keçmiş günahlara görə peşman olmaq.
2. Gələcəkdə də bir daha günah etmək qərarına gəlməmək.
3. Camaatın haqqını ödəmək və bundan sonra heç bir kəsin haqqı
ölənədək boynunda qalmasın.
4. Keçmişdə yerinə yetirmədiyi vacib əməlləri icra etmək.
5. O qədər qəm-qüssədə olmaq ki, bədənin günah zamanı əmələ gələn
ətləri əriyib aradan getsin.
206
6. Günahın şirinliyini daddığın kimi ibadətin də əziyyətini dadmaq.
Yalnız bütün bunları yerinə yetirdikdən sonra “əstəğfirullah” de.
(Əvvəlki dörd şərt vacib, axırıncı iki şərt isə müstəhəbdir. Bu altı şərt
birlikdə tövbənin ali dərəcəsini bildirir.)
◘Deyirlər ki, bir gün həzrət Adəm (ə) oturmuşdu. Altı nəfər ona
yaxınlaşdı. Üçü sağ tərəfində, üçü isə sol tərəfində oturdu. Adəm (ə)
ağlardan birindən soruşdu:
–Sən kimsən?
Cavab verdi:
–Əql.
Soruşdu:
–Sənin yerin haradır?
–Beyin.
Adəm (ə) ikincidən soruşdu:
–Sən kimsən?
–Məhəbbət.
–Sənin yerin haradır?
–Ürək.
Həzrət Adəm (ə) üçüncüdən soruşdu:
–Sən kimsən?
Dedi:
–Həya.
–Sənin yerin haradadır?
–Göz.
Sonra Adəm (ə) üzünü sol tərəfə tutub qaralardan birindən soruşdu:
–Sən kimsən?
Cavab verdi:
–Təkəbbür.
–Sənin yerin hardadır?
–Beyin.
Adəm (ə) soruşdu:
–Əql ilə bir yerdəsiniz?
Dedi:
–Elə ki, mən gəldim əql gedir.
İkincidən soruşdu:
–Sən kimsən?
–Həsəd.
Soruşdu:
–Yerin hardadır?
–Ürək.
Dostları ilə paylaş: |