Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə65/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   61   62   63   64   65   66   67   68   ...   100

 
195 
düşmənçiliyə  səbəb  olar.  Nəfsani  istəklərə  uymaq  rüsvayçılıq  gətirər, 
süstlük isə peşimançılığa səbəb olar.” 
 
◘Həsən Bəsri deyir: “Tövratda bu beş ifadə yazılmışdır;  
1) Ehtiyacsızlıq qənaətdədir.  
2) Salamatlıq pis insanlardan uzaq gəzməkdədir.  
3) Azadlıq tərki-dünyalıqdadır.  
4)  Bəhrələnmə  uzun  müddətə  başa  gəlir.  (Yəni,  axirət  əməllərin 
nəticəsidə qazanılar.)  
5) Səbr isə az bir müddətdədir (yəni, dünyadadır.) 
 
◘Bir nəfər deyib: “Qənaət can rahatlığıdır, çoxlu təcrübə əqlin kamala 
çatmasına səbəb olar, söz gəzdirmək yaxınların və uzaqların təhdidinə 
səbəb  olar,  qadınla  məşvərət  hər  şeyin  alt-üst  olmasına  səbəb  olar  və 
xoşxasiyyət insan da böyük insan olar. 
 
◘“Ər-riyazüz-zahirə”  kitabında  belə  yazılıb:  “Həzrət  Adəm  (ə)  oğlu 
Şeysə  beş  vəsiyyət  verib  tapşırdı  ki,  o  da  bunları  öz  oğluna  vəsiyyət 
etsin: 
1)  Dünyaya  bel  bağlamayın,  çünki,  əbədi  olan  behiştə  bel  bağladım, 
Allah bunu bəyənmədi və məni oradan çıxardı. 
2) Qadınların rəyinə əsasən iş görməyin. Çünki,  mən qadının sözünə 
qulaq asıb ağacdan yedim, sonra isə   peşman oldum. 
3) Görmək istədiyiniz hər bir işin nəticəsini əvvəlcdən düşünün. Mən 
əvvəlcədən düşünmədiyimə görə bu müsibətə düçar oldum. 
4)  Qəlbin  narahat  olduğu  işi  görməyin.  Mən  həmin  meyvəni  yeyən 
zaman qəlbim əsirdi. Lakin etina etmədim, nəticədə peşman oldum. 
5) İşlərinizdə məşvərət edin, əgər mən mələklərlə məşvərət etsəydim 
bu bəlaya düçar olmazdım. 
 
◘Sədəqə  verənlərin  beş  imtiyazı  var:  Hacətlərin  həyata  keçməsi, 
çətinliklərin aradan qalxması, ruzinin genişlənməsi, pis ölümdən nicat, 
günahların bağışlanması və bol ruzili uzun ömür. 
 
◘Peyğəmbərdən (s) nəql olunur ki, Həzrət buyurdu: Sədəqə barəsində 
şeytandan  soruşdum:  Nə  üçün  sədəqənin  qarşısını  almağa  çalışırsan? 
Dedi:  Ey  Məhəmməd  (s)  elə  ki,  sədəqə  verildiyini  görürəm  sanki, 
mişarı  götürüb  boynumu  kəsirlər.  Soruşdum:  Nə  üçün?  Dedi: 
Sədəqənin  beş  xüsusiyyəti  var;  var-dövləti  artırar,  xəstənin  şəfa 
tapmasına  səbəb  olar,  bəlanı  qaytarar,  sədəqə  verən  kəs  Sirat 


 
196 
körpüsündən ildırım kimi keçər və hesabsız behiştə daxil olar. Dedim: 
Allah əzabını daha da artıq etsin! 
 
◘Başqa bir hədisdə deyilir ki, Peyğəmbər (s) belə  buyurdu: “Elə ki, 
sədəqə  sahibinin  əlindən  çıxar  beş  söz  deyər:  “Fani  idim,  məni  əbədi 
etdin,  kiçik  idim,  məni  böyütdün,  düşmənin  idim,  məni  özünə  dost 
etdin,  bu  vaxta  qədər  sən  məni  qoruyurdun,  bundan  sonra  Qiyamətə 
qədər mən səni qoruyacağam.” 
 
◘Səqədə beş qisimdir:  
1) Malın sədəqəsi.  
2)  Hörmətin,  məqamın  sədəqəsi.  (Müxtəlif  insanlardan  ötrü  şəfaət 
etmək,  vasitəçi  durmaqdan  ötrü.)  Peyğəmbər  (s)  buyurub  ən  gözəl 
sədəqə dilin sədəqəsidir.” Soruşdular: “Dilin sədəqəsi nədir?” Buyurdu: 
“Şəfaət.  Onun  vasitəsi  ilə  əsiri  əsirlikdən  qurtarmaq  olur,  qan 
tökülməsinin,  hər  hansı  bir  müsəlmana  zərər  yetişməsinin  qarşısı 
alınır.”  
3) Əql və təfəkkürün sədəqəsi, yəni, məşvərət. Bu barədə Peyğəmbər 
(s)  buyurub:  ”Mömin  qardaşınıza  ona  yol  göstərəcək  biliyiniz  vasitəsi 
ilə sədəqə verin.”  
4)  Dilin  sədəqəsi.  Yəni,  fitnə  odunu  yatırmaqdan  ötrü  vasitəçilik 
etmək,  yaxud,  insanları  barışdırmaq.  Allah-təala  buyurur:  “Onların 
qulağına  sədəqə  vermək,  yaxşı  iş  görmək  və  insanları 
barışdırmaqdan başqa heç bir söz təsir göstərmir.”  
5)  Elmin  sədəqəsi.  Yəni  onu  öyrənmək  istəyənlərə  paylamaq. 
Peyğəmbər  (s)  buyurub:  «Sədəqənin  bir  növü  də  elmi  öyrənib 
başqalarına  tədris  etməkdir.»  Yenə  də  buyurub:  «Zəkat,  cahilə  elm 
öyrətməkdir.» 
 
◘Hər  bir  dində  riayət  olunması  vacib  olan  əsas  məsələlər  beşdir: 
Qisas  vasitəsi  ilə  canı  təhlükədən  qorumaq,  dindən  çıxanı  öldürməklə 
dini  təhlükədən  qorumaq,  oğrunun  əlini  kəsməklə  malı  təhlükədən 
qorumaq,  şərabxoru  cəzalandırmaqla  əqli  təhlükədən  qorumaq  və 
zinakarı cəzalandırmaqla əsil-nəsəbi qorumaq. 
 
◘Dinin  əsası  beşdir:  Allahı  tanıma,  əldə  olana  qane  olmaq,  dinin 
həddi-hüdudlarını  aşmamaq,  əhdə  vəfalı  olmaq,  itirilmiş  şeyə  səbr 
etmək. 
◘Bir  hədisdə  deyilir  ki,  hər  kəs  behişt  istəyir,  gərək  beş  şeydən  əl 
çəkməsin:  


 
197 
1)  Allahın  qorxusundan  günahı  tərk  etməkdən;  Quranda  belə 
buyurulur: “Hər kəs öz Pərvərdigarının məqamından qorxsa və nəfsani 
istəklərinin qarşısını alsa onun yeri behiştdir.” 
2) Dünyada qarını doyduran və bədəni örtən şeyə qane olmaq. Çünki 
deyiblər, behiştin qiyməti dünya matahını tərk etməkdir.” 
3)  İtaət  və  ibadətə,  Allahın  və  Peyğəmbərin  (s)  razı  olduğu  hər  bir 
şeyə həvəslə yanaşmaq. 
4) Elm əhli və saleh insanlarla yoldaşlıq, fəqir və yoxsulları sevmək. 
5)  Dua,  ah-zar,  yalvar-yaxar  etmək.  Hədislərdə  var  ki,  hər  kəs 
Allahdan üç dəfə behişt istəsə, behişt Allaha belə deyər: “Pərvərdigara! 
Məni ona, onu da mənə qovuşdur.” 
 
◘Başqa bir hədisdə belə deyilir ki, bir şəxs Peyğəmbərdən ona elə bir 
əməl  öyrətməsini  istədi  ki,  həmin  əməl  vasitəsi  ilə  o,  behiştə  gedə 
bilsin.  Peyğəmbər  (s)  buyurdu:  “Gündəlik  beş  vacibi  namazı  qıl, 
Ramazan  ayının  orucunu  tut,  cənabət  qüsulu  al,  Əlini  (ə)  və  onun 
məsum  övladlarını  (ə)  sev,  ondan  sonra  behiştin  hansı  qapısından 
istəyirsən  daxil  ol.  And  olsun  məni  peyğəmbərliyə  təyin  edib  mənə 
vəhy  göndərən  Allaha,  əgər  min  namaz  qılıb  min  dəfə  həccə  getsən, 
lakin  qəlbində  Əlinin  (ə)  və  onun  məsum  övladlarının  (ə)  məhəbbəti 
olmasa  sair  cəhənnəm əhli kimi  oda  daxil olacaqsan.  Hazırlar  qaiblərə 
xəbər versinlər ki, mən bu sözü yalnız və yalnız Cəbrailin göstərişi ilə, 
o  da  Allahın  göstərişi  ilə  deyib.  Cəbrail  aləmdə  Əlidən  (ə)  başqa  bir 
qardaş  seçməyib.  İndi,  hər  kəs  istəyir  onu  sevsin,  hər  kəs  də  istəyir 
onunla  düşmən  olsun.  Allah-təala  and  içmişdir  ki,  nə  qədər  ki,  Əlinin 
(ə)  dostları  cənnətdə  məskunlaşıb,  nemətlərdən  istifadə  edir,  onun 
düşmənləri də cəhənnəmdə olacaq.” 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə