201
◘Şəhidin Allah yanında altı mükafatı var; torpağa yıxılan kimi
günahları bağışlanar, özünün behiştdəki yerini görər, qəbir əzabından
amanda olar, Qiyamət gününün qorxusundan amanda olar, başına elə
bir tac qoyulub ki, bircə yaqutu bütün dünyadan üstündür, onunla
yetmiş iki huri evləndirərlər və qohumlarından yetmiş nəfər barədə
şəfaəti qəbul olunar.
◘Allah-təala buyurur: “Ey mənim bəndələrim! Altı şey sizdəndir, altı
şey Məndən; tövbə sizdəndir, bağışlamaq Məndən, itaət sizdəndir,
behişt Məndən, şükr sizdəndir, ruzi Məndən, riza (razılıq) sizdəndir,
qəza (təqdir) Məndən, səbr sizdəndir, bəla Məndən, dua sizdəndir qəbul
etmək Məndən.
ÜÇÜNCÜ FƏSİL
Peyğəmbərin (s) Əliyə (ə) nəsihətləri
◘Ey Əli! Elə ki, gördün camaat müstəhəbbi əməllə məşğuldur, sən
vaciblərlə məşğul ol. Elə ki, gördün camaat dünya işləri ilə məşğuldur,
sən axirət işləri ilə məşğul ol. Elə ki, gördün camaat başqalarının
eyiblərini axtarmaqla məşğuldur, sən öz eyiblərini axtarmaqla məşğul
ol. Elə ki, gördün camaat öz dünyasını bəzəməklə məşğuldur, sən öz
axirətini zinətləndirməklə məşğul ol. Elə ki, gördün camaat əməlini
artırmaqla məşğuldur, sən əməllərinin ixlası ilə məşğul ol. Elə ki,
gördün camaat məxluqatın ətəyindən tutub, sən Xaliqin ətəyindən
yapış.
◘Ey Əli! Bir neçə şeyi şəxsən sənin özünə tapşırıram. Onları heç
vaxt unutma! Allahdan istəyirəm onları yerinə yetirməkdə sənə
yardımçı olsun.
1. Doğru danışmaq, məbada ağzından yalan söz çıxsın!
2. Təqva, məbada xəyanət etmək cəsarətində olasan!
3. Allahdan elə qorx ki, sanki onu görürsən.
4. Allah qorxusundan çox ağla. Belə etsən behiştdə səndən ötrü min
ev hazırlanar.
5. Malını və canını din yolunda fəda et.
6. Namaz, oruc, sədəqə və mənim sünnəmə ciddi riayət et!
Sonra üç dəfə buyurdu: “Gecə namazını əldən vermə!” Sonra üç dəfə
də buyurdu: “Zöhr namazını da əldən vermə! Hər bir halda Quran oxu!
Namaz halında əllərini qaldır, dəstəmaz alan zaman dişlərini yumağı
unutma. Xoş xasiyyət ol və pis xasiyyətləri özündən uzaqlaşdır. Əgər
202
mənim bu dediklərimə riayət etməsən, özündən başqa heç kəsi
günahlandırma!”
◘Hər kəs gününü bu işləri yerinə yetirməmiş başa vursa həmin günə
zülm edib və Allahın əzabına düçar olar; hər hansı bir haqqı yerinə
yetirmək, hər hansı vacib bir əməli yerinə yetirmək, elm öyrənmək,
xeyir bir işin təməlini qoymaq, yaxşı ad qazanmaq, böyük bir iş həyata
keçirmək.
◘Allah-təala buyurub: ”Ey Adəm övladı! Hər gün ruzin çatır, lakin
qəmginsən. Hər gün ömründən azalır, lakin şadsan. Sənə kifayət edəcək
miqdarın çatır, sənsə tüğyanına səbəb olacaq artığın arxasınca gedirsən.
Nə aza qane olursan, nə də çoxdan doyursan.”
DÖRDÜNCÜ FƏSİL
Əmirəlmöminindən (ə) nəql olunan hədislər
◘Hər kəsdə altı xüsusiyyət olsa behiştin hansı qapısından istəsə içəri
daxil olar və cəhənnəmin bütün qapıları üzünə bağlanar; Allahı tanıyıb
ona itaət etmək, şeytanı tanıyıb ona qarşı müxalifətçilik etmək, haqqı
tanıyıb ardınca getmək, batili seçə bilib ondan uzaq gəzmək, dünyanı
tanıyıb tərk etmək və axirəti tanıyıb arzusunda olmaq.
◘Kufə məscidində Şam əhlindən olan bir kişi Həzrət Əliyə (ə)
yaxınlaşıb ondan bir neçə sual soruşdu: “Ana bətni görməyən altı
məxluq kimlərdir?” Buyurdu: “Adəm (ə), Həvva (ə), İbrahimə (ə)
göndərilən qurbanlıq qoç, Musanın (ə) əsası, Salehin (ə) dəvəsi, İsanın
(ə) düzəltdiyi yarasa.” (İsa (ə) onu düzəltdi, ona üfürdü və o da Allahın
izni ilə cana gəlib uçdu.”
◘Allah-təala altı qrup insanı altı xüsusiyyətə görə əzaba düçar edər;
çöl-biyaban əhlini təəssübünə görə, kənd-qəsəbə böyüklərini təkəbbürə
görə, rəhbərləri zülmə görə, fəqihləri həsədə görə, tacirləri xəyanətə
görə, kənd-qəsəbə əhalisini də cəhalətə görə.
◘Ölü heyvanın pulu, itin pulu, şərabın pulu, zinakarın mehriyyəsi
(yəni, ona verilən pul), məhkəməyə verilən rüşvət, qeybət edənə verilən
muzd haramdır.
◘Kişinin kamalı beş şeydədir; iki kiçik üzvündə, iki böyük üvzündə
və ikisi də sair ona aid olan şeylərdə. İki kiçik üzvü bunlardır; ürək və
203
dil, döyüşdə ürək lazım olur, danışıqda dil. İki böyük üzvü bunlardır:
əql və iman. Ona aid olan digər iki şey də bunlardır; malı və üzü.
◘Altı gözəl xüsusiyyət var, lakin bu altı xüsusiyyət altı nəfərdə olsa
daha gözəldir; ədalət yaxşıdır, lakin rəhbərdə olsa daha yaxşıdır. Səbr
yaxşıdır, lakin yoxsulda olsa daha yaxşıdır, təqva çox gözəldir, lakin
alimlərdə olsa daha gözəldir. Səxavət hamı üçün yaxşıdır, lakin
dövlətlidən ötrü daha yaxşıdır. Tövbə hər bir günahkardan baş versə
yaxşıdır, lakin cavanlardan baş versə daha yaxşıdır. Həya hər kəsdə
olsa yaxşıdır, lakin qadınlarda olsa daha yaxşıdır. Ədalətsiz rəhbər
yağışsız bulud kimidir. Səbirsiz fəqir nursuz çıraq kimidir, təqvasız
alim bəhrəsiz ağaca bənzəyir, simic dövlətli otsuz torpağa bənzəyir,
tövbəsiz cavan susuz arxa bənzəyir və həyasız qadın duzsuz yeməyə
bənzəyir.
◘Hər kəsdə altı xüsusiyyət olsa onunla dostluq etməyin heç bir xeyri
yoxdur; yalan, başqalarının sözünü təkzib etmək, əmanətə xəyanət,
təmiz adama böhtan atmaq, başqalarının yaxşılıqlarına qiymət
verməmək və öz etdiyi yaxşılığa minnət qoymaq.
BEŞİNCİ FƏSİL
Həzrət İmam Sadiqdən (ə) olan hədislər
◘Altı kəsə salam vermək olmaz; yəhudi, məcusi, nəsrani (yalnız
zərurət olan hallar və ya onları hidayət etmək məqsədi istisnadır),
ayaqyolunda olan kəsə, şərab süfrəsi kənarında oturan kəs, ərli
qadınlara nalayiq sözlər deyən şairlərə və camaatla onların anasını
söyməklə zarafat edən kəslərə.
◘Süleyman deyib: “Altı şey məni heyrətə gətirir. Onun üçü
ağlamalıdır, üçü gülməli. Ağlamalı şeylər bunlardır: “Məhəmmədin (s)
dostları və əshabından uzaq düşmək, qəbrin dəhşətli qorxusu, Allah
qarşısında dayanmaq (Qiyamət günü). Gülməyə səbəb olan şeylər
bunlardır: Gözü doymayan tamahkarlar dünya arxasınca qaçır, ölüm də
onun arxasınca. Qafil insan özü Allahdan qafildir, Allah isə ondan yox.
Çox gülən adama nə vaxt baxırsan gülür, amma bilmir ki, Allah ondan
razıdır, ya yox.
◘Məhəmmədin (s) sadə və asan dini bunlardan ibarətdir: Namaz,
ramazan ayının orucu, həcc, imama itaət və möminlərin haqqına riayət
etmək.
Dostları ilə paylaş: |