Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə69/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   65   66   67   68   69   70   71   72   ...   100

 
207 
–Məhəbbətlə bir yerdəsiniz? 
–Mən gəldimsə, məhəbbət gedəcək. 
Adəm üçüncüdən soruşdu: 
–Bəs, sən kimsən? 
Cavab verdi: 
–Tamah. 
–Bəs sənin yerin hardadır? 
–Göz. 
–Həya ilə bir yerdəsiniz? 
Dedi: 
–Mən daxil olan kimi, həya xaric olur. 
(Mümkündür ki, bu altı nəfər Adəmi (ə) təlimatlandırmaqdan ötrü bu 
surətdə  gələn  mələklər  olmuşdur.  Yaxud  da  mətləbi  başa  salmaqdan 
ötrü aydın bir yuxu olmuşdur. 
YEDDİNCİ FƏSİL 
Hikmət sahiblərinin, zahidlərin və abidlərin dediklərindən 
◘Bir hikmət sahibi deyib: Altı şey nadanlıq əlamətidir; yersiz qəzəb, 
boş-boş  danışmaq  (yəni,  faydasız  sözlər  işlətmək),  yersiz  bəxşiş,  sirri 
açmaq, hər kəsə etibar etmək və dostu düşməndən seçə bilməmək. 
 
◘Loğman  öz  oğluna  vəsiyyətində  deyib:  Ey  oğul!  Sənə  altı  şey 
vəsiyyət  edirəm.  Bu  altı  şeydə  əvvəldəkilərin  və  axırdakıların  elmi 
xülasələnib: 
1. Dünyada qalacağın müddətdən artıq bu aləmə bağlanma. 
2. Axirət üçün orada qalacağın qədər iş gör. 
3. Allaha Ona ehtiyacın olduğu qədər itaət et. 
4. Bütün qüdrət və bacarığını atəşdən nicat tapmağa sərf et. 
5. Atəşə dözməyə qüdrətin çatdığı qədər günah et. 
6.  Günah  edərkən  elə  bir  yer  seç  ki,  heç  kəs  səni  görməsin.  (Yəni, 
hətta, Allah və mələklər də.) 
 
◘Yunan  filosoflarından  biri  belə  deyib:  “Altı  şey  bütün  dünyaya 
bərabərdir. (Yəni, hər kəs bu altı şeyə sahib olsa, sanki bütün dünyaya 
sahibdir.);  dadlı  yemək,  saleh  övlad,  yaxşı  qadın,  mətin  və  qətiyyətli 
söz, kamil əql və sağlam bədən.” 
 
◘Bəzi  tarix  kitablarında  belə  yazılıb:  “Kəsra  Bozorgmehrə 
qəzəbləndi. Əmr etdi onu zəncirləyib, qaranlıq bir otaqda həbs etsinlər. 
Bir  neçə  gündən  sonra  bir  nəfəri  onun  yanına  göndərdi  ki,  halından 


 
208 
xəbərdar olsun. Həmin şəxs Bozorgmehrin yanına gəlib, onu aram, fikri 
rahat  bir  halda  görüb  təəccüblə  soruşdu:  Necə  olur  ki,  bu  çətinlik  və 
sıxıntıda  da  belə  xoşhal  oturmusan?  Dedi:  Altı  tərkibdən  ibarət  bir 
məcun düzəldib istifadə  etdim və həmin məcun  mənim şad olmağıma 
səbəb  oldu.  Həmin  şəxs  dedi:  Onun  tərkibini  bizə  də  öyrət,  biz  də 
ondan  istifadə  etməklə  çətinliklərdə  ondan  yararlanaq.  Bozorgmehr 
dedi: Allaha etimad və təvəkkül, Allahın təqdirinin mütləqliyini bilmək, 
çətinliklərin  ən  yaxşı  dərmanı  olan  səbir,  səbir  edə  bilməsəm 
dözümsüzlük  göstərməklə  bəlanı  daha  da  şiddətləndirmirəm.  Bilirəm 
ki,  bundan  daha  da  çətin  bəla  ola  bilər,  hər  bir  an  fərəc  və  düyünlərin 
açılmasının intizarındayam.” Elə ki, bu sözlər Kəsraya çatdı, onu azad 
edib yanında izzət sahibi etdi. 
 
◘Bir  filosof  deyib:  “Hər  kəs  dünyanı  axirətdən  üstün  tutsa  altı  ilahi 
cəzaya mübtəla olar. Onun üçü dünyada, üçü isə axirətdədir. Dünyada 
olanlar  bunlardır;  sonsuz  arzu,  hərislik  və  heç  bir  şeyə  qane  olmayan 
şiddətli  acgözlük.  Axirətdə  olanlarsa  bunlardır;  Qiyamət  gününün 
dəhşətli qorxusu, haqq-hesabın çətinliyi və bitib-tükənməyən həsrət.” 
 
◘Aristotel  deyib:  “Padşahla  yoldaşlıq  etməkdən  çəkin,  dostunla 
təvazökar ol, düşməninə qarşı bədgüman, başqaları ilə xoş keçin, özün 
barədə nəfsani və dinin ziddinə olan istəklərinə qarşı müxalif ol, Allah 
qarşısında isə təqvalı ol. 
 
◘Bir  hikmət  sahibi  deyib:  “Altı  xislət  var  ki,  yalnız  ali-şərafətli 
insanlarda  olar  və  sair  insanlarda  olması  qətiyyən  mümkün  deyil; 
böyük  bir  nemətə  çatan  zaman  aramlıq  və  soyuqqanlılıq,  ağır  müsibət 
və bəlalar üz verən zaman səbr, şəhvət həyəcana gələn zaman ağıldan 
yapışmaq,  dost  və  düşməndən  sirlərini  gizlətmək,  aclığa  dözüm  və 
qonşunun əziyyətinə təhəmmül etmək.” 
 
◘Başqa birisi deyib: “Allah altı şeyi altı şeydə gizlədib: Öz razılığını 
itaətdə,  qəzəbini  Ona  qarşı  çıxmaqda,  İsmi-əzəmi  Quranda,  Öz 
dostlarını  camaat  arasında,  ölümü  ömürdə,  Qədr  gecəsini  Ramazan 
ayında və “vusta” (ən üstün) namazı da gündəlik beş vacibi namazda. 
 
◘Yəhya ibn Məaz deyir: “Elm əməlin nişanəsi, fəhm elmin qabı, əql 
xeyrin  yol  göstərəni,  həvəs  günahın  miniyi,  arzu  mütəkəbbirlərin 
azuqəsi və dünya da axirətin bazarıdır.” 
 


 
209 
◘Əhnəfdən  soruşdular:  Bəndəyə  verilən  ən  gözəl  şey  nədir?  Dedi: 
Fitri əql Dedilər: Əgər o olmasa? Dedi: Gözəl ədəb. Dedilər: Əgər o da 
olmasa? Dedi: Münasib dost. Dedilər: Əgər o da olmasa? Dedi: Allaha 
bağlı olan qəlb. Dedilər: Əgər o da olmasa?  Dedi: Uzun uzadı sükut. 
Dedilər: Əgər o da olmasa? Dedi: Nəqd ölüm. 
 
◘Əbu Salman Darani deyir: “Həddindən artıq yeməyin altı ziyanı var; 
ibadətin şirinliyini dada bilməmək, hikmətli mətləbləri başa düşməkdə 
acizlik, aclara qarşı rəhimsiz olmaq (çünki, hamını özü kimi tox bilər.), 
ibadət  zamanı  ağırlıq,  şəhvətin  çoxluğu  və  nəhayət,  möminlər 
məscidlərdə olduqları halda, çox yeyənlər zibillikdə hərlənər.” 
 
◘Əllamə Dəvani öz risalələrinin birinin axırında belə yazır: “Altı şeyi 
gizlin  saxla,  çünki  bu,  saleh  insanların  əməllərindən  və  təqvalıların 
gövhərlərindəndir: 
1. Yoxsulluğunu elə gizlət ki, səni dövlətli hesab etsinlər. 
2. Sədəqəni elə gizli saxla ki, səni simic hesab etsinlər. 
3. Düşmənçiliyini elə gizli saxla ki, səni dost hesab etsinlər. 
4. Qəzəbini qəlbində elə gizlət ki, səni razı hesab etsinlər. 
5.  Nafilə  namazlarını  və  sair  müstəhəb  işləri  elə  gizlət  ki,  səni 
təqsirkar bilsinlər. 
6. Nəhayət, xəstəliyini elə gizlət ki, səni sağlam hesab etsinlər. 
 
◘Bir filosof deyib: “İnsan müsafirdir və gərək altı mənzildən keçsin. 
Onun üçünü keçib, üçü isə hələ qarşıdadır. Keçdiyi mənzillər bunlardır:  
1)  Atanın  beli;  Allah-təala  buyurur:  “(Sperma)  kişilərin  bel 
sümüyündən xaric olar.” 
2)  Ana  bətni;  Allah-təala  buyurur:  “Allahdır  ki,  sizə  analarınızın 
bətnində surət verir.” 
3) Dünya. 
Onu qarşıda gözləyən üç mənzil də bunlardır: 
1)  Qəbir;  Hədislərdə  var  ki,  “qəbir  dünyanın  axırıncı,  axirətin  isə 
birinci mənzilidir.” 
2)  Qiyamət;  Allah-təala  buyurur:  “...Allahın  qarşısında  sıraya 
düzülmüş halda durarlar.” 
3)  Ya  behişt,  ya  cəhənnəm.  Bu  barədə  də  Allah-təala  buyurur:  “Bir 
hissəsi cənnətdə, bir hissəsi də cəhənnəmdədir.” 
İndi biz dördüncü mənzilə gedən yoldayıq. Ötməli olduğumuz zaman 
müddəti ömrümüz qədərdir. Hər bir gün bir fərsəxdir, hər saat bir mil 
və hər bir nəfəs də bir addım. Bir qrup insanın bir neçə fərsəxi qalıb, bir 
qrup insanın da bir neçə addımı. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə