F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
203
nəticəsində meydana çıxan, şərtlənmiş davranış halıdır. Bəzən
asılılıq, düşkünlük, narkomanlıq kimi, yaxud yaxınlıq, yoldaşlıq,
ünsiyyət kimi də xarakterizə olunur. Alışqanlıq, daxili, xarici
təsirlərlə iş və davranışların yenilənməsi, həmişə eyni formada
reallaşması gözlənilən, şəraitə uygunlaşmış davranış və ya təsir
formaları. Bəzən vərdişlərinin məcmusu insanın xasiyyətini
ortaya qoyur, onun haqqında təsəvvür formalaşdırır.
VƏCD [ing. Extase; ər. ٌذﺟو] – Cezbe-İstiğrak-Kendinden
geçme: Allahla birləşmə duyğusu içində özündən keçmək. Vəcd –
sufilərə məxsus haldır. Bu halda sufi Allahla ―birləşdiyini‖ iddia
edər. Bu halda sufi hiss və duyğu orqanlarını fəaliyyətini sanki
hiss etmir. Bu vəziyyət
onda uzun müddətli deyil, təkrar olunandır
və şəxsidir. İrrasionalistlər vəcdi ilahi mənşəli ezoterik bilik
növlərinə aid edirlər. Vəcd ruhi, mənəvi bir haldır. Ancaq təsvir
ilə izah edilə bilər. Vəcd halında insanın mənliyi yoxdur. Hisslər
aləmindən ayırlır. Hisslər, duyğu orqanları, nəzəri ağıl ortadan
qalxmışdır. Xatirələr və iradə yox olar. Vəcd halında insan öz
özünə sahib olar və onunla birlik qurar. Vəcd sırf eşqdən
ibarətdir. Hər cür diqqət, nəfsə aid hər cür şüur müvəqqəti olaraq
yox olur deyilə bilər.
VƏHM [ ٌىهو] – insanın bir inancı və yaxud öz xəyalında
qurduğu bir fikri, həqiqətə uyub-uymadığına əhəmiyyət vermədən
israrla müdafiə etmək, yaxud var olmayan bir şeyi var olaraq
qəbul etmək deməkdir. Vəhmin əsas qaynağı insanın öz nəfsidir.
İslam dininiə görə isə insan vəhmdən mümkün olduğu qədər uzaq
durmalıdır. Sufilər arasında da vəhmin bir müridin sülukuna
böyük maneə olması görüşünün tərəfdarları əksəriyyət təşkil edir.
Ad
i
l
ə
N
ə
z
ə
rova
204
VƏZĠFƏ [alm. Pflicht; fr. Devoir; ing. Duty; yun. Deon,
katheteon; tr. görev; lat. Officium; osm. tr. Vazife; ər.
خفٍضٚ] –
etməyə məcbur olduğumuz, etməmiz lazım olan şey, əxlaqi
məsuliyyət olduğumuz şey. Vəzifələrə qarşı məcburiyyət hissi.
Vəzifə insanın etməsini üzərinə götürdüyü hər hansı bir
məsuliyyətdir. Vəzifə iki anlamda götürülə bilər: Hər hansı bir
məmur pozisiyası, yaxud üstləndiyi məsuliyyət.
VƏZĠYYƏT [alm. = fr. = ing. Situation; ər. حُظو; tr. Durum;
lat. Situs = məskunlaşmış olan, oturuşmuş olan] – ümumiyyətlə
müəyyən bir zaman kəsiyində, müəyyən bir məkanda müəyyən
bir ortamda olma. Bir insanın ətrafı ilə konkret əlaqəsi. Aristotel
fəlsəfəsində on kateqoriyadan biri hesab olunurdu. Aristotelə görə
insanın içində olduğu hala deyilirdi. Müasir baxımdan isə insanın
müəyyən bir zamanda və yaxud məkanda konkret vəziyyətidir.
VĠTALĠZM [lat. vita – həyati; alm. Vitalismus; fr. Vitalisme;
ing. Vitalism; osm. tr. hayatiye; tr. Dirimselcilik; ər. حُذاُح] Baş
verənləri fiziki, kimyəvi baxımdan deyil, əksinə xüsusi bir
həyatda qalma amalı, ideyası ilə açıqlayan fəlsəfi təlim. Bu görüş,
bütün üzvi fəaliyyətlər əhatə edir. Vitalizm həm animizmə və
xüsusilə ruh ilə bədən arasında vasitəçi bir güc qəbul etdiyi üçün
Van Helmontun animizmi, digər tərəfdən isə vəhdətlə və ya
bioloji monizmlə əlaqələnir. Çünki həyati qüvvət, nə mütləq ağla
uyğun,
nə də mütləq əbədidir; beləcə təbiətin
digər gücləri ilə eyni
dəyərdə sayıla bilər.
VOLYUNTARĠZM [alm. Voluntarismus: fr. Voluntarisme;
ing. Voluntarism; lat. Voluntas – iradə; lat. voluntas – iradə] –
əqlə və biliyə deyil, əslində istəyə, iradəyə üstünlük verən,
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
205
mənəvi hadisələrin və bilik prosesinin əsasında əsas
olaraq iradəni
görən fəlsəfi təlim. İdealist fəlsəfənin xüsusi cərəyanı, iradəni
bütün mövcudatın əsası hesab edir. Avqustin bütün ruhi qabiliy-
yətlərdə iradənin əsas olduğunu önə çəkir. Duns Skot isə belə
hesab
edirdi ki, istək təfəkkürdən üstündür.
VULQAR MATERĠALĠZM [lat. vulgaris – sadə, ali] – XIX
əsrin ortalarında materializmin əsas prinsiplərini bayağılaşdıran
və kobudlaşdıran fəlsəfi cərəyan.
Vulqar Sosiologizm – ictimai
hadisələrin ictimai inkişafın ayrı-ayrı amillərinin: texnikanın,
istehsalın təşkil formalarının, iqtisadiyyatın, siyasətin, ideolo-
giyanın rolunun birtərəfli şişirdilməsi yolu ilə tarixi materializmin
təhrif edilən bayağı izahı.