İslam fәlsәfәsi ilә tanışlıq
80
*
İslamın kəlam məktəbləri məkan və fəza zəbt
edən bütün şeyləri materiyaya aid edirlər.
*
İşraqiliyin banisi Şihabəddin Sührəverdi
hesab edirdi ki, materiya hiss üzvləri ilə işarə
olunan varlıqlardır.
Bütün bu deyilənlərdən yekun olaraq materiya
üçün aşağıdakı xassələri saymaq olar:
Materiyanın eni, uzunluğu, hündürlüyü
(dərinliyi) var.
Materiya
subyektdən
asılı
olmayaraq
mövcuddur.
Materiya duyğular, hiss üzvləri vasitəsilə əks
olunur.
Materiyanın bölünmə imkanı var.
Alim və filosofların diqqət mərkəzində duran
digər bir məsələ materiyanın yaranmasıdır.
Daha dəqiq desək, materiyanın yaranması
məsələsində «ilk başlanğıc» problemidir. Hələ
qədim zamanlardan bizi əhatə edən maddi
aləmin «ilk başlanğıcı» hamını maraqlandırdı.
*
Abderli Demokrit materiyanın atomlardan
yarandığına inanırdı. Filosofa görə atomlar
keyfiyyətcə qeyri-müəyyən varlıqlardır. Onlar
ölməzdir, əbədidirlər. Atomların birləşməsi
materiyanı yaradır.
İslam fәlsәfәsi ilә tanışlıq
81
*
Klazomenli Anaksaqor (yunan filosofu, e.ə. V
əsr) materiyanın kökünü «nus (nous –ağıl)»-da
görürdü. O hesab edirdi ki, nus ən incə
maddədir.
*
Aristotel də Anaksaqorun nus məfhumunu
(bəlkə də başqa ifadə ilə) işlədirdi. Lakin
Aristotel nusu maddə hesab etmirdi. O,
materiyanın kökünü vahid qüvvə və imkanda
görürdü.
*
Platon tə’limində isə materiyanın «ilk
başlanğıcı» onun «ideyalar» aləmində axtarılır.
Efesli Heraklit (yunan filosofu, e. ə. VI-V
əsrlər) materiya aləmini «loqos (logos –zəka,
qanun)»-la əsaslandırırdı. Antik fəlsəfənin
nümayəndəsi materiyanın oddan yarandığını
söyləsə də, bütün bu yaranış və inkişafı, loqos
adlandırdığı mütləq zəkaya tabe edirdi.
Görünür, alman idealisti Hegel «mütləq zəka
(dünya ruhu)» prinsipini buradan götürmüşdü.
*
Miletli
Falesin
tə’limində
materiyanın
kökünün su olduğu göstərilir.
Materiyanın yaranmasında belə oxşar və
ziddiyyətli fərziyyələr çoxdur. Lakin müasir
elmlərə daha müvafiq fərziyyəni alman idealisti
İmmanuil Kant irəli sürdü. O, 1755-ci ildə
İslam fәlsәfәsi ilә tanışlıq
82
konkret olaraq Günəş sisteminin qaz və
tozlardan ibarət seyrək dumanlıqdan əmələ
gəldiyini söyləmişdir. Sonralar bu fərziyyə elmi
şəkildə təhlil olundu. Belə ki qaz və toz
dumanlığı Qalaktikada hərəkət zamanı yüksək
cazibə və temperatur tə’siri ilə sıxılmaya məruz
qalmışdır. Bu sıxılma nəticəsində onun əsas
kütləsi mərkəzinə cəmləşmişdir. Hərarətin çox
yüksək olması istilik nüvə reaksiyası ilə
nəticələnmişdir. Bir neçə milyard il davam edən
bu prosesdə kütlənin böyük olduğu mərkəzdə
Günəş,
kənarlarında
isə
digər
planetlər
yaranmışdır. Maraqlıdır, materialistlər bu elmi
kəşfin (şübhəsiz ki, bu, indiyədək isbat
olunmayan fərziyyədir) meydana gəlməsini
özləri üçün əvəzsiz dəstək hesab edirdilər.
Onlara görə materiyanın təbii inkişafının isbatı
«Allah» məfhumuna kölgə salır. Lakin bu
həmişə olduğu kimi, materialistlərin elmi
nailiyyətlərdən
məkrli
istifadə
etmə
həvəslərindən doğur. Əvvəla, bu fərziyyə
tamamilə isbat olunsa belə burada materiyanın
yox, Günəş sisteminin yaranmasından danışılır.
Fərziyyədə təsəvvür olunan toz və qazdan
ibarət dumanlıq materiya deyilmi?! Bəs o özü
İslam fәlsәfәsi ilә tanışlıq
83
necə və nədən yaranmışdır?! Digər tərəfdən isə
materiyanın təbii inkişafı heç vəchlə ilahi
varlığın mövcudluğuna və Onun bütün aləmə
hakimliyinə zidd deyildir. Materiyada bu və ya
digər proseslərin baş verməsinə bais olan fiziki
səbəblərin
(causa
corporalis)
mövcudluğu
şübhəsizdir. «Səbəbin növləri» bəhsində qeyd
etdiyimiz kimi, materiyada fiziki səbəblərin
rolunu inkar etmək fatalizmə aparır. Lakin bu
səbəbləri yaradan, onların idarə olunmasını,
yaşamasını və hərəkət etməsini tənzimləyən
ilkin səbəbi - bu elmə, bu qüdrətə malik olan
vahid Allahı da inkar etmək mümkün deyil.
Bütün səbəbləri yoxdan varlığa çevirən o uca
varlıq onların yaşamasında da öz həyatverici
rolunu davam etdirir. Eyni zamanda, hikmət
sahibi olan ulu Tanrı, bütün hadisələri təbii və
fiziki səbəblərin vasitəsilə idarə edir. Qeyd
olunduğu kimi, burada Allah-təala «vasitəli»,
fiziki amillər isə «vasitəsiz» səbəblər sayılırlar.
İlahi fəlsəfədə fiziki qanunlar və materiyanın
təbii inkişafı rədd olunmur və insanlar bu
barbədə
təfəkkür
və
tədqiqata
çağırılır.
Zənnimizcə bu barədə Qur’ani-kərimə müraciət
etsək daha yaxşı olar:
İslam fәlsәfәsi ilә tanışlıq
84
«...Vә Biz göylәri, yeri vә onların arasında
olanları altı gündә yaratdıq.»
4
Gördüyümüz kimi kainatın təbii şəkildə,
mərhələ-mərhələ yaradılması bu ayədə çox
gözəl əks olunmuşdur. Altı gün dedikdə,
şübhəsiz ki, bizim 24 saat hesabladığımız gün
nəzərdə tutulmur. Müxtəlif sistemlərdə zaman
vahidləri müxtəlif kəmiyyətli ola bilər. Bu,
müasir
fizikada,
A.Eynşteynin
nisbilik
nəzəriyyəsində
5
zamanın «yavaşıması», yaxud
nisbiliyi kimi ifadə edilmişdir. Zamanın nisbiliyi
A.Eynşteyndən on dörd əsr öncə «Qur’ani-
kərim»də «...müddәti әlli min il olan bir gündә
qalxarlar»
6
ifadəsi ilə öz əksini tapmışdır.
Haqqında danışdığımız ayədə işarə olunan
«altı gün»ü «altı mərhələ» kimi də təfsir etmək
olar.
4
Qaf surәsi, ayә 38.
5
Nisbilik nәzәriyyәsi – görkәmli fizik Albert Eynşteyn (1879-1955)
tәrәfindәn irәli sürülmüş fiziki nәzәriyyә. Nәzәriyyә xüsusi nisbilik
(1905) vә ümumi nisbilikdәn (1916) ibarәtdir. A.Eynşteyn bu
nәzәriyyә ilә işığın sür’әtinin bütün sistemlәrdә bәrabәr
qiymәtliliyini, kütlә ilә enerjinin mütәnasibliyini isbat edәrәk çoxlu
relyativist nәticәlәr әldә etdi. O hәmçinin, mәkan-zaman haqqında
olan klassik tәsәvvürlәrә son qoyaraq, maddi hәrәkәtdәn asılı olaraq
«zaman vә mәkanın» nisbiliyini irәli sürdü.
6
әl-Mәaric surәsi, ayә 4.
Dostları ilə paylaş: |